Impera

XƏBƏR LENTİ
17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (380)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞÇA MÜDİRİNİN EVİNİ BANKA GİROV QOYDURUB? -VİDEO

21 fev 2019, 10:42   
    108
SUMQAYITDA BAŞÇININ 1-Cİ MÜAVİNİ BAĞÇA MÜDİRİNİN EVİNİ BANKA GİROV QOYDURUB? -VİDEO

Tünzalə Nəsibova: "Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü Günel xanım ilyarım müddətində Sumqayıtda üç, Türkiyənin İstanbul şəhərində bir ev alıb, Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mənə isə..."

Son dövrlər ölkədə fəaliyyət göstərən idarə və müəssisələrdən işçilərin ixtisarı, işdən çıxarılmalar geniş yayılıb. Təbii ki, işçini ixtisara salmaq və ya kənarlaşdırmaq hər bir müəssisə və qurumun haqqıdır, lakin işçinin haqqını tapdalamaq hesabına bu, yolverilməzdir. İllah da ki, işəgötürən tərəfindən qərəzli şəkildə əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv edilə.

Qeyd edək ki, 70-ci maddənin "ç" bəndi işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və ya əmək funksiyalarının kobud pozulması əsası ilə əmək müqaviləsinə xitam verilməsini ehtiva edir. Belə olan halda da, bəzi işəgötürənlər əsasən bu əsasla əvvəllər əmək müqaviləsinə xitam verilmiş şəxslərlə əmək münasibətləri bağlamaqdan çəkinirlər.

Redaksiyamıza müraciət edən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibova da məhz belə bir xoşagəlməz halla qarşılaşa biləcəyinin narahatlığını yaşayır.

T.Nəsibovanın bu barədə əməkdaşımıza verdiyi video-müsahibəsindən məlum olur ki, o, 2003-cü ildən Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasında müdir vəzifəsində çalışır. Sovet dövründə, daha dəqiq desək, 1955-ci ildə tikilmiş ikimərtəbəli binada fəaliyyət göstərən uşaq bağçası büdcədən maliyyələşdirilsə də, burada istər dövlət, istərsə də hər hansı hüquqi şəxs tərəfindən təmir işi aparılmayıb. Ancaq bağça müdiri T.Nəsibova uşaqların rahatlığını nəzərə alaraq öz şəxsi vəsaiti hesabına elektrik, su və kanalizasiya xətlərini yeniləyib, binanın fasadında kosmetik təmir işləri gördürüb. Amma…

Son vaxtlar Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov tərəfindən təzyiqlərə məruz qaldığını deyən bağça müdiri ona işdən çıxarılacağı xəbərdarlığı edildiyini bildirib.

T.Nəsibovanın sözlərinə görə, başçının 1-ci müavini T.Səmədov ona bir neçə il öncə xəbərdarlıq edib ki, əgər öz vəzifəsində qalıb işləmək istəyirsə, bağçanı təmir etdirməlidir. O da məcbur olub 2017-ci il aprel ayının 27-də Sumqayıt şəhəri, 13-cü mikrorayonda istifadəsində olan 0,1 ha torpaq sahəsində yerləşən 1 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 5-ci mərtəbəsində 68,34 kv.m ümumi, 47,31 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 48 nömrəli mənzilini görov qoyaraq "FİNOKO" Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətindən ipoteka müqaviləsi ilə 10 min dollar kredit götürərək bağçanı əsaslı şəkildə təmir etdirib. Təmir işləri bitər-bitməz Teymur Səmədovun tapşırığı ilə İH-nin əməkdaşları Aynur xanım və Rövşən müəllim, demək olar ki, hər gün bağçaya gələrək, nəsə bir çatışmazlıq, nöqsan tapıb bu bəhanə ilə də iki diplomulu, ali təhsilli mütəxəssisi işdən çıxartmaq istəyirlər. T.Nəsibova bildirib ki, Aynur xanımla Rövşən müəllim hətta bağçanın işçilərinə müxtəlif vədlər verərək onun əleyhinə izahatlar yazdırırlar.

Bu təzyiqlərdən artıq stress vəziyyətinə salındığını deyən bağça müdiri bank ödənişlərinin 2021-ci ildə tamamlanacağını bildirib: "Əgər məni işdən çıxaracaqdılarsa, bu qədər xərci niyə mənə çəkdirirdilər? İşdən çıxarılsam, bu borcu necə ödəyəcəyəm? Buna nə ad vermək olar? Teymur müəllim deyir ki, sənin işin məni qane etmir. Niyə? Çünki istəyir ki, məni işdən çıxarıb, öz adamını yerimə təyin etsin".

Tünzalə Nəsibovanın iddiasına görə, Sumqayıt İH başçısının 1-ci müavini Teymur Səmədov bağçanın müdirlik vəzifəsini başqasına satıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşməyə imkan verilmədiyini vurğulayan T.Nəsibova icra başçısının 1-ci müavini Teymur Səmədovun qəbulunda olub, vəziyyəti danışıb. 1-ci müavindən müsbət cavab almayan bağça müdiri bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya şikayət edəcəyini bildirib. T.Səmədovun da cavabı bu olub ki, əgər o, öz ərizəsi ilə işdən çıxmasa və ya harasa şikayət etsə, onu elə bir maddə ilə (yəni, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə – RED.) işdən kənarlaşdıracaq ki, başqa yerdə işə götürməsinlər.

"Sumqayıtın icra başçısının 1-ci müavini Teymur Səmədovun İcra Hakimiyyətinə işə götürdüyü gənc xanım Günel ilyarım müddətində Sumqayıtda 3, Türkiyənin İstanbul şəhərində 1 ev alıb, Aynur xanım isə bir aydır işə çıxıb, artıq Sumqayıtda bir ev alıb, mən isə atamın 2000-ci ildə adığı evdə yaşayıram. Bəs mən niyə ev ala bilmirəm? Əksinə, atamın aldığı evi banka ipotekaya qoyaraq pul götürüb bağça təmir etdirmişəm, ancaq indi imkan vermirlər ki, işləyim» - deyən T.Nəsibova üzləşdiyi vəziyyətlə bağlı qəzetimiz vasitəsi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, probleminin həll ediləcəyinə ümid etdiyini bildirib: “Bir ana, bir ailə başçısı kimi ona müraciət edirəm. Ümid edirəm ki, hörmətli Mehriban xanım düşdüyüm vəziyyətin ağırlığını nəzərə alaraq mənə yardımcı olacaq".

Əməkdaşımız məsələyə münasibət öyrənmək üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədovla əlaqə saxlayıb. T.Səmədov şikayətin əsassız, T.Nəsibovanın bağçadakı fəaliyyətinin isə yarıtmaz olduğunu bildirib. Buna baxmayaraq, T.Nəsibovanın fevralın 16-da icra başçısı Zakir Fərəcov tərəfindən qəbul olunaraq məsələyə aydınlıq gətiriləcəyinə əminliyini ifadə edən T.Səmədov sözügedən tarixdə iş gününün sonunda belə bir görüşün baş tutmayacağını bildirib.

Qeyd edək ki, "Təzadlar" qəzetinin növbəti sayında vətəndaş T.Nəsibovanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciətini dərc edəcəyik.

Sumqayıt şəhərindəki 18 saylı uşaq bağçasının müdiri Tünzalə Nəsibovanın "Təzadlar" qəzetinə verdiyi video-müsahibəni oxuculara təqdim edirik:

Tezadlar.az

OXŞAR MÖVZULAR