Impera

XƏBƏR LENTİ
22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...14:20Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.14:00Yeni baş nazirin bir ayı... - TƏHLİL13:31General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA13:27Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir12:57"Amma hələ də bəzi problemlər qalmaqdadır..." - Masallı sakinləri Prezidentə müraciət edib12:30Sabah hava belə olacaq - Proqnoz açıqlandı12:15Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...12:03Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir11:45Vətəndaşların əmlakını bank əllərindən alır, şikayətlərinə baxılmır - "Axı mən bu ölkənin vətəndaşıyam..."11:24Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL11:13«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM11:01Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur22:24Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi18:17Türkiyəli həkimlərin Oqtay Güləliyevlə bağlı dəhşətli rəyi AÇIQLANDI18:08Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA17:55Mayı qazın qiymətini KİM QALDIRIB? - AÇIQLAMA17:30"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...17:1214 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı16:57Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət16:44Bayrağımız - milli qürur mənbəyimiz16:19"Səhiyyə Nazirliyi Azərbaycan Standartlaşdırma İnstitutunun ekspertizasının rəyini də nəzərə almır" - İTTİHAM15:31Bu şəxslərin kvota ilə işə qəbuluna elektron qaydada nəzarət ediləcək15:18Nazirliklə provayder arasında qalmaqal böyüyür - Oğurladığınız müştərilərimizi qaytarın14:49Əhmədzadənin gedişi reallaşır... - İDDİA14:21“Qarabağ” hansı hallarda qrupdan çıxa bilər?13:54Afaq qalmaqal yaşadığı Röyadan danışdı13:24Ermənistan Rusiya ilə vassallıq müqaviləsini daha 10 il uzatmağa hazırlaşır... - GƏLİŞMƏ13:08Sabah hava necə olacaq? - PROQNOZ12:47“Paşinyan Qarabağla bağlı ziddiyyətli açıqlamalar verir” - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri12:25İcbari Tibbi Sığortanın “bismillah”ında aparat xarab olub - GİLEY11:47Yurçeviç millimizə 24 futbolçu çağırdı11:31Səhiyyə sistemində daha bir biabırçı ünvan... - İTTİHAM11:08Mikayıl Cabbarovun islahatlarının səmimiyyəti buradan görünəcək... - İllərdir "Azersun" bazarda meydan sulayır...10:25Глав врач КБСМП – “Врач должен как идеал здорового образа жизни”09:49Bağça adıyla “yeyilən” milyonlar – Büdcədəki rəqəmlər işin üstünü açdı09:32Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub09:20DSMF-nin Göyçay Şöbəsinin müdirinə şok ittihamlar-Gömrük generalı Ehtiram Xəlilovun adı hallanır08:59İmişlinin icra başçısı 7 ildir yaşadığı kottej villanın kirayə pulunu necə ödəyir?.. - Araz aşığındandır, Kür də topuğundan...08:46Səfər Mehdiyev öhdəlikləri yerinə yetirə bilmir? layihələr durdu, milyonlar getdi03:34Əflatun Amaşov baş redaktorla bağlı Vilayət Eyvazova müraciət etdi22:27Niyazi Bayramovun yanlış kadr siyasəti və Xocalıdan olan gənc alimi Elmar Vəliyevçi adlandıraraq işdən kənarlaşdırması15:33SON DƏQİQƏ! Neft emalı zavodunda PARTLAYIŞ - Çox sayda yaralı var / VİDEO15:31Nazirdən hərbi qulluqçuların pul təminatı ilə bağlı - QƏRAR14:43Müstəntiq kömək söz verdiyi sahibkardan 13 min dolları necə alıb? - VİDEO14:34Bakıda iki qadın birləşib kişini döydü14:19Sabah yaz havası olacaq14:04İşğaldakı rayonların başçıları gedir: biri 18, biri 27 il, biri isə… – Foto13:48"Qəsdən məni qıcıqlandırırlar" - Sevda13:33“Azəriqaz”-ın yeni baş direktoruna köhnə bir sual – “Global Services” MMC- kimindir?13:09Qida Agentlyinin "MONOPOL QOXULU" qadağası- "Həzrəti Əbülfəz" geri qayıdırmi?12:27Qəbir yeri üçün ödənilən pullar kimlərin cibinə gedir?.. - İcra strukturları və işbazların əlbirliyi12:13Azərbaycanda yetimlər üçün tikilən evləri necə satıblar... - ŞOK İTTİHAM11:20Texniki Universitetdə rüşvət qalmaqalı - İTTİHAM11:01Ceyhun Bayramov gəlib bu siniflərdə yarımca saat otura bilsə... - Lerikdə dəhşətli mənzərə...10:44Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO10:28Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropa istiqamətində hərəkət edən “China Railway Express” blok qatarı Ankaradan yola salınıb10:22Erməni silahlı bölmələri atəşkəsi 23 dəfə pozdu22:37Prezident bu televiziya və radio işçilərinə fəxri adlar verdi22:16Qanlı yürüş, buzlaqların sakinləri, xəyanətlə bitən 250 illik tarix... – ARAŞDIRMA – I YAZI22:00Dilənçinin sərvəti hamını ŞOKA SALDI21:37Azərbaycan Rusiyaya nota verdi21:23Prezident Neft Daşlarının 70 illiyi münasibətilə neftçilərə təbrik ünvanlayıb17:07Sahibkarın kredit qalmaqalı böyüyür - Prezidentə müraciət olundu16:56İlham Əliyev Naxçıvana iki milyon manat ayırdı16:31Çevik idarəetməyə keçid: Müşavirliyə yer olacaqmı? - GƏLİŞMƏ16:18"İki-üç nəfər əlində dəftər pul yığa-yığa gəlib deyirlər ki, kimdən icazə almısan?.." - GİLEY16:06"DƏYƏRİ MİLYONLARLA ÖLÇÜLƏN BÖYÜK VİLLA TİKDİRİB" - TƏRTƏRLİ ZİYALILAR İCRA BAŞÇILARI HAQDA NƏLƏR DEYİR?15:54Nazir müavinindən uşaq qidası satan şirkətlərə İTTİHAM15:35Bank rəhbəri: “Normal müştəriyə niyə biznes krediti verməyim ki?”15:1813 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ İNSANLIQ DRAMI15:05“İkili standart” siyasəti ilə konfliktin həllini daha da qəlizə salan “vasitəçilər”... - Azərbaycana lazımdırmı?14:49Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ14:38“Nazir işlədiyim dövrdə elə bir səhv qərarım olmayıb” - Misir Mərdanov14:26"Qarabağ"la oyun bizim üçün son şansdır" - Matiç13:51Əkbər Hacıyev "Azəriqaz"ı elə günə qoyub ki... - NARAZILIQ...13:35“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı təqdim ediləcək
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (208)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...

17 may 2019, 12:36   
    64
AZƏRBAYCANA QARŞI "QARA PİAR" KAMPANİYASI - BMT kürsüsündə ölkəmizə qarşı çamurları yağdıran kimdir...


May ayının 6-7də Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi Parlamentinin binasında BMT, Avropa Birliyi Parlamenti, Avropa Şurası, ATƏT və YUNESCO-nun milli azlıqlarla bağlı komissiyalarının birgə toplantısı keçirildi. Avropa məkanında yaşayan azlıqların təhsil, mədəniyyət və digər məsələləri toplantıda gündəmə gətirilidi.

BMT-nin milli azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn geniş məruzə ilə çıxış edərək bu gün Avropa məkanında, eləcə də dünyanın bir çox yerlərində milli azlıqlarla bağlı mövcud problemlərdən danşıb. O, bildirib ki, milli azlıqlara hər bir dövlətin qayğısı çox vacibdir. Ona görə ki, dünyanın bir sıra regionlarında qarşıdurmalar mövcud şəraitlə bağlıdır. Bu, dini məsələlər və milli azlıqların hüquqlarının tanınmaması kimi problemlərlə müşahidə olunur. İnsan haqları, idarəetmə siyasətində milli azlıqlarla bağlı milli-muxtar hüquqların tanınması, təhsil və sair məsələlərə həssas yanaşmanın zamanıdır.
Qeyd edək ki, tədbirdə “Tom Lantos İnstitutu” (Macarstan), “Avropa Milli Azlıqların Birliyi” (FUEN) və BMT yanında “BMT-də təmsil olunmayan xalqların təşkilatların şurası” (UNPO) qurumlarının məruzəçiləri çıxış ediblər. Tədbirdə postsovet məkanını təmsil edən əksər milli azlıqların təşkilatlarının nümayəndləri çıxış etmək imkanı əldə ediblər.

Hüseyn Şahpazovun atdığı çamurlar


2000-ci illərin başlanğıcından bu şəxsin daim Azərbaycan Respublikasına qarşı etnik separatizm meyilləri ilə dolu olan çıxışlarını izləyirik. O, hal-hazırda “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı” təşkilatının icraiyyə komitəsinin sədridir. Bu qurumun səlahiyyətli nümayəndəsi kimi “milli azlıqlar” və “bölünmüş xalqlar” proyektləri əsasında beynəlxalq tədbirlərdə iştirak edir. Hər dəfə də Azərbaycan dövlətinə qarşı çamurlar atır.
Hüseyn Şahpazovun iddiasına görə, “Qafqaz Albaniyası” dövləti süquta uğradıqdan sonra, ləzgi xalqı və ləzgidilli toplumlar param-parça olublar. Bunun əsas günahkarı da türk mənşəli azərbaycanlılardır. Halbuki, Qafqaz mənşəli xalqların dilləri bir-birindən tamamilə fərqlənir. Tabasaran, aqul, rutul, saxur, budux, xınalıq, udi, lak və digər dillər arasında zahiri baxımdan bənzərlik olsa da, bu dillərin hər biri ayrı-ayrı etnoslarla bağlı olan bır məsələdir. O ki, qaldı ləzgi xalqı və digər azsaylı xalqlara, onlar coğrafi şəraitə və özlərinin həyat tərzinə görə məskunlaşıblar. Bu xalqlara qarşı heç zaman soyqırım və ya assimliasiya siyasəti yürüdülməyib. Yüzillərdir azərbaycanlılarla birlikdə ortaq həyat tərzinə malikdirlər. Fərqli dillərdə danışan bu xalqlların hamısının etnik mədəni sistemi eyni mənbəyə bağlıdır. Adərt-ənənələrimiz, mərasimlərimiz, hətta şeirlərimizin motivləri eyni bulaqdan su içib.
Hüseyn Şahpazov kimiləri isə, ermənilərin “etnik mənsubiyyət” adı altındakı gedişləri təkrarlaması heç də ürəkaçan məsələ deyil. O, təmsil olunduğu qurumun adından artıq neçənci dəfədir ki, Azərbaycana qarşı yüksək tribunlardan əsası olmayan həqarətlər yağdırmaqda davam edir. Guya Azərbaycanda “etnik milli azlıqlar”ın hüquqları pozulur, dil və mədəniyyət istiqamətində heç bir irəliləyiş yoxdur.

Plenar iclaslarda söz alaraq çıxış edən Hüseyn Şahpazov bildirib ki, ləzgi xalqı daim vahid bir məkanda və bir dövlətin tərkibində yaşayıbdır. Bu, ilk öncə Rusiya imperiyası, daha sonra keçmiş SSRİ məkanında heç bir problem olmadan vahid coğrafi məkanda mövcudluğunu yaşadıbdır. 1991-ci ildə SSRİ dövləti dağıldıqdan sonra, ləzgilər toplum olaraq ikiyə bölünüblər. Ləzgi və digər milli azlıqlar Azərbaycanda çoxsaylı problemlərlə qarşılaşıblar. Milli-mədəni hüquqları çərçivəsində yaşamaq imkanları demək olar ki, çox məhduddur. Rusiya Federasiyası və xüsusilə də Dağıstanda yaşayan azərbaycanlıların malik olduqları milli-mədəni hüquqlar Azərbaycandakı milli azlıqların çərçivəsində fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanda ləzgi dilində orta məktəblərdə tədrisin keyfiyyəti isə dözülməz şəraitdədir. Qusar, Quba, Xaçmaz, Qəbələ, Oğuz və digər bölgələrdə bu acı tablo bizləri çox üzür. Həftədə 1-2 saat fakültətiv məşğələ adı altında milli azlıqlara ana dilində dərs keçirilir. Beləcə ana dilində tədrisin keyfiyyəti böyük fəlakətə çevrilir. Dağıstanda dərc olunan dərslik kitablarının Azərbaycandakı ləzgilərə məxsus orta məktəblərdə tədrisinə imkan verilmir. Xüsusilə tədris metodikası kitabları çox vacibdir. Azərbaycanda ləzgi dili və ədəbiyyatı üzrə universitetlərdə mütəxəssislərin hazırlanması problemləri illərdir davam edir. Ona görə də milli azlıqları təmsil edən xalqların tarix səhnəsindən itməsi və assimliasiyaya məruz qalması kimi problemlər yaşanılır.

Beynəlxalq ekspertlər Hüseyn Şahpazovu inkar etdilər

Bu mötəbər tədbirdə BMT-nin milli azlıqlar üzrə xüsusi məruzəçi Fernan de Varenn, Avropa Parlamentinin vitse-prezidenti Liviya Yaroka, ATƏT-in komissarı Lamberto Zanyer, Avropa Birliyi hökumətinin komissarı Sabolç Xorvat, milli azlıqlar üzrə Avropa Şurasının eksperti Vesna Qrniç-Qrotiç, BMT İnsan Haqları Komissarlığının təmsilçisi Birgit van Hout, YUNESCO-nun Brüsseldəki bürosunun rəhbəri Luiza Haksthauzen, Norveç təmsilçisi İngvil Torson Plesner, “Aland Adaları İnstitutu”nun rəhbəri Siliya Spiliopolu (İsveç), “Edinburg Universiteti”nin kelt dili, ədəbiyyatı və tarixi bölüm rəhbəri Robert Dunbar (Şotlandiya), “Milli azlıqların müdafiəsi mərkəzi”nin üzvü Alena Gross, “Zaqreb Universisteti”nin elmi əməkdaşı Antoniya Petrikuşiç (Xorvatiya), “Macarstan Dövlət Milli Xidmət Universiteti”nin professoru Balaş Vizi və digər nüfuzlu mütəxəssislər milli azlıqların hüquqlarının qorunması barəsində səmərəli təkliflərini irəli sürdülər. Qeyd olundu ki, Avropa məkanında milli azlıqlara məxsus 60 regional dil mövcuddur və onlar 70 milyon insanı birləşdirirlər.
Yunanıstandan olan türk-müsəlman nümayəndələri çıxış edərək qeyd etdilər ki, uzun illər bu ölkədə milli azlıq statusunda türk milli kimliklərini ifadə etmək qanunla qadağan olub. Hətta dünyaya gələn türk-müsəlman uşaqlara milli adlarını vermək yasaq olubdur.
Fransanın cənub regionlarında yaşayan italyanlar belə, rəsmi Parisin sərt qanunları ilə rastlaşıblar. Onları zor gücünə fransızlaşdırma siyasəti yürüdülübdür. Macarları bir xalq olaraq Rumıniya, Polşa, Çexiya, Almaniya, Fransa və digər Avropa ölkələrində etnik azlıq kimi qəbul etmədikləri üçün, onlar müxtəlif xalqların içində zamanla assimliasiyaya məruz qalıblar. Belə bir problemlə Bolqarıstan, Rumıniya və digər dövlətlərdə yaşayan milli azlıqlar üz-üzə qalıblar. Azərbaycan nə keçmişdə, nə də bu gün milli azlıqlarla bağlı belə bir sərt addımlar atmayıb.

Plenar iclaslardan sonrakı durum


Hüseyn Şahpazov ləzgi xalqının əlifba məsələsinə toxunaraq, narazılıqla bildirib ki, bu gün təmsil olunduğu xalqın vahid əlifbası belə yoxdur. Rusiyada kiril, Azərbaycanda isə latın əlifbasında dərc olunan dərslik kitabları ləzgi xalqının vahid etnosa çevrilməsi üçün əlavə problemlərə səbəb olub. Milli azlıqlarla bağlı elmi tədqiqatlar genişləndirilməli,
əlifba sistemində istifadə qaydaları dəqiqləşdirilməli, milli azlıqlar üçün orta məktəblərdə tədris proqramları məcburi xarakter daşımalı, məktəbəqədər tədris mərkəzlərində təhsil sistemi inkişaf etdirilməli, milli azlıqların yaşadıqları dövlətlərdə universitet səviyyəsində kadrların hazırlanması məsələsi rəsmiləşdirilməli və milli azlıqlara məxsus dillərdə dərs keçən müəllimlərin təkmilləşdirilməsi kursları yaradılmalıdır. Hüseyn Şahpazov təkliflərlə ilə şıxış edərək Azərbaycan Respublikasında milli azlıqların ana dilində təhsil almaq və digər hüquqları barəsində mövcud qanunlara mümkün qədər “kölgə” salmağa çalışıbdır.
Elə bu məşhur konfransda çıxış edən saxur xalqının nümayəndəsi Sofiya Məlikova Hüseyn Şahpazova məruzəsində tutarlı cavab veribdir. BMT-nin Cenevrədəki (İsveçrə) baş qərargahında neçə ildir təcrübə keçən bu xanım bildirib ki, saxurlar milli azlıq olaraq Azərbaycanda və Dağıstanda yaşayırlar. Keçmiş SSRİ dövlətinin süqut etməsi ilə bağlı bəzi problemlər mövcud olsa da, saxur xalqı milli azlıq kimi Azərbaycanda heç bir problemlə qarşılaşmır. Saxurlar adi məişət səviyyəsində də Azərbaycan cəmiyyətində hər hansı problemi yaşamırlar. Saxurların milli azlıq kimi milli-mədəni hüquqlarının reallaşdırılması istiqamətində bir sıra problemlər mövcuddur. Saxurlar bir xalq olaraq kompakt şəkildə yaşadıqları iki kənddə ana dilində təhsil alırlar. Milli dilin qorunması, mədəni və etnik kimlik məsələsində bir sıra qaydaların inkişafı bir dövlətin hüdudları çərçivəsində mümkün deyil. BMT, ATƏT və Avropa Parlamenti səviyyəsində milli azlıqların bəşəri mənada qorunması artıq qlobal xarakter daşıyır. Hər bir milli azlıq öz identik xarakteri ilə dünya xalqlarının ailəsinin bir parçasına çevrilməlidir.

Azərbaycanda milli azlıq problemi heç zaman olmayıb

Əksər mütəxəssislərin də etiraf etdikləri kimi 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra, milli azlıqlarla bağlı postsovet məkanında ilk qanun məhz Azərnbaycanda qəbul edilmişdir. 16 sentyabr 1992-ci il 212 saylı prezident fərmanınında yer alan 14 maddəlik bu qanun indiyə kimi öz qüvvəsini saxlayır. Ali təhsil müəssisələrinə güzəştli qəbul, Dövlət Radiosunda xüsusi proqramların fəaliyyəti, ana dilində dərsliklərin dövlət büdcəsi hesabına dərc edilməsi, mətbu orqanların fəaliyyəti, milli-mədəni mərtkəzlərin fəaliyyət göstərməsi və digər hüquqi çərçivədə qanunlar onlara göstərilən dövlət qayğısının nəticəsində başa gəlir. Qusar rayonunda “Azərbaycan Dövlət Ləzgi Teatrı” isə tamamilə dövlət büdcəsi hesabına yaşadılır.
O da sirr deyil ki, ermənilərə məxsus “Anelik Bank”, “Kaskad Bank” və digər maliyyə strukturları vaxtilə Dağıstanın kənd təsərrüfatı və ticarət sektorunda güclənmək üçün bir sıra addımlar atırdılar. Digər banklardan fərqli olaraq erməni banklarından verilən kredit siyasətinin nəticəsində Dağıstanın cənub regionunda bəzi qruplar qondarma idoeoloji qavrayış kimi qəbul edilən “Ləzgistan” təbliğatlarını aparırdılar. Məqsəd Azərbaycana qarşı süni şəkildə “federallaşma” tipli mövzuları ictimailəşdirmək idi. Mənşəcə ləzgi olan bir sıra işadamları Dağıstanın cənub regionunda biznes layihələrinə imza atdıqdan sonra, erməni bankları da yoxa çıxdılar. Bunun ardınca Azərbaycan tərəfinin Dərbənd şəhəri və onun ətraf bölgələrinə etdiyi maliyyə dəstəyi nəticəsində bölgənin bəzi sosial problemlərin həllinə dəstək olub. Azərbaycanda ənənəyə çevrilmiş və hər il keçirilən multikulturalizm və konfessiyalararası münasibətlərin inkişafı üzrə beynəlxalq tədbirlər milli azlıqların tolerant dövlət siyasətinin hesabatı deməkdir.
Beynəlxalq tədbirlərə dəvət olunan, uca kürsülərdən Azərbaycana çamurlar yağdıran Hüseyn Şahpazovlar görəsən son illərin uğurlarını niyə və nədən görməzlikdən gəlirlər? Öz xalqının adından siyasi alver edən Hüseyn Şahpazovların erməni banklarının parası ilə uydurma kitablar yazmaq, tədbirlər keçirmək, saxta qəhrəmanlıqla parazitcəsinə həyatını sürməsi taleyin acı ironiyasıdır. Tarixin süzgəci elə bir sakral qaydalarla bizləri bir araya gətirib ki, kimsə bu gerçəkliyi poza bilməz. Ləzgilər də, azərbaycanlılar da, nə də başqa xalqlar Qafqazdan ayrı yaşaya bilməzlər. Bu, siyasi, sosial, mədəni və ictimai baxımdan dominantlıq təşkil edən xalqlarla yanaşı, milli azlıqların ümumi evi Qafqazda heç bir zaman birgəyaşayış düzənini poza bilməzlər.
Hurriyyet.org
OXŞAR MÖVZULAR