Impera

XƏBƏR LENTİ
14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (394)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub

01 may 2019, 17:40   
    56
Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində yarış sessiyalarını yerində canlı izləməyə, həmçinin həftəsonunda “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, bu il ötənilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 faiz təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.

Çox sayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qələbəni “Mercedes” komandasının pilotu Valtteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari”nin sürücüsü Sebastian Fettel izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tirbunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük çoşğu ilə qarşılanıb.

Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqləniblər.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: “Son 4 il ərzində Azərbaycanda Formula 1 yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması ilə əsas Formula 1 izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41 faiz artımla Böyük Britaniya, 28 faizlə Avstriyanı və 26 faizlə Nidelandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 və 11 faiz artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına, həmçinin Sem Smitin şənbə günü keçirilməsi nəzərdə tutulan çıxışının son anda ləğv olunmasına baxmayaraq, ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Builki yarış son iki yarış qədər dramatik anlara səhnə olmasa da, Formula 1 azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və Formula 2 yarışlarından böyük zövq alıblar.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də avtoidman sevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında “Baku Crystal Hall”da səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.

Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində “Bakı şəhərinin sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. “Elektra Events Hall”da keçirilən proqramda dünyanın məşhur DJ-ləri çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, ertəsi gün Robin Şulz və ayın 28-də “Lost Frequencies” çıxıb. Biletləri Formula 1 yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran-Prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı, çox sayda paytaxt sakini də iştirak edib.
OXŞAR MÖVZULAR