Impera

XƏBƏR LENTİ
15:09Prezidentlikdən getsə də, hakimiyyətdə qalır - "QAZAXISTANDA QALAQURMA"15:05Bayramdan sonra hansı xəstəliklər kəskinləşir?14:59Sabahın havası: yağış, qar, duman14:55Bakıda sərnişin avtobusu yanıb14:49Türkiyədə daha bir zəlzələ14:45Aprelin 1-dən uşaqpulu veriləcək? - Nazirlik AÇIQLADI14:42"Instagram"da yenilik — Tək barmaqla...14:40Azərbaycana yaz gəldi...00:33Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi00:02Binəqədi rayonunda Novruz şənliyi keçirilmişdir12:28İlham Əliyev Azərbaycan xalqını təbrik etdi12:23Vasif Məhərrəmli verilişdə oynayarkən yıxıldı - VİDEO12:18Ronaldo və Messi eyni klubda çıxış edə bilər - İDDİA12:13Bu klinikadan Novruz aksiyası: 5 gün tam pulsuz12:09BNA: Bakının Nobel prospektində yeni dönmə yerləri açılıb, piyada keçidləri təşkil edilib12:04Qazaxıstanda spiker Kasım-Jomart Tokayev and içdi16:37Əli Əhmədovdan ANONS: "Əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq"16:34Elvin İbrahimovun Azərbaycana qaytarılması mümkündür - Paşinyan16:32Prezident qanun imzaladı14:31İlham Əliyev və xanımı "Tarqovı" və "İçəri Şəhər"də - VİDEO14:17Afət Fərmanqızıdan daha bir ŞOK ADDIM: Nəsiminin bu qəzəlinə mahnı oxudu - İt hürər... (VİDEO)14:01Beyl "Bavariya"da?13:51FHN-dən xəbərdarlıq13:32Rusiyada Azərbaycana bu məhsullar gətirilməyəcək - Qadağa12:15Yaxın vaxtlarda toyu olacaqdı, anası meyitini tapdı - AZƏRBAYCANDA DƏHŞƏTLİ HADİSƏ - TƏFƏRRÜAT11:52“Problemlər var, Ərdoğanla görüşəcəyəm” – Lukaşenko11:35Azərbaycan qida məhsullarına nə qədər xərcləyir? - İNFOQRAM11:18"Kupça"ların verilməsi ilə bağlı VACİB QƏRAR10:46Birinci sinfə qəbulla bağlı nazirlikdən XƏBƏRDARLIQ10:33Azərbaycanda 7 gün iş olmayacaq10:19Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib16:40"ASAN xidmət" 5 gün işləməyəcək16:37Bayramqabağı nəqliyyatın qiyməti artacaqmı?16:34Afətdən sonra daha bir məşhur Nəsiminin qəzəlini oxudu, tənqid olundu - VİDEO15:40"Elmlər Akademiyası" stansiyasına gələn qatar geri, "Nizami"yə qayıtdı – Metroda nə baş verir?15:37Kəmaləddin Heydərov əmr imzaladı15:34Azərbaycanda ərzaq, içki və siqaretin qiyməti BAHALAŞDI15:05Poçt göyərçini inanılmaz qiymətə satıldı – Foto15:01Nigar Camalın Mədət Quliyevin oğlu ilə səmimi FOTOSU yayıldı14:22İTV rəhbəri narazılıq yaradır13:55Bu şəxslərə pulsuz avtomobil veriləcək - İlham Əliyevdən MÜHÜM SƏRƏNCAM13:44Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı12:22Vasif Talıbovdan mühüm sərəncam - Nazir müavini işdən çıxarıldı12:04Aprelin 1-dən bu müavinətlər 80 faiz artırılır11:53“Barselona”da ağır itki11:42Afətə görə işdən çıxarılan tibb işçilərinin daha bir videosu yayıldı- VİDEO11:22Bakıda yanğın: ölən var11:07Dərnəgül yolunda ağır qəza - VİDEO10:53Gömrük Komitəsi iki ayda dövlət büdcəsinə 665 milyon manatdan çox vəsait köçürüb10:42Bu tarixdə Azərbaycan sərhədlərində yeni dövlətlər yaranacaq və... – ŞOK SSENARİ10:27Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir12:53Əli İnsanovdan ilk açıqlama: “Azərbaycan uçurumun dibindədir”12:51Güclü külək, yağış, qar - Hava xəbərdarlığı12:48Bakı Nəqliyyat Agentliyi tərəfindən yeni proqram hazırlanır12:45Yeni Zelandiya baş naziri terror barədə öncədən məlumatlı olub12:39Əli İnsanov azadlığa buraxıldı - FOTO22:02"Kəbirə Məmmədova Tibb Mərkəzi"ndən şikayət var14:23Bakıda itkin düşən 18 yaşlı qızdan XƏBƏR VAR14:20Azərbaycandan Ermənistana keçən şəxs kimdir? - DSX AÇIQLADI14:17Azərbaycanın dini liderləri Yeni Zelandiyadakı terror aktı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər14:13Daha bir məscidə hücum - ŞOK ANLAR/VİDEO14:09Sabahkı günə tarix qoyularaq satılan yumurtalarla bağlı açıqlama13:00Azərbaycanda siqaret və alkoqolun satışı ilə bağlı VACİB QƏRAR12:39Səfər Mehdiyev İran rəsmiləri ilə görüşdü12:14Şahid Yeni Zelandiyadakı terrordan danışdı: "Polislər gec gəldilər"11:50Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi – FOTO18:05Manat və dolların sabaha olan məzənnəsi17:24Bir neçə saata əfv sərəncamının imzalanacağı gözlənilir17:12AQTA yumurta olayını araşdırmağa başladı – Fotolar16:51"Bəlkə o işdən çıxarılan tibb bacısının ailəsi gözünü 150 manat maaşa dikmişdi?" - Şəbnəm - VİDEO16:13Ərdoğan Yeni Zelandiya terrorçusunun onu öldürməklə bağlı planına münasibət bildirib15:38Bakıda qeyri-adi qəza: motosiklet minik avtomobili ilə toqquşdu və avtobusun...15:21Vidadi Zeynalov azadlığa buraxıldı15:07Məscidlərə hücumda istifadə olunan silahların daraqlarında ERMƏNİCƏ yazılar olub - FOTO13:04Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?12:55Tibb işçiləri Nüşabə Ələsgərliyə görə işdən çıxarılıb? - Açıqlama12:29Novruz Məmmədov hesabat verir12:08Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR11:18Bakıda faciə: 15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı – Video11:01Avtobus dayanacaqları ilə bağlı YENİLİKLƏR10:49Bu ərazilərdə gün ərzində işıq olmayacaq10:34İşçi qrupun rəhbəri: “Yeni qanun layihəsi də orqan alqı-satqsını qadağan edir”17:28Müğənni Fədayə Laçının həbsxanadan FOTOSU YAYILDI17:27Polis gücləndirilmiş iş rejiminə keçir17:24Azərbaycanla Bolqarıstan birgə zirehli jiletlər istehsal edə bilər17:22Manat və dolları dəyişmək istəyənlərin nəzərinə17:20Hüseyn Dəryanın qəbri açılacaq - VİDEO16:19Azərbaycanda 10 milyonluq narkotik keçirmək istədilər - ŞOK ƏMƏLİYYAT16:14Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər16:06Ramil Usubov rəisi təqaüdə göndərdi - YENİ TƏYİNAT16:04Qənirə Paşayeva: “Vərəmin yayılmasında sosial faktorlar ciddi rol oynayır”15:56“YARAT”da“ Yeni il gecəsində möcüzə” filmi təqdim ediləcək14:43Xətai Sənət Mərkəzində rəsm sərgisi açılacaq14:20Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul etdi - FOTOLAR14:06Sürücülərə vacib xəbərdarlıq13:52Tərtərdə güclü partlayış – Xəsarət alan var13:35"Regionda on minlərlə yeni iş yeri yaradılır" - İlham Əliyev13:19Sabahın hava PROQNOZU – yağış, qar13:06"Problemli kreditlərlə bağlı mexanizm hazırdır" - Nazir12:53Ermənistanla bağlı ŞOK FAKT: 9,4 milyon...
BÜTÜN XƏBƏRLƏR
Mart 2019 (318)
Fevral 2019 (461)
Yanvar 2019 (601)
Dekabr 2018 (493)
Noyabr 2018 (488)
Oktyabr 2018 (520)

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”

13 mar 2019, 10:04   
    19
Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”
Aprel hərbi uğurunun ildönümü, yaxınlaşan seçim anı; havaların istiləşməsi ilə "hərb, yoxsa sülh” dilemmasının "donu” açılır; Kremlin danışmanı: "Konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb...”

"Paşinyan indi sanki iki divar arasındadır. Bir yandan, daxili siyasətdəki ultra-millətçilikdən, - harada ki, Dağlıq Qarabağ məsələsi, Qarabağın statusu müzakirə edilmir, - istənilən kənara çıxma həmişə qəliz olub. Ermənistanda Qarabağ mövzusu ətrafında millətçi ritorika hakimiyyətdə qarabağlıların olması səbəbi ilə daim mühüm alət rolu oynayıb. Heç kim də məsələni daha ölçülü-biçil təqdim edə bilməyib”.

"Yeni Müsavat” xəbər verir ki, bu sözləri "Moskva-Baku” portalına Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış politoloq, Kremlin danışmanlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağa dair sülh danışıqları ətrafında son durumu şərh edərkən bildirib.

Onun sözlərinə görə, müasir Ermənistanda baş nazir Nikol Paşinyan bu məqamı ciddiyə almaya bilməz. "Onun hakimiyyətdə qalması xeyli dərəcədə ölkədəki populist millətçi ovqatdan asılı olacaq. Başqa yandan, geosiyasətdə ölkələrin daxili faktorlarını ən az nəzərə alırlar və bu faktorlar dominant olmur”, - deyə o qeyd edib.


ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nikol Paşinyanı pərt edən son bəyanatına toxunan Duqin deyib: "Həmsədrlər bəyan elədilər ki, Azərbaycan və Ermənistan rəhbərləri görüşə razılıq veriblər. Beləcə, Paşinyan heç bir ön şərt olmadan ikitərəfli formatda danışıqlara gedir. Bu da Qarabağ prosesində yaxşı dönüşdən xəbər verir. Mənim fikrimcə, Nikol Paşinyanı şeytanlaşdırmaq lazım deyil və onun sözünə yox, əməlinə fikir vermək lazımdır. Əgər o, həqiqətən də Azərbaycan prezidenti ilə görüşə razılıq veribsə, bu, o anlama gələcək ki, gerçəkdən də özünün ritorikasına rəğmən, problemin rasional həllinə doğru irəliləyir və ”Yol xəritəsi"n müzakirə eləməyə hazırdır. Bu, ümumiyyətlə, çox şeydən xəbər verir. Əgər o, danışıqlar prosesində məsul rəhbər kimi ölkəsi üçün fundamental geosiyasi proseslərdə rasional yanaşma ilə çıxış eləməsə, qəti olaraq populist nəzər-nöqtəsinə tapınsa və yerli millətçi ruhlu əhalinin istəyini təmin eləmək yolu tutsa, o zaman hakimiyyəti, sadəcə, itirəcək. Geosiyasi nöqteyi-nəzərincə, bu konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb".

Rusiyalı politoloqa görə, danışıqlara gəlməklə, Paşinyan rasional siyasətçi sifətini göstərmiş olacaq: "Rusiya üçün münaqişə tərəflərinin bir-biri ilə haqq-hesab çəkməsi yox, sülh əldə eləməsi vacibdir. Əgər Paşinyan rasional, məsuliyyətli mövqe sərgiləsə, o zaman bunu alqışlamaq, dəstəkləmək lazımdır. Azərbaycan və Ermənistan liderlərinin ictimai səviyyədə də, konstruktiv, pozitiv məcrada görüşünü hər vəchlə dəstəkləmək və hazırlamaq gərəkdir. Azərbaycan və erməni xalqlarına anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox qəlizdir, çox çətin situasiyadır, axı bu, ən mürəkkəb geosiyasi konfliktlərdən biridir, amma sülh mümkündür. Rusiyanın hələ Sərkisyan dönəmində irəli sürdüyü planın - 5 rayonun qaytarılması - istiqamətində hərəkət eləmək lazımdır. Görünür, özlərinin son bəyanatında Helsinki Yekun Aktından danışan MQ həmsədrləri də buna amid edirlər. Bunu insanlara izah eləmək, mövcud situasiyada nə dərəcədə mühüm olduğunu göstərmək lazımdır. Bu plan qarşıdakı görüşdə müzakirə olunmağa bilməz. Paşinyan artıq hakimiyyətdə möhkəmlənib və Rusiya ona xatırladır ki, onun sələfləri ilə konkret anlaşmalar var idi, Moskva Qarabağ probleminin həllində irəliləyiş tələb edir”.

Aleksandr Duqin sonda bildirib: "Moskva Azərbaycan və Ermənistanın, qardaş xalqların maraqları naminə hərəkət edir. Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanı konkret pozitiv axarda irəli aparmağın zamanı yaxınlaşıb”.

*****

Amma Rusiya cəmi bir həftə öncə Kremlin rüsxəti ilə yaradıldığı doğurmayan və rəhbəri Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin olduğu "Lazrev klubu”nun Moskva iclasına Qarabağdakı separatçı rejimin nümayəndəsini dəvət eləmişdi. "Dqr”in "iqtisadi inkişaf və infrastruktur naziri” Levon Qriqoryan orada çıxış da elədi və Azərbaycana qarşı hədyanlar səsləndirdi.

Bu xüsusda Rusiyanın Dağlıq Qarabağ ixtilafının həllində səmimi şəkildə maraqlı olduğunu söyləmək çətindir. Duqinin yalnız bu fikri ilə razılaşmaq olar ki, konfliktin həllində həqiqətən konkret "Yol xəritəsi”ni əsas götürüb irəliləyişə nail olmağın zamanı çatıb. Bunu indi həm də havaların istiləşməsi ilə "Hərb, yoxsa sülh” dilemmasının "donu”nun tədricən açılması diktə edir. Nədən ki, yaz-yay mövsümü hərb əməliyyatlar üçün ən əlverişli dövrü sayılır.


Azərbaycanın 2016-cı il aprel uğurlu hərbi kampaniyası da bu dönəmə təsadüf edib. Əfsuslar olsun ki, o vaxt Moskva məlum səbəbdən ordumuza daha böyük əraziləri azad eləməkdə əngəl oldu. Bu dəfə vəziyyət dəyişə, Qarabağın azadlığına hesablanmış və yarımçıq qalmış "Yol xəritəsi” davam etdirilə bilər...

*****

Yeri gəlmişkən, Azərbaycan ordusu ərazilərimizi güc yolu ilə azad eləmək üçün özünün hərbi və döyüş qabiliyyətini durmadan artırır. Belə ki, martın 11-də başlayan və hazırda davam edən 5 günlük genişmiqyaslı hərbi təlimlərin gedişində yeni alınan silah-sistemlərdən "Polonez” yaylım atəşli reaktiv sistemləri dünən uğurla sınaqdan keçirilib.

Belarusdan tədarük edilən həmin sistemlər ermənilərin çox öyündüyü "İsgəndər M” sistemlərinin analoqu sayılır. Bu üzdən KRTM üzvləri olan Belarus və Ermənistan arasında həmin silahlara görə yaranan qalmaqal hələ də davam edir. Ancaq bu, bizim problem deyil. Bizim problem məlum. 4 günlük uğurlu aprel kampaniyasının yaxınlaşan 3-cü ildönümü bu xüsusda yeni dönüş nöqtəsi ola bilər...


"Yeni Müsavat”
OXŞAR MÖVZULAR