Impera

XƏBƏR LENTİ
17:02Şimali Osetiya – Alaniya Respublikasında 15 İyun - Qurtuluş Günü qeyd olundu-Fotolar17:00Avtovağzalda 1 manat pul, 1 qəbz, onlarla gözlədilən insan: - “Giriş niyə pullu olmalıdır?”16:57Mingəçevir sakini ”Ata Bank”dan şikayətçidir - kompensasiyasını ala bilmir16:53"Azərsun" qəsdimizə NECƏ DURUB? - İTTİHAM16:50Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır16:46Qanunları pozmaqda davam edən "Unibank"ın yalanı: - “Bu müştərilərin adlarının siyahıya düşməməyi...”16:10Rüşvətə bulaşmış Xaçmaz səhiyyəsi-BAŞ HƏKİMİN VARİDATI HAQDA ŞOK FAKTLAR13:08DAHI LIDERIMIZƏ SEVGI MƏNDƏ UŞAQ YAŞLARIMDAN BAŞLAMISDI!11:58Azərbaycan səhiyyəsində növbəti qalmaqal - Xəstə əməliyyat zamanı hepatitə yoluxub11:42Saatlının başçısı "racon kəsir"... - İDDİA11:20Bu günki "Son zəng" Ağdam təhsilində kimlər üçün son olacaq - Etibar Toğrulun XIII yazısı11:14Səfir: Azərbaycanın iştirakçısı olduğu enerji və nəqliyyat layihələri bütün region ölkələrinin inkişafına böyük töhvə verir10:57“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Milli Qurtuluş Günü qeyd edilib10:42Azərbaycanda Milli Qurtuluş Günüdür14:3635 tanınmış ziyalıdan Prezidentə və I Vitse-Prezidentə MÜRACİƏT - MƏTN14:17"Aqrar Kredit və İnkişaf Agentliyinin güzəştli kreditlərindən yararlanmaq istədim, amma..."13:56Nazir bu tibb ocağında baş verənlərdən xəbərsiz olar, yəqin... - İTTİHAM13:44"Qəbələ" "Keşlə"dən ayrılan futbolçunu baxışa çağırdı12:28"Binə"dəki sahibkarlar narazılıq edirlər... - GİLEY11:55Beyləqanda torpaq qalmaqalı... - İş məhkəmədədir11:26Hacı İbrahimdən Prezidentə şikayət: - "Dövlət binamızı öz balansına götürsün"11:04AMEA-da YEYİNTİ MÜƏMMASI çözüldümü? - GƏLİŞMƏ10:39Milli Məclis bu gün də TOPLANIR10:25"Sonsuz dəhliz" filminin yaradıcı heyəti BAMF-in Ali Qarabağ Mükafatına layiq görülüb10:10Azərbaycanda enerji içkiləri ilə bağlı yeni qaydalar təsdiqlənib18:10Prezident onları təltif etdi17:53İcra başçılarının kütləvi “vurulması”na start veriləcək - İDDİA17:40İki bələdiyyədən 1-ci Vitse-prezidentə şikayət - Müraciət17:15“Kontak Home”dan daha bir fırıldaq - FOTO16:46Aldadıcı vakansiyalar, səmərəsiz əmək yarmarkaları - Gənclər gileylənir16:23Əhmədzadınin korrupsiya "kurotarları" - Onlar kimlərdir?..14:36''Məhkum işgəncələrə dözməyib özünü ülgüclə doğradı''13:57İspaniya jurnalında İmadəddin Nəsimi haqda məqalə çap olunub13:40"Sabah"ın hazırlıq planında dəyişiklik12:55“Unibank”da SKANDAL: - müştərinin gizli məlumatlarını başqasına verdilər12:41Tovuzda səhiyyə sistemi ÖLÜM SAÇIR... - TƏHLÜKƏ12:16Bakıda məktəb direktorlarının arayış biznesi: - Bakı Türk litseyinin nüfuzu təhlükə altında11:50Universitetlərə imtahansız qəbul olmaq istəyən kollec məzunlarının DİQQƏTİNƏ!11:35"Onların torba tikməklərindən xəbərim olmur"11:19Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib11:06Bakıda Aİ-Azərbaycan biznes forumu keçirilir23:38İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru bəraət aldı22:35“Kərəm Həsənov meliorasiya rəisini kukla edib, səhiyyəni də bərbad”-VİDEO21:39Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri AÇIQLANDI21:30Gürcüstandakı azərbaycanlılar bu ağacların gücünə niyə inanırlar?21:26"Qaloş piri"nin "krasovkalı, dikdabanlı" ziyarətçiləri17:08Sabah dollar neçəyə olacaq?16:51Gəncənin icra başçısının təmizliklə heç arası yoxdur... - GİLEY16:36Əhməd Əhmədzadənin mövqeləri nədən zəif düşüb... - İDDİA16:09Bakıdakı "Kral" şadlıq evi bədlik gətirir... - VİDEO15:56Nazirlikdə nə baş verir? - Sensasion manipulyasiya14:55“Brent” neftinin qiyməti 61 dollardan aşağı düşüb14:40Gədəbəydə narazılıq yaradan kimdir? - GİLEY13:03Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü12:40Bakıda İNANILMAZ HADİSƏ – Tanınmış müğənnini hədələyib maşınını əlindən aldılar12:00Keçmiş bank kollektorlarının dəhşətli cinayətləri – banklar hətta residivistləri müştərilərin üstünə yönəldirmiş…11:53Kirayədə qalan şəxslərin DİQQƏTİNƏ! - Ekspertdən TƏKLİF11:21Səfər Mehdiyev üçün gərgin dönəm... - İDDİA11:06İlham Əliyev və Mehriban Əliyeva “Yanardağ” qoruğunun AÇILIŞINDA10:50Bakıda gömrük işi sahəsində blokçeyn texnologiyalarından, süni intellektdən istifadə müzakirə edilir10:20Bakıda III Milli Mühasiblər Forumu keçirilir16:30İnsanlara 3-cü sort kimi baxan icra başçısını kimdir? – İş adamı prezidentdən kömək dilədi16:00Prezident SƏRƏNCAM İMZALADI15:40AZƏRBAYCANDA FƏTÖ İLƏ BAĞLANTISI OLAN UNİVERSİTETLƏR... - Onların diplomları "Biləcəridən o tərəfdə" tanınmır...15:20Ermənistandan Qarabağ separatçılarına sanksiya: Bir qəpik də verməyəcək15:00Bakıda ev tikən usta hündürlükdən yıxılıb öldü14:40Cəlilabadda iflic vəziyyətə salınan səhiyyə sistemi... - İTTİHAM14:20Bakıdan Dehliyə birbaşa uçuşlar başlayır14:00Prokurorluq övladını döyən ata ilə bağlı MƏLUMAT YAYDI13:00"Yaxşı ki, Flora Kərimovanın qolu sındı"12:40Yaradıcılığı gənc nəsil üçün məktəb olan sənətkar12:20İrəvan məsuliyyətini dərk etmir - TƏHLİL12:00Lənkəran icra hakimiyyətində rəsmi özbaşınalıq... - İTTİHAM11:40Ermənilərin Gürcüstanın daha bir kilsəsini saxtalaşdırma cəhdi - GƏLİŞMƏ11:20“Oksigen” klinikası əməliiyat zamanı infeksiya düşən xəstəyə yaxın durmur -Vəziyyəti ağırdır11:00Ramin Quluzadəyə inhisarçılıq İTTİHAMI - “Bu, faktiki olaraq, müştəri oğurluğudur”10:45Bu yollarda rənglənmə işləri aparılır10:30Məşhur milyarderin şirkətində yoxlama - Azərbaycanlı iş adamı da həbs edildi10:15Xəzər dənizində partlayış : ölənlər var10:00Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub18:01Nazir müavinin 19 yaşlı oğluna 2 milyon avro veriblər ki, get Almaniyada şirkət aç... - ilginc17:45Gürcüstanın tanınmış simaları: “Rəşid Behbudova Tbilisidə mütləq xatirə lövhəsi və büst qoyulmalıdır” - MÜSAHİBƏ17:34Avtonəqliyyat Baş Gömrük idarəsində Prezident Sərəncamı deyil, ''kalkluyator Rövşən''in dediyi əsas götürülür - İTTİHAM17:22Səfir: "İlham Əliyev, Putin və Ruhani Rusiyada görüşəcək"16:43Qazaxıstanın yeni prezidenti iyunun 12-də and içəcək16:18Jurnalistlər üçün müsabiqə elan olundu16:04İşçinin haqqını yeyirlər... - GİLEY15:26Rusiya səfiri: "Fuad Abbasovun hansı KİV-i təmsil etdiyini hələ də bilmirəm"15:13"Belə növbələrdə əsəblər tarıma çəkilir..." - GİLEY14:59Dərdlərini deməyə belə qorxurlar... - ŞOK İDDİA14:39Kino sənətinə ağır itki - Məşhur aktyor öldü - FOTOLAR14:25Koçaryanın gəlini Cıdır düzündə - FOTO11:40Şəkidə vətəndaşın başına necə oyun açdılar... - GİLEY11:27Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi11:12Bakıda xarici vətəndaş bu özəl klinikada əməliyyat zamanı öldü10:55Sumqayıt Gömrük İdarəsinin rəisi dövləti belə talayır - Vəzir Həsənov və oğlu Çexiyaya milyonlar çıxardıb10:41Gürcüstanda azərbaycanlı icra başçısı səlahiyyətlərinin icrasına başlayıb - YENİLƏNİB11:56Azərbaycanda icra başçısının ailəsində FACİƏ – Cərrahi əməliyyat zamanı öldü - FOTO11:49Moldovada prezidentin səlahiyyətləri baş nazirə verildi11:46Başçı Siyəzəni necə qarışdırır... - İDDİA
BÜTÜN XƏBƏRLƏR
İyun 2019 (211)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)
Yanvar 2019 (595)

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...

04 iyn 2019, 12:17   
    14
Təhsil Nazirliyinin unutduğu keçmiş, yoxsa məhv etdiyi gələcək? - Təhsil naziri cənab C.Bayramovun diqqətinə...

Rubrika.az saytına Yasamal rayonunda​ yerləşən 20 nömrəli məktəb-liseydə baş verənlər haqqında ilginc məlumatlar daxil olub. Verilən xəbərlərə görə, məktəbdə korrupsiya və rüşvət ayaq açıb yeriyir. Məktəbdə baş verənlərə nəzər salsaq elə qənaətə gəlmək olar ki, ya Təhsil nazirliyinin burada baş verənlərdən xəbəri yoxdur, və yaxud nazirlikdən kənar hansısa gizli qüvvələr direktoru əməlli-başlı himayə edir. Əks təqdirdə bir təhsil ocağında bu qədər özbaşınalıqların olması mümkünsüzdür.​

Saytımıza verilən məlumatlara görə, məktəbin direktoru Səadət Veyisova despotik idarəetmə üsulu ilə ölkə qanunlarına məhəl qoymur. Məktəbdə baş verən qanunsuzluqlarla bağlı bu yolla hər ay büdcədən xeyli vəsaitin mənimsənildiyi bildirilir.​
Rubrika.az saytına verilən məlumata görə, 20 saylı məktəbin yuxarı siniflərində davamiyyət çox bərbad vəziyyətdədir. 10-11-ci siniflərdə təhsil formal xarakter daşıyır. Hər sinifdə 25-30 nəfərin adının getməsinə baxmayaraq, dərslərdə barmaqla sayılası şagird iştirak edir. Yerdə qalanlar isə repititor yanına, yaxud müxtəlif pullu kurslara gedirlər. Pul demişkən adları jurnalda olub özləri dərsə gəlməyən şagirdlərin hər biri direktorun büdcəsinə gələn əlavə vəsaitdir. Bu isə bir dərs ili üçün ən azından 2500-3000 manat pul deməkdir. X-XI siniflərdə yüzlərlə belə şagirdin olduğunu nəzərə alsaq məbləği kalkulyatorsuz hesablamaq mümkün olmaz.​
Bütün bunlardan əlavə məktəbdə hər ay kütləvi surətdə müxtəlif adlar altında pul yığılır. Müəllimlərin dediyinə görə indiyə qədər bütöv maaş aldıqları yadlarına gəlmir. Ümumiyyətlə aylıq sistemi 20 saylı məktəbin yazılmamış qanunu hesab edilir.​
Rubrika.az saytına verilən məlumata görə, direktorun ambisiyaları o qədər artıb ki, artıq Bakı şəhər Təhsil İdarəsinin tələblərinə belə məhəl qoymur. Belə ki, 18 saylı məktəbdə BBTİ-nin direktorların iştirakı ilə keçirdiyi iclasa özü getməyi məqsədəuyğun hesab etməyən Səadət Veyisova müavinini göndərib. Bu hörmətsizliyə əsəbləşən Rəşad Tağıyev​ müavinə “təcili direktorunu da çağır” deyərək iradını bildirib. Əgər nəzərə alsaq ki, bu yığıncaq BBTİ-nin yeni rəisi Rəşad Tağıyevin ilk iclaslarından sayılır, sonrasında nələr baş verəcəyinin təsəvvür etmək çətindir. Bu isə S.Veyisovanın bir daha "hegemon direktor" olmaq reallığını göstərir.​



Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Azərbaycan müəllimlərinin XV qurultayı təhsil sektorunda son illərdə baş verən dəyişiklikləri, yenilikləri özündə əks etdirdi. Həmçinin qurultay ölkə müəllimlərinin qarşısında yeni vəzifələr də qoydu. İndi hamı başa düşür ki, müasir dünyanın hər gün dəyişən tələbləri ilə ayaqlaşmaq üçün ilk növbədə bu tələblərə cavab verən təhsil sistemi formalaşdırılmalıdır. Amma, Rubrika.az saytına daxil olan məlumatları saf-çürük etdikdə görürük ki, nəinki işini müasir tələblər səviyyəsində qurmayan, hətta hələ də “fond pulu” , “süpürgə pulu” havasında yaşayanlardan bəziləri vəzifə başındadır.

​ Belə ki, bu günlərdə 20 saylı məktəb-liseydə Valideyn-Müəllim Assosiasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı informasiyalar yayılmışdı. Eyni zamanda özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən xanımın səs yazısı da bəzi saytlarda yayımlandı. Hər vasitə ilə məktəbdə pul yığılmasına qanuni don geyindirməyə çalışan xanım “məktəbin mühafizəsinin, xadiməsinin, qapı-bacasının” yığılan bu pullarla saxlanıldığını iddia edir. Təsəvvür edin ki, bu sözləri bir zamanlar Şamaxı rayon Təhsil şöbəsinə rəhbərlik etmiş, təhsil nazirliyində mühüm postda işləmiş, hal-hazırda paytaxtın ən böyük təhsil kompleksinə rəhbərlik edən bir şəxsin “adından” söyləyirlər. Görəsən dövlətin təhsil siyasətinə, görülən böyük işlərə, aparılan islahatlara bundan daha böyük zərbə vurmaq olarmı ?

Qos-qoca dövlətin paytaxtın mərkəzində yerləşən bir məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxladığı iddiası ilə bu rüsvayçılığa don geyindirməyə çalışan xanım... Pardon, yuxarıda qeyd etdik ki, özünü məktəb direktorunun köməkçisi kimi təqdim edən bu şəxs... Əslində elə Səadət Veyisovanın şəxsən özüdür. Onunla əlaqə saxlayan jurnalisti bu yolla “yola verən” S. Veyisova məni ki, aldada bilməz. Axı mən onun səsini hələ Şamaxıdan –məktəb müəllimliyindən ta rayon Təhsil şöbəsinin müdiri olduğu zamana kimi yaxşı tanıyıram. Bu səsin sahibinin Şamaxıda etdiklərinin səs-sorağı hələ də oradakıların qulaqlarından çəkilməyib. Görünür paytaxta gəlişindən sonra Səadət xanım həm də özünün köməkçisi olmaq kimi daha bir fitri istedadını kəşf edib.

Xatırladaq ki, Rubrika.az saytına daxil olan məlumatlarda bildirilir ki, 20 saylı məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn-Müəllim Assosiasiyası yaradıb və assosiasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.

Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Məhz bu məsələyə münasibət öyrənməyə çalışan jurnalisti Səadət xanımın “köməkçisi” Səadət xanım beləcə cavablandırmış, məktəbin “qapı-bacasının” saxlanmasının yeni modelini açıqlamışdı.

Rubrika.az saytına verilən məlumata görə, Səadət Veyisova məktəbə rəhbərlik etdiyi qısa müddət ərzində artıq iki dəfə töhmətlə “mükafatlandırılıb”. Görünür onun “qapı-baca əməliyyatı” barəsində lazımi yerlər ilkin informasiyaya malik olublar.

Qeyd etdiyimiz kimi Səadət Veyisova Şamaxıda məktəb müəllimliyindən rayon təhsil şöbəsinin müdiri, daha sonra isə Təhsil Nazirliyinin əməkdaşı kimi məsul vəzifələrə yüksəlib. Amma, yuxarıda qeyd etdiyimiz kimi bütün karyera yüksəlişləri dönəmində özündən sonra “silinməz izlər” buraxaraq irəliləyib. Onun Şamaxı təhsil şöbəsinə rəhbərlik etdiyi vaxtları bu gün rayonda ürək ağrısı ilə xatırlayırlar. Onun rəhbərliyi Şamaxı təhsilinə “səadətli günlər” yaşatmasa da vurduğu zərbələrin yaraları hələ də sağalmır. Bu gün də eyni ampuladan çıxış edən S. Veyisova sadəcə dediyi iki kəlmə sözlə Azərbaycanın bütün təhsil sistemini, dövlətin təhsil strategiyasını yerlə bir etməyi bacarıb. Sanmayın ki, rəhbərlik etdiyi məktəbdə baş verənləri gizlətmək üçün “ən modern yollara” əl atan S. Veyisovanın “gizlənqaç” oyunu bununla bitir. O vəzifə pillələrində yüksəlmək üçün ən vacib məlumatları belə ona etimad göstərənlərdən gizlətməyə müvəffəq olub.

Övladının quldurluq maddəsi ilə həbs olunmasını tərcümeyi-halında gizlədən direktor

Hamıya məlumdur ki, övladının səhvi ucbatından son illərdə Azərbaycanda ən yüksək vəzifəli şəxslər belə cəzalandırılıb, kreslosu ilə vidalaşmalı olub. Övladının nümunəvi davranışı ilk növbədə təhsil işçiləri üçün vacibdir. Ələlxüsus bu vəzifədə olanlar üçün zəruridir. Amma, nədənsə S. Veyisova öz dosyesindən oğlu Tamerlanın Rusiya Federasiyasında quldurluq maddəsi ilə həbsdə olması faktını məharətlə gizlədə bilib. Öz doğma övladını layiqincə tərbiyə edə bilməyən birinə minlərlə şagirdin taleyi necə etibar edilir görəsən? Yəqin ki, hörmətli Təhsil naziri Ceyhun Bayramov, nazirin müavini Məhəbbət xanım Vəliyeva artıq bu fakta biganə qalmayacaqlar. Çünki, ölkənin təhsil sektorunu “qapı-pəncərə sexinə” döndərən S. Veyisova öz keçmişini, oğlunun qaranlıq dosyesini ona etimad göstərənlərdən gizlədib. Yəqin ki, bu gizlinin üzərinə gün işığı doğandan sonra Təhsil nazirliyi lazımi tədbirləri görəcəkdir. Rəhbərlik etdiyi məktəbin “qapı-bacasını” valideynlərin pulu ilə saxlayan bir direktora qapının yolunu göstərməyin vaxtı çatmayıbmı?

Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq aşağıdakı sualları cavablandırmanızı xahiş edirik:​
1. Məktəbin yuxarı siniflərində davamiyyətin aşağı olması, şagirdlərin pul qarşılığında müxtəlif kurslarda təhsil almasına şərait yaradılmasına münasibət bildirmənizi xahiş edirik​
2. Məktəbdə hər ay müxtəlif adlar altında müəllim və şagirdlərdən pul toplanılması barəsində məlumatlar verilir. Bu barədə məktəbin direktoru kimi münasibət açıqlanmasını xahiş edirik.​
3. 20 saylı məktəbdə “ölü ştatların” olması barəsində informasiya verilir. Hər ay belə “işçilər”in hesabına büdcədən mənimsənilən böyük məbləğdə vəsaitlərin taleyi barədə məlumat vermənizi xahiş edirik.​
4. Təhsil Nazirliyinin məktəblərdə şəffaflığın təmin edilməsi üçün silsilə tədbirlərin keçirdiyi bir zamanda 20 saylı məktəbdə baş verən korrupsiya və rüşvət hallarını necə izah edərdiniz?​
5. Direktor S.Veyisovanın öz tərcümeyi-halını gizlədərək övladının Rusiya Federasiyasında quldurluq maddəsi ilə bağlı həbsdə olub-olmaması ilə bağlı məlumat verməyinizi xahiş edirik.​
6. Direktor S.Veyisovanın 20 nömrəli məktəb-liseydə işlədiyi müddətdə bir neçə dəfə töhmət alması ilə bağlı münasibət bildirməyinizi xahiş edirik.​

Rubrika.Az saytının Baş redaktoru: Nicat Mahmudov​
OXŞAR MÖVZULAR