Impera

XƏBƏR LENTİ
16:26Cəlilabadda müəllimi döyən şəxslərdən biri tutuldu15:39Bələdiyyə sədrinin gizli görüntüləri ortaya çıxdı - VİDEO15:25Apreldə sosial müavinət və təqaüdlərin 100 faiz artımı 600 minə yaxın vətəndaşa şamil edilib15:05Bakcell qadınların məşğulluğunun artırılmasına dəstək göstərir14:44Hərbi hissədə görüş keçirilib14:31Azərbaycanda BİABIRÇILIQ: Şagirdə sataşdığı iddia olunan müəllim belə döyüldü - VİDEO14:2880 yaşlı icra başçısının 15 illik hakimiyyəti... - Hər kəs yorulub...14:13Adil Vəliyevdən yeni SÖKÜNTÜ BUMU... - Başçı "Razin”i öz tikinti meydançasına çevirib14:01Futbolumuzda unikal hadisə13:45Paşinyan inqilabçı yoldaşlarını vəzifədən çıxarır13:08Akif Əlizadədən Prezidentə daha bir şikayət - "...qohumlarının adlarına mənzillər ələ keçirmişlər"12:31İrəvanda avtomobil çaya düşüb, polis zabiti ölüb, bir nəfər yaralanıb12:07Novruz Məmmədov təhsil nazirini bu vəzifəsindən azad etdi11:08İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktorunun məhkəməsi başlayıb10:54Bakıda 17 yaşlı gənc özünü 10-cu mərtəbədən atıb10:436 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY10:26“Azeri Light”ın bir barreli 74,86 dollara satılır09:57Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək17:59"28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib" - Ekspert17:51Daha bir rayonda şöbə müdiri işdən çıxarıldı17:41Baş nazir olmaq istəyirmiş... - İDDİA17:29"Qardaşım zəng edib dedi ki..." – Anasından sonra özünün öləcəyini bilən mərhum aparıcının BİBİSİ17:18Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, sonra... - Bakıda gecəyarısı ŞOK OLAY17:08“Niyə susuruq, niyə susursunuz? Ayıb olsun bizə!” – Mübariz Mənsimovdan Fuad Abbasov olayına REAKSİYA17:06Azərbaycanda nişanlısı ilə dalaşıb evdən qaçan qız tapıldı: Görün HARDA İMİŞ - FOTO16:51Poltavada Albert-Gülağa müəmması... -İDDİA16:48Sahil Babayevin qohumu gömrüyə necə yol tapmışdı: Nazir haqda şok iddia16:45Bakı Şəhər İcra Hakimiyyətindən “Tarqovı”nın bağlanmasına rəsmi - Münasibət16:24Hesablama Palatası: Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun parlament qarşısında hesabatlılığı təmin olunmalıdır16:08İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub15:57İnkişafın ünvanı olan rayon - Fotolar15:51Bələdiyyə sədri 40 ailənin torpağını dələduzluq yolu ələ keçirməkdə ittiham olunur - Qobustandan prezidentə ŞOK MÜRACİƏT15:30Sabirabadın yeni başçısı kəşfiyyata çıxıb... - Saatlıdan qalmaqalla ayrılmışdı...14:54Bakıda ilk dəfə incəsənət əsərlərinin hərracı keçirilib14:38Deputat qardaşını necə xilas edir? - Elşən Cəbrayılovun daha bir 150 minlik fırıldağı üzə çıxdı14:23"Arsenal" Bakıda qalib gəlsə... - fantastik mükafat14:04Fuad Abbasovu həbs etdirən azərbaycanlı kimdir? – 10 min dollar maaş, zirehli maşın, cangüdən...13:39"Siz bu gün vaxtilə taladığınız pulların hesabına Bakı şəhərindən ev alırsınız, mən isə... - Keçmiş başçı FƏNA YAXALANDI...13:18Səhiyyə sistemi iflic vəziyyətindədirsə... - ATU-nun təşkil etdiyi konfranslar kim(lər)ə “dərmandı”?12:40Gədəbəydə şəhidlərin ruhuna sayğısızlıq... - GİLEY12:24Bakının mərkəzində vətəndaşların hərəkətinə məhdudiyyət qoyulacaq - RƏSMİ11:55Prezident marketə girib, qiymətlərlə maraqlandı - FOTOLAR11:36Astarada təhsilin anasını ağladırlar... - İDDİA11:16Bu gün Bakıda su olmayacaq? - RƏSMİ10:49Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək10:37Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir17:10Vətənə Xəyanətdə ittiham olunan Orxan Rzaquliyevə hökm oxundu17:02Azərbaycanda polis əməkdaşı faciəli şəkildə öldü16:54Blogger azərbaycanlıları təhqir etdi - FOTO16:46Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..." - foto16:37Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...16:28Bakıda güclü yanğın - Yaralanalar var16:16Supermarketdə iyrənclik - Satıcı ayaqyalın ət "vitrin"inə çıxdı (FOTO)16:05Qarabağ separatçılarının lideri dəyişə bilər15:55ABŞ-ın döyüş gəmiləri Çin dənizində qadağan olunmuş bölgəyə girib14:46İnsan ac olduğuna görə yox, oğru olduğu üçün talayır14:31Prezidentdən xüsusi - TAPŞIRIQ14:06Türkiyə iqtisadiyyatındakı zəifləmənin Azərbaycana təsiri olacaqmı? - TƏHLİL13:55Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”13:52Bir kampaniyanın izi ilə: Cəlilabad təhsilini kimlər və niyə hədəfə alıb?13:43Əsədov Zelenskinin andiçməsində belə təqdim olundu - VİDEO12:46SOCAR Özbəkistanda neft hasilatını artıracaq12:21Bakıda model küçədə heç kimi saymadı, seksual pozlar verdi11:53Çempionluğu bayram edən azarkeşlərə hücum olundu - Uşaqlar dəhşət yaşadı (VİDEO)11:24Ərdoğan Azərbaycan qaziləri ilə görüşüb – Fotolar11:11Xalq artisti Laçının işğal günü erməni bayrağı ilə konsert verib? - FOTO - VİDEO10:47Bakıda oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - TƏFƏRRÜAT10:33Problemli kreditlər – şikayətlər var...10:21Azərbaycanda külək enerjisi istehsalı 7,5 dəfə artıb10:01Ermənistan atəşkəs rejimini 21 dəfə pozub21:30SDU –da Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş olimpiada keçirildi20:45"Emin 444"ü öldürən keçmiş məmur müstəntiqin otağında – FOTO20:42Trampın gəlirləri və borcları açıqlandı: Dodaquçuqladan rəqəmlər20:36Sumqayıtda zavodda ölüm hadisəsi olub20:32Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO20:27Prezident bu icra başçısını təltif etdi - FOTO13:58Bakıdakı silahlı atışmaya görə daha 2 nəfər həbs edildi - 3 maddə üzrə cinayət işi başlanılıb13:39Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması...13:18Şəmkirin icra başçısı erməni girovluğunda olan Dilqəmin oğlunun torpağını əlindən alır13:01Azərbaycanın dövlət büdcəsində 283 mln. manatlıq qalıq yaranıb12:59“Tərəqqi” MTK və “Avesta” MTK sakinləri incidir - GİLEY12:07Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri - GİLEY11:50Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl11:31Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir - GİLEY11:06ADU-da yaranan qalmaqallarla bağlı iddia - Həmkarlar Komitəsi niyə biganə qalır?10:51Laçın rayonunun işğalından 27 il keçir17:59Bakıda tələbənin ölümü ilə bağlı bir nəfər həbs edilib17:51"Yuventus"da şok istefa - SON DƏQİQƏ17:39Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki “Şeytan Yuvası” - İTTİHAM17:20Tramp bir ilə 434 milyon dollar qazanıb17:08Tramp bir ilə 434 milyon dollar qazanıb16:19"Bakı Metropoliteni" 2 gün gücləndirilmiş rejimdə işləyəcək15:59“Ege Hospital”da YENİ BÖHRAN - Türkiyəli həkimlər Azərbaycanı tərk edir15:38Ilham Əliyevdən yeni - SƏRƏNCAM14:16Qazaxıstanda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb13:57Tramp terrorçuların səyahət xərclərini ödəmək istəyib13:35“Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? -100 milyonluq oğurluğun fəsadları12:54Cavanşir Feyziyevin gizli dünyası: “Quska”dan qalmaqallı qəzayadək - İTTİHAM12:36AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...12:27Şehiç "Trabzonspor"a keçə bilər
BÜTÜN XƏBƏRLƏR
May 2019 (372)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)
Yanvar 2019 (595)
Dekabr 2018 (490)

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

İlham Əliyev 2 fərman imzaladı

15 may 2019, 16:24   
    13
İlham Əliyev 2 fərman imzaladı

15:43

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vahid "G2B" (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Sonxeber.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"na uyğun olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqmüəyyənedici sənədlərin vahid "G2B" (dövlət-biznes) elektron reyestri (bundan sonra – "G2B" reyestri) Dövlət Xidmətlərinin Elektron Reyestrinin (bundan sonra – Elektron Reyestr) tərkibində təşkil edilsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

2.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə "G2B" reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görsün;

2.2. "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq "ASAN xidmət indeksi"ni təşkil edən parametrləri rəhbər tutmaqla, "G2B" reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini Elektron Reyestr vasitəsilə həyata keçirsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 2.2-ci bəndinə əsasən həyata keçirilən qiymətləndirmənin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron Reyestr vasitəsilə "G2B" reyestrinə daxil etdiyi hər bir xidmətin "KOB indeksi"ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla qiymətləndirilməsini təmin etsin:

3.1.1. xidmətin mikro, kiçik və orta biznesin (KOB-un) inkişafına təsiri;

3.1.2. KOB-lara göstərilən xidmətin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri;

3.2. bu Fərmanın 3.1-ci bəndinə uyğun olaraq həyata keçirilən qiymətləndirmənin nəticələri barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki:

4.1. "G2B" reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin "Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsindən və "Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.1-ci bəndindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

4.2. "G2B" reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Agentliyə kömək göstərilməsini, onun sorğularının operativ qaydada və hərtərəfli cavablandırılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.4. Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təklifləri əsasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin "KOB indeksi" üzrə qiymətləndirilməsi qaydasını beş ay müddətində təsdiq etsin;

5.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli və 10 aprel tarixli 619 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. "Dövlət orqanının adı" sütununda "orqanının" sözündən sonra "(qurumunun)" sözü əlavə edilsin;

6.2. 13-cü hissənin "Göstərdiyi xidmətlər" sütununun 5-ci bəndinə "avtomobil" sözündən əvvəl "Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində" sözləri əlavə edilsin;

6.3. 19-cu hissənin "Göstərdiyi xidmətlər" sütununun 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3. Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlanılması".

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 6 fevral tarixli 528 nömrəli, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2009-cu il 29 may tarixli 97 nömrəli, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2015-ci il 3 aprel tarixli 496 nömrəli və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2015-ci il 3 aprel tarixli 497 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 2, maddə 74; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2009, № 2, maddə 72, № 3, maddə 163; 2010, № 5, maddə 394; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384, № 9, maddə 1470, № 11, maddə 1799) 2-ci hissəsinin ikinci abzasında "Maliyyə Nazirliyinə" sözləri "Vergilər Nazirliyinə" sözləri ilə əvəz edilsin.

2. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417; 2014, № 10, maddə 1199; 2015, № 3, maddə 273, № 9, maddə 991; 2016, № 12, maddə 2065; 2017, № 5, maddə 830; 2018, № 10, maddə 2016) 2.5-ci bəndində "Maliyyə Nazirliyi" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilsin.

3. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 329; 2012, № 4, maddə 294; 2013, № 8, maddə 908; 2015, № 9, maddə 987; 2017, № 6, maddə 1097) 2.8-ci bəndində "Maliyyə Nazirliyi" sözləri "Vergilər Nazirliyi" sözləri ilə əvəz edilsin.

4. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 375) 3-cü hissəsi ləğv edilsin.

5. "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 376) 3-cü hissəsi ləğv edilsin.
OXŞAR MÖVZULAR