Impera

XƏBƏR LENTİ
13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR15:45Bu rüsumun qiyməti 1000 manatdır - DMX-nin rəisi15:36SDU-nun Mühəndislik fakültəsinə müasir laboratoriya avadanlıqları alınıb14:33Adam oğurlayaraq işgəncə verən keçmiş idmançımızın məşqçisi: "Atası deyirdi ki, pul lazımdır"14:14Atambayevin tərəfdarları ad günündə mitinq keçirəcək14:03Şəkidə infotur çərçivəsində konfrans keçirilib13:53Abşeron və Sumqayıtda yaşayanlara XOŞ XƏBƏR! – VİDEO13:28"Qarabağ" - "Sevilya" oyununun biletləri satışda13:09Azərbaycan vətəndaşlarının daha çox hansı ölkədən geri qaytarıldığı məlum olub12:54Azərbaycanda İLK: Qidalar bu texnologiya ilə yoxlanılacaq - FOTO12:23DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz12:00Azərbaycan Ordusu 10 minlik hərbçi ilə genişmiqyaslı təlimə başlayır10:57Mərhum pilotumuzla bağlı xəbər yayıldı - İfşa edin...10:36Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"10:33BirKart-la UNEC-də təhsil haqqını hissə-hissə ödəmək olar09:54Ermənilər atəşkəs rejimini 20 dəfə pozub18:00Melaniya Trampın plaşı qalmaqala səbəb oldu - FOTO17:32Biləsuvar Məşğulluq Mərkəzinə qarşı ŞOK İDDİA-VİDEO17:20Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur - Süni mayalanma gizlədilir17:0022 yaşlı atadan körpəsinə qarşı dəhşətli əməl15:52Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək14:41Bakının bu metrostansiyası təmirə bağlanacaq14:16İlqar Məmmədov: “Əli Kərimli ilə debata razılıq verdim”14:03Volfqanq Şoyble Azərbaycana gələcək13:5328° dərəcə isti - HAVA PROQNOZU13:44“Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşdi13:35Girnədə silah-sursat anbarında partlayış olub13:22Elinanın ölümündə təqsirli bilinən direktor barədə MƏHKƏMƏ QƏRARI VERİLDİ13:13Vilayət Eyvazov Zeynalovu rəis TƏYİN ETDİ12:44Prezident İlham Əliyev Bakıdakı 101 nömrəli məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub11:49“Xətai” açıldı11:35Bakıda bir qrup abunəçinin qaz təchizatı dayandırılacaq11:27Badamdar sakini Bəybala Hüseynovla bağlı Prezidentə müraciət etdi11:19Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR11:06Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR10:47Pambıq yığımına start verilir - prosesə ciddi nəzarət olacaq10:35Bakıda daha 570 güzəştli mənzil satışa çıxarıldı - QİYMƏTLƏR10:09Müdafiə Nazirliyi: Düşmən atəşkəs rejimini 21 dəfə pozub01:00Göyçayda Loğman və Əhliman Əliyevlərin məcaraları bitmir23:48Dəyəri yüz minlərlə ölçülən avtomobillər, bahalı restoranlar: - Qlamur YAP-çının hekayəsi21:56İmişliyə Bakıdan başçı göndərilir... - Vilyam Hacıyevi himayədarları meydanda tək qoyası olacaq...21:54“Zamin Bank”ın Biləsuvar filialının müdirindən Zakir Qaralova şikayət: “Pulları yığıb cibinə qoyub”17:50İnam Kərimovdan işdən qovduğu direktorun yerinə - TƏYİNAT17:40“Qaçqınların əksəriyyətini sərhəd və təmas bölgələrində yerləşdirmək lazım idi...”17:30Model olmağa hazırlaşan qızın burnunu qırdılar - QORXUNC...17:20Sabit Səmədova yüksək vəzifə verildi - ƏMR17:09Azərbaycanda uşaq pulu BƏRPA OLUNACAQ? - Baş Nazirin müavini AÇIQLADI16:45"Azərbaycanın ən güvənli tərəfdaşı ABŞ deyil, Rusiyadır" - Y.Hacıyevadan İLGİNC AÇIQLAMA16:35Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi16:03Deputat: Maaşlar, pensiyalar, müavinətlər diqqət mərkəzində olacaq15:49Bakının mərkəzində 6 otaqlı ev yandı15:36Mahir Emrelinin evi QARƏT OLUNDU15:22Türk dövlətlərinin ortaq kəşfiyyat qurumu nə iş görəcək? - çox böyük əhəmiyyəti var15:05"Kiminlə oturduğunuzu göstərəcəm ki, evinizdə qırğın düşsün"14:44"Qarabağ"ın Beqoviçindən yeni açıqlamalar - "O cür pul qazanmaq mənə görə deyil”14:37Türkəçarə ilə müalicə, yoxsa travmadan travmaya-Problem14:33İQTİDARIN SİYASƏTİ SABOTAJ OLUNUR, YOXSA…? – Əhalinin sağlamlığı ciddi təhlükə altındadır! (Araşdırma)14:28Əli Əhmədovla Sərdar Cəlaloğlu arasında gərginlik14:12"Nu poqodi"dəki canavarın adı "Zayesdir" - Şəbnəm Tovuzlu13:58“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ13:48Uşaq pulu hansı formada olmalıdır? - TƏHLİL13:20Arda Turan cəzalandırıldı - Berkayla növbəti məhkəmə13:03Azərbaycandakı karqo şirkətləri insanlardan niyə əlavə xərclər tutur?12:52Təhsil Şurasını ələ keçirənlər məhkəmə qarşısında12:16Metro istifadəçilərinin nəzərinə! sentyabrın 14-dən...12:05Azərbaycandakı bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə...11:45Bakının "ən xəstə" rayonları bəlli oldu - SİYAHI11:15Dünyanın ən qeyri-dəqiq aeroportlarının REYTİNQİ11:00Təhsil naziri: Azərbaycanda iki növbədə oxuyan şagirdlərin sayı 35 faizdən 14 faizədək azalıb10:52Bu şəxslərin maaşları artırılır - QƏRAR22:30Sumqayıt Gömrüyünün "şefi" Vəzir Həsənovun Çex Respublikasındakı biznesinin DGK-inin şöbə müdürü olan şəriki kimdir? - FOTO19:40Erməni şirkətləri Azərbaycana necə yol tapır? - Gömrükdəki problem18:00Sabah dollar neçəyə olacaq?17:40"ABŞ Suriyadakı terrorçulara 50 min TIR silah-sursat göndərib" - Ərdoğan17:20Yığmamızın DÇ-2020-nin seçmə mərhələsində keçirəcəyi oyunların TƏQVİMİ17:09Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi16:12NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub16:02Afət Fərmanqızından sərt REAKSİYA: “Mənim ifamı izləyənlər 11 milyondu, Sami Yusufda neçə milyondu?15:47Aşura ilə bağlı bu saata qədər könüllü qan verənlərin sayı açıqlandı15:35Saytların kölgəsində qalan bloqlar...
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (299)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM

18 iyn 2019, 12:52   
    42
Tovuzda böyük RÜŞVƏT SKANDALI... - İTTİHAM

Ukraynanın sayca 6-cı Prezidenti Volodimir Zelenski andiçmə mərasimində məmurlar qarşısında ilk tələbini qoyub: “Kabinetlərinizdə divarlara mənim yox, öz uşaqlarınızın şəkillərini asın və hər hansı qərar qəbul edəndə onların gözlərinə baxın”.
Bu səsləniş birbaşa vicdana xitabdır. Təsəvvür edin ki, hansısa məmur rüşvət almaq istəyərkən gözləri övladının şəkilinə sataşır və aldığı həmin haram pulla uşağını yedirib-yetişdirdiyini göz önünə gətirir və çirkin əməldən vaz keçir. Əlbəttə vicdanı olmayan kəs övladının portetinə baxıb, rüşvəti alaraq “bunu onun daha yaxşı həyat sürməsi üçün edirəm” fikirində olacaqdır. Bütün hallarda Zelenskinin həmin tələbi hamıya təsir etməsə də, bir çox məmuru vicdanı ilə üz-üzə qoyacaq.

Nədir korrupsiya?

Korrupsiyanın nə olması ilə bağlı bir çox anlayış mövcuddur. Dünya Bankına görə, korrupsiya - öz ictimai mövqeyindən şəxsi maraqlar üçün istifadəyə deyilir. Korrupsiyaya daha geniş anlayış isə Avropa Komissiyası tərəfindən verilib. Korrupsiya rüşvət və bu kimi mənfi halları əhatə etməklə şəxsi maraqları güdən, ictimai marağa zidd olan, qanunlardan kənar fəaliyyətdir.
Korrupsiya — dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır. Korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır.
Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir.
Korrupsiya pul ilə və ya digər maraqlarla əlaqədar ola bilər, lakin bilavasitə pul vasitəsiylə həyata keçirilmir. Birbaşa pul vasitəsiylə maraqların qarşılanması, müəyyən məsəslələrin “qısa” yolla həllinin həyata keçirildiyi anlayış - rüşvətdir.

200 min manatlıq təyinat

Indi gəlin təsəvvür edək ki, Tovuz Təhsil Şöbəsinin müdirəsi Hüseynova Zelenski dediyi kimi başının üstündən uşaqlarının şəklini asıb. Görən korrupsiyaya son qoyacaqmı? İnanılası deyil. Niyə məhz Tovuz və niyə məhz Validə Hüseynova?
Sadəcə nümunə kimi.
Azerinfo.tv olaraq qeyd edək ki, Tovuz təhsili başdan ayağa rüşvətə yoluxmuş təhsilimizin bariz nümunəsidir.
Hə, bu o təhsil şöbəsidir ki, kişiləri belə analıq məzuniyyətinə yollayırmışlar. Bir zamanlar “Meydan tv” bütün dünyaya bu absurd qərarı çatdırmışdı.
Tovuz rayon sakinləri deyir ki, yerli təhsil sistemində yaşanan neqativ hallar, baş alıb gedən qanunsuzluqlar əhalini bezdirib.
2012-ci ildən Tovuz təhsilinə rəhbərlik edən Validə Hüseynovanın fəaliyyəti, hal-hazırda rayon ictimaiyyəti tərəfindən məqbul qiymətləndirilmir. Sakinlərin iddialarına görə, o, qeyd olunan ildən yarıtmaz fəaliyyəti ilə bu sahənin həm məhvinə, daha çox isə geriləməsinə səbəb olmuşdur.
Bəs necə olub ki, belə bir adam Tovuz Təhsilinə rəhbər gətirilib.
Validə Hüseynova 2010-cu il parlament seçkilərində deputatlığa namizəd oldu və amma MM-də əyləşə bilmədi. Buna baxmayaraq o, çox keçmədi ki, hansısa himayədarının “dobro” deməsindən sonra, Tovuz təhsilinə rəhbərlik etmək ixtiyarını da qazana bildi.
Mənbələrimiz xəbər verir ki, həmin vaxt icra başçısı olan Tofiq Zeynalova 200 min verilibmiş ki, Validə Hüseynova Milli Məclisə düşə bilsin. Təbii ki, Tofiq Zeynalovun belə bir gücü yox idi. Seçkidə uduzan Hüseynova başçını şantaj edir və pulunu geri istəyir. Nəhayətdə belə razılığa gəlinir ki, deputatlıq sevdasından vaz keçsin və yerli təhsilə rəhbərlik etsin.
Vəssalam, o gündən Tovuz təhsilinin qara günləri başlayır.

“Məktəbləri bardağa çevirib”

Tovuz təhsilində 17 minlik qalmaqal- Sabiq məktəb direktoru TŞ müdirəsini prokurorluğa verdi

Müasir Müsavat Partiyasının sədri, son prezident seçkilərində namizəd olmuş Hafiz Hacıyevin KİV-ə verdiyi müsahibələrin birində Tovuz rayon Təhsil Şöbəsinin müdiri Validə Hacıyeva haqqında söylədiyi qalmaqallı açıqlama hələ də internet resurslarında (youtobe kanalında) durur. Hacıyevin sözlərini məzmununu saxlamaq şərtilə kiçik reaktə ilə təqdim edirik: «Müəllimlər şikayətlənirlər, qadın şöbə müdiri hər ay onların maaşından 30-50 manat kəsir ki, bəs hansısa fonda köçürürəm. İcra başçısından soruşursan, deyir məni başqa yerdən qoymurlar. Demək, bu qadın gedib Bakıda kiminsə qucağında oturubsa, başçının ona gücü çatmamalıdır. Məktəbləri bardağa çevirib”
Validə Hüseynovanın qol qoyduğu qanunsuzluqlardan biri də, rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməsi və minbir yollarla ələ keçirməsi də olub. Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində fəaliyyət göstərən təhsil müəssisələrindən bəziləri bərbad haldadır. Hər il avadanlıqlar almaq məqsədilə büdcədən ayrılan vəsaitlərə, heç də yeni avadanlıqlar alınmır. Məhz, ötən illərdə alınmışlar təmir olunaraq qaydaya salınır və rəsmi sənədlərdə yeniləri alınıb deyə sənədləşdirilir. Təhsilə ayrılan yanacağın “qeybə çəkilməsi” də, başqa bir söhbətin mövzusudur. Digər bir məqama da diqqət yetirək. Validə xanım adı çəkilən təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, təhsil şöbəsinin bütün strukturlarında nəzarəti tam ələ keçirir. Bu da ona digər vəzifə sahiblərinin hansısa maxinasiyalara qol qoymalarına, nəsə əldə etmələrinə imkan vermir. Onun belə bir addımlarının nəticəsi o olur ki, əldə olunan gəlirlər bir əldə cəmləşir və onun özünə çatdırılır. Məsələn, əgər bir kimsə yaxınını təhsil şöbəsinə hansısa işə düzəltmək istəyərsə, o zaman o, "get “haqq-hesab”ı düzəlt gətir, mən özüm həll edəcəyəm” deməkdən də çəkinmir.

Bir sözlə onun rəhbərliyə təyinatından sonra Tovuz təhsilində həyacan təbili çalındı, əksər direktorlar daşıdıqları vəzifələrinə “əlvida” dedilər, peşəkar müəllimlərin çoxu olmazın oyunlara da salındılar. Baş verən və daha çox narazılıq hissinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də, dərs saatlarının bölgüsü zamanı ədalətsizliyə yol verilməsi hallarının varlığıdır.
Bu gün rayonda baramaçılığın inkişafı adı altında Validə Hüseynova hər məktəbdən 150 manat yığır.
Aylıq “idarə haqqı” isə hər məktəb üçün 200-300 manat aralığında dəyişir. İndi bu məbləğləri məktəblərin sayına vurun və aylıq qazancı hesablayın. Pis deyil eləmi?

Yeni qalmaqal yetişir

Bu yaxınlarda Tovuz Rayonu , Əyyublu kəndində yerləşən 1 saylı məktəbin direktoru Cəmşid Sadıqov vəzifəsindən çıxarılıb.
Təcrübəli pedaqoqun yerinə Tovuz Təhsil Şöbəsində məsləhətçi işləmiş Məhhəbbət Hüseynova təyin olunub.
Bu Məhəbbət Hüseynovadan dəfələrlə prokurorluğa şikayətlər olunub. Rüşvət almaqla bağlı yəni. Ancaq nə edəsən ki, məhz beləsi Validə xanımın rəfiqəsiir və etibarlı adamıdır.

Yeri gəlmişkən Cəmşid Sadıqov Validə Hüseynovadan prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib.
Sən demə təhsil şöbəsinin müdirəsi onu direktorluqda saxlamaq üçün 17 min manat rüşvət alıb. Ancaq vədinə xilaf çıxıb. Maraqlıdır ki, həmin məbləği Cəmşid Sadıqov neytral zonada- Gədəbəy polisinin, “pasportstol”un əli ilə.
Çox maraqlı proseslərdir və gedişatı izləyəcəyik.
Azerinfo.tv
OXŞAR MÖVZULAR