Impera

XƏBƏR LENTİ
11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir09:28Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB19:57Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib19:25İlham Əliyevdən vacib SƏRƏNCAM16:06BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi15:20Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib15:00Maliyyə Nazirliyi büdcə oğurluğu izini necə yayındırır... - QALMAQAL14:30Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı14:10XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir13:55Bakıda hotel 9153 manat cərimə edilib13:29SDU - da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin açılışı oldu12:52Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq12:04Mikayıl Cabbarovdan TƏYİNAT: Bu rayonlara rəis göndərdi11:51Məmur olmaq istəyənlərlə bağlı STATİSTİKA11:29Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sıxlıq var22:34Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər14:00Adnan Oktarın 870 il həbsi tələb olunur13:20Qarpızı zəhərə çevirən nədir? - VİDEO12:40Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb12:20Bakıda külək dəmir qapını qadının üzərinə aşırıb12:00Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəfat etdi11:40Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir11:20"İnter" müdafiəçi aldı - rəsmi11:00Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin01:5917 yaşlı futbolçu stadionda öldü01:5030 ildə iqlim elə dəyişəcək ki, Madrid Mərakeşə bənzəyəcək - Alimlərdən PROQNOZ17:27Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR17:15Aynur Dadaşovadan toyda ŞIDIRĞI RƏQS: oxumaq yadından çıxdı - VİDEO17:02Bu şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub16:46Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO16:34“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU16:18Fazil Məmmədovdan xəbər var15:50İran qırıcıları bu ölkəni bombalamağa başladı - VİDEO15:18QANDONDURAN HADİSƏ: Ölü bilib yandırmaq istədilər - Sağ olduğunu görüb... - FOTO14:48DİN məşhur həkimi axtarışa verdi - İnsan alverində ittiham olunur14:19DƏHŞƏT! Bakıda yaxalanan pedofilin görünüləri yayıldı - VİDEO
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (320)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır

15 iyn 2019, 16:50   
    15
Türkiyədən Azərbaycana mühüm dəstək - Ankara İrəvanı küncə sıxır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransaya səfər edib. Qardaş ölkənin baş diplomatı fransalı həmkarı Jan İv Le Drianla keçirdiyi mətbuat konfransında işğalçı Ermənistana çağırış edib. “Yeni Müsavat” xarici qaynağa istinadən xəbər verir ki, Çavuşoğlu İrəvana Osmanlı İmperiyasında uydurma “erməni soyqırımı” məsələsini öyrənmək üçün işçi qrupu yaratmağı təklif edib.

“Əgər Ermənistan özünə, haqlı olduğuna əmindirsə, o zaman otaq işçi qrupu təklifimizi qəbul eləsin. Qoy bu qrupa Fransa, Rusiya və ABŞ-dan da nümayəndələr daxil olsun. Ermənistan kimi istəyir ora təklif edə bilər. Gəlin, arxivləri açaq”, - deyə nazir qeyd edib və vurğulayıb ki, Türkiyə işçi qrupunun tədqiqatların yekununda gələcəyi istənilən qərarı qəbul etməyə hazırdır. O, həmçinin bu məsələ ilə bağlı elmi işlərin fövqündə verilən populist qərarları pisləyib.

*****

Türkiyə XİN rəhbərinin bu təklifi məhz Parisdə verməsi ikiqat önəm daşıyır. Çünki Fransa saxta soyqırım iddiası ilə bağlı ən çox canfəşanlıq edən, bundan zaman-zaman qardaş ölkəyə qarşı siyasi təzyiq aləti kimi istifadəyə çalışan böyük Avropa dövlətidir. Saxta genosidi inkara görə cəza nəzərdə tutan tək ölkə də yenə Fransadır. Az öncə isə prezident Emmanuel Makronun sərəncamı ilə 24 aprel Fransada “erməni soyqırımı” qurbanlarının xatirə günü kimi elan edildi.

Çavuşoğlunun son bəyanatı, onun Parisdən İrəvana səslənişi bu mənada olduqca yerinə düşür və Fransanı da, onun “kiçik bacısı” Ermənistanı da “naqolay” vəziyyətə qoyur, İrəvanı, faktiki, küncə sıxır. Ən əvvəl o səbəbə ki, qardaş ölkə rəsmiləri arxivlərin açılacağı təqdirdə erməni yalanlarının üzə çıxacağına və bu yalanlara həqiqət donu geydirməyə çalışan Fransa kimi Qərb dövlətlərinin rüsvay olacaqlarına əmindir.

Belə bir müstəqil işçi qrupu yaradılarsa, yekunda məlum olacaq ki, Osmanlı İmperiyasında soyqırımı türklər deyil, Rusiyanın, Fransanın təhriki və dəstəyi ilə elə ermənilərin özləri törədib. Odur ki, illərdir Ankaranın təklif elədiyi bu təklifə Ermənistanın razı olacağı inandırıcı deyil. Həm də o səbəbə ki, ermənilər uydurma “genosid” məsələsindən Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün istifadə edirlər - türklər tərəfindən “soyqırım”a məruz qalmış “əzabkeş xalq” olaraq.

Çavuşoğlunun təklifi bu xüsusda ermənilərin Qarabağa iddialarına da ciddi zərbədir və heç sübhisiz, İrəvanı küncə sıxmaq, fakt qarşısında qoymaq, onun təcavüzkar xislətini faş eləmək niyyəti güdür. Türkiyənin işğalçıya daha bir zərbəsi isə bir neçə gün öncə Ermənistanın bölgədə təklənməsinə hesablanmış Azərbaycan-Türkiyə-Gürcüstan formatı üzrə, faktiki, yeni hərbi ittifaqın yaradılması, üç ölkənin ortaq təlimləri barədə Qəbələ razılaşması oldu.

*****

O da maraqlıdır ki, Türkiyə XİN başçısının Paris səfəri ərəfəsində Fransa məhkəmələri bu ölkənin müxtəlif şəhərləri ilə Qarabağ arasında vaxtilə imzalanmış qanunsuz dostluq müqavilələrini ləğv edib. Gözlənildiyi kimi, bu da Ermənistanı təşvişə salıb. Ona görə ki, əvvəla, Fransa ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biri və işğalçıya rəğbəti olan Avropa dövləti sayılır, ikincisi isə, Fransa bununla faktiki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sayğı izhar etmiş olub.

“Fransa məhkəmələri Fransanın müxtəlif şəhərləri və Qarabağ arasında imzalanmış dostluq müqavilələrini bir-bir ləğv edir”. Bunu Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovannisyan deyib (teleqraf.com). Hovannisyanın sözlərinə görə, Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları bu prosesin qarşısını ala bilmir.

“Bizim səylərimiz nəticə vermir, Fransadakı diaspor təşkilatlarımız da öz vaxtlarını boş yerə xərcləyir. Ətrafımızda baş verən prosesləri görmürük, bu məsələlər heç kəsi maraqlandırmır. Məsələn, dünən (srağagün - red.) Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri Qəbələdə görüşdü. Bundan əvvəl Türkiyə və Azərbaycan Naxçıvanda birgə hərbi təlimlər keçirdi. Üç ölkənin müdafiə naziri hərbi əməkdaşlıq barədə anlaşdı, əslində dünən (srağagün - red.) bölgədə yeni hərbi ittifaq quruldu. Nə parlamentdən, nə də rəsmi İrəvandan buna reaksiya verilmir, Ermənistanda hamı səssizliyə çəkilib”.

V.Hovannisyan Ermənistanın təhlükə qarşısında qaldığını və ən böyük müttəfiqlərdən biri olan Fransanın da bu ölkədən üz çevirdiyini bildirib: “Minsk Qrupunun üzvü olan dövlətlərdən birində Ermənistan əleyhinə təhlükəli proseslər gedir. Bir-bir Qarabağ və Fransanın müxtəlif şəhərləri arasında imzalanmış dostluq müqavilələri Fransa məhkəmələri tərəfindən ləğv edilir. Bu, yaxşı təşkil edilən və Ermənistanı təhdid qarşısında qoyan bir kampaniyadır”.

*****
Diqqətçəkicidir ki, Qarabağ məsələsində ermənilərin digər, 1 nömrəli havadarı olan Rusiya da hazırda İrəvana isti münasibətdə deyil. Ermənistanın keçmiş prezidenti, Putinin yaxın dostu Robert Köçəryanla bağlı yaşanan olaylar buna parlaq sübutdur. Məlumdur ki, enində sonunda Putin öz dostunu zindandan qurtara bildi. Srağagün isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Köçəryanla görüşüb. Söhbətin məğzi açıqlanmır. Ancaq aydındır ki, Moskva bununla Paşinyana bir daha mesaj verib ki, onun adamları toxunulmazdır.

O da bəllidir ki, Dağlıq Qarabağdakı separatçı rejim İrəvandan çox, Moskvaya bağlıdır, Kremlin direktivlərini yerinə yetirir. Bu üzdən son günlər İrəvan-Xankəndi çəkişməsinin dramatik xarakter alması ən çox Moskvanın diqqətindədir.

“Moskva İrəvanla Qarabağ separatçıları arasında münasibətlərdə baş verənləri diqqətlə izləyir”. Bunu 1in.am saytına müsahibəsində erməniyönlü rusiyalı politoloq Stanislav Tarasov deyib (Axar.az). “Moskva çox istərdi ki, Ermənistanın inqilabi hökuməti Dağlıq Qarabağ məsələsində çox ağıllı davransın. Onların sözləri işləri ilə ziddiyyət təşkil etməsin. Mən digər rusiyalı ekspertlər kimi hesab edirəm ki, Paşinyan Saakyanı qovmamalı, onunla ittifaq qurmalıdır. Əgər Paşinyanın müşavirləri ona mane olsalar və Dağlıq Qarabağdakı ”hökumətin" uzaqlaşdırılmasına getsələr, Ermənistan hər şeyini itirəcək və bu, erməni dövlətçiliyinin varlığını sual altına qoyacaq", - deyə o bildirib.

Bu, artıq Moskvadan Paşinyan hökumətinə yeni və açıq bir hədədir. Hər halda, Tarasov bir qayda olaraq, Kremlin ovqatına uyğun açıqlamalar verir...
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR