Impera

XƏBƏR LENTİ
15:09Müxalifətin mitinqində “Sipark”a etirazlar – Video11:35Binəqədi DSMF-dən ciddi narazılıq11:30Türkiyə ordusuna hücum: şəhid və yaralı var11:25Qobustanda ev yandı, Bakıda faciənin qarşısı alındı11:21Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar11:15Əli Kərimli: “Az qala ölürdüm” / Siyavuş Novruzov: “Təxribat törətməyəydin”16:32Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılıb - Bu gündən16:08Gələn həftə dəyişikliklərin START DÜYMƏSİ BASILIR... - Kimlər gedir?15:54Rafael Cəbraylovun binaları sökülərsə... - "...binaların çoxu “kaçalka”ların yerində tikilib"15:34Ceyhun Bayramov işinin öhdəsindən gəlirmi? - Görünəni odur ki...15:22UEFAdan İKİLİ STANDART!!! - “Qarabağ”ı cərimələdi, amma erməni təxribatı ilə bağlı açıqlama vermədi13:00BANK SEKTORUNA “SARI VƏRƏQƏ” – Məmur-bankirlər son müşavirədən nəticə çıxaracaqlarmı?12:33Türkiyəyə qarşı ŞOK TƏLƏBLƏR: 60 deputat imzaladı12:11Sabiq nazir oğlu Londondakı şirkətlərini niyə bağlayıb?11:56Texniki-Humanitar Liseydə bazar qanunları - İTTİHAM11:34Vilayət Eyvazovdan növbəti — TƏYİNAT00:05Gömrük Generalının Çexiyadakı nəhəng mülkləri-FOTOLAR20:35"Bakı Metropoliteni"nin bütün stansiyalarının rəisləri və müavinləri dəyişib - SİYAHI20:17Sahil Babayevin abadlaşdırdığı “xarabalığın” əsl memarı Füzuli Ələkbərov: - Keçmiş nazir hələ “göylərdədir”20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.16:17SDU-da “Azərbaycanda elmin və təhsilin inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda elmi-praktik konfrans keçirildi15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (324)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sahil Babayevə çıxış qapısını göstərməyin zamanıdır... - Əvvəlindən TÜKƏNMİŞ ADAM

18 iyn 2019, 11:30   
    49
Sahil Babayevə çıxış qapısını göstərməyin zamanıdır... - Əvvəlindən TÜKƏNMİŞ ADAM

"2018-ci ilin aprelində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunan gənc Sahil Babayevdən cəmiyyətin gözləntiləri çox idi, ona görə yox ki, O, sosial sahəni, kasıbçılığın, yoxsul şəraitdə yaşamağın nə olduğunu yaxşı bilirdi, ona görə çox idi ki, O, bu sahədən milyardlar mənimsəmiş, Nazirliyi korrupsiya yuvasına döndərmiş Səlim Müslümov və Əjdər Cəbiyev tandemindən sonra bu sahəyə rəhbər təyin olundu". DİA.AZ bildirir ki, Bu barədə redaksiyamızagöndərilən Rafiq Məmmədov adlı müəllifin məqaləsində deyilir.

Məqalədə daha sonra qeyd olunur: "Cəmiyyət bu təyinatı bu cür başa düşürdü ki, Sahil Babayev məhz bu sahədəki vəziyyəti düzəltmək üçün bu sahəyə təyinat alıb. Hərçənd baxmayaraq ki, Səlim Müslümov da 2013-cu ildə nazir kimi qarşısında belə bir vəzifənin qoyulduğunu elan edərək işə başlamışdı. Nazir təyin olunan kimi iclas edib xeyli sayda işçini korrupsiya şəbəkəsi qurmaqda ittiham edib işdən çıxarmışdı. O vaxt pafos Səlim Müslümovun simasında özünün zirvəsinə çatmışdı. Sonrası isə hamıya bəllidir. Elektronlaşdırmadan danışa-danışa hakimiyyətin başını 5 il qatdı və qurduğu korrupsiya şəbəkəsi hesabına milyardlar mənimsədi.

Sahil Babayevin nazir olmasından 1 il 2 ay ötür. Bu müddətdə sosial müdafiə sahəsində nə və necə dəyişib? Sualın qısa cavabı belədir: pafos və məzmun əvvəlki kimi qalmaqla, bir sıra hallarda isə daha da pisləşərək, bir sıra forma dəyişiklikləri edilib. İndi isə bir qədər geniş:

İnsaf naminə deyək ki, Səlim Müslümov nazir kimi fəaliyyətinin birinci ilini rüşvətsiz yola verdi, yəni bir il dözüb, rüşvət almadı. Sahil Babayev isə heç bir ay dözmədi. Səlim Müslümov öz korrupsiya şəbəkəsini “elektronlaşdırıram” deyib pərdələyirdisə, Sahil Babayev “dostlaşdırıram” deyib pərdələyir.

Bir ildir “dostlaşdırmanın” televiziyalardan tutumuş hər yerdə gurhagur reklamı gedir. Haydı qoymayın bəs biz mexanizm icad etmişik, “dostlaşdırmadan” sonra sosial sahədə hər şey fontan vuracaq, hamının sosial müdafiəsi kəllə çarxa çıxacaq. Adamdan soruşan gərək ki, əşi açacağın bu DOST mərkəzləri yaranandan sonra bəyəm pul və iş yerləri istehsal edəcək ki, sən də onu kasıblara payalayarsan? Niyə yalandan pafosla şişirdib bildirirsən ki, 140-dən çox xidməti cəmləşəcək orda. Hansıdı o xidmətlər? Lap tutaq ki, məşğulluq məsələsi cəmləşdi orda. Bu nəyi dəyişəcək? Ora müraciət edənlər işlə təmin olunar? Oranın indiyə qədər mövcud məşğulluq mərkəzlərindən fərqi nə olar? Əlbəttə ki, heç nə. Sadəcə hər dəfə quru statistika səsləndirilib, insanların gözünə kül üfürüləcək, bəs nə bilim neçə min adam DOST mərkəzlərinin xidmətindən istifadə edib, ağzı bala batıb. Niyə imkanları və nəticələri öncədən bəlli olan bu kimi məsələləri pafosla şişirdib, insanlar yalandan ümidləndirilir? Niyə sonradan bu insanlara xəyal qırıqlığı yaşadıb, onlar hakimiyyətdən incik salınır? Məqsəd nədir? Sahil Babayev kimə və kimlərə xidmət edir? Bu sonuncu sualın yarımçıq cavabı isə heç şübhəsiz ki, belədir: kimə xidmət etdiyini bilmək olmasa da, bilinən odu ki, bu xidmət xalqın və hakimiyyətin xeyrinə deyil.

Sahil Babayev özünün “dostlaşdırma” nağılları ilə hakimiyyəti yola verə-verə, başladı işsiz, kasıb insanlara 2500 manata rəsmiləşdirdiyi, real bazar qiyməti heç 500 manat olmayan qotur inəklər sırımağa. Bir adama iki inək verildiyindən Sahil Babayev hər adamdan nə az, nə çox, düz 4000 manat pul qazanır. Beləcə, hökümətin işsiz kasıba ayırdığı 5000 manat pulun 80%-ni fərasətli Sahil Babayev onlardan çırpışdırır. Bu məsələ ölkənin ali qanunverici orqanı olan Milli Məclisdə bütün kəskinliyi ilə səsləndirildi. Normalda bu iş üzrə dərhal cinayət işi qaldırılmalı idi. Amma nədirsə, Sahil Babayevə hələ ki, gözün üstə qaşın var deyən tapılmır. O da bu fürsətdən bolluca istifadə edib, özünün qotur inək siyasətini var qüvvəsi ilə davam etdirir. Soruşanda ki, niyə qotur inək siyasətinlə həm dövlətin pulunu dağıdırsan, həm də onsuz kasıb şəraitdə olan insanları daha da yoxsulluğun dibinə yuvarladırsan? Cavab verir ki, biz “dostlaşdırırıq”. Aydındır ki, heç bir kasıb insan qotur inək saxlamaqla kasıblıqdan çıxa bilməz. Burada sadəcə dövlətin pulu göyə və ciblərə sovrulur. Əslində dövlətin ayırdığı 2500 manat cins inəyin puludur. Onu qotur inəyə çevirən Sahil Babayevdi. Heç şübhəsiz ki, Sahil Babayev bu yolla kasıb insanları hakimiyyətdən narazı salmağından xəbərdardır. Görünür onu hakimiyyətin nüfuzu yox, öz cibi daha çox maraqlandırır.

Sahil Babyevlə bağlı ən başlıca narahatçılıqlardan biri ondan ibarətdir ki, O, cəmiyyətə məhz ölkənin birinci Vitse-Prezidenti, hörmətli Mehriban xanım Əliyevanın kadırı kimi təqdim olunur. Hər kəsə məlumdur ki, Mehriban xanım cəmiyyətdə xeyirxah, yardımsevər, mərhəmətli insan kimi qəbul olunur. Bu isə o anlama gəlinir ki, onun kadrları da fəaliyyətlərində əsasən bu prinsipləri rəhbər tutanlar olmalıdı və heç şübhəsiz ki, belə də olacaq. Lakin cəmiyyətdə eyni zamanda bu fikirə daban-dabana zidd digər bir fikir də formalaşıb: kimə deyəndə ki, bəs bütün bu qanunsuz işlərdən sonra Sahil Babayev çətin ki, nazir kimi çox vəzifədə qala bilsin, onda adama cavab verirlər ki, heç kim onu çıxartmaz, çünki O Mehriban xanımın kadırıdı. Açığı bu mövqe yuxarıda qeyd olunanlara əsasən başadüşülən olmur. Necə bəyəm Mehriban xanım özünün rəhbər tutduğu prinsiplərə zidd fəaliyyət göstərən kadrları müdafiə edir? Onlar hər nə qanunsuzluq etsələr Mehriban xanım onları müdafiə edəcək? Bu qəti inandırıcı deyil, amma təəssüf ki, Sahil Babyevin timsalında cəmiyyətə belə bir ziyanlı mesaj ötürülür. Şübhəsiz ki, bu həm də Mehriban xanımın cəmiyyətdə formalaşmış müsbət reputasiyasını zədələməyə hədəflənmiş çox zərərli bir fəaliyyətdir. Bunun belə davam etməsinə, yəni cəmiyyətdə özünə yer edib, yaşamaq haqq qazanmasına heç cür imkan vermək olmaz. Yəqin ki, aidiyyatı orqanlar bunu nəzərə alıb, vaxtında lazımi tədbir görəcəklər.

Məlum məsələdir ki, Sahil Babayev sosial sahəyə yad adamdır. Belə olmasaydı bu sahə ilə bağlı normal bir ideyası olardı, yoxsa ki, Füzuli Ələkbərovun qotur kadırı Heybət İmanovun ümidinə qalmazdı. O Heybət İmanov ki, Füzuli Ələkbərovun zamanında işi gücü Nazirliyin yaxınlığındakı qarajda rayon ƏSMM-lərin müdirlərindən xərac toplamaq olub. Bir halda ki, Sahil Babayev Heybətin ümidinə qalırdı, onda elə yaxşı olmazdımı yuxarılara bildirərdi ki, bəs mənim nə özümün bu sahədə təcrübəm var, nə də ki, elə bir kadırım var.

Yeganə ümidim Füzuli Ələkbərovun kadırınadı, ona görə elə yaxşı olar ki, Füzuli Ələkbərovu yenidən öz yerinə qaytarasınız. Bu daha yaxşı yol olardı. Görünür özünün qotur inək siyasətini reallaşdırmaq istəyi ona güc gəlib.

Heç bir halda imkan vermək olmaz ki, Sahil Babayev də Səlim Müslümov kimi 5 il vaxt uda bilsin. Hakimiyyət çox tezliklə onu əvəzləyə bilsə, bu ilk növbədə hakimiyyətin cəmiyyətdə reputasiyasının birə on yüksəlməsinə səbəb olacaq. Sahil Babayevin olar olmaz ideyası ancaq DOST mərkəzləri ilə bağlıdır. Bu adam növbəti illərdə də nazir postunda qalsa danışacağı ancaq “dost”dan olacaq. Artıq birmənalı şəkildə bu adamı nazir kimi tükənmiş saymaq olar. Hərçənd baxmayaraq ki, heç əvvəldən tükənməli də bir nəsə yox idi".

Dia.az
OXŞAR MÖVZULAR