Impera

XƏBƏR LENTİ
15:09Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"15:05Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?14:59Sabahın havası: yağış, qar, duman14:55Bakıda sərnişin avtobusu yanıb14:49Türkiyədə daha bir zəlzələ14:45Aprelin 1-dən uşaqpulu veriləcək? - Nazirlik AÇIQLADI14:42"Instagram"da yenilik — Tək barmaqla...14:40Azərbaycana yaz gəldi...00:33Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi00:02Binəqədi rayonunda Novruz şənliyi keçirilmişdir12:28İlham Əliyev Azərbaycan xalqını təbrik etdi12:23Vasif Məhərrəmli verilişdə oynayarkən yıxıldı - VİDEO12:18Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA12:13Bu klinikadan Novruz aksiyası: 5 gün tam pulsuz12:09BNA: Bakının Nobel prospektində yeni dönmə yerləri açılıb, piyada keçidləri təşkil edilib12:04Qazaxıstanda spiker Kasım-Jomart Tokayev and içdi16:37Əli Əhmədovdan ANONS: "Əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq"16:34Elvin İbrahimovun Azərbaycana qaytarılması mümkündür - Paşinyan16:32Prezident qanun imzaladı14:31İlham Əliyev və xanımı "Tarqovı" və "İçəri Şəhər"də - VİDEO14:17Afət Fərmanqızıdan daha bir ŞOK ADDIM: Nəsiminin bu qəzəlinə mahnı oxudu - İt hürər... (VİDEO)14:01Beyl "Bavariya"da?13:51FHN-dən xəbərdarlıq13:32Rusiyada Azərbaycana bu məhsullar gətirilməyəcək - Qadağa12:15Yaxın vaxtlarda toyu olacaqdı, anası meyitini tapdı - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - TƏFƏRRÜAT11:52“Problemlər var, Ərdoğanla görüşəcəyəm” – Lukaşenko11:35Azərbaycan qida məhsullarına nə qədər xərcləyir? - İNFOQRAM11:18"Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR10:46Birinci sinfə qəbulla bağlı nazirlikdən XƏBƏRDARLIQ10:33Azərbaycanda 7 gün iş olmayacaq10:19Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib16:40"ASAN xidmət" 5 gün işləməyəcək16:37Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?16:34Afətdən sonra daha bir məşhur Nəsiminin qəzəlini oxudu, tənqid olundu - VİDEO15:40"Elmlər Akademiyası" stansiyasına gələn qatar geri, "Nizami"yə qayıtdı – Metroda nə baş verir?15:37Kəmaləddin Heydərov əmr imzaladı15:34Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI15:05Poçt göyərçini inanılmaz qiymətə satıldı – Foto15:01Nigar Camalın Mədət Quliyevin oğlu ilə səmimi FOTOSU yayıldı14:22İTV rəhbəri narazılıq yaradır13:55Bu şəxslərə pulsuz avtomobil veriləcək - İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM13:44Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı12:22Vasif Talıbovdan mühüm sərəncam - Nazir müavini işdən çıxarıldı12:04Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır11:53“Barselona”da ağır itki11:42Afətə görə işdən çıxarılan tibb işçilərinin daha bir videosu yayıldı- VİDEO11:22Bakıda yanğın: ölən var11:07Dərnəgül yolunda ağır qəza - VİDEO10:53Gömrük Komitəsi iki ayda dövlət büdcəsinə 665 milyon manatdan çox vəsait köçürüb10:42Bu tarixdə Azərbaycan sərhədlərində yeni dövlətlər yaranacaq və... – ŞOK SSENARİ10:27Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir12:53Əli İnsanovdan ilk açıqlama: “Azərbaycan uçurumun dibindədir”12:51Güclü külək, yağış, qar - Hava xəbərdarlığı12:48Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni proqram hazırlanır12:45Yeni Zelandiya baş naziri terror barədə öncədən məlumatlı olub12:39Əli İnsanov azadlığa buraxıldı - FOTO22:02"Kəbirə Məmmədova Tibb Mərkəzi"ndən şikayət var14:23Bakıda itkin düşən 18 yaşlı qızdan XƏBƏR VAR14:20Azərbaycandan Ermənistana keçən şəxs kimdir? - DSX AÇIQLADI14:17Azərbaycanın dini liderləri Yeni Zelandiyadakı terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər14:13Daha bir məscidə hücum - ŞOK ANLAR/VİDEO14:09Sabahkı günə tarix qoyularaq satılan yumurtalarla bağlı açıqlama13:00Azərbaycanda siqaret və alkoqolun satışı ilə bağlı VACİB QƏRAR12:39Səfər Mehdiyev İran rəsmiləri ilə görüşdü12:14Şahid Yeni Zelandiyadakı terrordan danışdı: "Polislər gec gəldilər"11:50Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi – FOTO18:05Manat və dolların sabaha olan məzənnəsi17:24Bir neçə saata əfv sərəncamının imzalanacağı gözlənilir17:12AQTA yumurta olayını araşdırmağa başladı – Fotolar16:51"Bəlkə o işdən çıxarılan tibb bacısının ailəsi gözünü 150 manat maaşa dikmişdi?" - Şəbnəm - VİDEO16:13Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib15:38Bakıda qeyri-adi qəza: motosiklet minik avtomobili ilə toqquşdu və avtobusun...15:21Vidadi Zeynalov azadlığa buraxıldı15:07Məscidlərə hücumda istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTO13:04Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?12:55Tibb işçiləri Nüşabə Ələsgərliyə görə işdən çıxarılıb? - Açıqlama12:29Novruz Məmmədov hesabat verir12:08Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR11:18Bakıda faciə: 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı – Video11:01Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR10:49Bu ərazilərdə gün ərzində işıq olmayacaq10:34İşçi qrupun rəhbəri: “Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir”17:28Müğənni Fədayə Laçının həbsxanadan FOTOSU YAYILDI17:27Polis gücləndirilmiş iş rejiminə keçir17:24Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər17:22Manat və dolları dəyişmək istəyənlərin nəzərinə17:20Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO16:19Azərbaycanda 10 milyonluq narkotik keçirmək istədilər - ŞOK ƏMƏLİYYAT16:14Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər16:06Ramil Usubov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT16:04Qənirə Paşayeva: “Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır”15:56“YARAT”da“ Yeni il gecəsində möcüzə” filmi təqdim ediləcək14:43Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq14:20Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul etdi - FOTOLAR14:06Sürücülərə vacib xəbərdarlıq13:52Tərtərdə güclü partlayış – Xəsarət alan var13:35"Regionda on minlərlə yeni iş yeri yaradılır" - İlham Əliyev13:19Sabahın hava PROQNOZU – yağış, qar13:06"Problemli kreditlərlə bağlı mexanizm hazırdır" - Nazir12:53Ermənistanla bağlı ŞOK FAKT: 9,4 milyon...
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (318)
Fevral 2019 (461)
Yanvar 2019 (601)
Dekabr 2018 (493)
Noyabr 2018 (488)
Oktyabr 2018 (520)

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Bu işlərə görə Sizə “Çox sağ olun!” deyirəm” - PREZİDENTƏ YAZIRLAR

11 mar 2019, 16:35   
    26
“Bu işlərə görə Sizə “Çox sağ olun!” deyirəm” - PREZİDENTƏ YAZIRLAR

Ötən ilin aprel ayından başlayaraq həyata keçirilən islahatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi elektron poçtuna məktublar gəlir.

“Report” xəbər verir ki, vətəndaşlar bu məktublarda keçirilən çoxtərəfli islahatlarla bağlı minnətdarlıq ifadə edirlər. Həmin məktublardan bir neçəsini təqdim edirik:

Göygöl rayonunun Yeni Qızılca kəndindən Mətanət Cəfərova yazır:

"Hörmətli cənab Prezident,

Əhalinin sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər insanların yaşayışına öz müsbət təsirini göstərməkdədir. Ünvanlı sosial yardımların təyin olunması, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi, sosial müavinətlərin və təqaüdlərin artırılması dediklərimi bir daha təsdiqləyir. Mən də aztəminatlı ailənin üzvü kimi qeydiyyata alınmışam. Bizim ailəyə baxış keçirildi və sosial yardım təyin olundu.

Əziz Prezidentimiz, bu işlərə görə Sizə “Çox sağ olun!” deyirəm.

Yaşasın dövlətimiz və rəhbərimiz!”.

Bakının Yasamal rayonundan telejurnalist Mahir Məmmədli yazır:

"Hörmətli cənab Prezident,

Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı Fərmanınıza görə Sizə minnətdarlıq etməyi öz vətəndaşlıq borcum sayıram. Problemli kreditlər minlərlə ailəni narahat edirdi. Sizin humanist addımınızla bu problem həllini tapmış oldu, insanların maliyyə yükü əhəmiyyətli dərəcədə azaldı. Bu Fərman demək olar ki, hər bir ailəyə sevinc bəxş etdi.

2019-cu il başlayandan verdiyiniz humanist, sosialyönümlü qərarlar Sizin siyasətinizdə xalq və vətəndaş amilinin ən öndə dayandığını göstərir.

Cənab Prezident, əminəm ki, Sizin sosial siyasətiniz uğurla davam edəcək, bizi sevindirən böyük addımlarınız bundan sonra da olacaqdır. Bir Azərbaycan vətəndaşı, telejurnalist olaraq Sizə apardığınız sosial siyasətə, xalqa və vətəndaşa verdiyiniz böyük dəyərə görə minnətdaram. Tanrı yardımçınız olsun!”.

Yevlax rayonunun Əxşam kəndindən Ağdam rayonundan məcburi köçkün Osman Xəlilov məcburi köçkünlər üçün nəzərdə tutulan müavinətin artırılmasına Prezidentə təşəkkür edib:

"Hörmətli cənab Prezident,

Hər zaman biz məcburi köçkün ailələrinə böyük diqqət və qayğı göstərdiyiniz üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması barədə Sərəncamınız bu qayğının davamı olaraq biz məcburi köçkün ailələrini çox sevindirdi.

Cənab Prezident, inanırıq ki, Sizin sayənizdə öz doğma el-obamıza qayıtmaq bizə nəsib olacaqdır. Biz o günü səbirsizliklə gözləyirik. Məcburi köçkün ailələrinin qayğısına qaldığınıza görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, cansağlığı arzulayıram”.

Bakının Sabunçu rayonu Nardaran qəsəbəsindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli xalçaçı Sürayə Rzayeva “Azərxalça” ASC-nin Nardaran filialının kollektivi adından yazır ki, filialın yaradılması sakinlərdə ruh yüksəkliyi yaradıb: “Sizin rəhbərliyinizlə son illərdə doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sabunçu rayonunun Nardaran qəsəbəsinin sosial-iqtisadi inkişafında, mədəni həyatında da mühüm nailiyyətlər əldə olunub. Biz nardaranlılar Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Bilirik ki, bizi düşünən, qayğılarımızı, problemlərimizi həll etməyə çalışan, uğurlarımıza sevinən əziz Prezidentimiz var.

Sizin qayğınız nəticəsində qazandığımız ən böyük uğurlardan biri də “Azərxalça” ASC-nin Nardaran filialının yaradılmasıdır. Ötən il Sabunçu rayonunda xalça istehsalı emalatxanasının yaradılması haqqında Sərəncam imzalamağınız rayonumuzun əhalisi tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Sevinirik ki, bu emalatxana məhz hər evində, hər ailəsində xalçaçılar olan Nardaranda yaradıldı, burada yaşayan xalçaçıların mənəvi, maddi ehtiyacları nəzərə alındı. İndi nardaranlı xalçaçılar işıqlı, geniş, hər cür texniki imkanlara malik, təmiz, səliqəli filial binasında həvəslə işləyirlər. Bu bina bizim evimiz, bizim ən əziz məkanımızdır.

Biz bu günü illərlə gözləmişik, cənab Prezident. Sizin Sərəncamınızla minimum əməkhaqqının artırılması xalçaçıları da ürəkdən sevindirib. Bu, bizə və ailələrimizə böyük köməkdir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk”.

Kürdəmirdən Orxan Rüstəmov Prezidentə edilən müraciətə əsasən Pirili, Xınıslı kəndlərini və Karrar qəsəbəsini Bakı-Qazax magistral yolu ilə birləşdirən avtomobil yolundakı problemin aradan qaldırıldığını yazır:

"Hörmətli cənab Prezident.

Müraciətimizə əsasən Kürdəmir rayonunun Pirili, Xınıslı kəndlərini və Karrar qəsəbəsini Bakı-Qazax magistral yolu ilə birləşdirən avtomobil yolunda yaranmış problemin həllinə göstərilən diqqətə görə bu yaşayış məntəqələrinin sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Artıq magistrala çıxış yolunun tikintisinə başlanılıb. Əminik ki, bu yol tikildikdən sonra adlarını qeyd etdiyim qəsəbələrin və kəndlərin sakinlərinin işləri asanlaşacaq, güzəranı daha da yaxşılaşacaq.

Möhtərəm cənab Prezident, Allahdan Sizə və ailənizə möhkəm cansağlığı arzulayırıq. Biz həmişə Sizi dəstəkləyir və arxanızda olduğumuzu bildiririk”.

Hacıqabuldan tibb bacısı Vüsalə Xancanova yazır ki, pensiya, müavinət və əməkhaqlarının miqdarı ardıcıl olaraq artırılır, yaşayış şəraiti daha da yaxşılaşır: “Ölkəmizdə əhalinin güzəranının yaxşılaşdırılması Sizin daim diqqətinizdədir. Pensiya, müavinət və əməkhaqlarımızn miqdarı ardıcıl olaraq artırılır, yaşayış şəraitimiz daha da yaxşılaşır.

Uzun illərdir ki, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirəm. Minimum əməkhaqqının artırılması barədə Sərəncamınızdan sonra əməkhaqqımın miqdarı artıb. Bu bizim ailə büdcəmizə köməkdir.

Cənab Prezident, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən bu və digər Sərəncamlarınızla Sizi ürəkdən sevən və Sizə güvənən xalqın içində olduğunuzu bir daha sübut etdiniz. Fəaliyyətinizdə daim xalqın güzəranını, rifahını düşündüyünüzə görə Sizə bütün ailə üzvlərimizin səmimi minnətdarlığını bildirirəm”.

Zərdab rayonundan Ruhiyyə Ağayeva yazır ki, əlillərə verilən müavinətin artırılmasını yüksək qiymətləndirir:

"Əzizimiz İlham Heydər oğlu Əliyev.

Mən, Ağayeva Ruhiyyə birinci qrup əliləm. Sizin əlillərə və aztəminatlı ailələrə göstərdiyiniz xüsusi diqqətiniz bizim həyat şəraitimizin yaxşılaşmasına mühüm töhfədir. Əlilliyə görə sosial müavinətin məbləğinin artırılması ilə bağlı Sərəncamınız bir çoxları kimi məni də çox sevindirdi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mənim əziz Prezidentim, ayaqlarım iflicdir. Amma yaşamaq həvəsim böyükdür. Hər gün televiziyada Sizi izləyirəm, Sizin təbəssümlü simanızı görəndə həmişə qürurlanıram, Sizinlə fəxr edirəm. Allah Sizə möhkəm cansağlığı versin. Sizə daim dualar edirəm. Dövlətimiz üçün etdiyiniz bütün işlərə görə sonsuz təşəkkürümü bildirməyi özümə borc bildim.

Çox sağ olun, cənab Prezident”.

Xocavənd rayonunun Xocavənd qəsəbə sakini Ələddin Quliyev yazır ki, Qarabağ müharibəsi əlilləri və veteranları dövlət başçısının diqqət mərkəzindədir: “

“Hörmətli cənab Prezident.

Biz müharibə veteranları Sizin diqqət və qayğınızı daim öz üzərimizdə hiss edirik. Əhalinin rifah halının yüksəldilməsi ilə əlaqədar fevral ayında ard-arda verdiyiniz fərman və sərəncamlar vətəndaşların sevincinə səbəb oldu. İnanıram ki, bütün bunlar vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşmasına gətirib çıxaracaqdır.

Sizin sərəncamınızla şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin də təqaüdü artırıldı, müharibə veteranlarına yeni təqaüd təsis edildi. Bu, bir daha göstərir ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları dövlətimizin başçısının diqqət mərkəzindədir.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Xocavəndlilər həmişə Sizinlədirlər. Biz Sizin bir əmrinizlə torpaqlarımızı yağı düşməndən azad etməyə hər an hazırıq”.
OXŞAR MÖVZULAR