Impera

XƏBƏR LENTİ
17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (373)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əlilliyin təyinatında yeni meyarlar, yoxsa yeni əngəllər? - ARAŞDIRMA

01 apr 2019, 10:21   
    161
Əlilliyin təyinatında yeni meyarlar, yoxsa yeni əngəllər? - ARAŞDIRMA
Muradın 19 yaşı var. Amma özü ilə birgə doğulan xəstəliyi onu yaşıdlarından fərqləndirib. Boyu və daxili oqranları normal inkişaf etmədiyindən dostlarına qoşulub məktəbə də gedə bilməyib. Ancaq evdə anası və ailə üzvləri ilə danışıb. Bu üzdən kənar şəxslərlə ünsiyyətində də problemlər yaranır – kimsə ilə danışmır.

Anası Vəfa Məmmədovanın verdiyi məlumata görə, doğuşdan xəstəliklə dünyaya gələn Arifzadə Murad Adil oğluna həkimlər hipofizar nanizm – cırtdanboyluluq diaonozu qoyublar. Bir müddət ailə bütün gücünü toplayaraq onun müalicəsi ilə məşğul olub. Ancaq bu yetərli deyldi. Xəstəliyin müalicəsi mümkün olsa da dərmanları çox bahadır deyir ana:

"Muradın taleyi ancaq bir iynədən asılıdıır. O da çox bahadır. Ən ucuzunu 260 manata alırdıq. Ayda ən azı 4 iynə almalıyıq. Əvvəllər müxtəlif işlərdə çalışaraq aldığım az məbləğləri üst-üstə qoyub alırdım. Artıq son vaxtlar ala bilmədik. Məcbur qalıb İrana üz tutduq. Orada dərmanların qiymətləri ucuz olduğundan xeyirxah insanların yardımı sayəsində bir neçə iynə ala bilirdim. Bununla Muradı nisbətən irəli apara bildik. Ancaq müalicəsini tam təmin edə bilmirik”.

Xeyriyyəçilərin dəstəyi ilə müalicə alıb

Çarəsiz qalan ailə Murada əlillik dərəcəsi almağa qərar verib. 2009-cu ildə qeydiyyatda olduqları Ağdam rayonunda yerləşən Tibbi-Sosial Ekspert Komissiyasına edilən müraciətə müsbət cavab alıblar. Murada 2-ci qrup əlillik dərəcəsi verilib və kiçik məbləğdə müavinət almağa başlayıb. Ancaq yenə də ailənin dərmanları almağa imkanları olmayıb. V.Məmmədova yaxınlıqdakı ailəni tanıyan xeyirsevər insanların sayəsində ayda 1-2 dərman ala bilib. Bu da uşağın müalicəsi üçün yetərli olmayıb.

Artıq ötən il Muradın 18 yaşı tamam olub. Buna görə əlillik dərəcəsinin yenilənməsi zərurəti yaranıb. Məlumdur ki, son illərdə əlilliyin təyinatında yeniliklər edilib, elektron təyinat sistemi yaradılıb. V.Məmmədova əlilliyin təyin edilməsi üçün 2018-ci ilin əvvəlində yenidən Ağdamdakı TSEK-ə müraciət edib. Qaydalara görə, əlilliyin təyin edilməsi üçün həmin Komissiya həkim rəyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (TSERAS) göndərməlidir. Ancaq qeyri-müəyyən səbəblərdən bu proses xeyli ləngidilib. Ailənin ciddi təkidlərindən sonra yalnız 2018-ci ilin sentyabr ayında həmin rəyin göndərilməsinə nail olublar. Ötən müddətdə isə əlilliyi olan şəxs kimi Murad heç bir müavinət almayıb. Oktyabrda isə M.Arifzadəyə müddətsiz olaraq 3-cü dərəcə əlillik təyin edilib. V.Məmmədova deyib ki, bu qərardan narazı qalıblar. Ancaq onların etirazına reaksiya verən olmayıb:

"Muradı kim görsə, onun 1-ci və ya 2-ci dərəcəli əlil olduğunu deyir. Hətta həkimlər də diaqnozun 2-ci dərəcəyə uyğun verdiklərini deyiblər. Ancaq nəticə başqa cür oldu”.

Bu zaman onun alacağı müavinətin məbləği də aşağı düşüb və V.Məmmədovanın onsuz da ağır durumda olan övladının müalicəsi daha da çətinləşib. Qeyd edək ki, 2019-cu ilin martınadək 2-ci dərəcəli əlilliyi olan şəxslərə 47 manat müavinət verilirdi. Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, aprelin 1-dən bu məbləğ 130 manata qaldırılacaq. 3-cü dərəcəli əlilliyi olan şəxslərə isə 110 manat müavinət təyin edilib. 1-ci qruplar üçün isə bu məbləğ 150 manat çatıb.

İki Nazirlik arasında qalırlar

Araşdırmalar göstərir ki, bu cür hallar və narazılıqlar kifayət qədər çoxdur. Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin toplaşdığı qruplara qısa nəzər salmaqla vəziyyətin nə yerdə olduğunu görmək olar. Əlilliyi olan şəxslər və ya onların üzvləri həkimlərin yanlış diaqnoz qoyaraq onları get-gələ salmasından, məlumatların vaxtında elektron sistemə yükləməmələrindən, eləcə də əlilliyin təyinatının aylarla uzadılmasından şikayət edirlər. Əlilliyi olan şəxslərin sosial və hüquqi müdafiəsi ilə məşğul olan ictimai təşkilatların məlumatlarında da əlilliyin təyinatı ilə bağlı problemlərin davam etdiyi qeyd olunur. Sözügedən problemə münasibət bildirən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova son zamanlar əlilliyin təyinatı ilə bağlı şikayətlərin artdığını bildirib:

"Əlilliyin təyinatı ilə bağlı hər zaman problemlər yaşanıb və indi də vəziyyət heç də ürəkaçan deyil. Sistemlər və qanunlar elə tez-tez dəyişir ki, birinə öyrəşməmiş, digəri tətbiq olunur. Əvvələr əlilliyin təyinatı Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında təyin olunurdusa, indi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi vasitəsi ilə təyin olunur. Bu da hər bir insan kimi, bizdə də çaşqınlıq yaradır. Ancaq son dönəmdə bu təyinatla bağlı daha çox şikayətlər var. İnsanlar Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında qalıblar”.

Əlilliyi olan şəxsə "sağlamlıq” diaqnozu qoyulub?

S.Kərimovanın sözlərinə görə, bəzi hallarda elektron sistem ümumiyyətlə vətəndaşın əlilliyinin olmadığı cavabını verir. Yenidən müraciət və araşdırmalar zamanı isə nazirliklər müxtəlif açıqlamalarla vətəndaşı daha da çətin duruma salır:

"Bu problemlə bağlı bizə də çox müraciətlər olur. Əlilliyin təyin olunmasında sistem əlil olan insana yazır ki, bu insan əlil deyil. Bu yaxınlarda bir Qarabağ veteranı açıq ürək əməliyyatı keçirib, ürəyinin dörd damarı dəyişdirilib və ömrünün sonuna qədər dərmanla yaşamalıdır. Əlilliyin təyin edilməsi ilə bağlı müvafiq qurumlara müraciət edəndə ona həkimlər bildiriblər ki, siz əlil deyilsiz. O da sual verir ki, əgər mən əlil deyiləmsə, bəs mən niyə ömrümün sonuna qədər dərmanla yaşamalıyam? Müraciət olunduqda isə hər nazirlik özünə məxsus cavab verir”.

İctimai Birlik rəhbəri əlilliyi olan şəxslərin üzləşdiyi digər problemlərə də toxunub. Onun sözlərinə görə, TSEK-lərin yarıtmaz fəaliyyəti nəticəsində təkərli arabaların alınmasında da ciddi problemlər yaşayırlar:

"Təşkilatımıza təhsil almaq, peşə kurslarına getmək, işə düzəlmək, əl işləri ilə satış sərgilərində iştirak etmək istəyən əlilliyi olan şəxslərdən xeyli müraciətlər daxil olur. Biz də çalışırıq ki, tanıdığımız sahibkarlar və ya dövlət qurumları ilə məsələləri həll edək. Ancaq son dönəmdə əlilliyi olan şəxslərin əsas müraciəti təkərli arabaları almaq üçün növbəyə düşə bilməməsi ilə bağlıdır. Bu yaxınlarda təşkilatımıza 3 nəfər məhz bu məsələ ilə bağlı müraciət edib. Təkərli araba almaq üçün əvvəllər qeydiyyatda olduğun tibb müəssəsindən "Forma 88” alırdın və TSEK-ə verirdin. Onlar arayiş verirdi ki, rahat gedib arabanı ala bilirdin. İndi isə əlilliyi olan şəxslər həmin arayışı alırlar, ancaq Bakı TSEK sənədi elektron sistemə yerləşdirmir ki, Protez ortopedik mərkəzdə araba almaq üçün növbəyə düşə biləsən. Dəfələrlə zəng edirsən, telefonu açmırlar, ya da bax belə süründürməçilik yaradırlar. Bir təkərli araba növbəsinə düşmək üçün 8 ay Bakı TSEK-in cavabını gözləyən əlilliyi olan şəxslər var. Məsələ bu yaxınlarda həllini tapıb”.

Yeniliklər nəyi dəyişdi?

Əlilliyin təyinatı ilə bağlı təkliflərinə gəlincə, S.Kərimova bu xidmətin yeni yaradılacaq DOST mərkəzlərinə verilməsini istəyib: "Əlilliyin təyinatı ilə bağlı dövət tərəfindən yeni layihələr işlənib və inanıram ki, yaxın zamanlarda bu məsələ müsbət yöndə öz həllini tapacaq. Ancaq mən bu xidmətlərin yaxınlarda yaradılan DOST mərkəzinə verilməsini istərdim. Düşünürəm ki, həmin mərkəzlərdə əlillik qazanan insanları müayinə edərək avtomatik əlillik dərəcəsi almalarına imkan yaradılmalıdır. Bu, eyni zamanda, süründürməçiliyin və saxta əlillik alanların qarşısını ala bilər”.

İstedadlı Əlillər İctimai Birliyinin sədri Cavad Qasımov əlilliyin təyin edilməsi ilə bağlı müraciətlərin çoxluq təşkil etdiyini deyib. Əvvəlki illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlərin olduğunu da qeyd edib: "Faktiki əlilliyi olan şəxslər kənarda qalırdı, ancaq sağlam insanlar qeyri-qanuni yollarla əlillik dərəcələri alırdılar. Bu da ədalət prinsipinin pozulmasına gətirib çıxarırdı. Son illərdə qanunvericilikdə edilən dəyişikliklər vəziyyəti nisbətən sabitləşdirib. Artıq əlillik faiz dərəcəsi ilə təyin ediləcək. Bunun əlilliyi olan şəxslərin işlə təminatına müsbət təsir göstərəcəyinə ümid edirik”.

C.Qasımov əlavə edib ki, icra hakimiyyəti orqanlarında əlilliyi olan şəxslərə münasibətin ürəkaçan olmaması onların cəmiyyətə inteqrasiyasına da əngəl yaradır. Onun sözlərinə görə, əlverişli nəqliyyat, əmək və digər zəruri infastrukturların qurulmaması əlilliyi olan şəxslərə xeyli maneələr yaradır, onların mənəvi-psixoloji durumunu daha da pisləşdirir.

10 ildə 190 minə yaxın artım

Sadalanan və adı çəkilməyən problemlərə və maneələrə baxmayaraq əlilliyi olan şəxslərin sayı ilbəil artır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, son 10 ildə (2008-2018-ci illərdə) onların siyahısında 188 min nəfərlik artım müşahidə edilir. Bu müddətdə sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı isə 10 min nəfərdən çox artıb. Bütün bunlar əhaliyə və əlilliyi olan şəxslərə ilkin səhiyyə, eləcə də reabilitasiya xidmətlərinin zəif təşkil edildiyindən xəbər verir.



İllər

Pensiya və ya müavinət alan əlilliyi olan şəxslərin və sayı - Cəmi

onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar

2000

250712

21739

2005

393058

49135

2007

426946

48479

2008

437627

55066

2009

458851

56433

2010

473185

58122

2011

488551

57941

2012

506127

61693

2013

520793

62866

2014

537586

62860

2015

568149

65482

2016

587170

67081

2017

613645

71934

2018

625640

71783


Vaxt uzadılır, səbəbi açıqlanmır

Hüquqşünas Nicat Gözəlov isə əlilliyin təyinatı ilə bağlı problemlərin son illərdə artdığını, yeniliklərin əlilliyi olan şəxslər üçün çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, son illərdə əlillik dərəcələri Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiqlənən meyarlar əsasında təyin edilir. Burada bədənin fizioloji və psixo-nervoloji itkiləri hesabına əmək qabiliyyətinin hansı hissəsinin itirildiyinin müəyyən edilməsi və ona uyğun olaraq vətəndaşa əlillik dərəcəsinin verilməsi nəzərdə tutulub. Adıçəkilən qərarın tələbinə əsasən, elektron müraciətlərə 3 gün müddətində cavab verilməlidir. Hüquqşünas bldirib ki, bir çox hallarda bu müddət aylarla uzanır və səbəbi də açıqlanmır. Nəticədə xəstəlikdən əziyyət çəkən şəxslər maddi itkilərlə üzləşirlər.

M.Arifzadənin üzləşdiyi problemə gəlincə, N.Gözəlov bildirib ki, təyinatdan narazı qalan vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəsmi ərizə ilə mürciət etməlidir: "Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti yenidən qiymətləndirmə aparmalıdır. Valideyn övladını ekspertiza mərkəzinə aparmalıdır. Orada onu təkrar müayinə edirlər. Lazımi sənədləri də tələb edirlər. Həmin sənədlərin təqdim edildiyi gündən 3 gün müddətində qiymətləndirmənin cavabını vətəndaşa verməlidirlər”.

Hüquqşünas əlavə edib ki, ƏƏSMN-nin bəzi əməkdaşları təyinatdan nazarı qalan insanların məhkəməyə müraciətlərini tövsiyə ediblər. Bunun onlar üçün əlavə vaxt və maliyyə itikisi olduğunu vurğulayıb:

"Heç bir gəliri olmayan əlilliyi olan şəxs məhkəmə xərclərini qarşılaya bilməyəcək. Üstəlik, hər instansiya məhkəməsində işə baxılması aylarla vaxt aparır. Həmin məhkəmələrin əlilliyi olan şəxslərin xeyrinə qərar çıxarması da sual altındadır. Bu da onsuz da xəstəlikdən əziyyət çəkən və heç bir gəliri olmayan şəxslər üçün əlavə fiziki, mənəvi problemlər yaradır”.

"Qanunların hazırlanmasında yanaşmalar dəyişməlidir”

N.Gözəlov əhalinin sosial müdafiəsini nəzərdə tutan qanunların hazırlanmasında insan faktorunun mənfi istiqamətdə rol oynadığı qənaətindədir: "Əgər həmin layihələri yazan şəxslər əlilliyi və ya digər bir problemi dərk edib ondan əziyyət çəkən insanların vəziyyətini yaxşılaşdırmağı düşünərsə, qanunlar, qərarlar həqiqətən də vətəndaşların sosial durumunun yaxşılaşmasına xidmət edəcək. Əgər insanları deyil, başqa maraqları düşünəcəklərsə, hər hansı yenilik belə insanların rifahını düzəltməyəcək. Sonda yenə də ölkə başçısının hansısa sahə ilə bağlı göstəriş və ya qərar verməsinə zərurət yaranacaq. Bu isə anlaşılan deyil”.

Nazirlik nə deyir?

Yeri gəlmişkən, ƏƏSMN Murad Arifzadənin əlilliyinin qiymətləndirilməsi ilə bağlı şikayətə münasibət bildirib. Göndərişdə əksini tapan diaqnoza (hipopituitarizm, hipofizar nanizm) uyğun olaraq ona üçüncü dərəcə əlilliyin müddətsiz təyin edildiyi qeyd olunub: "Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilən "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.16-cı maddəsinə uyğun həyata keçirilib. Həmin maddədə hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq) halında üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsi nəzərdə tutulub”.

Əlavə olaraq Nazirlikdən bildirilib ki, əlilliyin təyin edilməsi ekspert-vətəndaş təması baş vermədən həyata keçirilir. "Belə ki, əlilliyin qiymətləndirilməsi üçün səhiyyə müəssisəsinin göndərişi ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (TSERAS) daxil edildikdən sonra göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Bu da əlilliyin qiymətləndirilməsinin şəffaf və obyektiv aparılmasına xidmət edir”.

Nazirlikdən M.Arifzadənin əlilliyinin yenidən qiymətləndirilməsi üçün təkrar elektron sistemə müraciət etmək hüququ olduğu da qeyd edilib.
Yeni meyarlar hazırlanıb

Onu da deyək ki, gələn ildən əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların tətbiqi gözlənilir. Bunun üçün bu il müvafiq qanunvericiliyin qəbulu nəzərdə tutulur. Xəbəri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya açıqlayıb. Nazir əlilliyin qiymətləndirilməsinə dair yeni meyarların Ümumdünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartları əsasında hazırlandığını deyib. O qeyd edib ki, bununla əlaqədar xəstəliklərin insan orqanizminin funksiyalarında, özünəqulluq və fəaliyyət qabiliyyətində hansı dərəcədə məhdudiyyətlər yaratması ilə bağlı ƏƏSMN və Səhiyyə Nazirliyinin işçi qrupları geniş araşdırmalar aparıb.

S.Babayev yeni meyarların tətbiqinə keçidlə əlaqədar müvafiq həkim və ekspertlər üçün təlim və treninqlərin keçiriləcəyini də qeyd edib. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərar layihəsində sənədin 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd olunub.
7 bacarığa uyğun 4 əlillik dərəcəsi müəyyən ediləcək

Qeyd edək ki, layihədə əlilliyin orqanizmin öz funksiyalarını itirməsinin, fəaliyyət qabiliyyətinin məhdudlaşmasının faizlə qiymətləndirilməsi əsasında təyin olunması nəzərdə tutulur. Belə ki, əlilliyin 4 başlıca dərəcəsi nəzərə alınacaq:

I dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit az əhəmiyyətli funksiya pozuntuları 10-30 % diapazonunda olduqda;

II dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit orta əhəmiyyətli funksiya pozuntuları 31-60 % olduqda;

III dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi funksiya pozuntuları 61-80 % olduqda;

IV dərəcə - xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə yaranan, insan orqanizminin sabit ciddi əhəmiyyətli funksiya pozuntuları 81-100 % diapazonunda olduqda.

İnsan orqanizmində yaranan xəstəliklər, zədə və çatışmazlıq səbəbi ilə bir neçə sabit pozuntu aşkarlanarsa, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir. Bu zaman, ilk növbədə, faiz ifadəsi pozuntunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilən pozuntuya təsiri müəyyənləşdiriləcək. Qiymətləndirmə ayrı-ayrı xəstəliklər sinfi üzrə aparılacaq. Bu zaman əsas 7 həyat fəaliyyəti bacarıqları da nəzərə alınacaq:

1. özünəqulluq bacarığı;
2. sərbəst hərəkətetmə bacarığı;
3. istiqamət seçmə bacarığı;
4. ünsiyyət bacarığı;
5. davranışına nəzarət etmə bacarığı;
6. öyrənmə bacarığı;
7. əmək fəaliyyəti bacarığı.

Yeni meyarlara əsasən, əlilliyin təyin edilməsi müddətləri də dəyişəcək. İnsan orqanizmi funksiyalarının itirilməsi 31-60% aralığında olarsa, ona15 il, 61-80% aralığındakılara 10 il, funksiyalarını 81-100% aralığında itirənlərə isə 4 il müddətinə əlillik təyin ediləcək. Həmin müddətlər bitdikdən sonra ömürlük təyin olunacaq. Bu meyarlar təsdiq edilənədək 5 illik müddətə əlillik müəyyən edilən şəxslərin müddəti qeyd olunan müddətlərə daxil ediləcək.

Bu yeniliklərin əlilliyin təyinatında mövcud olan problemlərin aradan qaldıracağına, xəstəlikdən əziyyət çəkən insanların yaşayışını nisbətən yaxşılaşdıracağına ümid edirik.
OXŞAR MÖVZULAR