Impera

XƏBƏR LENTİ
12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür12:30Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (291)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycanlı iş adamını oğurlayıb, yeddi il kölə kimi işlətdilər - Dəhşətli faktlar

07 may 2019, 12:51   
    111
Azərbaycanlı iş adamını oğurlayıb, yeddi il kölə kimi işlətdilər - Dəhşətli faktlar
Milli.Az oxu.az-a istinadən ömrünün yeddi ilini çeçen əsirliyində keçirmiş azərbaycanlı haqqında yaznı təqdim edir:

Ötən əsrin 90-cı illərində insanların girov götürülməsi bəziləri üçün gəlirli "biznes"ə çevrilmişdi. Xüsusilə belə qara əməllər Şimali Qafqazda geniş vüsət alırdı. Orada təkcə Rusiyadan yox, eyni zamanda, Azərbaycandan kölələrin "idxal"ını həyata keçirirdilər.

1995-ci ildə 30 yaşlı qubalı iş adamı T.Məmmədxanov dağıstanlı quldurlar tərəfindən oğurlanır. Məmməxanov kiçik sahibkarlıqla məşğul idi. Onun hekayəsi 1995-ci ilin may ayından başlayır. Mayın əvvəllərində Məmmədxanov onun mağazasına gələn üç Dağıstan avarı ilə tanış olur.

Həmin dəstənin başçısı Maqomed Xudiyamaqomedov, üzvləri Yunus və Rəcəb olub.

Dağıstanlılar qubalı sahibkara gəlirli təklif irəli sürüb: onun müvəqqəti olaraq öz anbarına 25 ton şəkər tozu qəbul etməsini istəyirlər. Geri döndükdən sonra malın saxlanılmasının "xəcalət"indən çıxacaqlarına əmin ediblər. Azərbaycanlı bununla razılaşıb.

Həmin vaxt, yəni mayın 4-də Məmmədyarov öz ad gününü qeyd edirdi. Doğum günü şənliyinə yeni "dost"larını da dəvət etmişdi. Şənlik başa çatandan sonra dağıstanlılar çıxıb gedirlər. Beş aydan sonra qayıdırlar. Qayıdıb, biznesmendən pul tələb edirlər. Çaşqın vəziyyətə düşən sahibkar, əslində, onların malın saxlanılmasına görə ona 15 milyon rubl verməli olduğunu bildirir (həmin vaxtın məzənnəsi ilə təxminən üç min dollara yaxın olub).

Ancaq dağıstanlılar pul ödəmək əvəzinə, əslində, sahibkara şəkər tozunu satdıqlarını və ödəniş vaxtının çatdığını deyiblər. "Dostlar" özlərini çox "yuxarı"dan aparıb, aqressiv davranıblar. Məmmədxanov anlayıb ki, onlardan qurtula bilməyəcək. Ona görə tələb olunan məbləği onlara verib.

"Xatırlayıram ki, əvvəl onlara 15 milyon rubl verdim. Ancaq sonra yenə geri döndülər. Növbəti dəfə məndən 25 milyon rubl aldılar. Münaqişə vəziyyəti yaranmışdı, vəziyyət getdikcə daha da gərginləşirdi", - deyə Məmmədxanov 2002-ci ildə yeddi illik əsirlikdən qurtulduqdan sonra verdiyi ifadədə bildirmişdi.

1995-ci ilin noyabr ayınının ortalarında T.Məmmədxanovun mağazasına mavi və göy rənglərində iki "09" yaxınlaşır. Maşından 10 nəfər, o cümlədən, ona çox yaxşı tanış olan üç "sima" çıxır. Məmmədxanova hücum edərək, onu döyürlər. Yumruq və təpiklərə fasilə verib, bıçağı işə salıblar. Qaça bilməməsi üçün hər iki ayağını bıçaqlayıblar. Quldurlar onu avtomobilə oturdaraq, yüksək sürətlə ərazidən uzaqlaşıblar. Avtomobildə girov huşunu itirib. Yalnız Mahaçqalaya çatanda özünə gəlib.

Yol boyu quldurları nə Azərbaycan, nə də Dağıstan sərhəd buraxılış məntəqəsində saxlayan olub. Maşınlar şəhərkənarı qəsəbələrin birində dayanıb. Quldurlar orada gecələmək qərarına gəlib.

T.Məmmədxanovu əlindən isitmə sisteminin batareyasına qandallayıb, yenidən döyməyə başlayırlar. Girovun bütün ön dişlərini sındırırlar. Onu belə vəziyyətdə kamera ilə çəkirlər. Lentə alınmış video azərbaycanlının əzizləri üçün nəzərdə tutulurdu. Videoda onun qohumlarına müraciət etməsini və azad edilməsi üçün iki yüz min dollar girov pulu istəməsini tələb ediblər. Əks təqdirdə onu öldürəcəkləri ilə hədələyiblər.

Oxu: "Qurbaşı" dəstəsinin sağ qalan üzvləri - Ombudsman birini şəxsən tanıyır
Videoçəkilişdən sonra Məmmədxanovu Dağıstanın Qunib rayonunun Kuyaqa kəndinə aparıblar. Orada girov bir qədər özünə gəlib. Acından və ya susuzluqdan ölməməsi üçün ona gündə bir fal çörək və soyuq çay verirmişlər.

Quldurlar təhdid dolu videokaseti əsirin böyük qardaşına göndərirlər, cinayətkarlar onunla görüşməyi təklif edirlər. Görüş Mahaçqalanın "İnturist-Leninqrad" mehmanxanasına təyin olunur. T.Məmmədxanovun qardaşı çox düşünmədən "oğru"larla görüşə yollanır.

Bu arada, söhbət əsnasında T.Məmmədxanov dəstə üzvləri arasında avarlarla yanaşı, çeçenlərin də olduğunu anlayır.

Girovluğunun 11-ci günündə sahibkar qaçmaq qərarına gəlir. Biləyində olan qandal batareyaya o qədər də sərt bərkidilmədiyindən, azad ola bilir.

Azad olan kimi ilk növbədə Qunib rayon Polis Bölməsinə üz tutub, orada təhlükəsizlikdə olacağını sanıb. Onun ağlına da gələ bilməzdi ki, quldurların polisdə belə öz adamları var. Ağ rəngli "07" onu təqib etməyə başlayıb. Avtomobil ona çatanda sükan arxasında U.X. adlı polis serjantının əyləşdiyini görüb. Ardınca quldur dəstəsinin üzvləri də ona çatıblar. Onlar serjantın "hörmət"ini edib, girovu geri alıblar.

Məmmədxanova qol gücünə külli miqdarda araq içiriblər. Mədəsi boş olduğundan, yəni ac olduğuna görə dərhal özündən gedir. Bunu onun yolu xatırlamaması üçün ediblər.

Geri qayıtdıqdan sonra quldur dəstəsinin üzvləri girovu qaçdığına görə cəzalandırıblar. Ayağına ağır girya atırlar, ayağının baş barmağı qopur. Onu mütəmadi olaraq döyməyə başlayırlar. Əzablı günlər iki ay çəkib.

Sonradan onu Dağıstanın Qızılyar şəhərinə aparırlar. Orada 1998-ci ilə kimi əsirlikdə qalır. Belə ki, quldurlar, T.Məmməxanova görə heç kimin pul ödəməyəcəyini anlayırlar. Bu arada, T.Məmmədxanovun qardaşı ilə mehmanxanada keçirilən görüş dəstə üzvlərinin onu da girov götürməsi ilə nəticələnir. T.Məmmədxanovdan fərqli olaraq, o, altı aydan sonra qaçmağa nail olur.

Yeddi illik əsarətdə qaçan T.Məmmədxanov sonradan öyrənib ki, quldurlar, sən demə, qardaşları bir-birinə yaxın beşmərtəbəli evin qonşu mənzillərində saxlayıb.

Azad olan T.Məmmədovun qardaşı Bakıya gələrək, Quldurluq və Terrora qarşı Mübarizə İdarəsinə (indiki Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) ərizə yazır. Həmin vaxt idarənin rəisi Sevindik Səfərov idi. Ancaq cinayətin üstü açılmır.

Quldurlar T.Məmmədxanovun nə birinci, nə də axırıncı olduğundan dəm vursalar da, digər yandan, ona sərf olunan bu qədər zamanın heç bir gözlənilən nəticə vermədiyinə qəzəblənirdilər.

Bir dəfə T.Məmmədxanova "Jiquli" göstərib, onu elə indicə sahibkarı ilə birlikdə Azərbaycandan qaçırdıqlarını bildirirlər. Ancaq həmin "zavallı"nın kim olduğu indiyə kimi sirr olaraq qalır.

1998-ci ilin sentyabr ayında qubalının saxlanıldığı otağa Yunus daxil olur. Həmin ana qədər heç vaxt onun saxlanıldığı otağa məlum tərəfdaşları olmadan girməmişdi. Yunusun ardınca otağa bir neçə kişi daxil olur. Həmin şəxslər çeçenlər idi. Kənarda dayanıb nəyisə müzakirə edirdilər, daha sonra çeçenlər onu tutub, özləri ilə aparırlar.

Girov quldurların onu kölə kimi satdığını anlayır. "Yeni sahibləri" onu Dağıstan-Çeçenistan sərhədindən 50 km aralıda yerləşən Najavyurt rayonunun dağlı aullarıdan birinə aparırlar. Onu dərin dərəyə salırlar. Sonradan belə dərələrdə ondan başqa beş rusun saxlanıldığını öyrənir. Rusları o ki var işlədirlər, onlar mal-qaranı otarır, ən ağır işləri yerinə yetirirdilər. Onlar iş tapmaq üçün Minvoda gəlmiş, ancaq aldadılmış insanlar idilər. 32 yaşlı kölələrdən birini qaçmaq istədiyinə görə T.Məmmədxanovun gözləri qarşısında güllələyiblər.

Ruslardan fərqli olaraq, onu işləməyə məcbur etmirdilər. Ona "sahibləri" ruslarla müqayisədə nisbətən daha yumşaq davranırdılar.

Məmmədxanovun "yeni sahibi" İsmayıl əvvəllər stomatoloq işləyib. Qubalıya yazığı gələrək, onun dişlərini düzəldib. Çeçenlər onları pis yedirsələr də, hər halda orada verilən qida avarların qidasından daha yaxşı idi. Ən kiçik qaçış riskini belə aradan qaldırmaq üçün qaranlıq düşəndən sonra dərələri beton plitə ilə bağlayırdılar. Gündüz saatlarında isə kölələri yuxarı çıxarırdılar. Beləcə, illər keçirdi.

Çeçen Məmmədxanova "Quran"dan surələr oxuyurdu, ona duaları öyrədib, namaz qılmasını tələb edirdi. T.Məmmədxanov isə imtina edərək, yalnız vətəninə döndükdən sonra Tanrıya ibadət etməyə başlayacağını bildirirdi. İsmayılın buna cavabı isə soyuq və qısa olurdu: "Geriyə yol yoxdur".

Dini tövsiyyələrindən başqa, İsmayıl azərbaycanlıya çevik döyüşçü qruplar barədə danışıb, ona "Kalaşnikov" avtomatından atəş açmağı öyrədib. "Sahibi" sərrast atıcılığı ilə seçilirdi.

"Fikrimcə, məndən döyüşçü hazırlamaq istəyirdilər. Çeçen aulunda olan hər kəsin dişə qədər silahlandığı diqqətimdən yayınmamışdı", - deyə T.Məmmədxanov bildirib.

Bir dəfə qubalının əlinə bağça qayçısı keçir. Onunla əvvəl nə edəcəyini bilmir, ancaq çox düşünmədən, gələcəkdə lazım olar deyə, dərədəki saman altında gizlədir. Həmin qayçı dörd ay sonra onun işinə yarıyır.

26 iyul 2002-ci ildə onu nədənsə dərədən çıxaran olmur. Bundan istifadə edərək iyulun 26-dan 27-nə keçən gecə qaçmaq qərarına gəlir. Həmin qayçı ilə bir neçə saat fasiləsiz şəkildə torpağı qazmağa başlayır. Torpaq təbəqəsi yumşaq olduğundan, bir müddətdən sonra açığa çıxmağa nail olur. Ətrafa nəzər salır və iki gənc mühafizəçinin bərk yatdığını görür. Məmmədxanov yaxınlıqdan ağır əşya - idman çəkiləri taparaq, yatanların başına var gücü ilə vurur.

"Onların sağ qalıb-qalmadığını bilmirəm. Amma deyəsən, onlardan birini öldürmüşdüm. Bunu müəyyənləşdirməyə vaxt yox idi", - T.Məmmədxanov bildirib.

Mühafizəçilərdən birinin formasını əyninə keçirir. Kamuflyajın cibində T.Məmmədxanov 2650 rubl tapır. Bu pullar onun işinə yarıyır. Belə ki, onunla taksi ilə Botlix rayonuna, oradan isə Xasavyurta çatır.

Dərbənddə olanda T.Məmmədxanov artıq qorxu hissini itirir. Axtın dağlarının dolayı yolları ilə Rusiya-Azərbaycan sərhədini keçir. Həmin vaxt bu mümkün idi, çünki sərhədlər o qədər də yüksək səviyyədə qorunmurdu. İki günə Qubaya çatır. Köləlikdən azad olmuş Məmmədxanovun qayıdışı hamını sevindirir, hətta onu uzun müddət axtardıqlarını deyən yerli polisləri belə..
OXŞAR MÖVZULAR