Impera

XƏBƏR LENTİ
16:26Cəlilabadda müəllimi döyən şəxslərdən biri tutuldu15:39Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı - VİDEO15:25Apreldə sosial müavinət və təqaüdlərin 100 faiz artımı 600 minə yaxın vətəndaşa şamil edilib15:05Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir14:44Hərbi hissədə görüş keçirilib14:31Azərbaycanda BİABIRÇILIQ: Şagirdə sataşdığı iddia olunan müəllim belə döyüldü - VİDEO14:2880 yaşlı icra başçısının 15 illik hakimiyyəti... - Hər kəs yorulub...14:13Adil Vəliyevdən yeni SÖKÜNTÜ BUMU... - Başçı "Razin”i öz tikinti meydançasına çevirib14:01Futbolumuzda unikal hadisə13:45Paşinyan inqilabçı yoldaşlarını vəzifədən çıxarır13:08Akif Əlizadədən Prezidentə daha bir şikayət - "...qohumlarının adlarına mənzillər ələ keçirmişlər"12:31İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb12:07Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi11:08İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktorunun məhkəməsi başlayıb10:54Bakıda 17 yaşlı gənc özünü 10-cu mərtəbədən atıb10:436 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY10:26“Azeri Light”ın bir barreli 74,86 dollara satılır09:57Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək17:59"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert17:51Daha bir rayonda şöbə müdiri işdən çıxarıldı17:41Baş nazir olmaq istəyirmiş... - İDDİA17:29"Qardaşım zəng edib dedi ki..." – Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının BİBİSİ17:18Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY17:08“Niyə susuruq, niyə susursunuz? Ayıb olsun bizə!” – Mübariz Mənsimovdan Fuad Abbasov olayına REAKSİYA17:06Azərbaycanda nişanlısı ilə dalaşıb evdən qaçan qız tapıldı: Görün HARDA İMİŞ - FOTO16:51Poltavada Albert-Gülağa müəmması... -İDDİA16:48Sahil Babayevin qohumu gömrüyə necə yol tapmışdı: Nazir haqda şok iddia16:45Bakı Şəhər İcra Hakimiyyətindən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət16:24Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır16:08İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub15:57İnkişafın ünvanı olan rayon - Fotolar15:51Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur - Qobustandan prezidentə ŞOK MÜRACİƏT15:30Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...14:54Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib14:38Deputat qardaşını necə xilas edir? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı14:23"Arsenal" Bakıda qalib gəlsə... - fantastik mükafat14:04Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...13:39"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə... - Keçmiş başçı FƏNA YAXALANDI...13:18Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?12:40Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq... - GİLEY12:24Bakının mərkəzində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulacaq - RƏSMİ11:55Prezident marketə girib, qiymətlərlə maraqlandı - FOTOLAR11:36Astarada təhsilin anasını ağladırlar... - İDDİA11:16Bu gün Bakıda su olmayacaq? - RƏSMİ10:49Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:37Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir17:10Vətənə Xəyanətdə ittiham olunan Orxan Rzaquliyevə hökm oxundu17:02Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü16:54Blogger azərbaycanlıları təhqir etdi - FOTO16:46Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto16:37Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...16:28Bakıda güclü yanğın - Yaralanalar var16:16Supermarketdə iyrənclik - Satıcı ayaqyalın ət "vitrin"inə çıxdı (FOTO)16:05Qarabağ separatçılarının lideri dəyişə bilər15:55ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib14:46İnsan ac olduğuna görə yox, oğru olduğu üçün talayır14:31Prezidentdən xüsusi - TAPŞIRIQ14:06Türkiyə iqtisadiyyatındakı zəifləmənin Azərbaycana təsiri olacaqmı? - TƏHLİL13:55Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”13:52Bir kampaniyanın izi ilə: Cəlilabad təhsilini kimlər və niyə hədəfə alıb?13:43Əsədov Zelenskinin andiçməsində belə təqdim olundu - VİDEO12:46SOCAR Özbəkistanda neft hasilatını artıracaq12:21Bakıda model küçədə heç kimi saymadı, seksual pozlar verdi11:53Çempionluğu bayram edən azarkeşlərə hücum olundu - Uşaqlar dəhşət yaşadı (VİDEO)11:24Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar11:11Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib? - FOTO - VİDEO10:47Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT10:33Problemli kreditlər – şikayətlər var...10:21Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb10:01Ermənistan atəşkəs rejimini 21 dəfə pozub21:30SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş olimpiada keçirildi20:45"Emin 444"ü öldürən keçmiş məmur müstəntiqin otağında – FOTO20:42Trampın gəlirləri və borcları açıqlandı: Dodaquçuqladan rəqəmlər20:36Sumqayıtda zavodda ölüm hadisəsi olub20:32Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO20:27Prezident bu icra başçısını təltif etdi - FOTO13:58Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi - 3 maddə üzrə cinayət işi başlanılıb13:39Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması...13:18Şəmkirin icra başçısı erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır13:01Azərbaycanın dövlət büdcəsində 283 mln. manatlıq qalıq yaranıb12:59“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY12:07Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY11:50Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl11:31Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir - GİLEY11:06ADU-da yaranan qalmaqallarla bağlı iddia - Həmkarlar Komitəsi niyə biganə qalır?10:51Laçın rayonunun işğalından 27 il keçir17:59Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib17:51"Yuventus"da şok istefa - SON DƏQİQƏ17:39Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki “Şeytan Yuvası” - İTTİHAM17:20Tramp bir ilə 434 milyon dollar qazanıb17:08Tramp bir ilə 434 milyon dollar qazanıb16:19"Bakı Metropoliteni" 2 gün gücləndirilmiş rejimdə işləyəcək15:59“Ege Hospital”da YENİ BÖHRAN - Türkiyəli həkimlər Azərbaycanı tərk edir15:38Ilham Əliyevdən yeni - SƏRƏNCAM14:16Qazaxıstanda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb13:57Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib13:35“Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? -100 milyonluq oğurluğun fəsadları12:54Cavanşir Feyziyevin gizli dünyası: “Quska”dan qalmaqallı qəzayadək - İTTİHAM12:36AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...12:27Şehiç "Trabzonspor"a keçə bilər
BÜTÜN XƏBƏRLƏR
May 2019 (372)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)
Yanvar 2019 (595)
Dekabr 2018 (490)

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə - "Şərq Tərəfdaşlığı"nın 10 illiyi

13 may 2019, 13:22   
    7
Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə - "Şərq Tərəfdaşlığı"nın 10 illiyi

"Şərq Tərəfdaşlığı" Proqramı bu ay onilliyini qeyd edir. 2009-cu ildə reallaşdırılan proqram Avropa İttifaqı (Aİ), onun üzv ölkələri və altı Şərq qonşusu - Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

Onillik müddət bu təşəbbüsün nəticələrinə dair müəyyən yekunları qeyd etmək üçün kifayət qədər vacib mərhələdir.

"Report" Azərbaycanla Aİ arasındakı əməkdaşlığın əsas anlarını faktlar və rəqəmlərlə təqdim edir.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır.

İqtisadi əməkdaşlığın gücləndirilməsi

Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Son 10 ildə Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 28% artıb.

Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min Azərbaycan şirkətinə maliyyə, təlim və yeni bazarlara ixrac dəstəyini verib.

2009-cu ildən etibarən 11 min Azərbaycan şirkətinə Aİ zəmanəti ilə kredit formasında 207 milyon avro təqdim edilib.

Aİ Azərbaycanın biznes və investisiya mühitinin yaxşılaşdırılması işində də hökuməti dəstəkləyir. Aİ həmçinin təhsil və regional inkişafı dəstəkləməklə, Azərbaycanın iqtisadi şaxələndirmə planlarının həyata keçirilməsinə kömək edir.

Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir və bu layihələr həm Aİ-yə üzv ölkələrin, həm də benefisiar ölkələrin hökumət sektorunun bilik və bacarıqlarını bir araya gətirir.

Son 10 il ərzində Azərbaycanın 25-dən artıq nazirliyi və ictimai təşkilatı təqribən 50 tvinninq layihəsində iştirak edib və nəticədə Aİ-nin texniki biliklərindən və dövlət qulluqçularının praktiki təcrübələrindən faydalanıb. Bununla yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə təkan verilir.

On il ərzində, təxminən, 50 tvinninq layihəsi: 34-ü başa çatıb, 11-i davam edir, 1-i hazırlanır.

Energetika əməkdaşlığı

Azərbaycan Aİ üçün strateji enerji tərəfdaşıdır, Aİ bazarlarının Xəzər hövzəsinin enerji resursları ilə təchiz olunmasında əsas rol oynayır.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarlarını Xəzər hövzəsinin qaz resursları ilə təchiz edəcək.

2016-cı ildə Aİ “EU4Energy” adlı yeni regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycan da daxil olmaqla, "Şərq Tərəfdaşlığı" ölkələrini dəstəkləyir.

Azərbaycan şimalla cənubu və şərqlə qərbi birləşdirən nəqliyyat əlaqələrinin kəsişməsində yerləşməsindən faydalanır. Ölkə Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi vacib infrastruktur layihələrinə investisiya yatırıb. Aİ Bakı limanında və onun azad ticarət zonasında çalışanlar üçün texniki biliklər təmin edib.

Aİ ilə Azərbaycan arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri 2014 ildə qüvvəyə minərək, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz qısa müddətli viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı verib.

Bundan başqa, müəyyən kateqoriya şəxslər, məsələn, "Erasmus+" proqramının tələbələri viza rüsumundan tamamilə azad olunub.

Təhsil

Peşə bacarıqlarının artırılması Aİ-nin Azərbaycana dəstəyində prioritet təşkil edir. Xüsusilə işçi qüvvəsinin bacarıqlarının və işəgötürənlərin ehtiyaclarının daha yaxşı uyğunlaşdırılmasını təmin etmək üçün peşə təhsili və təliminə xüsusi diqqət yetirilir.

Aİ-nin "Erasmus+" proqramı 2015-ci ildən 2018-ci ilə kimi Azərbaycanın 1300-dən çox tələbəsi və müəlliminə Aİ ölkələrində təhsil almaq və ya dərs demək, o cümlədən 700-ə yaxın avropalıya Azərbaycana getmək imkanı verib. Bundan əlavə, 2800-dən artıq azərbaycanlı gənc və gənclər təşkilatlarının işçisi qısamüddətli mübadilə, yerdəyişmə, təlim və könüllülük layihələrində iştirak edib.

Multikulturalizm

2016-cı ilin dekabrında Bakıda “Dinlərarası dözümlülük və medianın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 2017-ci ilin sentyabrında və 2018-ci ilin iyun ayında Azərbaycanın müxtəlif dini icmalarının liderlərinin Aİ-nin Brüsseldə yerləşən institutlarına səfəri təşkil edilib. Bunun ardınca isə 2017 və 2018-ci ilin oktyabr ayında Bakıda mədəniyyətlərarası dialoq və dözümlülük dəyərlərini incəsənət yolu ilə təşviq etmək üçün hər il ənənəvi keçirilən “Təsəvvür et” adlı Avropa Tolerantlıq Festivalı təşkil olunub. 2019-cu ilin aprelində Bakıda Dinlərarası Dialoq və Radikallaşmanın Qarşısının Alınmasına dair Konfrans keçirilib.
OXŞAR MÖVZULAR