Impera

XƏBƏR LENTİ
17:45Beyləqanda əcaib-qəraib olaylar... - İDDİA17:30İlham Əliyev Lənkərana 2,3 milyon manat ayırdı17:15“26-lar” kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? – FOTO17:00İlham Əliyev Şahin Mustafayevi vəzifəsindən azad etdi16:36Daha 8 oyuna hakim təyinatları açıqlandı - Çempionlar Liqası16:23Milli Kitabxanada növbəti kitab sərgisi ədəbiyyatşünas alimə həsr olunub16:13Ərdoğan və Putin arasında görüş başladı - Soçidə16:00Gəncənin “təhsil şefi” haqqında ŞOK İTTİHAMLAR - “Zakir Hüseynov üçün idarəçilikdə heç bir sərhəd, qayda-qanun yoxdur”15:44Sahil Babayevin işçilərinə qarşı SƏRT İTTİHAMLAR - Müraciət...15:41Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının əməkhaqları növbəti dəfə artırıldı.15:23Bu saxtakarlıq Azərbaycan polisi üçün başucalığıdır14:41Gəncənin abadlaşmasına ayrılan milyonlar necə xərclənir?14:23Goranboyda icra başçısı ortalarda görünmür... - Şikayətçilər isə qapıdan qovulur...14:11"Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən Nərmini hansı cəza gözləyir?"-Hüquqşünas rəyi13:47Qusarda dağlıq əraziyə düşən şəxsin ölümü ilə bağlı DƏHŞƏTLİ FAKTLAR13:20Ağsunun yeni icra başçısı da sakinləri dinləmir... – “Kəndimizin örüş sahələri satılıb”13:17"120 saat bitir" - Ərdoğandan xəbərdarlıq12:38Əli Əsədovun kabineti yenilənir... - Daha kimlər yol üstündədir?..12:20LC Waikiki mağazasında müştərilərə qarşı hörmətsizlik - GİLEY12:08SABİQ MƏMURUN ŞİRKƏTİNƏ 2 MİLYONLUQ DAHA BİR TENDER – “Azəri Servis LTD”-nin “udduğu” tenderlərin sayı-hesabı yoxdur11:53“Flaqman” halal kolbasa satmır: etiraf, vəhabi izi, 1,3 ton atılmış məhsul… – Sensasiya10:51Payız-qış mövsümünə hazırdırmı? - Rəsmilər danışır10:37Vahid Əhmədov: Yəqin ki, kadr islahatlarının davamı olacaq10:22Bu rayonlarda qaz təchizatı DAYANDIRILACAQ10:11Atəşkəs 20 dəfə pozuldu18:00Oqtay Şirəliyev də gedir... - Gözlənti17:45Prezidendən Qüdrət Qurbanovla bağlı SƏRƏNCAM17:40Azərbaycanda vəzifəli şəxs qəzaya düşdü -17:18Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR17:09Prezident Tünzalə, Röya və Miri Yusifə “Xalq artisti” adı verdi16:52Prezident Əli Həsənovu vəzifəsindən azad etdi16:24300-dən çox İŞİD terrorçusu məhv edilib - Akar16:15Prezident bu şəxsləri təltif etdi16:02"Uninet"-in əndrabadi qanunları - ŞİKAYƏT15:49“Dedilər, bu işlər elə-belə görülmür” - Ağdamda NARAZILIQ14:40Dəniz limanlarında 6,7 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib14:32Adil Vəliyevin kadrları da özü kimi işləyir... - Sakinləri dinləyən yoxdur...14:20Bankların "YASMİN" TAMAHI... - İTTİHAM14:08Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO13:58Dərmanları həm baha, həm də saxta... - İTTİHAM13:47Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib12:51Əliyar Qasımovun dostu tərəfindən bıçaqlanmasının TƏFƏRRÜATI - "Çıxanda bizimlə hesablaşacaq"12:41Metyu Brayza: Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib - ÖZƏL12:32"Beşiktaş"da yeni prezident12:18Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq12:07R.Tağıyevin siyasi orientasiyasının ciddi araşdırılmasına ehtiyac vardır - Təhsilimizə uzanan barmaqlar...12:03Razi Nurullayev: “Rəngli inqilablar dövrü keçib”11:30"Bütün bunlardan artıq bezmişik" - Xaçmazda ÖZBAŞINALIQ11:09Laçınlı məmurdan prezidentə şikayət olundu - İTTİHAM10:43“1000 bərəkət, halal nemət" TƏHLÜKƏSİ... - ARAŞDIRMA10:30Azərbaycan nefti həftə ərzində 2%-ə yaxın bahalaşıb10:18Atəşkəs 22 dəfə pozulub15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (373)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”

20 may 2019, 13:55   
    253
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “müdhiş maxinasiyalar”

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin korrupsiya ilə mübarizə metodları hamını çaşdırıb. Nazir təyin edildikdən sonra bir sıra dəyişikliklər edən Sahil Babayev korrupsiya ilə mübarizə aparmalı olan mühüm vəzifələrə bəzi keçmişi qaranlıq olan şəxsləri təyin edəndən sonra bu nazirlikdə heç nəyin dəyişməyəcəyi gözlənilən idi. Nazirliyin Daxili audit şöbəsi yenə də köhnə qaydalarla “xərac” yığma məşğuliyyətini davam etdirir, bu neqativ halların qarşısı alınmamışdır. Redaksiyamıza bununla bağlı bir sıra faktlar daxil olub.

Belə ki, 2018-ci ilin sentyabrından başlayaraq nazirliyin Bakı şəhəri üzrə rayon şöbələri yoxlanılmağa başlandı. İlk hədəf DSMF-in Sabunçu rayon şöbəsi olsa da, buradan “yaxşı xərac” ala bildilər. Belə ki, nazirliyin Daxili audit şöbəsinin müdiri Heybət İmanov öz əlaltıları olan Rza Əhmədov və Cəmil Kərimovu Sabunçu rayonuna yoxlamaya cəlb edərək buradan 200 000 AZN pul qopara bilib. Bu adamlar vasitəsilə sosial yardım və əmək pensiyasına dair bəzi qanunsuz təyinatlara toxunmamaq şərti ilə külli miqdarda rüşvət toplanılıb. Qeyd olunan qanunsuz təyinatları gizlətmək və əgər üstü açılarsa, yenidən araşdırma aparıb özlərini təmizə çıxartmaq məqsədilə bir çox pensiya və müavinət işlərini Cəmil Kərimov öz evində saxlayır. Məsələ hər iki tərəfi qane etdiyindən işlərin harada olması ilə maraqlanan yoxdur. Onlarla pensiya işində nöqsanlar rüşvət müqabilində həll olunub. Bu işdə DSMF-in Sabunçu rayonu üzrə şöbəsinin müdiri ilə nazirin müşavirlərindən birinin qohumluq əlaqələri də mühüm rol oynayıb.

Nazirliyin Daxili audit şöbəsinin əməkdaşı Cəmil Kərimov təkcə bir fakt üzrə 10 000 AZN rüşvət alıb və həmin epizod üzrə pensiya işini özündə saxlayıb. Qeyd edək ki, redaksiyamıza həmin pensiya işində olan saxtakarlıq faktları məlumdur, əgər aidiyyatı orqanlar araşdırma apararsa, təqdim edə bilərik.

Daha bir məqamı diqqətə çatdırmağı özümüzə borc hesab edirik. Redaksiyamıza belə bir məlumat da Heybət İmanovun “müfəttiş”i Rza Əhmədov barəsində daxil olub. DSMF-in Xəzər rayonu üzrə şöbəsinin əməkdaşı olan, “ölü canlar” üzrə mütəxəssis Rza Əhmədov öz patronu olan köhnə korrupsioner Heybət İmanova pul daşımaqla hər yerdə nazir Sahil Babayevin ətrafının işbilməz adamlardan ibarət olduğunu, naziri bu səriştəsizlərin necə “fırlatdıqlarını” şəstlə bildirir və Heybət İmanovun tezliklə nazir müavini olacağını, yenidən qarajlarda qara kassa yaradacaqlarını deyir. Heybət İmanov nazirliyin yanında qarajda alver etdiyi günlərin nostalgiyası ilə yaşayır. Hər kəsin bir keçmişi vardır, lakin Heybət İmanovun keçmişi o qədər çirkaba batmışdır ki, bu da gənc nazir Sahil Babayevin də bütün başladığı işlərdə, nəzarətinə aldığı hər bir sahədə üzünü qaraldır.

Rza Əhmədovu ünvanlı sosial yardım sahəsində Bakı şəhərindəki ən çox kartı özündə saxlayan şəxs kimi də xarakterizə etmək olar. Heybət İmanov nazirin başının islahatlara qarışdığı bir dövrdə bundan əlverişli şəkildə istifadə etməyə nail olub. O, Rza Əhmədovu rayonlara yoxlamaya göndərir ki, getsin, idarələrdə nəsə tapıb onu o qədər şişirtsin ki, işçilər qorxusundan Rzanın istədiyi məbləği ona versinlər. Rza Əhmədov da kobud davranışı ilə işçiləri zara gətirməklə neqativ hallar üzə çıxartdığı zaman onlar barəsində məlumatı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərəcəyini bildirməklə bir növ şantaj işi həyata keçirmişdir. Bununla da, Heybət İmanov Rza Əhmədovun bu “şantajçı qabiliyyəti”ni yüksək qiymətləndirir. Bundan əlavə Rza Əhmədov özü kimi şəxsləri Heybət İmanova təqdim edərək müvafiq məbləğ qarşılığında onları vəzifəyə təyin etdirməklə başqa növ cinayətə də imza atmışdır. Buna misal olaraq DSMF-in Nərimanov rayonu üzrə şöbəsinin sektor müdiri Ramal Məmmədovun təyinatını qeyd etmək olar.

Nazir Sahil Babayev hər yerdə fəxrlə saxta əlilliyə qarşı mübarizə apardıqlarını və 1300 nəfər vətəndaşın əlilliyini ləğv etdiklərini bəyan etmişdir. Lakin bildirək ki, “Əlillər klubu” sözün həqiqi mənasında nazirliyin Daxili audit şöbəsində fəaliyyət göstərir. Belə ki, Daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır. Məqalədə adları çəkilmiş vəzifəli şəxslər olan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaş saxta yolla əlillik əldə etmiş şəxslərdir. Qeyd olunan faktlar barədə dəfələrlə mətbuatda informasiyalar getsə də, nazir Sahil Babayev yəqin ki, Daxili audit şöbəsinin müdiri Heybət İmanovun yanında hansı səbəblərə görə isə gözükölgəli olduğundan heç bir sərt addım atmır, müəyyən bir münasibət bildirmir. Bundan yalnız belə qənaətə gəlmək olur ki, rayonlar üzrə fəaliyyət göstərən şöbələrdən toplanmış rüşvətləri tək yemək mümkün olmamışdır.

Redaksiyamıza Daxili audit şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşları tərəfindən təqdim olunan “Heybət İmanov, Cəmil Kərimov və Rüfət Bəbirov triosu”nun əlilliyi olan şəxslər olduğunu təsdiq edən sənədlərdə bir sıra maraqlı məqamlar əksini tapmışdır.

Faktları təqdim edirik:

1. Heybət İmanov: II qrup əlildir. Əlillik sənədinə görə əqli cəhətdən zəif, idrakın enməsi, qabarıq yaddaş pozuntuları olan, görmə qabiliyyəti zəif, psixi pozuntuları olan, adi şəraitdə işləyə bilməyən əmək qabiliyyətsiz şəxsdir. İşin gülməli tərəfi odur ki, bu adam guya alimdir, fəlsəfə elmləri doktorudur. Faciə isə ondan ibarətdir ki, belə bir şəxs idarəetmə orqanlarında səlahiyyətli vəzifə sahibi təyin olunmuşdur.

2. Cəmil Kərimov: II qrup əlildir. Gərginlik stenokardiyası, III dərəcəli kəskin ürək çatışmazlığı, hipertoniya diaqnozu olan əmək qabiliyyətsiz şəxsdir. Bu adam “müfəttiş”dir, guya nöqsanları axtarıb tapır.

3. Rüfət Bəbirov: II qrup əlildir. Hipertoniya II mərhələ, ağır ensofalopatik hal, yüksək risk faktoru ilə stenokardiya, xroniki beyin qan dövranının pozğunluğu diaqnozu ilə əmək qabiliyyəti olmayan şəxsdir.

Kənardan baxıb qiymətləndirdikdə hər üç şəxsin sağlamlıq durumunun ağır olduğu, hətta yataq xəstələri kimi diqqəti cəlb etdikləri açıq-aydın görünməkdədir.

Hörmətli nazir Sahil Babayev bu məsələyə ciddi reaksiya verməlidir, əks halda, belə hesab edilə bilər ki, gənc nazir ciddi səlahiyyətli dövlət vəzifələrini icra etmək üçün sağlam adam tapa bilməmişdir. Nəticədə, nə qədər ağır olsa da, “Bura Azərbaycandır” məsəli özünü doğrultmuş olur. Əlbəttə, heç kimə gizli deyil ki, müxtəlif sahələrdə neqativ hallar var və çox zaman da gizlədilir. Məsələn, vəzifəli şəxsin özünün saxta əlilliyi ola bilər, hamıya saxtakarlıqla mübarizə apardığının görüntüsünü yarada bilər. Lakin anlamadığımız məqam ondan ibarətdir ki, islahatlara start vermiş, yeniliklərə imza atmağa çalışan nazir Sahil Babayev susur...


Azerbaycanrealligi.com
OXŞAR MÖVZULAR