Impera

XƏBƏR LENTİ
22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (382)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"''TBC Kredit'' evimi əlimdən alır..." - GİLEY

05 mar 2019, 11:21   
    85
"''TBC Kredit'' evimi əlimdən alır..." - GİLEY

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Ə.Şirvani küç, dalan 2, ev 35-də yaşayan İkram İslam oğlu Eyvazov "TBC Kredit” MMC və yerli məhkəmədən şikayətçidir.

İkram Eyvazov deyir ki, Abşeron Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli, iş N-2(012)-5201/2016 saylı və Abşeron Rayon İcra Şöbəsinin 18.12.2018-ci il tarixli, 17/75-81186 nömrəli sifariş məktubunun əsassız və qanunsuz olması barədə prezident İlham Əliyevə və Maliyyə Bazarlarına Nəzarət Palatasına da müraciət edib.

"Qərarı vermədiər ki, apelyasiya şikayəti verək”

Nəticənin olmadığını deyən Abşeron sakini yenidən ölkə başçısına üz tutub:

""TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dən 14 aprel 2015-ci ildə BAKU-21821-11212/2 saylı kredit müqaviləsinə əsasən evimin təmiri üçün 25000 dollar kredit götürmüşəm. Bankdan götürdüyüm 25000 dollar pulun bir hissəsini - 2000 dollarını qaytarmışam. Qalıq əsas borc 23000 dollar olmalı idi. Həm işsiz və xəstəliyimlə bağlı, həm 2-ci devalvasiya, həm də 2 uşaq öhdəmdə olduğuna görə aylıq ödəmələri vaxtında həyata keçirə bilmədim. Nəticədə bank məni aradan 1 il 2 ay keçdikdən sonra məhkəməyə verdi".

"Söz verdim ki, vəziyyətim düzələnə qədər hələlik hər ay 50-60 manat pul tapıb hissə-hissə banka ödəyəcəyəm. "TBC Kredit” bank olmayan kredit təşkilatı MMC- bu öhdəliyə razılıq vermədi və dərhal Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Biz cəmi bir dəfə məhkəmədə iştirak etdik. Sonradan məhkəmə 2016-cı ilin sentyabrında yekunlaşsa da, nəticədən xəbərimiz olmadı. Dəfələrlə yerli məhkəməyə gedib qətnaməni istəsək də, göndərəcəklərini bildirdilər. Amma göndərmədilər ki, apelyasiya şikayəti verək. Məhkəmə burada hüquqlarımızı kobud surətdə pozdu", - o deyir.

"Dedim ki, evi satıb pulu ödəyərəm”

Eyvazov deyir ki, 2017-ci ilin əvvəlindən məhkəmə qətnaməsi icra vərəqilə birgə Abşeron Rayon İcra Şöbəsinə göndərilib: "Abşeron Rayon İcra Şöbəsinin məmuru sonuncu dəfə 5-6 ay əvvəl məni çağırıb ödəniş etməyi tapşırdı. Mən də borc-xərc yığıb 2000 manat ödədim. Onlara dedim ki, indi işsizəm. Nəzərdə tutdum ki, yaşadığım evi satıb borcu ödəyim, sonra da kirayədə qalım. Əvvəl razılaşdılar. Bu ayın əvvəlində mənə bildiriş gəldi ki, ipotekaya qoyulmuş fərdi yaşayış eviniz hərracın təşkilatçısı olan "Hidayətoğlu Şirkətlər Qrupu” MMC tərəfindən təşkil olunacaq hərracda 27 fevral 2019-cu il, saat 11:00-da satılacaq. Hərracda 3,57 sot həyət və onun üzərindəki 163.5 kv m ümumi, 95 kv m. yaşayışı 69 kv.m yardımçı sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evimiz 22 950 ABŞ dollar qiymətləndirilməklə açıq hərraca çıxarılıb. Hərracın tez-bazar təşkil edilməsində maraqlı tərəf, əlbəttə ki, "TBC Kredit” bank olmayan kredit təşkilatı MMC-dir".

Hələlik həracın necə keçməsi barədə məlumat yoxdur.

"Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edirlər”

O bildirib ki, "TBC Kredit” MMC-nin məqsədi evi ucuz qiymətə satmaqla onun əlindən almağa çalışır: "Hərracda 60 min ABŞ dollar olan evimə aşağı qiymət qoyub satışa çıxarmaqda da məqsədləri bu yolla azca ödəniş edib əmlakı öz nümayəndələrinin adına almaq və sonra baha qiymətə satmaqdır. Axı mən borcun ödənilməsindən heç vaxt imtina etməmişəm. Əvvəl də ödəniş etmişəm. İcraata veriləndə də 2000 manat ödəniş etdim ki, evimi özüm satıb, borcu tam bağlayım. Görünür, qarşı tərəfə bu variant sərf etmədiyinə görə İcra Şöbəsi məmuru ilə gizli sövdələşərək ailəmin yaşadığı olan – qalan bir evimizi " su qiyməti”nə ələ keçirmək istəyirlər. Bu, ədalətsiz yanaşmadır. Belə olan halda yenə də üstümə yazılmış və şişirdilmiş rəqəmlər olan 8000 ABŞ dollar borum qalacaq. O zaman nəyi satıb ödəyəcəyəm? Düşdüyüm ağır vəziyyətdən sui-istifadə edən "TBC Kredit” MMC son ümid yerim olan yaşayış evimi əlimdən almaq istəyir".
"''TBC Kredit'' evimi əlimdən alır..." - GİLEY

"Qanuna görə vətəndaşın mülkü əlindən alına bilməz”

Səhhətinin ağır olduğunu deyən İkram Eyvazov işdən də çxarıldığını deyir: "2018-ci ilin dekabr ayınadək "Xaliq Faiqoğlu” MMC-nin 114 saylı marşrut avtobusunda sürücü işləmişəm. Ürək-damar xəstəliyimə görə işdən kənarlaşdırdılar. Ona görə istəyirdim ki, evimi satıb borcumu ödəyim. Amma imkan vermirlər. Axı qanunvericilikdə qəti qadağan olunur ki, vətəndaşın son və yeganə yaşayış evi girov qoyulsa belə, girov predmeti borcun ödənilməsi üçün satıla və əlindən alına bilməz. Qanunsuzluğun baş alıb getdiyi indiki məqamda dövlət başçısına müraciət etməkdən başqa çarəm qalmayıb".

Vətəndaşın problemi ilə bağlı "TBC Kredit” MMC-yə sorğu göndərsək də, məsələyə münasibət bildirmədilər.

Fevralın 28-də Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı Fərman imzalayıb.

İkram Eyvazov bu fərmanın ona da şamil edilib-edilməyəcəyini bilmir.
OXŞAR MÖVZULAR