Impera

XƏBƏR LENTİ
12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir09:28Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB19:57Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib19:25İlham Əliyevdən vacib SƏRƏNCAM16:06BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi15:20Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib15:00Maliyyə Nazirliyi büdcə oğurluğu izini necə yayındırır... - QALMAQAL14:30Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı14:10XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir13:55Bakıda hotel 9153 manat cərimə edilib13:29SDU - da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin açılışı oldu12:52Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq12:04Mikayıl Cabbarovdan TƏYİNAT: Bu rayonlara rəis göndərdi11:51Məmur olmaq istəyənlərlə bağlı STATİSTİKA11:29Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sıxlıq var22:34Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər14:00Adnan Oktarın 870 il həbsi tələb olunur13:20Qarpızı zəhərə çevirən nədir? - VİDEO12:40Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb12:20Bakıda külək dəmir qapını qadının üzərinə aşırıb12:00Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəfat etdi11:40Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir11:20"İnter" müdafiəçi aldı - rəsmi11:00Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin01:5917 yaşlı futbolçu stadionda öldü01:5030 ildə iqlim elə dəyişəcək ki, Madrid Mərakeşə bənzəyəcək - Alimlərdən PROQNOZ17:27Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR17:15Aynur Dadaşovadan toyda ŞIDIRĞI RƏQS: oxumaq yadından çıxdı - VİDEO17:02Bu şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub16:46Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO16:34“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU16:18Fazil Məmmədovdan xəbər var15:50İran qırıcıları bu ölkəni bombalamağa başladı - VİDEO15:18QANDONDURAN HADİSƏ: Ölü bilib yandırmaq istədilər - Sağ olduğunu görüb... - FOTO14:48DİN məşhur həkimi axtarışa verdi - İnsan alverində ittiham olunur
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (321)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

"Qaloş piri"nin "krasovkalı, dikdabanlı" ziyarətçiləri

12 iyn 2019, 21:26   
    16
"Qaloş piri"nin "krasovkalı, dikdabanlı" ziyarətçiləri

Təhsilsizlikdən irəli gələn mövhumatçılıq həmişə olub, amma XXI əsrdə bu daha gülünc görünür

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Nə qədər yazırıq, bu dünya düzəlmir ki, düzəlmir..." Dahi Üzeyir bəyin eyniadlı operettası əsasında çəkilən "Məşədi İbad" filmində böyük Sabirin, Mirzə Cəlilin və Əzim Əzimzadənin səsləndirdiyi bu fikir yəqin ki, filmi izləyənlərin yaxşı yadındadır. Görkəmli şəxsiyyətlər uzaqgörənliklə dövrlərinin nadanlığına, cəhalətə, xurafata qarşı apardıqları mübarizənin fayda vermədiyini görüb təəssüf edir, ancaq mübarizələrini də dayandırmırdılar. Klassiklərin yaşadığı dövrdən bir əsrdən çox vaxt keçir, ancaq onların qoyub getdiyi dünya doğrudan da düzəlməyib. Elə təkcə Goranboy rayonu Qurbanzadə kəndində "seyidin qaloşu" adı ilə çəkilən videonun sosial şəbəkələrdə yaratdığı rezonansı misal çəkmək kifayətdir ki, bu fikirlərə bir daha inanasan. Videoda "Qaloş piri" deyilən yerə gələn insanlar seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışaraq onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Xurafatın "sehrli" qüvvəsi

Cənub regionunda böyüdüyümdən, hələ uşaqlıqdan insanların bu tip inanclara üstünlük verdiyinin çox şahidi olmuşam. Yaşı ötən qızların bəxtini açdırmaq, gəlin-qaynana münasibətlərini tənzimləmək, övladına sanballı yerdən qız almaq, ərini vəzifəyə keçirmək, kimlərisə boşatdırmaq və ya birləşdirmək və s. səbəblərdən baxıcıların, falçıların qapısında növbələrin sayı-hesabı olmazdı. İnsanlar onlara az qala Tanrıdan çox inanır, bütün var-yoxlarını da bu inancları yolunda xərcləməkdən çəkinmirdilər. Sonradan "sehrli qüvvəyə malik" bu cür insanların ölkənin bütün regionlarında fəaliyyət göstərdiyini, elə bütün regionlarda da onlara inanan adamların olduğunu gördüm. Elə bu gün də pir adı altında elə yerlərə ziyarətlərin olunması və yaxud insanların qaloşdan və ya papaqdan imdad diləməsi, şəfa tapması üçün oralara tapınması mövhumatçılığa söykənən bir məsələdir.

Təəssüf ki, yaşadığımız XXI əsrdə - elm və texnologiyaların inkişaf etdiyi, süni robotların insan əməyini əvəzlədiyi bir dövrdə də insanlar mövhumatçılıqdan əl çəkməyib. İnsanların İslamın həqiqətlərini informasiya şəklində ala bildiyi bir dövrdə belə təfəkkürlə yaşamasının, din adından istifadə edən fırıldaqçıların qurbanına çevrilməsinin səbəbi nədir? İslamın təməl prinsiplərindən bixəbər olan insanların qaloşa və ya digər əşyalara inam göstərməklə cəhalətin və xurafatın girovluğunda əsir qalmaları nədən qaynaqlanır? Neçə-neçə illər cəhalətin və xurafatın girovluğunda əsir qalan insanların əqidələrinin dəyişməməsi cəmiyyətin ziyalı, aydın təfəkkürlü insanlarında təəssüf doğurur.

Yazıçı-publisist Nəriman Əbdülrəhmanlı insanların belə miskin vəziyyətə düşmələrini hamımızın günahı hesab edir: "Dövlətin müvafiq qurumları var. Maarifləndirici və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri fəaliyyət göstərir. Dünyanın tamamilə başqa bir tərəfə getdiyi vaxtda bir qaloşa inanmaq cəhalətdən başqa bir şey deyil. Yəqin ki, maarifləndirici funksiyaları olan təşkilatlar da kifayət qədər işlər görə bilmirlər. İnsanın nəyəsə inamının olması yaxşıdır, yoxsa insanın yaşaması çətin olar. Ancaq mövhumat qoxusu gələn şeylərə inanmaq kədərli bir faktdır və bunu izah etmək çox çətindir".

Yazıçının fikrincə, hələ bu istiqamətdə çox işlər görmək lazımdır: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bütün rayonlarda təşkilatları var. Orada maaş alan insanlar çalışır. Əslində bu məsələ birbaşa onların səhvidir ki, mövhumatçı adamlar həmin ərazilərdə yaşayan insanları öz alətlərinə çevirirlər. Müvafiq dövlət qurumları bu cür faktlara göz yumurlar. Yəqin ki, bu faktla bağlı bir dönüş nöqtəsi olmalıdır. Yəni belə hadisələrin ictimai fakta çevrilməsinin qarşısını almaq üçün tədbirlər görülməlidir".

Dini anlayışımızın nəticələri

"Bizim din anlayışımız Qurana söykənən din anlayışı deyil, cəhalətə söykənən din anlayışıdır" deyən millət vəkili Fazil Mustafa bu inancın əsrlərlə mövcud olduğuna təəssüfünü bildirir: "Klassik yazıçılarımız Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Axundov insanların bu cür inanclarını atəşə tutublar. İnsanlar cəhalətə daha çox aldanıblar. Bunun da nəticəsidir ki, Azərbaycanda bir peyğəmbər, bir imam olmayıb. Amma guya bütün peyğəmbərlərin qohum-əqrəbasının hamısı Azərbaycandandır. Onlar hardan peyda olublar, necə gəliblər? Dünyanın heç bir yerində dini titullar, ləqəblər yoxdur. Amma Azərbaycanda hamının bir dini titulu var. Bu, dini anlayışımızın nəticələridir. Ona görə də buna təəccüblənmək lazım deyil".

Millət vəkili qeyd edir ki, "İslam" deyəndə ilk növbədə Quranı, oradakı ideyaları əsas götürmək lazımdır: "Ancaq bu mesaj götürülməyəndə, cəhaləti yayanların rəvayətləri, ağıl dişi söhbətləri, hekayələri əsas götürülür. Bunun da nəticəsində belə bir anormallıq ortaya çıxır". F.Mustafanın fikrincə, maariflənmə cəhalətdən qurtulmağın çıxış yolu deyil. Belə ki, cəhalətin alternativi təhsildir: "Maariflənmə üçün ilk növbədə dini sahədə inamlı addımlar atılmalıdır. Cəhaləti, nadanlığı, xurafatı adət adı ilə qoruyub saxlamağa təşviq etməyə ehtiyac yoxdur, bunlardan qurtulmaq lazımdır. Dövlət səviyyəsində siyasət buna daha çox yönəlməlidir. Belə bir vəziyyətdə biz pirləri, ziyarətgahları stimullaşdırırıqsa, onlara adi bir qayda kimi baxırıqsa, onda hamı gedib başını sürtüb imdad diləməlidir. Kimi qaloşu, kimi papağı, Quranı kitab olaraq başına sürtməlidir. Başın içinə yığılmayacaq səviyyədə Qurana yanaşma varsa, demək hələ ki düzəlmə ehtimalı aşağıdır".

Millət vəkilinin fikrincə, bu məsələdə maarifçilik elmin inkişafını stimullaşdırmaq, məktəblərin səviyyəsini qaldırmaqdır: "O adamların çoxu təhsil görməyiblər. Ora gedən valideyn və uşağın normal məktəb içində yetişmədiyi artıq ortadadır. Ona görə bu təfəkkürü dəyişmək çox çətindir".

1200-1300 il fərq olsa da

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev belə bir faktın mövcudluğuna təəssüfləndiyini bildirir. Belə ki, ölkədə bu qədər geniş və dərin inkişafın baş verdiyi, insan kapitalının formalaşmasına böyük vəsait qoyulduğu bir şəraitdə, insanların dini fanatizmdən kənar tutulması üçün həyata keçirilən geniş maarifçilik tədbirləri ilə eyni vaxtda bu cür məlumatı eşitmək və kimlərinsə həmin fanatizmə uyması təəssüf doğurur: "Ölkəmizin digər İslam dövlətləri ilə müqayisədə sivil dünya formalarına və yaşayış tərzinə sahiblənmə baxımından çox irəli getdiyi bir şəraitdə belə hadisənin baş verməsi kədərlidir". A.Quliyev baş verən hadisəni iki amillə - insanların şüurunda hələ də keçmişin qalığı olaraq yaşayan xurafata bağlılıq və insanların hətta özünün də bilmədiyi və başa düşmədiyi müstəvidə hansısa xarici qüvvələrin Azərbaycanda onları cəlb etmək üçün qurduqları oyuna düşməsi kimi dəyərləndirir: "İlk növbədə insanlarımız özləri bundan nəticə çıxarmalıdırlar. 7-8-ci əsrdə insanların uyduğu xurafat oyunları ilə indiki insanların arasında ən azı 1200-1300 il fərqin olduğunu gərək qiymətləndirsinlər. Özlərinin bütün dövrlərin insanlarından həqiqətən fərqli insan olduqlarını nümayiş etdirsinlər. Hesab edirəm ki, bu məsələdə ilk növbədə ictimai qınaq, ailələrdə valideynlər, məktəblərdə müəllimlər tərəfindən nəsihət böyük rol oynaya bilər".

İnsanların avamlığından istifadə

"Əgər bir şey xurafatdırsa, keçmişdə də belə idi, indi də belədir, gələcəkdə, milyon il sonra da belə olacaq. Əgər bir şey xurafat deyilsə, eyni ilə də davam edəcək" - deyən psixoloq Zeynəb Əyyubova hesab edir ki, insanların inancı ilə bağlı olan bir fikrin zamanla heç bir əlaqəsi yoxdur: "Keçmişdə belə idi", "müasir dövrdə belə olmaz" fikirləri düzgün deyil. Ümumiyyətlə, bu tip inanclar ağılla, məntiqlə dəyərləndirilməlidir. Düz olub-olmaması isə zamana aidiyyatı olmayan bir məsələdir. Sadəcə, müasir texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə belə hadisələrin baş verməsi daha gülünc görünür. Bir var insanın dini inancı ola, yəni İslam əqidəsi, Qurani Kərimdən, Həcc və ya Məşhəd ziyarətindən, Peyğəmbərdən və ya böyük şəxslərdən qaynaqlanan inancları ola, bunu anlamaq olar. Bu, insanın inanc sistemidir. Amma bir də var, insanların avamlığından, zəif nöqtələrindən istifadə edib özünə biznes məqsədilə yaradılan belə xurafata başqalarını inandırasan".

Psixoloq insanların belə bir inanca sığınması, bu tip şeylərə ehtiyac duymalarının səbəbini belə izah edir: "İnsanlara harasa ümid etmək, haradansa stimul almaq lazımdır. İnsanlar özgüvənini, problemlərinin çarəsini tapmayanda, belə fırıldaqçı insanlara, əqidə oğrularına rast gəlirlər". Psixoloq hesab edir ki, əgər insanların ruhlarında psixoloji gərginlik varsa, bunu psixoloqla həll etməlidirlər: "Əgər insanların inanclarında hansısa problem varsa, ruhaniyə müraciət etməlidirlər. Əgər problemləri incəsənətlə bağlıdırsa, kinoya, teatra getməlidirlər. Yəni hər sahənin özünə uyğun boşluğunu doldurmalıdırlar ki, belə hallar baş verməsin. İnsanlarımızın elmin bu qədər inkişaf etdiyi bir vaxtda belə xurafatlara inanmamalarını arzu edirəm!"

Təbii ki, yüz illər boyunca beyinlərdə kök salan xurafatı arzulamaqla silmək mümkün deyil. Burada vətəndaş cəmiyyətinin də, müvafiq dini qurumların da, KİV-in də üzərinə mühüm vəzifə düşür. Klassik yazıçıların apardığı mübarizənin çağdaş dövrdə səngiməməsi üçün təfəkkürdə dəyişikliklərə gətirib çıxaracaq maariflənmə işlərinə, geniş təbliğata ehtiyac var. Yoxsa "Qaloş pir"lərinin sayı azalmaqdansa çoxala bilər...
OXŞAR MÖVZULAR