Impera

XƏBƏR LENTİ
15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (324)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT

16 may 2019, 17:33   
    73
Direktor "yuxarılar"a pul çatdırmaq üçün rüşvət yığır - Müəllimlərdən ŞİKAYƏT
Qazax rayonunda bir qrup müəllim Uşaq Gənclər Mərkəzinin (UGM) direktoru Rəhimova Gövhər Pesi qızının əməllərindən şikayət ediblər.

Onların sözlərinə görə, direktor müəllimlərdən aylıq rüşvət alır və vəzifə səlahiyyətlərini aşaraq onları təhqir edir.

Yenicag.az-a danışan müəllimlər bildirib ki, bununla bağlı prokurorluq orqanlarına və icra hakimiyyətinə şikayət ediblər, ancaq məsələyə səthi yanaşılıb. Ona görə də məsələni mətbuatda işıqlandırmağa qərar veriblər.

UGM-nin direktorundan şikayət edən müəllimlər Yusifova Xanım Şükür qızı, Əmirxanova İsafət Fərhad qızı, Mustafayeva Kəsirə Camal qızı və Bayramova Xatın Paşa qızıdır.

Müəllimlərin sözlərinə görə, Qazax rayon UGM-nin direktoru Gövhər Pesi qızı Rəhimova müəllimlərdən aylıq rüşvət alır:

“Direktor Nazirliyin və yerli icra hakimiyyətinin adından istifadə edərək müəllimlərin hər birindən aylıq rüşvət alır. Vəzifəsindən süi-istifadə edərək qanunsuzluqlar edir. O, bizdən-işçilərin 90 faiz hissəsindən zorla, hədə-qorxu altında aylıq 20 manat pul alır. Bu pulu verməkdən imtina etdikdə, söyüb təhqir edir və işdən çıxaracağı ilə hədələyir. Bundan başqa, Rəhimova müəllimlərin dərs bölgüsündə də qanunvericiliyin tələblərini bilərəkdən pozaraq, ona aylıq haqq verən, rüşvət verən şəxslərə, onun böhtanlarını təsdiq edən müəllimlərə əlavə dərs saatları yazır və həmin pulu da özləri bildiyi kimi haqq-hesab edirlər. Biz bu barədə prokurorluğa və digər orqanlara şikayət edəcəyimizi bildirdikdə bizə dedi ki, “hara istəyirsiniz, ora da şikayət edin. Kimdir sizə inanan? Hamısı mənim yaxınlarımdır, bir zənglə həll edəcəyəm”. Bəli, elə belə də oldu”.

Müəllimlər bildirib ki, məsələ ilə bağlı çox sayda şikayət ediblər:

“Ölkə rəhbərliyi bu qanunsuzluqları görsün, xəbərdar olsun, hüquqlarımız müdafiə olunsun deyə çoxsaylı şikayətlər etdik. Şikayətlərimiz araşdırılması üçün həm Qazax rayon İcra Hakimiyyətinə, həm də Qazax rayon Prokurorluğuna göndərildi. İcra hakimiyyəti də araşdırmaq üçün işi Qazax rayon Prokurorluğuna göndərdi. Biz gedib müstəntiqin təkidi ilə yarı onun sözləri ilə izahatlarımızı yazdıq. Biz 4 nəfər müəllimə direktorun aylıq hədə-qorxu ilə rüşvət tələb edib aldığını, dərs bölgüsündə öz marağı daxilində qanunsuzluqlar etdiyini, digər cinayətlərini çoxsaylı təsir və təzyiqlərə baxmayaraq, qeyd etməyə müvəffəq olduq.

Bundan sonra G.Rəhimova öz “vəzifəli müdafiəçi”lərinə arxalanaraq, bizi təhqir edib, idarədə və küçədə, məktəbin qarşısında biabır etdi, hətta bu da azmış kimi İsafət Əmirxanovanın barəsində onu döyməsi ittihamı ilə Qazax rayon Polis Şöbəsinə şikayət etdi. İşçilərini də təsir altında şahid tutdu. Sonra isə belə bir hal olmaması barədə izahat yazıb, işi bağlatdı. Səbəb isə bizim gözümüzü qorxutmaq və bu hərəkəti ilə bizə istədiyi vaxt, istədiyi hər şeyi edə biləcəyini və bunun üçün dövlət orqanlarından istədiyi kimi istifadə edə biləcəyini göstərmək idi.

Gövhər Rəhimovanın digər saxtakarlıqlarından biri də odur ki, işlədiyimiz Mərkəzin şagirdləri adından guya rəsmlər çəkib, sərgi keçirtdirib. Halbuki, həmin rəsmləri çəkdirmək üçün Gövhər Rəhimova rəssamlara pul verib, rəsmləri çəkdirmək üçün bizdən əlavə pullar alıb”.

Müəllimlər məsələ ilə bağlı ölkə rəhbərliyinə də səsləniblər:

“Qazax rayon Prokurorluğuna direktorun bizdən rüşvət almasını və həmin pulu “yuxarı” orqanlara verməsini təsdiq edən səsyazısını da təqdim etdik. Ancaq nə olsun ki, prokurorluq da onun bizə əvvəlcədən dediyi kimi hərəkət edərək, heç bir qanuni tədbir görmədi və hələ də bizə heç bir cavab verməyib. Prokurorluq işi tam səthi, qərəzli, birtərəfli qaydada, onlara nüfuz edə biləcək şəxslərin xeyrinə, haqq-ədalətin, qanunçuluğun tam əksinə araşdırdı və qanunsuzluq etdi. Biz Dövlətimizin onurğa və güc strukturu kimi prokurorluq orqanına güvənsək də, güvənimiz puça çıxdı. Son çarə olaraq Azərbaycan Dövlətinin Başçısı İlham Əliyev cənablarından, Birinci Vitse Prezidentimiz və hamımızın güvən yeri olan Mehriban xanım Əliyevadan imdad diləyirik. Bizim bu haqq işimizdə təqsirkarların qanuni şəkildə cəzalarını almasını, qanun qarşısında cavab vermələrini, bizə köməklik etməyinizi və təhlükəsizliyimizi qorumağınızı xahiş edirik”.

Qeyd edək ki, prokurorluğa təqdim olunan səs yazıları redaksiyamıza da təqdim olunub.
www.yenicag.az
OXŞAR MÖVZULAR