Impera

XƏBƏR LENTİ
22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...14:20Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.14:00Yeni baş nazirin bir ayı... - TƏHLİL13:31General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA13:27Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir12:57"Amma hələ də bəzi problemlər qalmaqdadır..." - Masallı sakinləri Prezidentə müraciət edib12:30Sabah hava belə olacaq - Proqnoz açıqlandı12:15Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...12:03Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir11:45Vətəndaşların əmlakını bank əllərindən alır, şikayətlərinə baxılmır - "Axı mən bu ölkənin vətəndaşıyam..."11:24Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL11:13«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM11:01Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur22:24Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi18:17Türkiyəli həkimlərin Oqtay Güləliyevlə bağlı dəhşətli rəyi AÇIQLANDI18:08Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA17:55Mayı qazın qiymətini KİM QALDIRIB? - AÇIQLAMA17:30"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...17:1214 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı16:57Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət16:44Bayrağımız - milli qürur mənbəyimiz16:19"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM15:31Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək15:18Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın14:49Əhmədzadənin gedişi reallaşır... - İDDİA14:21“Qarabağ” hansı hallarda qrupdan çıxa bilər?13:54Afaq qalmaqal yaşadığı Röyadan danışdı13:24Ermənistan Rusiya ilə vassallıq müqaviləsini daha 10 il uzatmağa hazırlaşır... - GƏLİŞMƏ13:08Sabah hava necə olacaq? - PROQNOZ12:47“Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir” - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri12:25İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:47Yurçeviç millimizə 24 futbolçu çağırdı11:31Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:08Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...10:25Глав врач КБСМП – “Врач должен как идеал здорового образа жизни”09:49Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:32Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:20DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:59İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:46Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi03:34Əflatun Amaşov baş redaktorla bağlı Vilayət Eyvazova müraciət etdi22:27Niyazi Bayramovun yanlış kadr siyasəti və Xocalıdan olan gənc alimi Elmar Vəliyevçi adlandıraraq işdən kənarlaşdırması15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:31Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:43Müstəntiq kömək söz verdiyi sahibkardan 13 min dolları necə alıb? - VİDEO14:34Bakıda iki qadın birləşib kişini döydü14:19Sabah yaz havası olacaq14:04İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto13:48"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:09Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:27Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:20Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:44Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:28Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:22Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:37Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:16Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI22:00Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:37Azərbaycan Rusiyaya nota verdi21:23Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb17:07Sahibkarın kredit qalmaqalı böyüyür - Prezidentə müraciət olundu16:56İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı16:31Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ16:18"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.." - GİLEY16:06"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?15:54Nazir müavinindən uşaq qidası satan şirkətlərə İTTİHAM15:35Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”15:1813 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI15:05“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?14:49Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ14:38“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov14:26"Qarabağ"la oyun bizim üçün son şansdır" - Matiç13:51Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki... - NARAZILIQ...13:35“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı təqdim ediləcək
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (208)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Sehrli çubuğunuz var, cənab Mehdiyev? - QALMAQAL

29 apr 2019, 15:37   
    65
Sehrli çubuğunuz var, cənab Mehdiyev? - QALMAQAL

NUH.az saytı Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına ixrac əməliyyatı zamanı yaratdığı əsassız əngəllərlə, qanusuz əməllərlə bağlı konkret şikayət əsasında “DGK rəhbərliyi hazır məhsulu NİYƏ külçə kimi sənədləşdirir”, “Səfər Mehdiyev səfərdən nə vaxt qayıdacaq?” başlıqlı məqalələr dərc edib.

Qısa məlumat üçün qeyd edək ki, 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan Salehoğlu LTD MMC şirkətinin ekspertiza üzrə mütəxəssisi Məmmədov Bayram Camal oğlu NUH.az saytına bildirmişdi ki, DGK rəhbərliyi ixrac olunan məhsulların laborator müayinəsini bilərəkdən 3-4 gün kecikdirir və sahibkarlar hər bir konteyner üçün hər gün 150 dollar cərimə ödəməyə məcbur olur.

Bundan əlavə Bayram Məmmədov müxbirimizə bildirmişdi ki, DGK rəhbərliyi sahibkarları məcbur edir ki, ixrac etdikləri hazır məhsulu xammal-külçə kimi sənədləşdirsinlər:”Bizi məcbur edirlər ki, latun və mis çubuqları hazır məhsul kimi deyil, məhz külçə kimi sənədlışdirək. Axı, biz neçə ildir böyük vəsait sərf edib avadanlıqlar almışıq, istehsal sahəsi yaratmışıq, əsasən Qarabağ veteranlarından ibarət olan 25 nəfər işçiyə maaş veririk, ayda 12-13 min manat qaz sərfinə, 5 min manat işıq sərfinə, ildə 20 min manat sosial müdafiə fonduna, 80-100 min manat vergiyə pul ödəyirik. Bu boyda xərclərdən sonra biz istehsal etdiyimiz hazır məhsulu niyə külçə kimi sənədləşdirməliyik?

Axı, Nazirlər Kabinetinin hazır məhsul və külçə ixracı ilə bağlı qərarı var. DGK rəhbərliyi NK-nın qərarını ayaq altına atır. Bircə sadə hesabla DGK-nın sahibkarın başına açdığı oyuna nəzər salaq. Nazirlər Kabinetinin qərarı ilə 1 ton latun, mis külçənin ixrası üçün dövlətə 320 dollar rüsum ödənməlidir. Deməli bizim şirkət 24 ton külçə üçün 24 x 320 = 7680 dollar rüsum ödəməlidir. Əslində bizim şirkət hazır məhsula görə NK-nın qərarına uyğun olaraq 1356 manat rüsum ödəməliyik. 7680 dollar hara, 1356 manat hara ? Fərqi gördünüz”.

Bayram Məmmədov dəfələrlə DGK-ya müraciət etsə də ona könkret cavab verən olmayıb. Daha doğrusu, komitədə daxili telefonla əlaqə saxladığı vəzifəli şəxs ona bildirib ki, biz sizə sübut edəcəyik ki, sizinki hazır nəhsul deyil, külçədir.

Redaksiyamızla əlaqə saxlayan Bayram Məmmədov onu bildirib ki, məsələ ilə bağlı DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəis, gömrük xidməti polkovniki Təyyar İbrahimovla və idarənin Texnoloji və Mexaniki avadanlıqların ekspertizasl şöbəsinin müdiri İsgəndər Abbasovla görüşmüşük.

Təyyar İbrahimov şirkətin nümayəndəsinə bildirib ki, DGK-nın labarator avadanlığı sıradan çıxıb, ona görə də məhsulunuza rəy verə bilmirik, bir neçə gün gözləməli olacaqsınız.

Şirkət nümayəndəsinin “Bəs bizə dəyən zərəri kim ödəyəcək” sualna isə idarə rəisi “Əlbəttə, özünüz ödəyəcəksiniz” cavabını verib.

Şirkət nümayəndəsinin “ Bizə ya hazır məhsul, ya da külçə kodu verin” tələbinə isə şöbə müdiri İsgəndər Abbasovun cavabı maraqlı olub: “ Komitə sədri Səfər Mehdiyev xaricdə səfərdədir. Biz kod verə bilmərik, qoy sədr gəlsin qərarını versin”.

Şirkətin nümayəndəsi NUH.az-a bildirib ki, hazırda gecikməyə görə, konteyner üçün 600 dollar cərimə verməliyk, Səfər müəllim gələnə kimi cərimə 2000 dollara çatacaq.

Bayram Məmmədov müxbirimizə onu da bildirib ki, Ekspertiza İdarəsinin mütəxəssisləri öz vəzifələrini müstəqil icra edə bilmir, yuxarının qərarını gözləyir, bu isə sahibkarlara ciddi problem yaradır».

Məsələ ilə bağlı Ekspertiza İdarəsinin rəisi ilə ( +994 12 440-14-06 ) dəfələrlə əlaqə saxlamaq cəhdimiz alınmayıb.

DGK ilə bağlı yazılar dərc olunandan sonra komitə rəsmi açıqlama yayıb.

Açıqlamadan sonra şikayətçi Bayram Məmmədov redaksiyamıza zəng edərək bildirib ki, komitə bu açıqlama ilə ictimaiyyəti aldadır: “ Çünki rəsmi açıqlamada nümayiş etdirilən kustar məhsulun şəkillərinin-FOTO-ların bizə əsla aidiyyəti yoxdur, yəni şəkillər-FOTO-lar saxtadır. Biz istehsal etdiyimiz hazır məhsulun şəkilini-FOTO-sunu ictimaiyyətə təqdim edirik.

Ilk şəkil "Salehoğlu"nun, 2 və 3-cü şəkillər isə DGK-nın ictimaiyyətə təqdim etdiyi saxta fotolardır.

Qoy cəmiyyət görsün ki, komitənin açıqlaması ictimaiyyəti çaşdırmaq və ölkə rəhbərliyini aldatmaqdır. Digər tərəfdən bizim konteyner gömrük eksperti tərəfdən plomblanıb, onu bizim iştirakımız olmadan kim açıb, şəkilni çəkib ? Axı, konteynerin möhürü yerindədirsə, şəkili necə çəkiblər? Ən əsası neçə gündür DGK-nın Ekspertiza İdarəsi bizə bildirir ki, avadanlığımız sıradan çıxıb məhsulu laborator analiz edə bilmirik. Bəs avadanlıq sıradan çıxıbsa, bizim məhsulu necə müayinə ediblər? Məhsulumuzun külçə, yoxsa çubuq olduğunu DGK hansı sehrli çubuqla müəyyən edib ? Suallar çoxdur. Qoy DGK nümayəndələri gəlib bizim istehsal sahəsinə baxsınlar və görsünlər ki, biz xammal-külçə deyil, hazır məhsul ixrac edirik”.

Bayram Məmmədov müxbirimizə onu bildirib ki, DGK-nın əməkdaşı Əzizağa Hüseynov zəng edərək, ona hədə-qorxu gəlib, məhkəmə ilə hədələyir.

Cənab sədr! İkinci dəfədir ki, sədri olduğunuz qurum şəxsən mənim rəhbərlik etdiyim NUH.az saytı ilə bağlı aşağılayıcı tərzdə açıqlama yayır, bizi ədalətsizlikdə, mədəniyyətsizlikdə ittiham edir.

Biz kütləvi informasiya vasitəsi olaraq Sizin nəzərinizə çatdırırıq ki, cənab Prezidentimiz dəfələrlə mediadan kömək istəyib, neqativ halların, qanunsuz əməllərin işıqlandırmasını vacib hesab edib.

Belə olan halda konkret şikayət əsasında yazdığımız yazıları DGK nə üçün qaralama, ittiham hesab edir?

DGK-nın açıqlamasında qeyd olunur: “Ölkənin STRATEJİ dövlət qurumuna qarşı qaralama kampaniyasının əsas predmetinə çevrilən “hazır məhsul”un həqiqətən hazır məhsul və ya xammal olduğuna isə aşağıdakı FOTOLAR-a baxaraq qiymət vermək olar".

Cənab komitə sədri! Rəsmi açıqlamanızda qeyd olunan FOTO məsələsinə yuxarıda münasibət bildirildi. Yəni FOTO-lar saxtadır.

Cənab Səfər Mehdiyev! Yazırsınız ki, guya biz ölkənin STRATEJİ qurumu olan DGK-ya və Sizə qarşı qaralama kampaniyası aparırıq.

Cənab sədr! Uzun illər cəza orqanına çevrilən, bandit əməllərlə məşğul olan, sahibkarlara, biznesmenlərə işgəncə verən Milli Təhlükəsizlik Nazirliyi DGK-dan daha ciddi və strateji qurum idi. Sonu nə oldu ? Deməli, STRATEJİ qurum ifadəsinin arxasında gizlənmək lazım deyil.

İkincisi, cənab Mehdiyev siz uzun illər DGK-nın rəhbərlərindən biri, hətta komitə sədrinin 1-ci müavini olmusunuz.

Sizin uzun illər rəhbər olduğunuz DGK-nın əməlləri ilə bağlı Milli Məclisin üzvü, tanınmış iqtisadçı Vahid Əhmədov parlamentdə bəyan etdi ki, DGK son illərdə 20 milyard manatı mənimsəyib, kimlər mənimsəyib, bu artıq hüquq-mühafizə orqanlarının işidir, onlar aydınlaşdırmalıdır.

Bəli, cənab Mehdiyev, bu sözləri hansısa radikal müxalifətçi, Avropadakı mühacir demir. Siz də həmin dövrdə DGK-nın rəhbərlərindəb biri olmusunuz və buna görə, məsuliyyət daşımalısınız. Siz necə islahat apara bilərsiniz, cənab Mehdiyev ? Siz bu boyda məsuliyyətdən yayına bilmisinizsə, deməli həqiqətən də sehrli çubuğunuz var və bağlı-möhürlü konteynerdəki məhsulun külçə, yoxsa çubuq olduğunu müəyyən edə bilərsiniz.

Cənab sədr! Bir daha bəyan edirik ki, bir media qurumu olaraq nə DGK-nı, nə də Sizi qaralamaq niyyətimiz və məqsədmiz var. Buna əmin ola bilərsiniz. Sadəcə, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının buyurduğu kimi xalqa və cəmiyyətə qulluq edin.
OXŞAR MÖVZULAR