Impera

XƏBƏR LENTİ
20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (356)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb?

16 may 2019, 11:50   
    70
Əcnəbi kürəkənlər - Qızlarımız onlarda nə görüb?

Son illər ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikaha daxil olan azərbaycanlıların sayı artır. Bunu statistik rəqəmlər də təsdiqləyir. Belə ki, Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

2019-cu ilin 2 ayı ərzində isə ölkədə 8238 nikah qeydə alınıb ki, bunlardan 274-ü əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında bağlanıb. Şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.

Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.

Rəqəmlərdən göründüyü kimi əcnəbilərlə ailə quran azərbaycanlı qadınlar kişilərdən çoxdur.

Bunun səbəbləri barədə modern.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb.

Qızlarımızı xaricə aparan səbəblər...

M.Zeynalova bildirib ki, azərbaycanlıların əcnəbilərlə nikaha daxil olmasının bir neçə səbəbi var:

"Azərbaycan qadınları bir çox hallarda zorakılıq hallarından qorunmaq üçün əcnəbiyə ərə gedirlər. Amma əcnəbilərlə ailə qurmağın sonrakı aqibətini düşünmürlər. Mən demirəm bütün əcnəbilərlə qurulan ailələr dağılır. Amma ümumi nisbətdə əcnəbilərlə qurulan ailələr uğurlu olmur.

Bizim qızlarımız düşünür ki, xaricə gedən kimi bütün arzularını gerçəkləşdirmək asan olacaq, daha çox azadlıq əldə edəcələr, imkanları genişlənəcək, daha çox pul əldə edəcəklər, hüquqları qorunacaq, sərbəst olacaqlar. Amma hər bir ölkənin özünün ailə modeli, ailə münasibətləri, statusları var. Buradan gedənlər də məhz onlara tabe olur".

"Əcnəbilərlərə ərə gedən qadınlarımız çoxdur"

Qadın hüquq müdafiəçisinin sözlərinə görə, əcnəbilərə ərə gedən qadınların sayı rəsmi rəqəmlərdəkindən də çoxdur:

"Bunlar da daha çox faciəvi nəticələrlə müşahidə olunur. Xaricə gedəndə xəyallarında qurduqları o möhtəşəm həyatı yaşaya bilməyəndə hər şey tərsinə çevrilir. Boşanırlar, uşaqların hüquqlarını qoruya bilmirlər, ana olaraq övladını ölkədən aparmaq-gətirmək çətinləşir. Bunun üstünə də psixoloji gərginliklər gələndə çıxılmaz duruma düşürlər".

Qızlar elə bilir ki, xaricə gedən kimi...

M.Zeynalova deyib ki, ölkəmizdə əcnəbilərlə ailə qurulması birmənalı qarşılanmır:

"Bizimkilər daha çox müsəlman ölkələrindəki vətəndaşlarla nikaha girirlər. Yaxud əksəriyyəti Rusiyada yaşayan azərbaycanlılardır ki, həmin ölkənin vətəndaşlığını alıblar. Yəni bizimkilərin qeyri-millətdən olan birilə ailə qurması ənənəvi deyil. Azərbaycanlı qadının qeyri-millətdən olan birinə ərə getməsi kifayət qədər qınaq obyektinə çevirlir, hətta valideynlərin ondan üz döndərməsinə qədər aparır. Amma qloballaşma getdikcə, bu stereotiplər də aradan qalxmağa başlayır. Bəzi hallarda bizim qızlar əcnəbilə nikahı ailə münasibətlərindən, ailə buxovlarından, ailədəki qadağalardan xilas kimi görürlər. Avropada təhsil alanlar arasında Avropa vətəndaşları ilə nikaha daxilolma halları var. Bunlar daha çox təhsillilərdir. Amma digər ölkələrdəkilər orta və aşağı təhsillilərdir, yaxud ikinci nikaha girənlərdir. Əslində Azərbaycanda ikinci nikah məsələsi problem olmamağa başlayıb. Əvvəllər kişilər boşanmış qadın almaq məsələsində tərəddüd edirdisə, hazırda bu məsələlər ortadan qalxır".

"Əcnəbilərlə nikahda zorakılıq halları çoxdur"

Birlik rəsmisi qeyd edib ki, əcnəbilərlə nikaha daxil olanlardan onun təmsil etdiyi quruma müraciət edənlər var:

"Əcnəbilərlə nikahların özünün xüsusiyyətləri var ki, onlar bəzi hallarda ailənin bütöv qalmasına maneə törədir. Bunlar psixoloji, adaptasiya problemlərilə bağlıdır. Bizə müraciət edənlərin problemi daha çox hüquqi məsələlərlə bağlı olur. Bir nəfər var, İran vətəndaşı ilə nikaha girib zorakılıqla üzləşib. Yaxud Rusiyada nikaha girib zorakılıqla üzləşən qadınlarımız olub. Azərbaycanlı oğlanlar var ki, Ukrayna vətəndaşı olan qadınla ailə qurub, zorakılıq zəminində boşanıblar. Maraqlıdır ki, bizim kişilər başqa ölkədə olanda zorakılıq törətmir, amma Azərbaycana gələndə davranışları dəyişir".
OXŞAR MÖVZULAR