Impera

XƏBƏR LENTİ
17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər10:07Həbib Nurməhəmmədov məğlub etdiyi rəqibə 100 min dollar bağışladı09:53Gəncədə 29 yaşlı gənc başından bıçaqlandı09:38Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə09:24Azərbaycan Mərkəzi Bankı sığortaçılar arasında seçim edib22:41Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunub.17:48İran prezidenti Ermənistana səfər edəcək17:35Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin dəyəri 14,5%, həcmi isə 0,7% artıb17:19Məşhur müğənni evində ölü tapıldı - FOTO17:07Azərbaycanda yol polisi 1 aylıq uşağı xilas etdi - Atanın təşəkkürü hamını mat qoydu - VİDEO16:49Özbəkistanın Kokand şəhərində keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub16:34Ən qeyri-adi 5 idman növü16:17Deputat Aydın Hüseynov: “Qondarma qurumu dəvət edən dövlət ilk növbədə özünə hörmət etmir”15:52Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT15:39Venesuela müxalifətinin lideri BMT Baş Asambleyasında müzakirələrə qatılmaq niyyətindədir14:56Azərbaycanda tamah cinayəti – Mənzilə daxil olaraq ev sahibini öldürdülər14:45Tender qalmaqalı: Şəhid ailələrinə tikilən evlərin pulunu kimlər mənimsəyib?14:44Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı14:42Şəmkirdə ermənilik: “1800 manata görə körpəm can verdi…” – Video14:40Azərbaycanın çörəyi ilə çörəkli olanlar…14:37Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə qeyd olundu14:30SOCAR son 10 ildə gəlirlərini 26 dəfədən çox artırıb13:29DİN Novxanıda baş verən dəhşətli hadisə barədə məlumat yaydı13:25İşsizlərin sayı AÇIQLANDI12:35Bu tələbələrə akademiya təqaüdü veriləcək12:00Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib11:46Bakı əhalisinə çağırış - İctimai nəqliyyatdan istifadə edin11:19Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO11:17Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video11:08Hacı Nurana yeni vəzifə verilib? - AÇIQLAMA10:46DÜNYA ŞOKDA: üzbəüz döyüşü uduzsalar 140 nüvə bombası atılacaq - Baş nazir BƏYAN ETDİ10:35Bu gün 4 rayonda qaz olmayacaq10:20Cəbhədən son məlumat - Müdafiə Nazirliyi01:22Vəkil Ruslan Mirzəyevdən Anar Bağırova şikayət var-300 manatı qaytarmır21:35“Qudası yüksək vəzifədədir deyə bütün məhkəmələr zəngi ilə hərəkət edir”21:29Vidadi Zeynalovun oğlu ilə bankir kürəkəninin şirkəti haqda sənədlər yayıldı13:57Stimul Hospitaldan növbəti hümanist addım15:35DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb15:17Bakı metrosunda interval 2 dəqiqəyə düşdü15:05İki güləşçimiz dünya çempionatının finalına çıxmaq üçün mübarizə aparacaq14:43Yağış, leysan gəlir - SABAHIN HAVASI14:28Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"12:31Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF12:14DİN keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yaydı12:00Onlar bu il universitetlərə qəbul olundular, amma ali təhsildən imtina etdilər - Şok RƏQƏMLƏR11:36Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi11:21DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar11:13SON DƏQİQƏ: Türkiyədə ardıcıl iki GÜCLÜ ZƏLZƏLƏ: Çox sayda xilasedici cəlb edildi23:03Məktəbə forma ilə getməyən şagirdlərin cəzası nə olacaq? - Təhsil Nazirliyi cavablandırdi22:59Sumqayıt DYP xanım sürücünü necə xilas etdi? – İnanılmaz jest17:48Faciəvi QƏZA: 3 nəfər DİRİ-DİRİ YANDI17:34Həcc ziyarətinə gedənlərə vacib xəbər: gələn ildən etibarən...17:23Manatı gələn il nə gözləyir? - Rəsmi inflyasiya proqnozu AÇIQLANDI17:12Nazir küçədə piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verib17:01Geyim mağazasından oğurluq edən qadın tutuldu16:51Gələn ilin dövlət büdcəsində neftin qiyməti neçə dollar olacaq?16:18Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - QƏRAR
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (378)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İctimai-siyasi şəxslər son təyinatlarla bağlı nə düşünür? - ŞƏRHLƏR

21 iyn 2019, 18:00   
    28
İctimai-siyasi şəxslər son təyinatlarla bağlı nə düşünür? - ŞƏRHLƏR

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə daxili işlər naziri Ramil Usubov Prezident yanında Təhlükəsizlik Şurasının katibi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev isə vəzifəsindən azad edilərək müdafiə sənayesi naziri təyin edildi. Prezidentin başqa sərəncamı ilə daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov daxili işlər naziri, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev isə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi.

Bundan sonra, yeni təyinatlar ciddi müzakirələr açdı.

Anews.az olaraq ictimai-siyasi şəxslərin məsələ ilə bağlı fikirlərini təqdim edirik:

Politoloq Elxan Şahinoğlu yazır ki, Ramil Usubov 25 il idi ki, daxili işlər naziri idi. Hakimiyyət nümayəndələri Ramil Usubovun fəaliyyətini müsbət qiymətləndirirdilər. Mərhum dövlət başçısı Heydər Əliyev hətta çıxışlarının birində demişdi ki, qəzetlərin yazdığının əksinə olaraq o Ramil Usubovun işindən razıdır və o vəzifəsində qalacaq. Ramil Usubovun mövqeləri 2005-ci ildə Hacı Məmmədov olayında zəiflədi. Daxili İşlər Nazirliyində cinayətkar qrupun fəaliyyətinin ifşa olunması cəmiyyətdə və elə hakimiyyətdə ciddi suallar doğurdu. Buna baxmayaraq, Ramil Usubov vəzifəsini qoruya bildi. Sadəcə, həmin tarixdən başlayaraq Ramil Usubovun dəyişdiriləcəyi xəbərləri yayılmağa başladı. Bu xəbərlərə baxmayaraq, Ramil Usubov həmin hadisədən sonra hələ 14 il də daxili işlər naziri olaraq çalışdı.

İkincisi, prezidentin Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyinatının arxasında bu kadrı itirməmək istəyi dayanır. Ramil Usubov Təhlükəsizlik Şurasının katibi vəzifəsində texniki çalışmaları həyata keçirəcək, xarici həmkarları ilə görüşüb fikir mübadiləsi aparacaq. Buna qədər bu işləri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həyata keçirirdi. Ramul Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsi təyin olunması yaşı 80-ə yaxınlaşan Ramiz Mehdiyev üçün dövlət vəzifəsindən uzaqlaşması prosesini də sürətləndirəcək.

Mədət Quliyevin təyinatından da yazan politoloq hesab edir ki, Quliyevin müdafiə sənayesi naziri təyin olunması iki səbəbdən gözlənilməz olub.

"Birinci səbəb o idi ki, Mədət Quliyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinatından çox da uzun müddət keçməmişdi və onun fəaliyyətindən narazılıq yox idi. İkinci səbəb o idi ki, müdafiə sənayesi naziri Yavər Camalovun vəfatından sonra bu nazirliyin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunması ilə bağlı qərar verilmişdi. Bu qərardan 4 ay keçdikdən sonra "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək Mədət Quliyev yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyinə nazir postuna təyin olundu. Görünür, Mədət Quliyevin idarəçilik bacarığı yenidən yaradılmış Müdafiə Sənayesi Nazirliyin işini canlandırmalıdır.

Bu həm də o deməkdir ki, Müdafiə Sənayesi Nazirliyinin "Azərsilah” Açıq Səhmdar Cəmiyyəti şəklində əvəzlənməsi özünü doğrultmadı.
Beləliklə, prezident sosial islahlatlarla yanaşı kadr islahatlarını da genişləndirir. Çünki bu ikisi bir-biri ilə əlaqəlidir. Prezident seçkisindən sonra bir qrup gənclərə etibar edilmiş və onlar müxtəlif nazirliklərə rəhbər vəzifələrə təyin edilmişdilər. Bu prosesin davam etdirilməsi zəruridir. Maaş və pensiyaların artımı və bu prosesin gələcəkdə də davam etdirilməsi hakimiyyətin bütün resurslarının səfərbərliyini diqtə edir. Çünki, yalnız neftin qiymətləri üzərində iqtisadi problemləri həll etmək çətindir, çevik və müasir çağırışlara cavab verən idarəçilik sistemi qurulmalıdır. Bu mənada bir sıra dövlət strukturlarında yeni yanaşmaların tətbiqinə ehtiyac var. Azərbaycanda kadr yerdəyişmələrini bölgədəki gərgin vəziyyətlə də əlaqələndirmək olar. Cəbhə bölgəsində və qonşu İran ətrafında artan gərginlik, Rusiyanın Cənubi Qafqaz siyasəti, o cümlədən digər qonşu ölkələrdə baş verən proseslər tədqiq olunmalı, mümkün təhlükələr önlənməlidir. Sistem bunları bacarmalıdır”, - deyə politoloq Elxan Şahinoğlu feysbukundakı postunda qeyd edir.

Məsələyə millət vəkili Aydın Mizəzadə də münasibət bildirib.

Təyinatlardan danışan millət vəkili deyir ki, təyin edilmiş şəxslər Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Onlar öz fəaliyyətləri ilə dövlətçiliyimiz və prezidentin apardığı dövlət siyasətinə sədaqətləri ilə tanınırlar. Təyin olduqları işlərdə yeni dövrün tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklərini düşünürəm.

Onun sözlərinə görə, keçmiş daxili işlər naziri Ramil Usubovun Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilməsi prezidentin ona olan yüksək etimadının göstəricisidir. Ramil Usubovun yüksək peşə hazırlığı dövlətçiliyin möhkəmləsində xüsusi rolunu göstərir. Dünyanın bir çox ölkələrində Təhlüksəizlik Şurasının katibi vəzifəsi müstəqil vəzifədir və Azərbaycan da artıq öz dövlətçiliyinin inkişafında o səviyyəyə çatıb ki, bu posta yüksək hazırlıqlı və cəmiyyətin tanıdığı bir şəxsi təyin edilməsinə ehtiyac duyulub.

"Eyni zamanda, gənc kadrların irəli çəkilməsi Azərbaycanda müstəqillik dövründə müstəqilliyin ruhuna, dövlətçiliyin tələblərinə bağlı olan kadr korpusun formalaşdığını göstərir. Yeni təyin olunan şəxslərin hər birinə uğurlar arzulayıram və etimadı doğruldacaqlarına inanıram”, - deyə Millət vəkili Aydın Mizəzadə bildirib.

Politoloq Nəsimi Məmmədli isə hesab edir ki, klassik mənada güclü dövlət konyunkturunu ölkəmizdə çox güclü hakimiyyət əvəz edib.

Onun sözlərinə görə, Dövlətin marağı bütün hallarda sadə, aydın və konkret çərçivə ilə mövcuddur. Hətta hökumətin də funksionallığı, səmərəliliyi və inzibati parametrləri məyyən bir normalarala, qaydalarla tənzimlənir. Amma hakimiyyət marağı çox mürəkkəb, ziddiyyətli, qeyri-müəyyən və dəyişkəndir. Bəzən hətta idarə edənin sadəcə ovqatına bağlıdır. Odur ki, kimin hansı vəzifəyə niyə təyin edilməsinin məntiqi arqumentini axtarmaq bu şəraitdə yanlışdır. Uzaqgörən geosiyasi səbəblər axtarmağa da heç bir gərək yoxdur.

"Hakimiyyətin yeganə strategiyası, taktikası və qayğısı özünü daha da gücləndirməkdir. 2002 və 2009-cu illərdə keçirilən referendumlarda olduğu kimi 2016-cı ilin referendumu da bu məqsədə xidmət edirdi. Növbəti və növbədənkənar seçkilərin də istisnasız olaraq əsas məqsədi budur.
Hakimiyyətin iqtisadi-siyasi islahat aparmaq imkanı və marağı yoxdur. Buna hakimiyyətin xarekteri imkan vermir.
Son illər iki istiqamətdə çalışmalar diqqət çikirdi. Oliqarx-məmurların idarəetmədən sıxışdırılması, yerinə menecer idarəçilərin təyin edilməsi. Digəri isə regional təsir qrupunun (klanın) hakimiyyətə təsirini azaltmaq idi.

Birinci istiqamətdə bəzi addımlar atılsa da ikinci istiqamətdə ciddi müqavimətlə üzləşən hakimiyyət geri çəkildi. 2016-cı il referendumundan sonra nəzərdə tutulan hakimiyyətiçi nizamlama hakimiyyəti zəiflətməyə başlamışdı. 2018-ci ilin növbədənkənar prezident seçkisi də bu zəifləməni durdura bilmədi. Hətta 2019-cu ilin başlanğıcında müşahidə olunan sosial-siyasi fəallıq hakimiyyətin ciddi narahatlığına səbəb olmuşdu. Odur ki mövcud sosial-siyasi durumu sərt idarəçiliklə saxlamaq variantına üstünlük verənlərin mövqeyi daha da gücləndi”, - deyə politoloq qeyd edib.

Nəsimi Məmmədli əlavə edib ki, Hakimiyyət sərbəst toplaşmaq azadlığını tam qadağan etməklə, sosial şəbəkələrin yaratdığı yeni sosial-psixoloji mühitdə vətəndaşların siyasi fəallığının artmasının qarşısını ala bilib. Sosial təminat sahəsində müəyyən müsbət addımlar atmaqla cəmiyyətdə gərginliyi azaltmağa qismən nail olub. Fürsətdən istifadə edərək inzibati idarəetməni daha da gücləndirərək irimiqyaslı siyasi kampaniyalar öncəsi vətəndaş fəallığını tamamilə aşağı salmaq istiqamətində hazırlıq aparılır.

Onun sözlərinə görə, regionda baş verən siyasi dəyişikliklərin cəmiyyətə psixoloji təsirlərini nəzərə alıb hakimiyyətin bütün zəif nöqtələri gücləndirilir. Nəinki icra hakimiyyətlərinin başçılarının, hətta komitə sədrləri və nazirlərin də tez-tez yerdəyişməsi variantı sınaqdan keçirilir. Bir şəxsin uzun müddət eyni vəzifədə qalması praktikasını dəyişmək taktikasına üstünlük verilir. Bunu yaxşı və ya pis variant olmasını indi müzakirə etmək istəmirəm.

"Ümumiyyətlə bu kimi kadr dəyişikliyi cəmiyyətdə hansısa nəzərə çarpan xüsusi dəyişiklik yaratmayacaq. Sadəcə qısa bir müddət mənasız və nəticəsiz müzakirələr ola bilər. Cəmiyyətin taksanomiyasına əsaslansaq ölkədə böyük dəyişikliklər qaçınılmazdır. Bunu müvəqqəti ləngitmək olar, amma həmişəlik saxlamaq mümkün deyil.

İctimai maraqlar naminə hamılıqla çalışmaq lazımdır!”, - deyə politoloq Nəsimi Məmmədli özünün feysbuk hesabında yazıb.

Millət vəkili Elman Məmmədov isə düşünür ki, kadr sahəsində dəyişikliklər bundan sonra da davam edəcək.

Millət vəkili deyir ki, prezident hakimiyyəti dövründə hər zaman bəyan edib ki, bütün sahələrdə daimi islahatlar aparacaq.

"Məlum məsələdir ki, bütün sahələrdə islahatlar həyata keçirilir, o cümləndə kadr sahəsində vaxtaşırı olaraq dəyşiklik baş verir. Belə düşünürəm ki, qərarların verilməsi çox doğrudur. Vəzifəyə təyin olunan şəxslərin hər biri özünün yüksək səviyyəli iş qabiliyyəti ilə yetərincə tanınıb. Bütün yeni təyinata layiq görülənləri təbrik edir və uğurlar arzulayıram”, - deyə millət vəkili bildirib.
OXŞAR MÖVZULAR