Impera

XƏBƏR LENTİ
13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov16:06İtkin düşən bacı - qardaş tapıldı - Oğurlanıblarmış15:58Ucar polisi naməlum məxluqu tutmağa çalışır15:48Yol polisindən texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ14:42MÜTLƏQ OXUYUN: Çimərlikdə batmağın səbəbi BU İMİŞ! - VİDEO14:24Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO14:12İnsanlar iş saatlarını özləri müəyyən edəcək - YENİLİK13:28Bu ölkələrə vizasız gedə bilərik - SİYAHI13:17Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?12:22Meşədə narkotik becərən İsmayıllı sakini saxlanılıb12:20Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var11:50Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI11:46Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək11:05Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT10:46Xaçmazda dəhşətli QƏZA: ölən və yaralananlar var10:34Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi10:18Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb"10:00Dünyanın ən hündür döyüşçüsündən gözlənilməz qərar09:41Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank09:23Donald Tramp Si Tsinpinə görüş təklif edib09:04İnstaqramda şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək08:51Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı08:47“Bakı Metropoliteni” “Sovetski”də torpaq alacaq08:12Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb19:30İCRA BAŞÇISINDAN ÖZÜ İLƏ BAĞLI SƏRƏNCAM: restoranı üçün 5.5 hektar ərazi ayırıb - SƏNƏD + FOTOLAR19:00Gecə yarısı 10.2 milyonluq kredit16:02Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu - TƏHLİL15:43Gecə yarısı 10.2 milyonluq kredit14:41Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDEO14:30Nazir yol polisində "MERO" rəisini işdən azad etdi - Yeni təyinat14:00Fazil Mustafa İran səfiri ilə görüşünün detallarını açıqladı
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (363)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şəhid adından alver etmək günahdır

05 apr 2019, 14:05   
    109
Şəhid adından alver etmək günahdır

Bir sıra saytlarda guya Masallı rayonunda aprel şəhidinin ailəsinə qarşı haqsızlıq edilməsi ilə bağlı məlumat yayılıb. Aprel döyüşlərinin ildönümü ərəfəsində - ordumuzun bu rəşadətli zəfəri qeyd edildiyi, Aprel şəhidlərinin ailələrinə böyük diqqət və qayğının göstərildiyi bir vaxtda, bəzi saytlarda belə bir məlumatın yayılması təəccüb doğurdu.
Yayılan məlumatın “çiy” olduğu, qeyri-peşəkar hazırlandığı diqqəti dərhal cəlb edir. Hiss olunur ki, hansısa qüvvələr Aprel döyüşlərinin ildönümü ərəfəsində qarışıqlıq yaratmağa, şəhid ailələrinə göstərilən diqqət və qayğıya kölgə salmağa cəhd göstərirlər. Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, Aprel döyüşlərində Masallının iki oğlu şəhid olub. Güllütəpə kəndindən Firdovsi Bağırzadə və Viləş kəndindən Nurlan Əsgərli.
Hər iki şəhidin dəfn xərcləri bütünlüklə Masallı rayon İcra Hakimiyyəti tərəfindən qarşılanıb. Şəhidlərin ailələri daim diqqət mərkəzində saxlanılıb. Hər il Aprel döyüşlərinin ildönümü ərəfəsində şəhidlərin məzarı ziyarət edilib, oxuduqları məktəbdə tədbir keçirilib, xatirələri anılıb. Hər iki kəndin mərkəzi küçələrinə şəhidlərin adı verilib, xatirə lövhəsi vurulub. Şəhidlərin ailələri də daim diqqətlə əhatə olunublar. Firdovsi Bağırzadənin anası və bacısı yarasız evdə yaşadıqları üçün, icra hakimiyyətinin təşəbbüsü, xeyriyyəçi insanların maliyyə dəstəyi ilə ailəyə ev tikilib. Bağırzadənin nişanlı olan bacısının toy xərcləri də rayon rəhbərliyi tərəfindən qarşılanıb.
Elə Viləş kəndinin şəhidi Nurlan Əsgərlinin də qardaşının - “narazılıq” edən Ziba Əsgərovanın digər oğlunun ötən il keçirilən toy mərasimində rayon rəhbərliyi kollektiv surətdə iştirak edib. Üstəlik, Ziba xanımın xahişi nəzərə alınaraq, Viləş kəndinin tut bağı heç bir vergi ödənilməmək şərti ilə ona icarəyə verilib.
Ancaq hansısa qüvvələr Firdovsi Bağırzadənin ailəsinə ev tikilməsini önə çəkərək, Nurlan Əsgərlinin də anasını “icra hakimiyyətinə de, qoy Bakıda sənə ev alsınlar” tələbi ilə danışdırmaq, həm şəhid adından alverin göstəricisi, həm də ölkə rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya kölgə salmağın təzahürüdür.
Şəhid anasını öz təxribatların alət etmək, onu öyrədərək icra hakimiyyətinin səlahiyyətləri daxilində olmayan tələblər irəli sürməyə vadar etmək, bir rayon rəhbərliyinə yox, ölkə rəhbərliyinin gördüyü işlərə qarşı aparılan kampaniya hesab olunmalıdır.
Bu təxribatı həyata keçirənlər o qədər bəsit böhtana əl atıblar ki... Nəticədə özlərini gülünc yerinə qoyublar.
Məsələn, şəhid anasının adından yazırlar ki, guya şəhidin ildönümü mərasimində Rayon İcra Hakimiyyəti Damlanın konsertini təşkil edib və konsertin də səsi kəndə gəlib.
Azərbaycanda Aprel döyüşlərinin ildönümü matəm günü kimi yox, zəfər günü kimi qeyd olunur. Viləş kəndi ilə Masallı rayonunun mərkəzi arasında isə 10 km məsafə var. Bu məsafədən “konsert səsini eşidənlər”, şəhid anasının adından istifadə edənlər hansı təxribata yol verdiklərinin fərqindədirlər? Üstəlik, Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda heç bir konsert təşkil olunmayıb. Yalnız Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 2018-ci ilin aprelin 5-də rayonda prezident seçkiləri ilə bağlı konsert təşkil edilib ki, belə tədbirlər də bütün ölkə boyu keçirilib.

Bəzi qüvvələr tərəfindən belə bir təxribatın məhz Aprel döyüşləri ərəfəsində yayılması haqlı sual doğurur: Deməli, kimlərsə Aprel döyüşlərində qazanılan zəfəri qəbul etmirlər. Deməli, kimlərsə ölkə rəhbərliyin şəhidlərimizin ailə üzvlərinə, döyüşlərdə yaralanan qazilərə, ümumiyyətlə, Qarabağ müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğını həzm edə bilmirlər. Amma təəssüf doğuran məqam həm də odur ki, bir sıra saytlar da bilərəkdən və ya bilməyərəkdən bu təxribata dəstəkçi olurlar. Şəhid adından alver etmək günah sayılsın gərək. Şəhid adına hörmət edək, onu alver predmetinə çevirməyək. İcazə verməyək ki, ordumuzun qüdrətlənməsini, dövlətimizin möhkəmlənməsini həzm etməyən təxribatçı qüvvələr vətənimizdə sabitliyi pozmağa, qarışıqlıq yaratmağa cəhd göstərsinlər.
Şəhid adından alver etməyək, günaha batmayaq!

Xeberleragentliyi.com
OXŞAR MÖVZULAR