Impera

XƏBƏR LENTİ
22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (382)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İpoteka Fondu ilə banklar arasında QALMAQAL - kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...

11 fev 2019, 16:19   
    123
İpoteka Fondu ilə banklar arasında QALMAQAL - kredit limitləri kəsilib, ilkin ödəniş tələbi 30%-ə qaldırılıb...

Fevralın 11-dən etibarən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklar qarşısında ilkin ödənişlə bağlı qoyduğu yeni tələbi qüvvəyə minir. Bundan sonra banklar ipoteka krediti verərkən müştəridən 30 faiz ilkin ödəniş tələb edəcəklər. Bu, mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün kifayət qədər ağır şərtdir və ipoteka kreditinin əlçatanlığını bir az da çətinləşdirir.

Xatırladaq ki, bu tarixə qədər Fondun ilkin ödəniş tələbi ipoteka yüklü edilən əmlakın 15-20 faizini təşkil edirdi. Yeni şərtlərlə bu rəqəm təxminən iki dəfə artırılır…

Fondun bu siyasətinə rəğmən, Azərbaycanda mənzil problemi kifayət qədər ciddidir və dövlət tərəfindən onun həlli üçün müxtəlif proqramlar həyata keçirilir. Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması, ipoteka kreditlərinin həcminin bazar qiymətlərinə uyğunlaşdırılması, əhalinin müxtəlif təbəqələrinin mənzil ehtiyacının qarşılanması üçün həyata keçirilən sosial layihələri buna misal göstərmək olar.

Ancaq bu sahədə dövlət siyasətini sabotaj edən hallar da az deyil ki, bu da daha çox bəzi məmurların subyektiv maraqlarından qaynaqlanır. Elə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətindəkı ciddi nöqsanları da məhz bu qəbildən saymaq olar.

Geri çağırılan məktublar…

Bank sektorundakı etibarlı mənbədən aldığımız məlumata görə, Fond ötən ayın ortalarında 2019-cu il üçün kredit limitlərinin ayrılması ilə bağlı müvəkkil banklara göndərdiyi rəsmi məktubların geri qaytarılmasını tələb edib. Bu məktublar 2018-ci ilin dekabr ayında banklara göndərilmişdi və orada gələn il üçün ayrılacaq limitlərlə bağlı məlumat və Fondun tələbləri əks olunmuşdu. Beləliklə, məlum olub ki, banklara kredit limiti ayrılmayacaq və ümumiyyətlə, bunun olub-olmayacağı barədə kommersiya qurumlarına heç bir məlumat verilməyib.

Fondun gözlənilməz addımı bankları çətin vəziyyətə salıb. Çünki ötən ildən yüzlərlə müştəriyə kredit ayrılması üçün ilkin razılıq verilib. Müştərilərin çoxu artıq ipoteka yüklü ediləcək mənzilləri tapıblar və kreditin ayrılmasını gözləyirlər. Amma Fond rəhbərliyi banklara pul ayırmasa, onların mənzil alması mümkün olmayacaq.

Mənbə bildirir ki, bir çox kommersiya bankları müştərilər qarşısında çıxılmaz vəziyyətə düşüblər: hər gün yüzlərlə zəngə, ofislərə gələn müştərilərə nə cavab verəcəklərini bilmirlər.

Bank sektoru kredit tələbini qarşılamaq üçün Fondun 55-60 milyon manat vəsaitinə ehtiyac duyur. Bank rəhbərləri vəziyyətə aydınlıq gətirmək üçün Fondun İdarə Heyətinin sədri Fəxri Kazımova və onun müavini Rəhman Hümbətova dəfələrlə müraciət etsələr də, bir nəticə əldə edə bilməyiblər.

Qalmaqallı deputatın sədr oğlu və onun “qoçaq” müavini…

Xatırladaq ki, Fəxri Kazımov Sosial Rifah Partiyasının sədri, deputat Xanhüseyin Kazımovun oğludur. Yeri gəlmişkən, bu yaxınlarda Xanhüseyin müəllimin adı da bank qalmaqalında hallanmışdı. Onun “Yapıkredit Bank”a girov qoyduğu villası məhkəmə tərəfindən bankın xeyrinə müsadirə edilmişdi. Fəxri Kazımov İpoteka Fondu yaradılandan onun İdarə Heyətinə sədrlik edir.

Mənbə Fondun adıçəkilən rəhbər şəxslərinin fəaliyyəti ilə bağlı da məlumatlar verib: “Fondu, demək olar, Rəhman Hümbətov idarə edir. Ona və Fəxri Kazımova 4 xidməti avtomobil ayrılıb. Çox maraqlıdır, maliyyə vəziyyəti yaxşı olan, ili profisitlə başa vurmuş banklar Fonddan kredit limiti ala bilmədikləri halda, Fəxri Kazımov, Rəhman Hümbətov maliyyə göstəriciləri kifayət qədər pis olan, zərərlə işləyən banklara səxavətlə kredit ayrırlar. “Turan bank”, “NBC bank”, “Əmrah bank”, “Muğan bank”, “Günay bank” Fond rəhbərliyi ilə sıx təmasda olan kommersiya qurumlarıdır”.

Fond rəhbərliyi 50 milyon manatdan necə faydalanır?

Fondun fəaliyyəti ilə bağlı verilən məlumatda qurumun yarandığı 2005-ci ildən bu günə qədər müştərilər tərəfindən ödənilən milyonlarla vəsaitin taleyinə də aydınlıq gətirilir: “Fəxri Kazımov və Rəhman Hümbətov təxminən 50 milyon manat vəsaiti illik 5-6 faizlə uzun müddət zərərlə işləyən, fəaliyyəti zəif olan banklarda depozit kimi yerləşdiriblər. Çünki fəaliyyəti qeyri-şəffaf olan kommersiya qurumları ilə “işləmək” Fond rəhbərli üçün daha əlverişlidir, özəl maraqlar daha yaxşı təmin olunur. Əhalinin ucuz kreditlərə ehtiyacı olduğu halda, dövlətin sosial siyasətinə zidd olaraq Fəxri Kazımov, Rəhman Hümbətov bu vəsaitləri ipoteka kreditləşlməsindən yayındıraraq, yalnız özlərinə sərf edən şərtlərlə bu gün-sabah bağlanmaq ehtimalı olunan banklarda yerləşdiriblər”.

Rəhman Hümbətovun tapdığı “sərfəli müştərilər”

Mənbə bildirir ki, banklardan sosial ipoteka almaq ümumiyyətlə mümkün deyil. Fond rəhbərliyi elə bir vəziyyət yaradıb ki, banklara üz tutan güzəştli kateqoriyadan olan vətəndaşlar məyus halda geri qayıdırlar. Amma bunun müqabilində Rəhman Hümbətov kredit üçün “sərfəli” müştərilər tapmaqda çətinlik çəkmir. Mənbənin verdiyi məlumata görə, əsasən hərbçilərlə danışıqlar aparılır, onların adına banklardan vəsait çıxarılaraq nağdlaşdırılır.

Sədr müavininin sevimli müştəriləri arasında yeni binalar tikən bəzi şirkətlər də var. Başqa müştərilərə 30 faiz ilkin ödəniş tələbi qoyulsa da, tikinti maqnatları ilə “15 faiz anlaşması” qüvvədə qalır.

Elektron İpoteka və Zəmanət Sistemi ona görə işləmir ki…

Fondun Elektron İpoteka və Zəmanət Sisteminin fəaliyyətinə gəldikdə, mənbə bu sistemin rəhbərliyin özəl maraqlarına uyğunlaşdırıldığını qeyd edib: “Rəhman Hümbətova lazım olanda Sistem işə salınır, müraciətlər qəbul edilir. Qalan vaxtlarda iş gününün çox hissəsi Sistem qapadılır, vətəndaşlar ora kredit sifarişlərini daxil edə bilmirlər. Banklara bu barədə çoxsaylı müraciətlər ünvanlanır. Daha müştərilər bilmirlər ki, Sistemin bərbad fəaliyyəti bilavasitə Fond rəhbərliyinin maraqlarına xidmət edir. Eləcə də quruma gün ərzində edilən müraciətlər, telefon zəngləri bir qayda olaraq cavablandırılmır. Vətəndaşların kreditlərlər bağlı sorğuları, sualları cavabsız qalır”.

Beləliklə, əhalinin mənzil təminatında dövlətin açdığı qapılardan biri məmurların şəxsi maraqları ucbatında qapadılır. Vətəndaşlar, xüsusən gənclər dövlətdən narazı salınır, bank sektoruna onsuz da zəif olan inam daha da azalır.

Əkrəm Həsənov: “Fondun fəaliyyətinin dövlət başçısının yürütdüyü siyasətə zidd olması təəccüblü deyil”
Bank sektoru üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Fondun fəaliyyətini strateq.az-a şərh edərkən bildirib ki, ipoteka kreditlərinin verilməsi tam şəffaf olmalıdır:

“Əks halda, sui-istifadə və korrupsiya üçün geniş şərait var. Biz nə bilək, bəlkə, bir nəfər və ya bir ailə bir neçə belə kredit alıb, başqalarına isə onu vermirlər? Ən əsası isə, bəlkə, bu kreditlər heç təyinatı üzrə verilmir? Məsələn, tutaq ki, sahibkara ucuz kredit lazımdır. Banklarda bahadır. Bu Fondun kreditləri üzrə dərəcə isə hətta Mərkəzi Bankın uçot dərəcəsindən də aşağıdır. Yəni, hətta bankların özü də Mərkəzi Bankdan daha yüksək dərəcə ilə kredit alır. Bu halda sahibkar saxta ipoteka kreditləri rəsmiləşdirməklə fəaliyyətini maliyyələşdirə bilər. Məsələn, guya, hansısa dostunun evini alır, reallıqda isə ev onun adına yalnız formal keçir, pul isə təyinatı üzrə istifadə edilmir. Digər yaxınlarının da adına belə kreditlər rəsmiləşdirə və nəticədə milyonlarla pulu Fonddan çıxara bilər”.

Əkrəm Həsənov hesab edir ki, həmin pulları hətta banklarda əmanət kimi yerləşdirsə belə, gəlir əldə edəcək, çünki ipoteka kreditinin faiz dərəcəsi əmanət faizlərindən aşağıdır: “Təbii, bu işdə onun Fondun dəstəyinə ehtiyacı var. Niyə də Fond rüşvət müqabilində buna getməsin? Kim biləcək bunu? Əsas odur ki, kredit vaxtında qaytarılır, vəssalam! Buna görə Fonda lazımdır ki, reallıqda yalnız bir neçə özünə yaxın banklarla işləsin. Xoşuna gəlməyən banklara limit ayırmır, vəssalam! Potensial borc alanlar üçün isə şərtləri ağırlaşdırsın, krediti əlçatmaz etsin, ilkin ödənişi artırsın və s.”.

Ekspert vurğulayır ki, bu baxımdan Fondun fəaliyyətinin dövlət başçısının yürütdüyü dövlət siyasətinə zidd olması təəccüblü deyil. Onun sözlərinə görə, ipoteka kreditlərinin verilməsi mütləq qaydada tam şəffaf olmalıdır: “Fondun saytında hər bir kredit üzrə ətraflı məlumat yerləşdirilməlidir: kredit kimə, nə qədər və hansı evin alınması üçün verilib, borcalanın aylıq gəliri nə qədərdir və s. Bu halda hər kəs müqayisə apara bilər ki, niyə krediti ona yox, digərinə veriblər. Həm də ictimaiyyət, mətbuat yoxlaya bilər ki, görək bir nəfərə, bir ailəyə bir neçə kredit verilib, ya yox. Evi satanın evi tərk etməsi, alanın isə daxil olması da ictimaiyyət tərəfindən monitorinq oluna bilər ki, saxta kreditlər verilməsin, kreditlər təyinatı üzrə istifadə olunsun. Mən bunu deyəndə, bəziləri etiraz edir ki, bəs bank sirri necə olsun?”

Ə.Həsənov hesab edir ki, bunun üçün qanuna düzəliş olunmalıdır: “Dövlət hesabına verilən kreditlər üzrə bank sirri rejimi olmamalıdır. Sirrinin qorunmasını istəyirsənsə, zəhmət çək, banklardan kommersiya şərtləri ilə kredit götür. Güzəştli kredit alırsansa, onun şərtlərini cəmiyyət bilməlidir. Çünki həmin kredit dövlətin hesabına verilir. Deməli, xalqın hesabına. İllərdir, bunu deyirəm. Amma Fond şəffaf olmaq istəmir. Niyə? Nəticəni hər kəs özü üçün asanlıqla çıxara bilər”./strateq.az/
OXŞAR MÖVZULAR