Impera

XƏBƏR LENTİ
15:55İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO15:00Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı14:30Binəqədidə 2 otaqlı ev yanıb13:553 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir - FOTO13:30Tekstil şirkətləri İstanbulu tərk edir - SƏBƏB13:00Qrizmana görə "Barselona"ya intizam işi açıldı12:40Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı12:28Yanğının İlisu qoruğuna keçməsinin qarşısı alındı12:20Lənkərandakı istirahət məkanları cərimələndi - Səbəb12:00Yol polisi Bakıda yarım milyonluq maşın saxladı - 99 HJ 999 - FOTO11:45Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə11:30“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib11:15Nərimanovda iki ev yanıb11:00Məşhur rejissor Putinə görə qızını pravoslav edə bilər18:00“Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr dayanır” - Gürcü ekspertlər17:43Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirdi17:28Azərbaycanla Uruqvay Şərq Respublikası arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib17:14İyulun 22-nə manatın məzənnəsi17:06Sabiq Baş nazirə 13 il həbs cəzası verildi - Korrupsiyaya görə16:02Ərini xilas etmək üçün ondan polisə şikayət etdi15:59Ağır qəzaya düşən Hacı Mazanın səhhəti ilə bağlı SON DURUM - HƏKİMİ DANIŞDI15:56Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi15:54Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 3 dəfədən çox azalıb15:51SON DƏQİQƏ: Avropanın bu ölkəsində ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi - Həyəcan elan edildi15:43Gülnaz Dadaşova Kardiologiya İnstitutunu özəl müəssisəsinə çevirib – ŞOK FAKTLAR15:02Bakıda keçiriləcək möhtəşəm idman festivalı barədə - BİLMƏDİKLƏRİMİZ14:48Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı14:37ƏHALİNİN DİQQƏTİNƏ: Bakı metrosunda XÜSUSİ REJİM14:25Universitetdə partlayış - Onlarla tələbə öldü, çox sayda yaralı var / VİDEO13:59DİN işçi axtarır - ELAN13:45Mühacir mafiyası insanları necə tora salır - şok detallar13:28Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ13:1425 yaşlı oğlan nişanlısından ayrıldığına görə intihar etdi - BAKIDA ŞOK13:00Xalq artistinin oğluna yüksək vəzifə verildi12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (348)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib

13 iyn 2019, 11:19   
    15
Vaşinqtondakı Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunan tədbir keçirilib

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tədbirdə çıxış edib



ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarla müzakirəsi baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər və regionla bağlı araşdırma aparan analitiklər iştirak ediblər. İctimaiyyət üçün açıq olan tədbirdə, həmçinin erməni lobbisinin xeyli sayda nümayəndələri iştirak edib.

Əvvəlcə C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə söhbət açıb. O, Cənubi Qafqazın əhəmiyyətini vurğulayaraq Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıqdan danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirib və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.

Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstar Hikmət Hacıyev ilə bir sıra mövzularda müzakirələr aparıb.

Hikmət Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif sahələrdə aparılan köklü islahatlar, ölkəmizin sosial-iqtisadi inkişaf modeli, “ASAN xidmət” təcrübəsi və regionun nəqliyyat qovşağına çevrilməsi barədə məlumat verib, Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri barədə danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsinə toxunan Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq, Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə, bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib. Bu xüsusda, H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. Şöbə müdiri Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin, ilk növbədə, Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporunun bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.

Sonda Prezident Administrasiyasının rəsmisi auditoriyanın suallarını cavablandırıb. Erməni lobbisinin təbirdə kütləvi şəkildə iştirak edən nümayəndələri tərəfindən Azərbaycan rəsmisinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.
OXŞAR MÖVZULAR