Impera

XƏBƏR LENTİ
17:14Azərbaycanda sağlam məktəb direktoru 8 xəstəlikdən əlillik dərəcəsi aldı - GİLEY16:26Cəlilabadda müəllimi döyən şəxslərdən biri tutuldu15:39Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı - VİDEO15:25Apreldə sosial müavinət və təqaüdlərin 100 faiz artımı 600 minə yaxın vətəndaşa şamil edilib15:05Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir14:44Hərbi hissədə görüş keçirilib14:31Azərbaycanda BİABIRÇILIQ: Şagirdə sataşdığı iddia olunan müəllim belə döyüldü - VİDEO14:2880 yaşlı icra başçısının 15 illik hakimiyyəti... - Hər kəs yorulub...14:13Adil Vəliyevdən yeni SÖKÜNTÜ BUMU... - Başçı "Razin”i öz tikinti meydançasına çevirib14:01Futbolumuzda unikal hadisə13:45Paşinyan inqilabçı yoldaşlarını vəzifədən çıxarır13:08Akif Əlizadədən Prezidentə daha bir şikayət - "...qohumlarının adlarına mənzillər ələ keçirmişlər"12:31İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb12:07Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi11:08İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktorunun məhkəməsi başlayıb10:54Bakıda 17 yaşlı gənc özünü 10-cu mərtəbədən atıb10:436 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY10:26“Azeri Light”ın bir barreli 74,86 dollara satılır09:57Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək17:59"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert17:51Daha bir rayonda şöbə müdiri işdən çıxarıldı17:41Baş nazir olmaq istəyirmiş... - İDDİA17:29"Qardaşım zəng edib dedi ki..." – Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının BİBİSİ17:18Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY17:08“Niyə susuruq, niyə susursunuz? Ayıb olsun bizə!” – Mübariz Mənsimovdan Fuad Abbasov olayına REAKSİYA17:06Azərbaycanda nişanlısı ilə dalaşıb evdən qaçan qız tapıldı: Görün HARDA İMİŞ - FOTO16:51Poltavada Albert-Gülağa müəmması... -İDDİA16:48Sahil Babayevin qohumu gömrüyə necə yol tapmışdı: Nazir haqda şok iddia16:45Bakı Şəhər İcra Hakimiyyətindən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət16:24Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır16:08İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub15:57İnkişafın ünvanı olan rayon - Fotolar15:51Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur - Qobustandan prezidentə ŞOK MÜRACİƏT15:30Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...14:54Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib14:38Deputat qardaşını necə xilas edir? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı14:23"Arsenal" Bakıda qalib gəlsə... - fantastik mükafat14:04Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...13:39"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə... - Keçmiş başçı FƏNA YAXALANDI...13:18Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?12:40Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq... - GİLEY12:24Bakının mərkəzində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulacaq - RƏSMİ11:55Prezident marketə girib, qiymətlərlə maraqlandı - FOTOLAR11:36Astarada təhsilin anasını ağladırlar... - İDDİA11:16Bu gün Bakıda su olmayacaq? - RƏSMİ10:49Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:37Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir17:10Vətənə Xəyanətdə ittiham olunan Orxan Rzaquliyevə hökm oxundu17:02Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü16:54Blogger azərbaycanlıları təhqir etdi - FOTO16:46Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto16:37Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...16:28Bakıda güclü yanğın - Yaralanalar var16:16Supermarketdə iyrənclik - Satıcı ayaqyalın ət "vitrin"inə çıxdı (FOTO)16:05Qarabağ separatçılarının lideri dəyişə bilər15:55ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib14:46İnsan ac olduğuna görə yox, oğru olduğu üçün talayır14:31Prezidentdən xüsusi - TAPŞIRIQ14:06Türkiyə iqtisadiyyatındakı zəifləmənin Azərbaycana təsiri olacaqmı? - TƏHLİL13:55Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”13:52Bir kampaniyanın izi ilə: Cəlilabad təhsilini kimlər və niyə hədəfə alıb?13:43Əsədov Zelenskinin andiçməsində belə təqdim olundu - VİDEO12:46SOCAR Özbəkistanda neft hasilatını artıracaq12:21Bakıda model küçədə heç kimi saymadı, seksual pozlar verdi11:53Çempionluğu bayram edən azarkeşlərə hücum olundu - Uşaqlar dəhşət yaşadı (VİDEO)11:24Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar11:11Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib? - FOTO - VİDEO10:47Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT10:33Problemli kreditlər – şikayətlər var...10:21Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb10:01Ermənistan atəşkəs rejimini 21 dəfə pozub21:30SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş olimpiada keçirildi20:45"Emin 444"ü öldürən keçmiş məmur müstəntiqin otağında – FOTO20:42Trampın gəlirləri və borcları açıqlandı: Dodaquçuqladan rəqəmlər20:36Sumqayıtda zavodda ölüm hadisəsi olub20:32Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO20:27Prezident bu icra başçısını təltif etdi - FOTO13:58Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi - 3 maddə üzrə cinayət işi başlanılıb13:39Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması...13:18Şəmkirin icra başçısı erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır13:01Azərbaycanın dövlət büdcəsində 283 mln. manatlıq qalıq yaranıb12:59“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY12:07Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY11:50Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl11:31Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir - GİLEY11:06ADU-da yaranan qalmaqallarla bağlı iddia - Həmkarlar Komitəsi niyə biganə qalır?10:51Laçın rayonunun işğalından 27 il keçir17:59Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib17:51"Yuventus"da şok istefa - SON DƏQİQƏ17:39Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki “Şeytan Yuvası” - İTTİHAM17:20Tramp bir ilə 434 milyon dollar qazanıb17:08Tramp bir ilə 434 milyon dollar qazanıb16:19"Bakı Metropoliteni" 2 gün gücləndirilmiş rejimdə işləyəcək15:59“Ege Hospital”da YENİ BÖHRAN - Türkiyəli həkimlər Azərbaycanı tərk edir15:38Ilham Əliyevdən yeni - SƏRƏNCAM14:16Qazaxıstanda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb13:57Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib13:35“Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? -100 milyonluq oğurluğun fəsadları12:54Cavanşir Feyziyevin gizli dünyası: “Quska”dan qalmaqallı qəzayadək - İTTİHAM12:36AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...
BÜTÜN XƏBƏRLƏR
May 2019 (373)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)
Yanvar 2019 (595)
Dekabr 2018 (490)

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“ ÖMÜR VƏFA QILSA

09 may 2019, 13:22   
    13
“ ÖMÜR VƏFA QILSA

İnsan yaşa dolarkən uşaqlaşarmış. Saçından, nəfəsindən süd qoxusu gələrmiş. Arabir kövrəlib uşaqsayağı dodaq büzməyi də olarmış. 80 yaşını yenicə tamamlamış ağ saçlı, hələ də cavanlıq qamətini saxlamağa çalışan atama da belə uşaqlaşmaq nəsib oldu.
Valideynlər haqqında nə isə demək cox çətin və məsuliyyətlidir. Xatirələr çox. Hansını deyib, hansını danışasan. Bu yaxınlarda işlədiyim Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi Əşrəfov Rüstəm müəllimlə söhbətimiz oldu. Söhbətdən hər ikimiz məmnun qaldıq. Elə bil mənə dünyanı verdilər. Məlum oldu ki, Rüstəm müəllim 1979-1981-ci illərdə tələbə inşaat dəstəsi ilə bizim kənd məktəbimizdə yerləşdirilmiş və atamla yaxın münasibətdə olmuşdur. İxtisasca filoloq olan atam sənətini sevən adamlara hörmət bəsləyərdi. Görünür buna görə də üstündən 38 il keçməsinə baxmayaraq Rüstəm müəllim o yerlərin gözəlliyindən, insanların qonaqpərvərliyindən ağızdolusu söhbət açırdı.
Atam Məmmədov Məmməd Saleh oğlu Ağdam rayonu Eyvazxanbəyli kənd orta məktəbinin direktoru (Atçılıq zavodu), istedadlı pedaqoq, “ Ömür vəfa qılsa” şeirlər kitabının müəllifi, Qabaqcıl Maarif Əlaçısı, 7 övlad atası, el ağsaqqalı idi. O, dünyaya 1 may 1919-cu ildə Qarabağın cənnət guşələrindən olan Ağdam rayonu Kosalı kəndində göz açmışdır. Atası oğlunun hazırcavablığını, ailədəki digər uşaqlardan verdiyi düşüncəli suallarına görə fərqləndiyini hiss etmişdi. Çox istəyirdi ki, oğlu oxusun, savadlı bir adam olsun. Ancaq öz kəndlərində məktəb olmadığından təxminən 9-10 km uzaqda yerləşən Qərvənd kənd orta məktəbinə təhsil almaq üçün getmək lazım idi. Havaların qarlı-yağışlı olmasına baxmayaraq, balaca, ancaq çox çevik Məmməd bu yolu canla-başla gedirdi. O məktəbi bitirəndən sonra Ağdam şəhəri 2 illik Müəllimlər İnstitutuna daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Onun təşəbbüsü ilə kənddə məktəb açılır və Məmməd müəllim kənd uşaqlarina dərs deməyə başlayır. Qarşısına yeni-yeni planlar qoyub Bakıya getmək, universitetdə təhsil almaq ürəyindən keçirdi. Cavanlıq da öz işini görürdü. Kənddə bir qız da gözaltılamışdı. Alman faşistlərinin sovetlər məkanına hücum etməsi hər şeyi alt-üst etdi. Hamı kimi Məmməd müəllim də hərbi komissarlığa gedib cəbhəyə gedənlər siyahısına yazıldı. Arxa cəbhədə də qala bilərdi. Ancaq Vətən məhəbbəti çox güclü olduğundan o, ön cəbhəni seçdi. Çox ağır bir döyüş yolu keçdi. Sonralar bu barədə öz şeirlərində də yazırdı:

Mən keçmiş cəbhəçiyəm, əsgər andı içmişəm,
Qafqazdan Berlinədək döyüş yolu seçmişəm.
Səngər evim olubdu, şinel yorğan-döşəyim,
Vətən məhəbbətiylə döyünübdür ürəyim.
Yaxşı yadımdadır bayramqabağı nəvələri başına yığışan kimi “baba nemeslərdən danış...”- deyərdilər.

- “Cavanlığım müharibə illərinə düşdü. Təzəcə müəllim işləməyə başlayırdım. Kənddə savadsızlığı aradan qaldırmaq üçün həm gündüz, həm də gecə məktəbləri fəaliyyət göstərirdi. Gündüz uşaqlara, axşamlar da yaşından asılı olmayaraq hamıya dərs kecirdik. Camaatıma gərəkli olduğumu dərk etmişdim və buna görə də sevinirdim. Könlümdən ailə qurmaq, ev tikmək keçirdi. Qəfil müharibə hər şeyi pərən-pərən etdi.” O, nəvələrinə təkbətək alman əsgəri ilə üzbəüz gəlməsindən, onu tərkisilah edib əsir almasından elə həyəcanla danışırdı ki, sanki o illəri yenidən yaşayırdı.
Atam 313-cü moto artileriyya diviziyasında vuruşurdu. Ağır döyüşlərin birində aldığı yaradan hərbi hospitala müalicə almağa göndərilir. Müalicədən sonra onu arxa cəbhədə saxlayırlar. O yenə də kənd balalarını başına yığıb müəllimlik fəaliyyətinə başlayır. “Cəbhə xatirələrim” adlı şeirində belə yazırdı:

Cəbhə xatirələrim hərdən düşür yadıma,
Çox təşəkkür yazılmış o vaxt mənim adıma
Dünyanı bürümüşdü ölüm saçan fəlakət,
Sevgililər qalmışdı biri-birinə həsrət.

Döyüşdə göstərdiyi şücaətə görə Məmməd müəllim bir çox orden və medallarla təltif olunmuşdur. Onları bu gün də əziz xatirə kimi qoruyub saxlayırıq.
Atam müharibədən sonrakı quruculuq illərindən də danışmağı sevərdi. Kənddə yeni məktəb binasının təməli qoyuldu. Artıq balalarımız geniş, işıqlı sinif otaqlarında dərs keçəcəklər,-deyən Məmməd müəllim binanın tikilişində şəxsən iştirak edirdi.

Məktəbi sanmışam müqəddəs məbəd,
Gözümü dünyaya açandan bəri.
Mən orda əxz etdim bilik, mərifət,
Yaxşını yamandan seçəndən bəri.
Odur ki, qəlbimi məşəl eyləyib,
Bu çətin yollara işıq salmışam.
Bəzən çörəyimi yavanca yeyib,
Özüm də bu yolla addımlamışam.

Daima qurmaq, yaratmaq, yeniliyə doğru addımlamaq, onun günbəgün işıqlanan həyatının əsası idi. Deyəsən, müharibədən əvvəl ürəyində qalan bir arzusunu da reallaşdırmaq vaxtı gəlib çatmışdı. Ali təhsil almaq arzusu. Bu arzu ilə o, 1953-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və 1957-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. Diplom müdafiəsindən sonra ona universitetdə qalmaq təklif olunur. “ Hamı şəhərə gəlsə, bəs kənddə kim dərs deyər. Ziyalı elə kənddə də ziyalıdır-” deyərək sevimli məktəbinə dönür. Atam şagirdlərini öz övladlarından ayırmazdı. Onların hər bir dərdi-səri, məişət qayğıları ilə maraqlanardı. Hər söz düşəndə: “ Mənim iki evim var, biri yaşadığım ev, biri isə məktəbim”-deyərdi.
O vaxtlar təhsil 10 illik olduğundan hər buraxılış ili respublikamızın müxtəlif ali məktəblərinə 8-10 şagirdimiz qəbul olurdu. Bir kənd məktəbi üçün bu böyük fəxr idi. Müxtəlif ixtisaslara yiyələnən bu gənclər ali təhsillərini bitirdikdən sonra doğma kəndə qayıdıb qurmaq-yaratmaq eşqilə işə başlayırdılar. Məktəbimizin yetirmələri içərisində elm sahəsində də özlərini sınayanlar oldular. Bütün bunları görən istedadlı, qocaman müəllim, gözəl ata, təşkilatçılığı və təsərrüfatçılığı ilə fərqlənən məktəb direktoru Məmməd müəllim fəxr etməyə bilməzdi. Onu hər yerdə, həmişə hörmətlə qarşılayır, məsləhətlərinə qulaq asırdılar. Heç vaxt şöhrət dalınca qaçmayan insana elin tərifi yetərdi.
Ömrünün son günlərində cavanlığından danışmağı sevərdi. Müxtəlif fəxri fərmanlar, Qabaqcıl Maarif Əlaçısı, Sosializm yarışının qalibi, İlin fəxri müəllimi- vaxtı ilə bunlar müharibə illərində aldığı medallar sırasında onun sinəsini bəzəyirdi. Ancaq indi əlimizə belə götürməyə ehtiyat edirik.
Cavanlıqda ara-sıra şeirlər də yazardı. Görünür başqa qayğılar üstələdiyi üçün bu sahəyə bir az da ara vermək istəyib. Bir az da müdrikləşmək, təcrübə toplamaq üçün. Artıq onun da vaxtı gəlib çatmışdır. 1991-ci ildə atamın bu istəyi gerçəkləşdi. İlk şeirlər kitabı “ Ömür vəfa qılsa” adı ilə çap olundu. Görəsən ömür vəfa qılsa daha nələr edəcəkdi, mənim uzaqgörən, ağsaqqal atam.

Ömür vəfa qılsa əgər,
Külüngümlə daşdan gövhər
Çıxararam, qoy bilsinlər.
Ustad çıxdı qabağıma,
Könül verdi yazmağıma.
Buyurdu ki, haqqım vardır,
Yazmağa da üzüm ağdır.
Deyilən söz yadigardır
Hərçənd düşməz ələ fürsət
Geciksən də yaz, ay Məmməd.

Həyatında ikinci müharibəni də gördü Məmməd müəllim. Əgər birinci müharibə alman faşizminə qarşı idisə, bu dəfə faşistlər bizim içimizdə idilər. Öz qoynumuzda, özümüzə düşmən bəsləmişik sən demə. Çörəyimizi yeyib, suyumuzdan içən namərdlər. Yurdumuza göz dikib bizi didərgin saldılar. Bir milyon azərbaycanlı kimi Məmməd müəllimin də taleyinə qaçqınlıq möhürü vuruldu. Ömrünün bu yaşında, təzəcə ahıllığını duyan, ağ saçlarını əlləri ilə darayan qocaman atam bu işlərdən baş açmadığını deyirdi. Öz əlinlə qurub yaratdığını necə xaraba görəsən? O bağ-baxçan indi xarabalığa çevrilib, ata! Müvəqqəti olaraq Bakının Bakıxanov qəsəbəsində qaçqın və köçkün balaları üçün məktəb açmaq yenə nəsib oldu sənin taleyinə. Məktəb fəaliyyətə başlayandan bir az sonra bunlara dözməyən atam yatağa düşdü:

Dayanıb ömrümün yol ayrıcında,
Keçmişə həsrətlə boylanıram mən.
Ruhum Qırxqızın yal-yamacında
Od tutub ocaqsız hey yanıram mən!
Qaçqınlıq başıma bir töhmət olub,
Tənəli baxışlar məni lap yorub.
Öz evim-eşiyim düşmənə qalıb,
Bir yurdsuz səfil tək dolanıram mən!

Bu dözülməz dərdə nə atam, nə də anam tab gətirmədi. Sağlığında heç kəsə əziyyət verməyən atam, yatağa düşəndən sonra övladlarının qayğısını görüb kövrəlirdi. Bəlkə bir az da utanırdı. Anam bir neçə il əvvəl rəhmətə getmişdi. Könül sirdaşını itirdikdən sonra o, hər bişən xörəyi yeməzdi, hər ütülənən paltarı geyməzdi. “...ananız elədiyi kimi deyil”, - deyərdi. Çünki çox öyrənmişdilər bir-birilərinə. 50 ildən artıq bir ömür yolu keçmişdilər. Zarafat deyil, bir igidin ömrüdür 50 il. Hər nəyə nail olmuşdusa yuxusuz gecələrinin və ömür-gün yoldaşının köməyi, qayğısı, dözümlülüyü sayəsində əldə etmişdi. Birgə ev tikmək, bağ salmaq, övlad böyütmək nə qədər də çətin və şərəfli
imiş. Sirlərini də pıçıltı ilə, işarə ilə başa salırdılar. 1999-cu ilin sentyabr ayının 22-də 80 yaşında səni sevənləri tərk etdin. Qarabağda anadan oldun, amma məzarın Bakı şəhəri Fatmayi kənd qəbiristanlığındadır. Güllü bağın, doğma elin, əzizlərinin məzarları qaldı orada. Səndən sonra neçə itkilərimiz oldu. İlbəil böyüyən hasarın içərisində doğmalarına da yer tapıldı. Orada da tək qalmaq istəmədin. Bir zamanlar üçüncü oğlunun dünyaya gəlişi ilə sənə göz aydınlığı vermişdilər. Özün kimi uca boylu, şən, mehriban Elxan oğlun da sənin yanındadır. Hər dünyaya gələn nəvən sənin qol-qanadın idi, evimin çırağını yandıracaqlar deyirdin. O nəvələrindən birinin çırağı söndü. 23 yaşlı Eldarı sözlə təsvir etməyə dilim gəlmir. Onun gözəlliyini, vücudunu görmək lazım idi. Gözlərinə baxıb qəlbini duymaq lazım idi. O da sənin yanındadı, ata! Bu gün atasız qalan 4 övladın var. Yaxşı ki, bu qalmaqal dünyada sənin sinənə övlad dağı sağlığında çəkilmədi. Muğayət ol onlardan, ata!
...İpək kimi yumşaq saçlarını ovcumun içində hiss edirəm. Müdrük kəlamların düşür yadıma. Başladığım hər bir işə xeyir-duanı istəyirəm. Yenə də əvvəllər olduğu kimi kəndimizə, evimizə, sənin və anamın qucağına qısılmaq istəyirəm. Yaman sənsizləmişəm sənsiz, mənim ağsaqqal, müdrik atam. Həyətdəki güllərdən məzarının üstünə yox, masanın üstünə qoymaq istərdim. Mümkünmü... hər bayram qabağı ziyarətinə gələrkən tökdüyümüz göz yaşlarını hiss edirsənmi? Dodaqlarımız titrəyir, yanaqlarımızdan isti göz yaşları süzülür. Sənə yaman ehtiyacımız var, ata. Vaxtilə ürəyinin bütün istisini, son ruzisini övladlarına verən atam getmir gözlərimdən. Deyirəm bəlkə ona görə uşaq dünyaya gələndə deyilən təriflər içərisində beləsi də səslənir : “ Atalı-analı böyüsün”. Qoy Tanrı heç kəsi ata qayğısından, ana nəvazişindən əskik etməsin.
Məmməd müəllimin itkisi təkcə ailəmizin yox, bütün Ağdam ziyalılarının itkisi oldu. Sənin vaxtı ilə dərs dediyin tələbələrin indi də adını böyük ehtiramla yad edirlər. Eşidəndə ki, onların hər birinin həyat yolunda sənin böyük rolun olub, ürəyimiz dağa dönür. Sənin müəllimlərin indi də məskunlaşdıqları yerlərdə öz müqəddəs peşələrini –MÜƏLLİM peşəsini-davam etdirirlər. Fəxr edirəm ki, təməlini ibtidaidən qoyub, sonra 8 illik, daha sonra 10 illik orta təhsil verən Ağdam rayon Eyvazxanbəyli kənd orta məktəbinin bir direktoru olmuşdur. O da Sən oldun – Məmmədov Məmməd Saleh oğlu.

Südabə Məmməd qızı
Sumqayıt Dövlət Universitetinin Əcnəbi tələbələr şöbəsinin müdiri
OXŞAR MÖVZULAR