Impera

XƏBƏR LENTİ
15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (324)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?

15 mar 2019, 13:04   
    81
Dönəri zəhərə döndərən səbəb – Bakıda 7 tələbə niyə ölümlə üz-üzə qaldı?
Paytaxtın Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21-də yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Onların universitet tələbələri olduğu bildirilib. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, gətirilənlərdən ikisinin 17 yaşı var, buna görə də Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər. Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.
Ötən il fevral 5-də Tovuz rayonunda 2 nəfərin dönərdən zəhərlənməsi faktı qeydə alınmışdı. İlin sonuna yaxın isə Sumqayıtda dönərdən kütləvi zəhərlənmə halı olmuşdu. O vaxt 4 gənc qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bəs nə baş verir? Azərbaycanda dönər niyə vətəndaşı zəhərləyən qidaya çevrilib?

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov “Yeni Müsavat”a deyib ki, zəhərlənmə bir sıra məsələlərdən ola bilər. Mümkündür ki, adamlarda soyuqdəymə olub, ona görə adi ağır yeməkdən belə zəhərlənmə hissi keçirə bilərlər. Lakin Tahir Əmiraslanov deyir ki, 7 nəfərin eyni məkanda yediyi yeməkdən sonra zəhərlənməsi soyuqdəymə ehtimalını aradan qaldırır: “Həmin dönərxanada birinci növbədə dönəri bişirən adamların peşəkar aşpaz olub-olmaması yoxlanılmalıdır. Aşpazlıq diplomları varmı? 2-ci yoxlanmalıdır ki, həmin dönəri bişirən şəxslər işə müqavilə ilə götürülüblərmi? Həkim müayinəsindən keçiblərmi? Əgər bütün bu sualların cavabı müsbətdirsə, yəqin ki, problem ətdə və ya hazırlanma texnologiyasındadır. Zəhərlənmənin səbəbləri sırasında ətin saxlanılması qaydalarına riayət olumamasını da göstərmək olar. Həmin dönərxananın əti haradan aldığı, ətin necə işləndiyi, hansı etaplardan keçdiyi, ora necə gəlib çıxdığı və oradakı hazırlıq prosesinə diqqət edilməlidir. Bundan sonra zəhərlənmənin konkret səbəbindən danışmaq olar”.

T.Əmiraslanov zəhərlənmənin aşpazın savadsızlığı, aşpaz olmaması, həkimdən keçməməsi və onun özündə olan xəstəliyin hazırladığı yemək vasitəsilə yayılmasından ola biləcəyini də mümkün sayır: “Zəhərlənmə 48 saat ərzində mədənin yuyulması ilə təmizlənə bilir. Aşpazın xəstə olması isə digər ağır xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Qarayara, sarılıq kimi ağır xəstəlikləri də aşpaz yoluxdura bilər və heç bilinməz də ki, yoluxma harada baş verib”.

Baş kulinar deyir ki, ətlərin haradan alınması, müvafiq baytarlıq yoxlamasından keçib-keçməməsi də aydınlaşdırılmalı məqamlardır: “Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişik. Danışmışıq ki, müqavilə bağlayacağıq, hər bir sistem üzrə aşpazların sertifikatlaşdırılması həyata keçirilsin. Müraciətimizə şifahi razılıq verilib. Hazırda iş gedir. Əgər aşpaz tələbələr üçün yemək hazırlayırsa, tələbənin bədəninin tələblərinə uyğun qida hazırlamalıdır. Bağçalarda, peşə məktəblərində, fəhlə yeməkxanalarında mühitə uyğun yeməklər hazırlanmalıdır. Tutaq ki, sement zavodunda işləyənlə xəz zavodunda işləyənin yeməyi eyni ola bilməz. Azərbaycan dövləti bu məsələlərin üzərinə gec-tez gedəcək”.

“Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov zəhərlənmələrin qarşısının alınmasının yolları haqda dövlət orqanlarına müraciət ünvanlayıb. AİB sədri “Yeni Müsavat”a deyib ki, belə zəhərlənmələrin qarşısının alınması inzibati yollarla mümkün deyil: “Dönərxanalara tələb var. İnzibati üsullarla dönərxana biznesini çökdürmək olmaz. Tələb olan yerdə təklif də olacaq. Ona görə də qidanın təhlükəsizliyini təmin etmək lazımdır. Məlumdur ki, dönərxanalardakı ciddi problemlərdən biri budur ki, çiy ətin üst tərəfi qızarır, içərisi çiy qalır. Ətin içindəki plazma yavaş-yavaş qızır. Qan qaynayır, axır tökülür siniyə. Ət doğranıb tökülür həmin siniyə. Ətlə qanlı maye qarışdırılıb verilir müştəriyə. Heyvan xəstəlikləri nə varsa, heyvana vurulan antibiotiklər, dərmanlar qızdırılmış ətdən süzülüb siniyə tökülür və doğranmış ətlə qarışıq müştəriyə verilir”.

Eyyub Hüseynov deyir ki, Azərbaycanda dönər hazırlamaq üçün ətləri xüsusi dondurmadan keçirən 2 şirkət fəaliyyətdədir: “Həmin şirkətlərdən biri Xırdalanda, digəri Maştağa qəsəbəsində yerləşir. Ətləri şişə keçirib xüsusi avadanlıqlarda mənfi 40 dərəcədə dondururlar. Buna şok dondurma deyilir. Belə dondurma nəticəsində ətdə olan bütün viruslar məhv olur. Sonradan həmin ətlər xüsusi olaraq qablaşdırılır və dönərxanalara daşınır. Şok dondurmadan keçirilən dönər hazırlanmaq üçün ətləri əksər dönərxanalar almaqdan yayınırlar. Ölkədə fəaliyyət göstərən dönərxanaların heç 1 faizi həmin şirkətlərin hazırladığı ətdən almır. Dönərxanalar ona görə də zəhərlənmə mənbəyi olaraq qalır. Əgər hökumət, Qida Təhlükəsizliyi Agentliyi effektiv iş aparsa, dönərxanalar zəhərlənmə mənbəyinə çevrilməz”.

AİB sədri xatırlatdı ki, Azərbaycanda quş ətindən dönər hazırlanması 2006-cı ildən qadağan olunub: “Şəhərə çıxın baxın, toyuq dönəri hər dönərxanada satılır. Belə qadağa bəzi həkimlərin dolanmaq yerindən başqa bir şeyə xidmət etmir. Bunun qarşısını almaq lazımdır. Toyuq dönəri tez çirklənən dönərdir. Lakin toyuq əti şok dondurmadan keçərsə, ondan hazırlanan dönər də təhlükəsiz olacaq. Dönər biznesi ilə məşğul olan əksər sahibkarlar gedib şok dondurmadan keçmiş ətləri almır, ucuz, murdar, hətta ölmüş heyvanların ətlərindən alıb necə gəldi dönər hazırlayırlar. Ona görə də belə zəhərlənmə halları adi hala çevrilib”.

E.Hüseynov bazarlara ucuz, murdar ətlərin yol tapması probleminin aktual olduğunu da vurğuladı: “Ucuz və təhlükəli, murdar, xəstəlikdən ölmüş leş ətlərin bazarlara ayaq açması problemi nəhayət ki, həll edilməlidir. Qida Təhlükəsizliyi Agentliyi ictimaiyyətlə effektiv iş aparmalıdır. Elə iş aparmalıdır ki, ictimaiyyət ona inansın, ona məlumat versin. Çox təəssüflər olsun ki, dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə yazdığımız məktublara reaksiya verilmir, ictimaiyyətlə əməkdaşlıq etmək fikirində deyillər. Düşünürəm ki, qida təhlükəsizliyinin bu kimi məsələləri Daxili İşlər Nazirliyinə tapşırılmalıdır. Çünki murdar ət satanlara qarşı ən effektiv işi Daxili İşlər Nazirliyi görür”.
OXŞAR MÖVZULAR