Impera

XƏBƏR LENTİ
16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (446)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Cənub Qaz Dəhlizi layihəsi: maraqlar balansının iki aspekti

28 fev 2019, 16:53   
    87
Cənub Qaz Dəhlizi layihəsi: maraqlar balansının iki aspekti

Milli.Az bildirir ki, Newtimes.az analitik məqalə ilə çıxış edib. Məqaləni oxucularımıza təqdim edirik:

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin təmsilçiləri iştirak ediblər. Toplantıda Prezident İlham Əliyev çıxış edib. Ölkə rəhbəri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, enerji resurslarının nəqli, nəqliyyat dəhlizləri, nəqliyyat marşrutlarının və mənbələrinin şaxələndirilməsi aspektlərində əhəmiyyətli olan məsələlərə geniş yer verib. Bu layihənin reallaşmasının verdiyi faydaları ifadə edən İlham Əliyev vacib geosiyasi problemlər haqqında da fikir bildirib. Dövlət başçısı Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin milli dövlətçilik və geosiyasi dinamika üçün verdiyi səmərəni ifadə edib. Bu, çox aktual məsələ olduğundan onun üzərində daha geniş dayanmağa ehtiyac var.

Enerji siyasəti və milli təhlükəsizlik: Azərbaycan modelinin özəllikləri

Azərbaycanın enerji siyasətinə dünyanın marağı həmişə çox olub. 1993-cü ildən etibarən davamlı olaraq həyata keçirilən bu siyasət böyük səmərə verir. Artıq Azərbaycan enerji siyasətini daha böyük uğurla geosiyasi elementlərlə zənginləşdirir. Bu, rəsmi Bakının təşəbbüsü və aktiv iştirakı ilə reallaşan yeni enerji layihələrinin fonunda daha aydın görünür. Cənub Qaz Dəhlizi burada ayrıca əhəmiyyət daşıyır.

Fevral ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçirilib. Tədbirdə Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər. Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger də iştirakçılar arasında olub. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev geniş məzmunlu nitq söyləyib.

Bu prosesə 2015-ci ildə Azərbaycanın təşəbbüsü ilə start verilib. Ötən müddət ərzində Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində ciddi addımlar atılıb. Yenə də Azərbaycan hakimiyyətinin fəallığı ilə bu layihə ilə bağlı beynəlxalq əməkdaşlıq qrupu yaradılıb. Həmin qrupa getdikcə daha çox Avropa ölkəsi qoşulmaqdadır. İndi ABŞ, Aİ-nin bir çox dövlətləri, Türkiyə və Gürcüstan Cənub Qaz Dəhlizinə dəstək verirlər.

Prezident İlham Əliyev nitqində layihənin əhəmiyyəti haqqında fikir ifadə edərkən vurğulayıb: "Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir. O zaman Azərbaycan nəhəng "Azəri-Çıraq-Günəşli" neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı. Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığımızın başlanğıcı idi".

Dövlət başçısının Cənub Qaz Dəhlizi layihəsini 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsi kimi xarakterizə etməsinin geosiyasi əhəmiyyəti var, çünki bu məqam onu göstərir ki, Azərbaycan düşünülmüş enerji siyasəti ilə milli maraqları təmin edir. Keçən əsrin 90-cı illərindən başlanan enerji əməkdaşlığı sadəcə ticari-iqtisadi məna daşımayıb. Azərbaycan rəhbərliyi bu kimi layihələrlə dövlətçiliyin və milli suverenliyin inkişaf etdirilməsinin qayğısına qalıb.

Burada müstəqil dövlətçilik və milli təhlükəsizlik üçün faydalı olan bir geosiyasi məqamı vurğulamaq gərəkdir. Azərbaycan enerji siyasətini daim milli-regional-qlobal miqyaslarda dövləti maraqların uzlaşdırılması kontekstində yeridib. Bu böyük siyasətin çox elementləri var. Ölkə rəhbəri tədbirdəki nitqində onun əsas hissələrini dəqiq ifadə edib. İlham Əliyev vurğulayıb: "Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və o dövlətlər ki, xarici enerji mənbələrindən asılıdır onlar əmin olmalıdırlar ki, bu marşrut dayanıqlı və uzunmüddətli olacaq. Onlar özlərinin gələcəyini və sənaye inkişafını planlaşdırmalıdır. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan istehsalçı dövlətlər etibarlı bazarlar olmadan öz məqsədlərinə çata bilməzlər. Beləliklə bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və geniş beynəlxalq əməkdaşlıq layihəsidir". Deməli, milli təhlükəsizlik məsələsi enerji təhlükəsizliyi kontekstində istehsalçı ilə yanaşı istehlakçı dövlət üçün də önəm daşıyır. İstehlakçı davamlı və dayanıqlı enerji ilə təmin olunacağına əmin olmalıdır, istehsalçının isə etibarlı bazarlara ehtiyacı var. Bu o deməkdir ki, enerji təhlükəsizliyi enerji şaxələndirilməsi ilə beynəlxalq əməkdaşlığı birləşdirməlidir ki, praktiki səmərə versin. Azərbaycan rəhbərliyi bu məqsədə yüksək səviyyədə nail olub.

Mənbələrin şaxələndirilməsi və geosiyasi reallıqlar: Avrasiya üçün yeni şans

Onun təməlini isə ölkə rəhbərliyinin daim enerji layihələrində ümumi marağı və qarşılıqlı faydanı nəzərə ala bilməsi təşkil edir. Bu kurs Azərbaycana başqa bir sahədə də ciddi uğurlar gətirib. Məsələn, dövlət başçısı həmin kontekstdə ifadə edib ki, "bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzinə çevrilir". Etiraf etmək lazımdır ki, ciddi rəqabətin və bir sıra dost olmayan dairələrin maneələri şəraitində buna nail olmaq böyük iradə və zəhmət tələb edir.

Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi üçün ciddi səylər göstərmək və real addımlar atmaq gərək idi. Bu məsələ həm də "Bir Qurşaq, Bir Yol" layihəsi çərçivəsində geosiyasi əhəmiyyət kəsb edirdi. Azərbaycan sistemli fəaliyyəti ilə həm enerji layihələrini reallaşdırır, həm də nəqliyyat sahəsində regionda aparıcı funksiyanı yerinə yetirir. Onu demək istərdik ki, Ermənistan bütün çabalarına baxmayaraq, bu istiqamətdə Azərbaycana heç bir maneə törədə bilmədi.

Çox sevindiricidir ki, bütün bu fəaliyyətin nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş imicini qazana bilib. Bunun nə dərəcədə vacib olduğunu sübut etməyə ehtiyac yoxdur. Müasir dövrdə etibarlılıq olmasa, sərmayə qoyulmaz. Bu çatışmazlıqdan çoxlu sayda dövlət əziyyət çəkir. Azərbaycan isə əksinə, getdikcə daha etibarlı dövlət kimi qəbul edilir. Dövlət başçısının nitqində vurğuladığı kimi, "Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib".

Nəhayət, Cənub Qaz Dəhlizinin reallaşmasının digər bir geosiyasi mənasını da vurğulamaq zəruridir. Biz, Prezident İlham Əliyevin nitqində ifadə etdiyi maraqların balansı məsələsini nəzərdə tuturuq. Dövlət başçısı bununla bağlı ifadə edib: "Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir". Dövlət başçısı Azərbaycanın enerji siyasətində milli maraqlara münasibətdə müxtəlif güclərin maraqlarının balanslaşdırılmasının önəm daşıdığını göstərib. Konkret olaraq Cənub Qaz Dəhlizində bu məqam öz əksini tapıb.

Digər faktor Cənub Qaz Dəhlizinin nəqliyyat marşrutlarını və mənbələrini şaxələndirmə vasitəsi kimi balansı təmin etməsi ilə bağlıdır. Bu çərçivədə Azərbaycanın Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbə olması ciddi məqamdır. Deməli, Azərbaycan qlobal geosiyasət üçün vacib sayılan enerji marşrutlarının şaxələndirilməsi ilə tarazlığı təmin etmək prosesində özəl yeri olan dövlətdir. Konkret ifadə edilsə, "...əslində, bu, Avropanın enerji xəritəsini dəyişdirir və beləliklə, Cənub Qaz Dəhlizinin əhəmiyyəti artır".

Geosiyasi maraqların balanslaşmasının bu iki aspektini uyğunlaşdırmaqla Azərbaycan beynəlxalq əməkdaşlığa öz töhfəsini vermiş olur. Gənc müstəqil ölkə üçün bu, böyük nailiyyətdir. Şübhə yoxdur ki, bu prosesi rəsmi Bakı daha da inkişaf etdirəcək. Bununla Azərbaycan Avrasiya məkanında xüsusi geosiyasi yeri olan və regional əməkdaşlıqda aparıcı rol oynayan dövlət olaraq beynəlxalq aləmdə öz mövqelərini daha da möhkəmlədəcək.
OXŞAR MÖVZULAR