Impera

XƏBƏR LENTİ
14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO16:23Prezident DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI16:16“Bütün komanda yatmışdı” - Emin Mahmudov16:06İtkin düşən bacı - qardaş tapıldı - Oğurlanıblarmış15:58Ucar polisi naməlum məxluqu tutmağa çalışır15:48Yol polisindən texniki baxışla bağlı sürücülərə XƏBƏRDARLIQ14:42MÜTLƏQ OXUYUN: Çimərlikdə batmağın səbəbi BU İMİŞ! - VİDEO14:24Ermənilərin ekoloji TERRORU - Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO14:12İnsanlar iş saatlarını özləri müəyyən edəcək - YENİLİK13:28Bu ölkələrə vizasız gedə bilərik - SİYAHI13:17Onlayn alış-veriş zamanı aldanmamaq üçün nələri bilməliyik?12:22Meşədə narkotik becərən İsmayıllı sakini saxlanılıb12:20Qəzaya uğramış hərbi təyyarəmizdən xəbər var11:50Sabunçuda Rəsulzadə küçəsinin adı dəyişdirilib? - İcra Hakimiyyətindən AD AÇIQLAMASI11:46Azərbaycan Turizm Bürosu Rusiya və Almaniya turagentlərinə onlayn təlimlər keçəcək11:05Keçmiş məmurun intiharının səbəbi bilindi- TƏFƏRRÜAT10:46Xaçmazda dəhşətli QƏZA: ölən və yaralananlar var10:34Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib - DSX rəisi10:18Birinci vitse-prezident Mehriban Əliyeva: "Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb"10:00Dünyanın ən hündür döyüşçüsündən gözlənilməz qərar09:41Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank09:23Donald Tramp Si Tsinpinə görüş təklif edib09:04İnstaqramda şübhəli məlumatlar barədə xəbərdarlıq ediləcək08:51Baş məşqçi məğlubiyyətdə özünü günahlandırdı08:47“Bakı Metropoliteni” “Sovetski”də torpaq alacaq08:12Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 120 milyon dolları ötüb19:30İCRA BAŞÇISINDAN ÖZÜ İLƏ BAĞLI SƏRƏNCAM: restoranı üçün 5.5 hektar ərazi ayırıb - SƏNƏD + FOTOLAR19:00Gecə yarısı 10.2 milyonluq kredit16:02Bakının müharibə haqqı, Paşinyanın Qarabağ fiaskosu - TƏHLİL15:43Gecə yarısı 10.2 milyonluq kredit14:41Deputatla şərik bina tikdirən başçı müavini Şahmar İbadov, Mehriban Əliyevanın adından belə istifadə edir- VİDEO
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (365)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ziya Məmmədovun oğlu MÜLK DAVASINDA - GƏLİŞMƏ

31 may 2019, 11:44   
    41
Ziya Məmmədovun oğlu MÜLK DAVASINDA - GƏLİŞMƏ

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib. 15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi.

Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holding tərəfindən inşa edilmişdi. Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib. Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi...

Məmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir.

Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu. Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi.

Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın - Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.

Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.

Üzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi. Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb.

Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ “Trump Towers” adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir. Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil.

Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.

“Yeni Müsavat”ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, “Yelkən hotel”in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq. Vəkilin təqdim edəcəyi açıqlamanı da təqdim edəcəyik.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR