Impera

XƏBƏR LENTİ
17:02Şimali Osetiya – Alaniya Respublikasında 15 İyun - Qurtuluş Günü qeyd olundu-Fotolar17:00Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:57Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:53"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:50Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:46Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”16:10Rüşvətə bulaşmış Xaçmaz səhiyyəsi-BAŞ HƏKİMİN VARİDATI HAQDA ŞOK FAKTLAR13:08DAHI LIDERIMIZƏ SEVGI MƏNDƏ UŞAQ YAŞLARIMDAN BAŞLAMISDI!11:58Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:42Saatlının başçısı "racon kəsir"... - İDDİA11:20Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı11:14Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir10:57“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:42Azərbaycanda Milli Qurtuluş Günüdür14:3635 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:17"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:56Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:44"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:28"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:55Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:26Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:04AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:39Milli Məclis bu gün də TOPLANIR10:25"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:10Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:10Prezident onları təltif etdi17:53İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:40İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:15“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:46Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:23Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:36''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:57İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:40"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:41Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:50Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:35"Onların torba tikməklərindən xəbərim olmur"11:19Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:06Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir23:38İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru bəraət aldı22:35“Kərəm Həsənov meliorasiya rəisini kukla edib, səhiyyəni də bərbad”-VİDEO21:39Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri AÇIQLANDI21:30Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?21:26"Qaloş piri"nin "krasovkalı, dikdabanlı" ziyarətçiləri17:08Sabah dollar neçəyə olacaq?16:51Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:36Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:09Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:56Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:55“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:40Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:03Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:40Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar12:00Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:53Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:21Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:06İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:50Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:20Bakıda III Milli Mühasiblər Forumu keçirilir16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:00"Yaxşı ki, Flora Kərimovanın qolu sındı"12:40Yaradıcılığı gənc nəsil üçün məktəb olan sənətkar12:20İrəvan məsuliyyətini dərk etmir - TƏHLİL12:00Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq... - İTTİHAM11:40Ermənilərin Gürcüstanın daha bir kilsəsini saxtalaşdırma cəhdi - GƏLİŞMƏ11:20“Oksigen” klinikası əməliiyat zamanı infeksiya düşən xəstəyə yaxın durmur -Vəziyyəti ağırdır11:00Ramin Quluzadəyə inhisarçılıq İTTİHAMI - “Bu, faktiki olaraq, müştəri oğurluğudur”10:45Bu yollarda rənglənmə işləri aparılır10:30Məşhur milyarderin şirkətində yoxlama - Azərbaycanlı iş adamı da həbs edildi10:15Xəzər dənizində partlayış : ölənlər var10:00Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub18:01Nazir müavinin 19 yaşlı oğluna 2 milyon avro veriblər ki, get Almaniyada şirkət aç... - ilginc17:45Gürcüstanın tanınmış simaları: “Rəşid Behbudova Tbilisidə mütləq xatirə lövhəsi və büst qoyulmalıdır” - MÜSAHİBƏ17:34Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür - İTTİHAM17:22Səfir: "İlham Əliyev, Putin və Ruhani Rusiyada görüşəcək"16:43Qazaxıstanın yeni prezidenti iyunun 12-də and içəcək16:18Jurnalistlər üçün müsabiqə elan olundu16:04İşçinin haqqını yeyirlər... - GİLEY15:26Rusiya səfiri: "Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"15:13"Belə növbələrdə əsəblər tarıma çəkilir..." - GİLEY14:59Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA14:39Kino sənətinə ağır itki - Məşhur aktyor öldü - FOTOLAR14:25Koçaryanın gəlini Cıdır düzündə - FOTO11:40Şəkidə vətəndaşın başına necə oyun açdılar... - GİLEY11:27Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi11:12Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü10:55Sumqayıt Gömrük İdarəsinin rəisi dövləti belə talayır - Vəzir Həsənov və oğlu Çexiyaya milyonlar çıxardıb10:41Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB11:56Azərbaycanda icra başçısının ailəsində FACİƏ – Cərrahi əməliyyat zamanı öldü - FOTO11:49Moldovada prezidentin səlahiyyətləri baş nazirə verildi11:46Başçı Siyəzəni necə qarışdırır... - İDDİA
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (211)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)
Yanvar 2019 (595)

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Azərbaycan səhiyyə sistemində NÖVBƏTİ RƏZALƏT - 16 min alıb əməliyyat etdilər, öldükdən sonra daha 5 min 400 manat tələb olundu

28 may 2019, 23:56   
    32
Azərbaycan səhiyyə sistemində NÖVBƏTİ RƏZALƏT - 16 min alıb əməliyyat etdilər, öldükdən sonra daha 5 min 400 manat tələb olundu

Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Yazıb sizə bildirirəm ki, həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim səhlənkarlığının qurbanı olub. Bunu isə həkimlər bizim pulumuzu talamaq üçün ediblər. Bu korrupsiya, talançılıq və quldurluq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər.

29 mart 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatını Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah etdi. Həmin cərrahiyyə əmıliyyatı üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşım Zakir Cabbarovun vəziyyəti pisləşdi deyə, onu müayinə etdilər və dedilər ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır.

Bunun üçün həyat yoldaşımı 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə 6340 manat pul ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti daha da pisləşdi. Həkim müayinə edib dedi ki, qansızma var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə təkrar cərrahiyyə əmliyyatı etdi. Bundan sonra həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi.

Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşınına 350 manat verib, Ucar rayonu Lək kəndinə gətirdik.

25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Zakir Cabbarov Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinə aparmayıb, başqa xəstəxanaya aparsaydıq, indi o, sağalıb həyatda yaşayırdı.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimlərinin talançılıqlarının nəticəsində həm həyat yoldaşım dünyasını dəyişdi, həm də borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16 000 manat pul alsalar da, bununla kifayətlənməyib bizdən, əlav qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bilib, sonra həmin pulu istəmədilər.

Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar bizim 16000 manat pulumuzu qaytarmasalar, Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm.

Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerində belə hal baş verə bilməz, bunu heç bir savadlı həkim etməzdi ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir.

Həyat yoldaşım Zakir ürəyindən cərrahiyyə əməliyyatı edilməmişdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin zaman onun bağırsağında hər hansı xəstəliyi və ya yarası olmadı. Bundan 9 gün sonra onun bağırsağında yara olmasını aşkar etmək yalandır. Bunu isə ona görə ediblər ki, bizdən pul alsınlar.

15 gün ərzində həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin talançı həkimləri 3 dəfə cərrahiyyə əməliyyatı etdilər. Sanki onun üzərində təcrübə keçirdilər.

Mənim həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığının qurbanı oldu, daha o, qayıdan deyil, ancaq bu talançılardan bizdən aldıqları 16000 manat pulumuzu tələb edirik. Mən bu talançı qatil həkimlər barədə prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya şikayət ərizəsi ilə müraciət etmişəm. Həmçinin mətbuat vasitəsi ilə də müraciət edirəm.

Hörmətli Prezident!

Hörmətli Mehriban xanım!

Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırıb, 16000 (on altı min) manat pulumuzu alıb bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz. Bir daha qeyd edirəm ki, bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir”.
Hurriyyet.org
OXŞAR MÖVZULAR