Impera

XƏBƏR LENTİ
15:09Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"15:05Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?14:59Sabahın havası: yağış, qar, duman14:55Bakıda sərnişin avtobusu yanıb14:49Türkiyədə daha bir zəlzələ14:45Aprelin 1-dən uşaqpulu veriləcək? - Nazirlik AÇIQLADI14:42"Instagram"da yenilik — Tək barmaqla...14:40Azərbaycana yaz gəldi...00:33Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi00:02Binəqədi rayonunda Novruz şənliyi keçirilmişdir12:28İlham Əliyev Azərbaycan xalqını təbrik etdi12:23Vasif Məhərrəmli verilişdə oynayarkən yıxıldı - VİDEO12:18Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA12:13Bu klinikadan Novruz aksiyası: 5 gün tam pulsuz12:09BNA: Bakının Nobel prospektində yeni dönmə yerləri açılıb, piyada keçidləri təşkil edilib12:04Qazaxıstanda spiker Kasım-Jomart Tokayev and içdi16:37Əli Əhmədovdan ANONS: "Əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq"16:34Elvin İbrahimovun Azərbaycana qaytarılması mümkündür - Paşinyan16:32Prezident qanun imzaladı14:31İlham Əliyev və xanımı "Tarqovı" və "İçəri Şəhər"də - VİDEO14:17Afət Fərmanqızıdan daha bir ŞOK ADDIM: Nəsiminin bu qəzəlinə mahnı oxudu - İt hürər... (VİDEO)14:01Beyl "Bavariya"da?13:51FHN-dən xəbərdarlıq13:32Rusiyada Azərbaycana bu məhsullar gətirilməyəcək - Qadağa12:15Yaxın vaxtlarda toyu olacaqdı, anası meyitini tapdı - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - TƏFƏRRÜAT11:52“Problemlər var, Ərdoğanla görüşəcəyəm” – Lukaşenko11:35Azərbaycan qida məhsullarına nə qədər xərcləyir? - İNFOQRAM11:18"Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR10:46Birinci sinfə qəbulla bağlı nazirlikdən XƏBƏRDARLIQ10:33Azərbaycanda 7 gün iş olmayacaq10:19Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib16:40"ASAN xidmət" 5 gün işləməyəcək16:37Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?16:34Afətdən sonra daha bir məşhur Nəsiminin qəzəlini oxudu, tənqid olundu - VİDEO15:40"Elmlər Akademiyası" stansiyasına gələn qatar geri, "Nizami"yə qayıtdı – Metroda nə baş verir?15:37Kəmaləddin Heydərov əmr imzaladı15:34Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI15:05Poçt göyərçini inanılmaz qiymətə satıldı – Foto15:01Nigar Camalın Mədət Quliyevin oğlu ilə səmimi FOTOSU yayıldı14:22İTV rəhbəri narazılıq yaradır13:55Bu şəxslərə pulsuz avtomobil veriləcək - İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM13:44Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı12:22Vasif Talıbovdan mühüm sərəncam - Nazir müavini işdən çıxarıldı12:04Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır11:53“Barselona”da ağır itki11:42Afətə görə işdən çıxarılan tibb işçilərinin daha bir videosu yayıldı- VİDEO11:22Bakıda yanğın: ölən var11:07Dərnəgül yolunda ağır qəza - VİDEO10:53Gömrük Komitəsi iki ayda dövlət büdcəsinə 665 milyon manatdan çox vəsait köçürüb10:42Bu tarixdə Azərbaycan sərhədlərində yeni dövlətlər yaranacaq və... – ŞOK SSENARİ10:27Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir12:53Əli İnsanovdan ilk açıqlama: “Azərbaycan uçurumun dibindədir”12:51Güclü külək, yağış, qar - Hava xəbərdarlığı12:48Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni proqram hazırlanır12:45Yeni Zelandiya baş naziri terror barədə öncədən məlumatlı olub12:39Əli İnsanov azadlığa buraxıldı - FOTO22:02"Kəbirə Məmmədova Tibb Mərkəzi"ndən şikayət var14:23Bakıda itkin düşən 18 yaşlı qızdan XƏBƏR VAR14:20Azərbaycandan Ermənistana keçən şəxs kimdir? - DSX AÇIQLADI14:17Azərbaycanın dini liderləri Yeni Zelandiyadakı terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər14:13Daha bir məscidə hücum - ŞOK ANLAR/VİDEO14:09Sabahkı günə tarix qoyularaq satılan yumurtalarla bağlı açıqlama13:00Azərbaycanda siqaret və alkoqolun satışı ilə bağlı VACİB QƏRAR12:39Səfər Mehdiyev İran rəsmiləri ilə görüşdü12:14Şahid Yeni Zelandiyadakı terrordan danışdı: "Polislər gec gəldilər"11:50Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi – FOTO18:05Manat və dolların sabaha olan məzənnəsi17:24Bir neçə saata əfv sərəncamının imzalanacağı gözlənilir17:12AQTA yumurta olayını araşdırmağa başladı – Fotolar16:51"Bəlkə o işdən çıxarılan tibb bacısının ailəsi gözünü 150 manat maaşa dikmişdi?" - Şəbnəm - VİDEO16:13Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib15:38Bakıda qeyri-adi qəza: motosiklet minik avtomobili ilə toqquşdu və avtobusun...15:21Vidadi Zeynalov azadlığa buraxıldı15:07Məscidlərə hücumda istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTO13:04Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?12:55Tibb işçiləri Nüşabə Ələsgərliyə görə işdən çıxarılıb? - Açıqlama12:29Novruz Məmmədov hesabat verir12:08Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR11:18Bakıda faciə: 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı – Video11:01Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR10:49Bu ərazilərdə gün ərzində işıq olmayacaq10:34İşçi qrupun rəhbəri: “Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir”17:28Müğənni Fədayə Laçının həbsxanadan FOTOSU YAYILDI17:27Polis gücləndirilmiş iş rejiminə keçir17:24Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər17:22Manat və dolları dəyişmək istəyənlərin nəzərinə17:20Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO16:19Azərbaycanda 10 milyonluq narkotik keçirmək istədilər - ŞOK ƏMƏLİYYAT16:14Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər16:06Ramil Usubov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT16:04Qənirə Paşayeva: “Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır”15:56“YARAT”da“ Yeni il gecəsində möcüzə” filmi təqdim ediləcək14:43Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq14:20Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul etdi - FOTOLAR14:06Sürücülərə vacib xəbərdarlıq13:52Tərtərdə güclü partlayış – Xəsarət alan var13:35"Regionda on minlərlə yeni iş yeri yaradılır" - İlham Əliyev13:19Sabahın hava PROQNOZU – yağış, qar13:06"Problemli kreditlərlə bağlı mexanizm hazırdır" - Nazir12:53Ermənistanla bağlı ŞOK FAKT: 9,4 milyon...
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (318)
Fevral 2019 (461)
Yanvar 2019 (601)
Dekabr 2018 (493)
Noyabr 2018 (488)
Oktyabr 2018 (520)

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakıda ölmək neçəyə başa gəlir? - VİDEO

12 mar 2019, 13:20   
    24
Bakıda ölmək neçəyə başa gəlir? - VİDEO

El arasında belə bir məsəl var. Bu dünyada insana beş metr kəfən və bir qarış da torpaq qalır.

Bunu deyən əcdadlarımızın ağlına da gəlməzdi ki, indiki zəmanədə ölmək də "pullu” olacaq, mərhum isə özü ilə o biri dünyaya həm də qəbir üçün ayrılmış sahə şəklində "daşınmaz əmlak aparacaq”. Bu gün ölmək böyük xərclər tələb edir: yas mərasimi, o cümlədən üçü, yeddisi, qırxı, cümə axşamları, qəbir üçün ayrılan yer və s.

Yas mərasimini təmtəraqlı şəkildə keçirib-keçirməmə hər bir insanın şəxsi işidir və son vaxtlar dövlət tərəfindən tənzimlənir (son bir neçə ildə aparılan işlər hesabına təmtəraqlı yas mərasimlərinə münasibət dəyişib). Habelə qəbir üçün ayrılan yerlərə gəlincə, bu planda son illər ərzində dəyişən yalnız qiymətlər olub.

Azərbaycan qanunvericiliyinə görə, hər bir vətəndaş həyatda olduğu vaxt etiqad etdiyi dinin tələbləri əsasında dəfn olunmalıdır. Məsələn, Bakıda xüsusi olaraq bu məqsədlə Əhaliyə Vətəndaş xidməti Tresti yaradılıb.

Adıçəkilən trestin tabeliyində paytaxtın müxtəlif yerlərində yerləşən 25 qəbiristanlıq yer alır. Vətəndaşın ölümündən sonra onun yaxınları müəyyən sənədləri təqdim etdikdən sonra "Sosial ödənişlər haqda” Qanuna əsasən, dövlətdən 160 manat vəsait alır.

Dövlətin fikrincə, bu vəsait mərhumun dəfn edilməsinə kifayət edir, belə ki, trestin nümayəndələrinin sözlərinə əsasən, müsəlman üçün bir qəbrin rəsmi qiyməti 63, qeyri-müsəlman üçün 79 manat təşkil edir.

Belə çıxır ki, qəbir işini həll etdikdən sonra ailənin əlində 100 manata yaxın pul qalır. Onunla mərasimdə iştirak edən qonaqların qarşısına qoymaq üçün çay, xurma, su almaq olar.

Ancaq bütün bunlar yalnız kağız üzərindədir.

Reallıqda isə Bakı qəbiristanlıqlarında tam fərqli "mənzərə” mövcuddur:

1. Yasamal – qəbir üçün yer – 7000-9000 manat

2. Xırdalan – 800-1500 manat (dörd qəbir yeri "paketi” isə 2500-ə başa gəlir)

3. Masazır – 500 manat

4. Biləcəri – 500 manat ( hazır, qazılmış qəbirlə birlikdə 800 manat)

5. Badamdar – 500 manat

6. Ramana – 250 manat

Rəsmi rəqəmlərlə real qiymətlər arasında fərq 4-8 dəfə çoxdur. Yasamal qəbiristanlığında isə kağız üzərində göstərilən rəqəmlərdən nə az, nə çox, 11 dəfə yüksəkdir.

Bunun səbəbi nədir və bu yolla toplanan pul vəsaitləri hara xərclənir? Çünki məbləğ elə də kiçik deyil. Təkcə 2016-cı ildə Bakıda 13 minə yaxın insan vəfat edib (son üç il üzrə statistika hələlik yenilənməyib). Real qiyməti götürsək, tutaq ki, bir qəbirin orta qiyməti 500 manatdır, deməli, bu, illik 6 milyon 500 min manata yaxın vəsait edir.

Bəs toplanmış vəsaitlər hara gedir? Bu qanunidirmi? Dövlət vahid rəqəm (63 manat) təsbit etdiyi halda, nə üçün qəbiristanlıqdan qəbiristanlığa qiymət dəyişir?

Bu qanunidirmi?

Xeyr, bu qanuna ziddir. Məsələn, İstanbulda qəbir yerinin qiymətlərini bələdiyyələr müəyyən edir. Türkiyənin ən iri şəhərində qəbiristanlıqlar dörd kateqoriyaya ayrılır.

Birinci kateqoriyaya şəhərin mərkəzində yerləşən Zincirlikuyu qəbiristanlığı daxildir. Orada qəbir yeri (2018-ci il göstəricisinə görə) 1900 manata başa gəlir. Alınmış qəbirin yanındakı boş yer isə artıq fərqli qiymətə - 4000 manata təklif olunur. İnsan ölməzdən əvvəl özünə qəbir yeri sifariş verirsə, bu, ona 8000 manata başa gəlir.

İkinci kateqoriyaya – Eyüp qəbiristanlığı aiddir. Orada qəbir yerinin qiyməti 353 manat, yaxınlıqdakı boş yerin qiyməti isə 1600 manat təşkil edir. Öncədən özlərinə qəbir sifariş verənlər 3200 manatından keçməli olur.

Üçüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda qiymətlər müvafiq olaraq, 32, 642 və 1300 manat təşkil edir.

Ən ucuz başa gələn qəbir yerləri dördüncü kateqoriyaya aid olan qəbiristanlıqlarda təklif olunur. Qiymətlər müvafiq olaraq 32, 321 və 642 arasında dəyişir.

Rəqəmlərə nəzər salsaq, görərik ki, 15 milyonluq əhalisi olan İstanbulun ən bahalı qəbiristanlığında belə qəbir yeri Bakıdakından dörd dəfə ucuzdur.

Qeyd etdiyimiz kimi, İstanbulda qəbir yerlərinin qiymətini hər rayonun öz bələdiyyəsi müəyyən edir. Qiymətləri müəyyən edən vaxt yerin çox və ya az olması, tələb və digər faktorlar nəzərə alınır. Bütün proses qanun çərçivəsində aparılır, hər hansı ixtilaf və ya ziddiyyətlər ortaya çıxmır.

Azərbaycanda isə qəbiristanlıqların kateqoriyalara uyğun təsnifatı deyilən bir anlam yoxdur. Deputatlar tez-tez bu məsələni müzakirə etsələr də, yaxın gələcəkdə konkret qərarın qəbul olunacağı gözlənilmir.

Yığılan vəsaitlər hara gedir?

Heç bir informasiya yoxdur. Mərhumu dəfn etmək istəyən qohum qəbiristanlığa gəlir, ona təklif olunan yeri göstərirlər, sonra qiymət "oxuyurlar” və hər şey bununla bitir. Qəbirin baxımlı saxlanılması isə bundan sonra qohumların qəbiristanlığa tez-tez gəlib-gəlməməsindən asılı olacaq.

Heç bir qeydiyyat olmur, qəbirlərin yaxın çevrəsində təmizlik işləri, qəbir daşlarının təmizlənməsi və s. aparılmır. Uzun sözün qısası, qəbiristanlığın təmizliyi vətəndaşların ölülərə olan hörmətinin "ümidinə” qalır.

Dövlət Trestin simasında qəbir yerinin qiymətinin 63 manat təşkil etdiyini bildirir, real qiymətlər isə öncə də qeyd etdiyimiz kimi, bu rəqəmləri 4-8 dəfə, hətta bəzi yerlərdə 11 dəfə üstələyir.

İnsanlar ölməyə davam edir, qohumlar ölüləri dəfn etməyə davam edir, pullar da bəzi işbazların və buna göz yuman məmurların ciblərinə axmağa davam edir. Heç də kiçik rəqəm deyil, ilə 5-6 milyon manat.

Problemi necə həll etmək olar?

Azərbaycanda həm ölülər, həm də dirilər qanun qarşısında bərabərdir. Ucuz "üst-baş”, bahalı brend geyimlərin dəfələrlə ucuz surətləri ilə hər hansı şəxs öz yoxsulluq səviyyəsini gizlədə və başqalarında seçilməyə bilirsə, "ölülər aləmi” üçün bu, heç də keçərli deyil.

Deyək ki, Yasamalda yaşayan üç nəfərdən ibarət ailə (Allah eləməmiş) ağır yolda qəzasına düşüb. İndi belə çıxır, ailənin yaxınları onların dəfninə görə 24 min manat ödəməlidir.

Təsəvvürünüzə gətirin, Yasamal qəbiristanlığında 4 kvadrat metrə görə 7 min manat ödəmək lazımdır. Qobu qəsəbəsində həmin qiymətə 4000 kvadrat metrlik torpaq sahəsi almaq olar.

Burdan belə bir nəticə çıxarmaq olar ki, Bakıda kvadrat metrə görə ən bahalı yer elit yaşayış binaları yox, mərkəzdə yerləşən qəbiristanlıqlardır.

Hər il Azərbaycan parlamentində qəbir yerlərinin, qəbir daşlarının standartlaşdırılması ilə bağlı məsələ qaldırılır. Hərçənd bütün bunlar yalnız müzakirə səviyyəsində qalır. Ancaq ciddi yanaşılsa, burada hər hansı şeyi ixtira etməyə ehtiyac yoxdur.

İstanbul nümunəsi əsasında qəbiristanlıqların təsnifatını aparıb, bunu rəsmi şəkildə elan etmək, məsələni qanuniləşdirmək olar. Çünki ölülərdən pul çıxarmaq, bunun üzərində biznes qurmaq heç kimə başucalığı gətirəsi deyil. O cümlədən, buna göz yuman dövlətə./oxu.az


OXŞAR MÖVZULAR