Impera

XƏBƏR LENTİ
00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (307)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”

14 fev 2019, 17:29   
    114
Qarabağ əlilinin gülsatan qızı: “Məktəbdən çıxdım ki, atamın dərmanlarını alım”
Səhər alaqaranlıqlı "İnşaatçılar” metro stansiyasının həndəvərində dayanıb sevgilimi gözləyirdim. Metronun qarşısında görüşüb ona "14 fevral” hədiyyəsini verəcəkdim. Sonra onu işə ötürüb mən də öz işimin dalınca gedəcəkdim. Sevgilim yubandığından metronun o baş-bu başına gedib-gəlirdim ki, vaxtı "öldürüm”.

Birdən gözümə 11-12 yaşlarında bir qızcığaz sataşdı. Bir əlində nərgizgülü tutmuşdu, o biri cibində idi... Çiynindən balaca ağ çanta asılmışdı. Arabir dəstə-bağlama nərgizi sinəsinə büküb gül tutan əlini ağzına tuturdu. Ovuclarına buğ üfürürdü. Dümağ üzü səhərin ayazından qıpqırmızı qızarmışdı. Metronun pilləkənlərindən üzü aşağı və yuxarı düşənlərə əlindəkini uzadırdı. Adamlar qənşərinə çatanda dayanırdı. Dillənmirdi. Utandığından başını aşağı salırdı. Arada bir gəlib gedənlər dilucu qiymət soruşurdu:

-Neçəyədir bu?

-1 manat, əmi.

Başqa biri qəzəbli baxışla, əmiranə tonla gözlərini qızcığaza zilləyib:

-A bala, neçəyə verirsən?

-1 manata xala... (başını qaldırmadan zorla eşidiləcək səslə dillənirdi).

Başqa bir tərəfdən içindəki vulkanı, püskürtünü balaca qızcığazın üzərinə tökməyə hazırlaşan yaşlı bir qadın əsəblə gülləri əlləşdirir... Öz-özümə deyirəm ki, ay xala, sənə o biri dünyada hər axşam "qaib" qoyurlar, bax, o nərgizgülü sənin nəyinə gərək... Ürəyim dözmədi. Yaxınlaşdım. Bir manat uzadıb bir dəstə nərgizgülü aldım. Əlindəkini götürdüm. Gülün zoğ hissəsi, dəstə yeri ipisti idi. Gülü qaytarıb başqasını götürdüm:

-Bacı, xətrinə dəyməsin, mən qutudan başqasını götürərəm. Bunu əlində isitmisən. Əlinin istisinə heyfin gəlsin.

"Məktəbdən çıxdım ki, gül satıb atamın dərmanlarını alım”

Qızcığaz deyəsən heç nə başa düşmədi. Sorğu-suala tutmaq qərarına gəldim. Birdən yadıma düşdü ki, bir azdan dərs başlayacaq. Bəlkə də artıq başlayıb. Bu uşaq niyə dərsdə deyil? – deyə öz-özümə fikirləşdim. Cavabı öz dilindən eşitmək istədim:

-Bacı, adın nədir?

-Zəhra.

-Neçə yaşın var?

-11. 12-nin içindəyəm.

-Neçənci sinifdə oxuyursan?

-6-cı...

-Bir azdan dərs başlayacaq, niyə dərsə getmirsən?

-Məktəbdən çıxmışam.

-Məktəbdən niyə çıxmısan?

-Anama kömək edirəm. Köməkləşib gülləri satırıq. Bir ildi məktəbə getmirəm.

-Atan yoxdur?

-Yoxdur... (bir anlıq duruxur). Var, evdədir, yatır. İşləmir. Xəstədir. Gül satıram ki, atamın dərmanlarının pulunu yığım.

-Nə vaxtdan gül satırsan?

-Keçən ildən.

Zəhranı diqqətlə süzürəm. Gözümüzün öyrəşdiyi, 20 qəpik üçün adamın əlindən tutub sallaşan, pul verməyəndə çəmkirən qaraçı qızcığazlarına bənzəmədiyini anlayırsan. Adətən dilənçilərin yanından düz keçirəm. "Qaraçılardan varlısı yoxdur” – deyib onlara verəcəyim 10 qəpiyə də qıyıram. Bu dəfə alınmadı. Üzündən, gözündən hiss etdim ki, mənim millətimin balasıdır. Utancaqdır. Safdır. Əlindəki nərgizgülünü təbəssümlə uzatsa da, ona uzadılan manatı qorxa-qorxa, ürkə-ürkə alır...

Get-gedə əllərinin göyərdiyini gördüm. Səhərin qara soyuğunun yanağına şapalaq kimi çəkdiyi qızartı da yavaş-yavaş saralırdı. Qəfildən-Zəhra, bəs anan haradadır?-deyə soruşdum. Anam da metronun o biri başında gül satır – cavabını aldım:

-Bəs nə qədər çox gül gətirmisən? Satıb qurtara biləcəksən?

-Anam dedi ki, bu gün satılacaq...

- Bu gün nə günüdür ki? – təbəssümlə soruşuram:

-Qızlarla oğlanların (təbəssüm edir, yenidən üşüyən əllərini boğazından buxarlanan buğuna sarı tutur).

Ürəyim dözmür. Neçə gül satmalı olduğunu soruşuram. Beş-altı manat olsun, gedəcəm deyir. Az qalıram, metronun yanından keçənlərə yalvaram ki, gül alın, yazıqdı bu qızcığaz. Hayqırmaq istəyirəm ki, göyərmiş əllərinin xatirinə, soyuğun yaşartdığı gözlərinin xatirinə bir dəstə nərgizgülü alın...

Çar-naçar, cibimdən bir beşlik çıxarıram (səhv etmirəmsə, üstümdə altıca manat pulum var idi). Bir manat da geri qayıtmaq üçün özümə yolpulu saxlayıram. Anidən arxa cibimdə qəpiklər şıqqıldayır. Bir manatı da üstünə qoyub Zəhraya uzadıram:

-Zəhra al bu pulu, get, soyuqdur. Əllərin donacaq bir azdan.

Pulu götürür. Mən də bir dəstə əlavə gül götürüb, sol əlimə alıram. Nərgizgülü heybəsini dayanacağa kimi kömək edirəm. Sonra oradan bir qədər uzaqlaşıram. Vaxtı "öldürmək” üçün yenə o baş-bu başa gedib gəlirəm. Hələ on dəqiqə var, deyib metronun aşağısına-yuxarısına var-gəl edirəm.

Arxamı Zəhraya tərəf çevirərkən içimdən bir bayatı qopur:

Əzizim, buda məni.

Xırpala, buda məni.

Üstümdə pulum azdı,

Sabah gözlə burda məni...



"6 uşaq, bir Qarabağ əlili öhdəmdədir...”

Yenidən bayaqkı yerə qayıdanda Zəhranı pilləkənlərin üstündə görürəm. Yenə də paltosuna və papağına qısılmış cələfsiz, arıq canı ilə nərgizləri yanından keçənlərə uzadır... Özü də başı aşağı...

Birdən arxadan – ay oğul, ay oğul! Səninləyəm, qardaş... – səsinə diksinirəm. Qucağında körpə uşaq 40-45 yaşlarında bir qadının mənə sarı gəldiyini görürəm. Utana-utana sözə başlayır: "Oğul, mən Zəhrənın anasıyam. Allah əvəzini versin, Zəhraya 6 manat vermisən ki, evə getsin. Sağ ol. amma gülümüz çoxdur. Sabah sevgililər günüdür. 100 gül gətirmişik, satmalıyıq. Üzrlü say, gedirdi, özüm qaytardım”.

Qadın qucağındakı uşağın bələyinin orasını-burasını düzəldir. Açıq qalan yerlərini örtür. Söhbətə tuturam. Əllərinin qabarından, ovuclarının çatlaqlarından zəhmətkeş qadın olduğu aydın hiss edilir. Adının Afət olduğunu deyir. Təxminən il yarım əvvəl Ağdaşdan gəliblər. Afət Abıyeva deyir ki, rayonda iş olmadığı üçün ailəlikcə paytaxtda üz tutublar:

"Orada dolanışıq yox idi. Ağdaşın özündə qalırdıq. Bakıya köçəsi olduq. İndi burada kirayədə qalırıq. 8 baş külfətik. Üzr istəyirəm, sən də mənim balam, 6 uşağım var. Ən balacası qucağımdakıdır. 8 aylıqdır. Adı da Tunardır. Yoldaşım Qarabağ əlilidir, Abıyev Azərdi adı. Kəlbəcərdə döyüşüb. Ayaqlarını "moroz” aparıb. Amma əlillik statusu yoxdur. Heç veteran "knijka”sı da yoxdur. Rayonda olanda 5000 pul istədilər. Vəsiqə düzəldə bilərik-dedilər. Biz də hardan alaq o qədər pulu. Çıxıb Bakıya gəldik. Yoldaşım işləyə bilmir. Neçə illərdi ki, yataq xəstəsidir. Biz də gül sata-sata həm öz boğazımıza baxırıq, həm də yoldaşımın dərmanlarını alırıq. O dərmanlar olmasa bir gün də yaşaya bilməz”.



"Oğlum da işləyir, qızım da, mən də...”

Afət xala deyir ki, böyük oğlu tikintidə işləyir. Özü də günü 15 manata. Fəhləlik edir. Məktəbi bitiribmi, bitirməyibmi xəbəri yoxdur. 17 yaşı var deyir. Əlavə edir ki, payıza əsgər gedəcək: "Oğlum da işləyir, qızım da, mən də. Birtəhər ailəni saxlamağa çalışırıq. Allaha qurban olum, 6 uşaq verdi. İndi məcburuq ki, saxlayaq. "Özüm hər gün bu çağa ilə bazara gedirəm. Kartof-soğan satıram. Bir əlim çağada, bir əlim kartof-soğanda. Görən deyir ki, qoçaq adamsan. Nə etməliyəm? Başqa nə çarəm var?!”.

Afət xala və balaca Zəhra ilə sağollaşıram. Hələ axşamın düşməyinə səkkiz-on saat var..

Bu vaxt görüşəcəyim xanımdan zəng gəlir:

-Bayaqdan sakitcə sənə baxıram.

-Sənə nərgizgülü alırdım...

-Yaxşı görək... (səs ciddiləşir). Məni gözləyəndə də fürsəti boşa vermirsən də, o xanım kim idi?

- 6 manata sevgililər gününü təbrik etdiyim tanımadığım ana-bala...

-... (dud-dud-dud...) Telefonu sönür...

///hafta.az
OXŞAR MÖVZULAR