Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (433)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Tam bir zülm məngənəsinin içindəyəm" - Eldar İbrahimovun qardaşına İTTİHAM

18 iyn 2019, 17:12   
    35
"Tam bir zülm məngənəsinin içindəyəm" - Eldar İbrahimovun qardaşına İTTİHAM

“Tam bir zülm məngənəsinin içindəyəm. Məsləhət və yardımlarınıza ehtiyacım var. Bu zülm məngənəsinə düşməyimin də səbəbkarı 1995-ci ildə Rusiyadan Bakıya gələrək bir banka sahiblənən, sonra 1997-ci ildə İçəri şəhər Mirzə Şəfi 20 ünvandakı binanın 1 və 2-ci mərtəbələrində yerləşən mənzilləri alaraq, binanın üst qatlarının ona məxsusluğundan riqqətlənib, sonradan binanın yarımzirzəmisində yerləşən dükanın da ona aid olduğu iddiası ilə ona qanunsuz sahiblənmək istəyinə düşmüş, hörmətli deputatımız, sevimli insan Eldar İbrahimovun üz qarası olan qardaşı Heydər İbrahimovdur”.

Bu sözləri Bakı şəhər, Yasamal rayonu, C. Cabbarlı küçəsi, ev 20/67, mənzil 21-də qeydiyyatda olan Əliyev Cəlal İsmayıl oğlu sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, Heydər İbrahimov 25 ildən çox bir müddətdə dükan kimi fəaliyyət gösrtərən, iki dəfə əsaslı təmir olunmuş obyekti mənimsəmək istəyir. Cəlal Əliyevin statusunu olduğu kimi təqdim edirik:

“1993-cu ildən etibarən Nigar Quliyeva tərəfindən (2016 cı ildə haqq dünyasına qovuşmuşdur) dövlətdən rəsmən icarəyə götürülməklə dükan kimi işlədilmiş və sonradan 2004-cü ildə tam qanuna müvafiq şəkildə dövlət xəzinəsinə N qədər pul köçürülməklə özəlləşdirilən və sonrada 2005-ci ilin yanvarında bəndənizə notarial qaydada, dövlət şəhadətnaməsi ilə satılan bu obyekt,(üstündən 15 ilə yaxın müddət keçməsinə, bu məsələ 2004-cü ildə Ali Məhkəməyə qədər Nigar Quliyevanın xeyrinə çözülməsinə baxmayaraq) 2018-ci ilin avqustundan yenidən Heydər İbarhimov tərəfindən mübahisə predmeti kimi məhkəməyə yönləndirilmiş və mənim haqsız məhkəmə proseslərində süründürməçiliyimə rəvac olmuşdur. Heydər İbrahimov 2018-ci ilin avqustun 2-də qaldırdığı, (mənim Nigar Quliyeva ilə bağladığım alqı satqı müqailəsinin etibarsız hesab edilməsi və əmak komitəsinin 2004-cü ildə özəlləşmə ilə bağlı çıxardığı qərarın ləğvi ilə bağlı) Səbail rayon məhkəməsində qaldırdığı iddia üzrə işi uduzmaqla yanaşı, mahiyyəti eyni olan iş üzrə İnzibati İqtisad məhkəməsində də qaldırdığı iddia azmış kimi, indi də Səbail məhkəməsindən appelyasiya şikayəti vermişdir.İnzibati İqtisad məhkəməsində hakim Elvin Əliyev, Appelyasiya məhkəməsində hakim Zaur Əliyevdir”.

Mülkiyyətçi Heydər İbrahimovun necə milyonçu olmasına da diqqət çəkib: “Bununla da hal hazırda iki məhkəmədə, Apelyasiya və İnzibati İqtisad məhkəmələrində uca Allah tərəfindən və gözəl dövlətimiz tərəfindən toxunulmaz bilinən mülk haqqımı qorumaq və Sizlərə məsələni tam təfərruatı ilə danışmaq məcburiyyətindəyəm.

Əvvəlcə Heydər İbrahimovun “Bakı sərgüzəştləri” və ya “O necə milyonçu oldu”, adlı tarixçəsinin qısa xrestomatik təfərrüatını nəzərinizə çatdırım. Bütün burda gətirəcəyim faktlar cənabı şərifimizin öz müsahibələrində verdiyi məlumatlar əsasında olduğundan, onun mötəbər işgüzar nüfuzunu sarsıtmayacağım qənaətindəyəm. Yuxarıda göstərdiyim kimi, Heydər İbrahimov 1995-ci ildə Bakıya gələrək bir banka sahibləndiyini demişdir (Universal Bank). Lap əcəb eləmişdir. Amma Sovetlərin yenicə dağılmış olduğu bir zamanda, qərib bir eldə adam görəsən hansı nəhəng mənfəətgətirici bir işlə məşğul olmalıymış ki, belə tezliklə, faktiki bir neçə ilə bank almaq qədər zənginləşsin? (SSRİ rəsmən 1991-ci il dekabrın 26 da dağılmışdır). Babal yumaq bizlik deyil də, amma sual doğma məsələsi də təbii məsələdir.

Sonra 1997-ci ildə İçəri Şəhərdə Mirzə Şəfi 20 ünvanda yerləşən binadan mənzil 1 və 3 olmaqla, 1 və 2-ci mərtəbələrə sahiblənmişdir. Xub, bunu da sovet və postsovet Rusiya dövrünün çevik mənfəət bəhrələnmələri ayağına yazaq. Indi sonradan atılacaq addımların, yəni Ağaye İbrahimovun sonrakı atdığı addımların üslub qayəsinə fikir verək.

Söhbət üslubdan düşmüşkən, Səbail rayon məhkəməsində (16 aprel 2019 cu il) prosesi uduzmamışdan əvvəl rəsmən hakimə mənimlə barışıq haqqnda müraciət ünvanlaması, prosesə yolladığı vəkili vasitəsilə proses başlar – başlamaz məhkəmə salonunda məndən barışıq istəməsi də görünür Heydər İbrahimov üslubu qayəsinə aiddir.

Demək 2019-cu il aprelin 12-si Heydər İbrahimov 1 saylı İnzibati İqtisad məkəməsinə eyni məsələ ilə bağlı eyni iddia ilə müraiciət etmiş və bununla yanaşı Səbail rayon məhkəməsinə iddia ərizəsini geri götürmək və qarşı tərəfə barışıq təklifi ilə müraciət ünvanlayır. Ortada faktiki aprelin 12-dən özünün İnzibati İqtisad məhkəməsində qaldırdığı yeni iddia ərizəsi ola ola, aprelin 16-sı məhkəmə günü (Səbail rayon məhkəməsində), vəkili vasitəsi ilə rəsmən barışıq təklifi ilə çıxış edir. Siz “barışığa” baxın, barışıq adıyla işlənən riyakarlığın, hiyləgərliyin dərəcəsinə baxın.

Demək iddianı Səbail məhkəməsindən geri götürməklə məsələnin hər zaman yenilənməsini qüvvədə saxlayıb, İnzibati İqtisad məhkəməsində eyni məsələ üzrə yeni iş qaldırmaqla mənə ikiqat təsir gücü əldə etmək nəzərdə tutulubmuş. Bütün bu mənfur gedişlərsə yeganə bir tamah məqsədi güdür. 2005-ci ildə min bir əziyyətlə qazanıb aldığım daşınmaz əmlakımın dəyər dəyməzinə məndən alınması, bütün binaya sahiblənərək onun sonrakı taleyinin tamahkar məqsədlərə yönəldilməsi.Savadlı vəkil Günay xanımın ayıq-sayıqlığı sayəsində Heydər İbrahimovun bu mənfur hiyləsi də keçmədi və proses davam etdirilərək gözəl hakimimiz Şahin Abdullayevin ədalətli hökmü ilə sonuclandı. Hakim iddianı tam əsassız hesab etdi. Saxtalaşdırdığı qondarma ekspert rəyi də karına yetmədi. Hakim ekspert rəyinə haqlı iradlar bildirdi.

İndi isə H. İbrahimovun 1995-ci ildə aldığı bankın fəailiyyət tarixinə ötəri nəzər salaq.

“Kövsər bank”ı fəaiyyəti dövründə iki dəfə lisenziyası əlindən alınmaqla (2001 və 2011-ci illərdə) və sonradan məhkəmə çəkişmələri sonucu olaraq Mərkəzi Bank tərəfindən bərpa edilməklə, 2015 də adının qəzet səhifələrində “İranın çirkli pullarının yuyulması” kimi hallanması və özünün bu haqqda modern.az saytında təkzibləri ilə, əvvəlcə 1995-də Universal Bank kimi alınıb, sonra ehmallıca 2001-ci ildə necə “Kövsər Bank”a, 2015-dən elə o ehmallılıqla “Caspian Development Bank”a çevrilməsi ilə, sonra necə 2015-də səhmlərinin 76 faizini 38 milyon manata satılmaqla başqa bir bankla əvəzlənməsi, o əvəzlənənin də əvvəlcə “Ata Bank”la birləşib, sonra elə onun içindəcə əriməsi faktları ilə mükəmməl jurnalist araşdırma mövzusu ola biləcək “möhtəşəm” tarixi bir yol keçmişdir. https://modern.az/az/news/10679 ,
https://news.lent.az/news/52839 , https://afn.az/iqtisadiyyat/733-kvsr-bank-adn-dyiib.html ) Nə əfsus ki bu “möhtəşəm” tarixi yolda qazandığı milyonlarla mənim minbir əziyyətlə qazanıb aldığım 45,9 kvadrat metrlik zirzəmi mülkümün üstündən indi buldozerlə keçmək niyyətindədir…

Qayıdaq məsələnin əsas tərəfinə. Demək 1997-ci ildə H.İbrahimov yuxarı mərtəbələrdəki mənzillərə sahibləndiyi zaman binanın yarımzirzəmisində yerləşən sahə artıq 4 ildən artıq bir müddət idi ki Nigar Quliyeva tərəfindən dövlətdən dükan kimi rəsmən icarəyə götürülmüşdü (ondan əvvəl, bir köhnə qonşunun dediyinə görə, Neftçilər prospektindəki dükanın anbarı kimi fəaliiyətdə olmuş) və rəsmən dükan kimi fəaliyyət göstərməklə konkret mənfəət gətirirdi. Obyektin icarədarı olmaq mümkünsüzlüyü və dükana ucuz sahiblənmək xisləti Heydər İbrahimovu görünür rahat buraxmamış və digər yollara əl atmağa vadar etmişdir. Elə təxminən bu ərəfələrdə Nigar Quliyevanın iş ortağı Cahanbala tam əyyaşlığa qurşanıb tüfeyli həyat tərzi sürməsi üzündən dükandan tam uzaqlaşdırılmışdı (Nigar Quliyevanın dediklərindən). Bu uzaqlaşdırmadan sonra Cahanbala hər gün sərxoş vəziyyətdə ətraf dükanları gəzərək, doğma qardaşı arvadının ünvanına normal insanların qulaqlarını belə qızardacaq hədyanları söyləməkdən çəkinmir və dükanın əsil sahibin o olduğunu deyirmiş.(Diqqət yetirin, həmin dövrdə dükan dövlət əmlakı olmaqla yanaşı, Nigar Quliyeva tərəfindən rəsmən icarə olunurdu) Yaranmış şəraitdən maksimal yararlanmaq və dükana ucuz yiyələnmək xisləti sonunda Heydər İbrahimovu Cahanbala ilə qanunsuz sövdələşməyə girmək kimi bir cinayətə sürükləyir. 2001-ci ildə Heydər İbrahimov Cahanbalaya 5 min dollar verərək (sonradan bu pulun Cahanbaladan alındığı deyilir), əlindən, “dükanın halallığını verdim” məzmunlu kağız alınmaqla (bu kağız parçası Heydər İbrahimovun Nigar xanımla 2004 cü ildə məhkəmə çəkişməsində keçmişdir və bu fakta görə Nigar xanım Heydəri də, Cahanbalanı da tutduracağını deyirdi, sonradan görünür məhkəmə proseslərini udduqdan sonra fikrindən daşınmışdı) dükanı almış olduğunu düşünür. Bir daha üsluba fikir verin. Həmin il, yəni 2001 ci ildə bankının adını dəyişib “Kövsər İslam Bank”ı qoyan, halal, faizsiz bank nəğmələri altında, faktiki əlində heç bir sənəd olmayan, əyyaş, tərbiyəsi, əxlaqı sıfırlanmış bir adamdan dükan almaq kimi sövdələşməyə girmiş və sonradan da bu dükana, mənim zirzəmimdir, deyərək, sahiblik iddiası irəli sürən bir adamın islam dəyərlərinə, dövlətə, onun ali qanunçuluq dəyərlərinə necə uyarlı olub olmadığı haqqında özünüz qərar verin.

Nəhayət 2004-cü ildə Nigar Quliyeva 11 il dövlətdən icarəyə götürmüş olduğu dükanı tam qanuni şəkildə, dövlət xəzinəsinə N qədər pul köçürməklə özəlləşdirmiş və bu başıbəlalı dükanı da 2005-ci ilin yanvar ayında mən bəndənizə notariat qaydada, şəhadətnamə ilə satmışdır. Alqı-satqıdan sonra yuxarı qonşu ilə məhkəmə çəkişməsinin olduğunu və o qonşunun da Appelyasiya məhkəməsinə qədər uduzduğunu, narahatlığa bir səbəb olmadığını, əsassız iddialara fikir verməməyimi mənə tövsiyyə edərək aralanmışıq. Amma təbiətən belə şeylərdən kənar durmağa çalışan birisi kimi narahat olmaya bilməzdim. Nəhayət Nigar xanımın Ali məhkəməni də udmasından sonra məsələnin tam çözülməsini təxmin edib bir az rahatladım. Bu arada Cahanbalanın da təhdidləri ilə qarşılaşmalı oldum. Üstümə qanuni avtoritetlə, mənə dükanın halallığını verəcəksən, tələbi ilə gəlmişdi. Bu haqqda əvvəlki yazılarımda müfəssəl yazmışam.

Bu arada Nigar xanımın dediklərindən bir neçə xatırlamanı da diqqətinizə çatdırmaq istəyirəm. Heydər İbrahimovla məhkəmə çəkişmələri ərəfəsində sən demə Nigar xanım iki hörmətli deputatlarımız, Eldar İbrahimov və Arif Rəhimzadə ilə görüşübmüş və onların hər ikisi də bu müdhiş məsələyə hiddət və qınaq bildirməklə bərabər, köməksiz xanıma öz yardımlarını əsirgəməyəcəklərini bildiriblərmiş. Sonrakı illərdə Heydər İbrahimovun mənə qarşı davamlı təhdid və təzyiqləri azmış kimi, 2018 ci ildən əsassız iddialarla məhkəmələrə çəkməklə həqiqi zülm məngənisinə salması, görünür məni bu iki hörmətli deputatlarımızla yenidən görüşməyə məcbur edəcəkdir.

H.İbrahimov məhkəmə ekspertizasını saxtalaşdırmaqdan belə çəkinmədi. Bu haqqda da əvvəlki yazımda yazmışam.

Ey, Heydər, bunu necə bacardın? Üstündə münafiqcəsinə gəzdirdiyin islam adının ədalət alovu içini azacıq belə yandırmadımı?

Allah böyükdür. Dövlətimin də, onun qanunlarının da, hakimlərimizin də ədalətinə inanıram. Məni sevgili dövlətimə, sevgili prezidentimə, vitse prezidentimə narazı salacaq bir qüvvə yer üzündə tapılmaz. Mənim müqəddəs haqqlarımı da layiqincə qoruyan olacaq, inşaAllah, buna şübhə etmə və sənin də cəzan olacaq, inşaAllah”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az
OXŞAR MÖVZULAR