Impera

XƏBƏR LENTİ
14:40Azərbaycanlılar ən çox nəyə pul xərcləyir?14:16Efirdə "QEYRƏT" QALMAQALI: Siz nəyi reklam edirsiniz?14:02Ağdamda ağaclar belə məhv edilir-VİDEO13:27“1 milyard manata da “uşaq pulu” vermək olar” - Nazirə CAVAB12:56DİN-in iki baş idarəsinə yeni rəis təyinatları olub12:40Gələn ilin büdcəsi: razı və narazı salan məqamlar - TƏHLİL12:30Tikinti şirkətləri ilə bağlı yeni QƏRAR: Evlər bahalaşacaq? - AÇIQLAMA12:16Qida bazarımız kimlərin əlindədir? - REAL TƏHLÜKƏ11:37Ermənistan Rusiya üçün böyük rol oynayan bir subyektdir... - TƏHLİL11:17Ölkədə antikorrupsiya həbsləri başlayır - Prezidentin iradəsi...10:47Kardiologiya İnstitutunda “saxta ürək” əməliyyatları - İTTİHAM10:35Elmira Süleymanova İSTEFA VERDİ?10:17Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu18:29“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL18:15İstiliklə bağlı unikal sənəd Nazirlər Kabinetində - Əhaliyə şad xəbər18:03Doğuş qiymətlərindən narazılıq: Qadının yerinə həkim özü doğur? - ŞOK QİYMƏTLƏR17:54Ülviyyə getdi17:33Gəncə səhiyyəsi acınacaqlı durumda... - İTTİHAM16:55"Yerli seriallar gənclərin tərbiyəsini pozur" - MTRŞ sədir16:41Beyləqanda Bələdiyyə sədri Ərşad Hüseynov radikal müxalifəti necə maliyyələşdirir? – İDDİA16:25Bakı Slavyan Universitetinin rektoru erməni əsillidir? - İDDİALARA CAVAB VERİLDİ15:50Sabah hava dəyişəcək15:01Deputat Cavid Osmanovla bağlı şok iddialar... - Gizli FETO üzvü, “priton” biznesi...14:59İqtidara Göyçay menyusu: milyonçunu da, yoxsulu da bezdirən başçı kimdir?14:58Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR14:54"Ay alçaq, niyə Qurbanın zamanında demirdin ki, ona da vaxt lazımdır?”14:41Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi14:29Almaniyada tutulan həmyerlilərimiz Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA14:14Deputat müğənniləri hədəf aldı: Bir toya 15 minə gedirlər, 30 manat vergi ödəyirlər13:56"Baku Electronics” yenə də narazılıq yaradır... - GİLEY13:10Ermənistanlı 3 qat dünya çempionu Moskvada güllələnib12:54İlham Əliyev: Dünyada dini dəyərlərə qarşı bir kampaniya aparılır12:43Rektor nazirə necə yalan informasiya ötürür... - İDDİA12:13“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:41Qazaxa yeni DYP rəisi təyin olunub11:11İbrahim Cəfərov haqda ilginc iddialar... - Belə deyirlər...10:53PD&MS-də azərbaycanlılarla qul kimi davranırlar - “Rəhbərlərin heç ali təhsili də yoxdur”10:33Sahibkarların qarşısında yeni sədd: Nağd pula QADAĞA gəlir? - TƏHLİL10:19Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA10:17Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi11:55Erməni hiyləgərliyini ifşa edən portal: 1828.az saytının təqdimatı keçirilib11:42Bakıdakı marketdə erməni içkisi SATILIR - Utanaqmı, ölüb yerə girəkmi?..11:08Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti10:49İş adamı vətəndaşlara fırıldaq gəlir? - Müraciət...10:25Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO10:05"Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir" - Əli Həsənov09:53Sumqayıtın başçısı Zakir Fərəcovun abadlaşdırma dələduzluğu09:50Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ... - İTTİHAM09:28Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır? – Kuryoz fakt09:07İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi08:52Türkiyə Superliqasında növbəti baş məşqçi istefası08:22Pakistan HDQ üçün freqatların ikinci partiyasının istehsalına başlanılıb08:05Azərbaycanda Konstitusiya Günü qeyd olunur22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (305)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İstanbul bu dəfə kimi seçəcək

22 iyn 2019, 15:04   
    54
İstanbul bu dəfə kimi seçəcək

Siyasətçi bu yaşda ya böyük siyasətin Olimpində olmalıdır, ya da ki, evində oturub nəvələrini tərbiyə etməlidir – bilmirəm, niyə görə, amma B.Yıldırımın namizədliyinin İstanbul merliyinə irəli sürülməsi haqqında xəbəri eşidəndə ağlımızdan keçən fikir bu olmuşdu, hətta sonradan onun seçicilərin yarısından bir azacıq az səs topladığını (məlum deyil ki, bu ona verilmiş səslər idi, yoxsa ki, hakim partiyaya!) eşidəndən sonra belə fikrimiz dəyişmədi və ona verilən seçici dəstəyini də özlüyümüzdə bir “nekrofiliya” kimi dəyərləndirdik, baxmayaraq bu adam artıq baş nazir olmuşdu və onun siyasi personası bizə də tanış idi...

Məsələ də budadır ki, artıq onu tanıyırdıq və bilirdik ki, bu adam prezident R.T.Ərdoğanın “saqqız”ını təşəbbüssüz, ambisiyasız olduğuna, ən əsası da xarizması olmadığına görə oğurlaya bilibdır – Yıldırım digər siyas həmkarlarından fərqli olaraq hətta istəsə belə, öz siyasi patronuna rəqabət yarada bilməz.

Qeyd edək ki, digər ölkələrdə də belə “baş nazirlər” olub və indi də var – düşünürük, Rusiyadakı D.Medvedevi xatırlamaq yetər. Bunlara baxırsan və düşünürsən ki, böyük siyasətdə siyasətçi ya ifrat ambisiyalı, yaxud da ifrat xidmətkar olmalıdır. Sonuncu keyfiyyət böyük siyasətdə heç də digərlərindən az dəyərləndirilmir. Məsələn, sovetin vaxtında mütləq bir dərəcədə “boz adam” olan K.Çernenko bu yolla hətta baş katib olmuşdu!

Ümdi edirik ki, qardaş Türkiyədə belə olmayacaq və təkrar seçkilər, necə deyər, bütün vurğuları öz yerinə qaytaracaq və daha enerjili və həm də perspektivli Ə.İmamoğlu təzədən mer postunu özünə qaytaracaqdır, hərçənd, hakim partiya ona mane olmaq üçün demək olar ki, bütün üsul və fəndləri işə salıbdır.

Əlbəttə, Ə.İmamoğlu də bizim üçün “qara kvadrat” kimidir və bizim bu cavan adam haqqındakı bilgilərimiz yalnız İnternetdəki məlumatlarla məhdudlaşır. Amma onun haqqında vizual təəssürat pozitivdi– o, kifayət qədər enerjili və perspektivlidir. Ən əsası da qərbyönümlü və qeyri– dini təmayüllü partiyanı təmsil edir və onun qələbə çalacağı təqdirdə Türkiyə perspektivli qərbyönümlü siyasətçi qazanacaqdır.

Qeyd etmək lazımdır ki, o, artıq yerli sosioloq və politoloqların nəzərlərini özünə cəlb edə bilibdir. Onu növbəti prezident seçkisi zamanı – 2023-cü ildə prezident Ərdoğanın əsas rəqibi hesab edirlər və aydındır ki, o, İstanbuldakı təkrar seçkiləri udsa, bu qiymətləndirmələr həqiqətə daha yaxın olacaq.

Əlbəttə, milli liderini – prezidentini seçmək türkiyəli seçicilərin müstəsna hüququdur. Amma kənar müşahidəçi kimi bizə elə gəlir ki, qardaş ölkənin siyasətinin artıq yeni nəfəsə ehtiyacı var - əgər belə demək mümkünsə, prezident Ərdoğan postunda bir az “yubandı”. Söz yox ki, bu, yalnız bizim subyektiv fikrimizdir, hətta kənar siyasi müşahidəçilər arasında bir xeyli başqa cür düşünənlər var, çünki demək olmaz ki, onun idarəçilik dövrü ölkə üçün tamam faydasız və nəticəsiz keçdi – yox, əlbət ki, belə deyil və hazırda Türkiyəni hamı yaxın on ildə ciddi iqtisadi sıçrayış edə biləcək üç -dörd ölkənin sırasında görür.

Fəqət, iqtisadiyyatın yüksək artım templəri hələ heç də hər şey demək deyil, daha inkişaf etmiş ölkələrdə artım templəri elə də yüksək olmur və yüksək templər bir qayda olaraq, gənc, yenicə inkişaf edən iqtisadiyyatlar üçün xarakterik olur. Amma bütün hallarda bü cür fikirlər bizim ruhumuzu oxşayır və biz qardaş Türkiyəyə görə şadıq.

Amma gəl, bununla belə gizlətmirik ki, ölkənin siyasi durumu bizi çox da məmnun etmir, çünki bir çox hallarda Türkiyə və İran prezidentlərinin anti-Qərb və anti-ABŞ bəyanatları arasında dəqiq sərhəd qoymaq olmur. Əlbəttə, biz də istəmirik İranla ABŞ arasındakı gərginlik müharibə ilə bitsin – bu halda baş verə biləcək hamanitar fəlakəti hətta təsəvvür etmək belə çətindir. Amma İran rejimindən orta əsrlərin qoxusu gəlir və aydındır ki, biz bu halda ruslar demiş, “izqoy”-rejimlə üzbəüzük. Bu səbəbdə də bizim qardaş Türkiyənin İranla bir cərgədə olmasını qəti istəməzdik və çox istərdik ki, prezident Ərdoğan anti-ABŞ ritorikası ilə H.Ruhanilə bərabərləşməsin. Sözsüz, bu, o demək deyil ki, ABŞ siyasətini tənqid etmək lazım deyil – yox, Vaşinqtonun siyasətində tənqidi və mübahisəli məqamlar çoxdur, amma yaxşı olardı ki, bununla daha çox politoloqlar məşğul olsun.

Həm də bir məqamı unutmaq lazım deyil – Kremli də tənqid edin və görəcəksiniz ki, sizi dərhal potensial, bəlkə də real düşmənlərin siyahısına yazacaqlar. Odur ki, bəzən təkcə fərdlər deyil, elə ölkələr də azadlıqlarının və müstəqilliklərinin üstündə əsməlidir, əks təqdirdə onlar bunları itirə bilərlər.

O ki qaldı ABŞ-Türkiyə münasibətlərinə, əlbəttə, məsələ tək S-400 məsələsi deyil, daha incə məqamlar var burada – Hindistan ki, NATO –nun üzvü deyil, amma onu da S - 400-ləri alacağı təqdirdə sanksiyalarla hədələyirlər!

Odur ki, bəzi ölkələrdə, xüsusən də müsəlman ölkələrində Qərb və demokratiya ideallarının böhranında həmin Qərb ölkələri heç də axırıncı rol oynamadı – bunların səbəbi həm də odur ki, Qərb bu dövlətlərə qarşı qeyri-səmimi siyasət yürütdü.

Bu günlərdə keçmiş Misir prezidenti M.Mürsinin elə məhkəmə zalında dünyasını dəyişməsi müəyyən mənada bu qeyri- səmimiliyin bir göstəricisi sayıla edilə bilər. Aydındır ki, həmin Qərb on illərlə Misirdə həbi diktatorları himayə etməsəydi, əgər Avropa ölkələri vaxtında Türkiyəni öz sıralarına qəbul etsəydi indi bu ölkələrdə siyasi indikatorlar tamam başqa tendensiyalar göstərərdi – yəqin ki, Misirdə “ərəb baharı” zamanı seçkiləri yarı - islamçı bir partiyanın təmsilçisi deyil, demokratik yönümlü və qərbçi siyasətçi udardı. Elə Türkiyəmizdə də siyasi əqrəblər indiki qədər siyasi islama tərəf meyl etməzdi. Odur ki, Mursinin ölümü ətrafında bir az artıq dayanmaq istəyirik.

Bəli, keçmiş prezident Mursi elə məhkəmə zalında kçindi. Biz onu nə demokrat, nə də dünyəvi siyasətçi adlandırmırıq – o, dini təşkilatın lideri idi, baxmayaraq ki, “Misir baharı”ndan sonra bu təşkilat adını dəyişərək “Azadlıq və ədalət partiyası” olmuşdu. Nə qədər qəribə olsa da, bu adam Misirin ilk demokratik yolla seçilmiş prezidenti idi. Amma hətta belə bir detal da bizim üçün hər şey demək deyil – məgər A.Hitler Almaniyanın demokratik yolla seçilmiş kansleri deyildimi? Misir konteksində bizlərin daha çox iki detal diqqətini cəlb etdi.

Birincisi, M.Mursini casusluqda, vətənə xəyanətdə ittiham etdilər. Güman ki, prezidentlik institutunun bütün tarixi boyu heç bir prezidentə qarşı belə ittiham irəli sürülməmişdi. Axı prezident, dövlət başçısı, həm də dövlətin təhlükəsizlik strukturlarına başçılıq edən bir adam necə casus ola bilər? Razılaşın ki, aşkar cəfəngiyyatdır bu!

Bəli, onu İran xüsusi xidmət təşkilatları, xüsusən Hizbullahla “əməkdaşlıq”da ittiham etdilər. Amma, bağışlayın, əgər belə ittihamlar ona qarşı prezident olana qədər irəli sürülsəydi bunda bir məntiq olardı, çünki Mursi siyasətdə yeni adam deyildi, uzun müddət əsas müxalifətə rəhbərlik etmişdi, xeyli müddət Misirdə yaşamış və universitetlərdə dərs demişdi, ən əsası da “ərəb baharı” zamanı prezidentliyə namizəd olmuş və nəhayət, demokratik seçki yolu prezindent seçilmişdi! Bəs o vaxtlar Misirin xüsusi xidmət orqanları hara baxırdı? Niyə “İran casusu”nu ifşa etmir və onun prezidentliyə yolunu bağlamırdılar?..

Görünür, sadəcə, bütün müsəlman ölkələrinin məhkəmələri kimi Misir məhkəməsi də özünə artıq əziyyət vermək istəmədi, odur ki, eks-prezidenti ən ağır ittihamlarla suçladı ki, bu adamın məsələsi birdəfəlik həll olunsun. Bir daha deyirik ki, biz Mursini müdafiə etmirik, çünki nə misirşünas, nə Yaxın Şərqin “siyasi palitrası”, nə də Şimali Afrika və ya ərəb dünyası üzrə mütəxəssis deyilik, amma Mursinin birbaşa məhkəmə zalında keçinməsi o deməkdir ki, ittiham o qədər ədalətsiz olub ki, eks – prezidentin ürəyi tab gətirməyib. Türkiyə prezidenti R.T.Ərdoğan hətta dedi ki, Mursi 20-30 dəqiqə yerdə çabalayıb, amma ona heç bir yardım göstərilməyibdir.

İndi feldmarşal əs-Sisi nəhayət, rahat ola bilər –“Misir baharı”nın son izləri də silindi və daha o, vahiməli siyasi yuxular görməyəcək və Misirə azadlıq və demokratiya əlli ildən tez ayaq açamayacaq, çünki o, bir dəfə elə belə də demişdi: yaxın əlli ildə Misirdə heç bir demokratiya olmayacaq! Sonrasına isə, necə deyər, baxarıq - əgər ikinci “Misir baharı” olsa, o halda artıq əs - Sisi özü və yaxud da onun gələcək siyasi varisi artıq nə etmək lazım olduğunu yaxşı bilirlər.

Əlbəttə, M.Mursi “Misir baharı”nın heç də ən uğurlu seçimi deyildi və biz artıq bunu qeyd etmişik.

Amma bizi başqa bir məsələ düşündürür. Doğrudanmı, feldmarşal əs-Sisi kimi siyasətçilərin bu və digər xalqların demokratiayaya hazır olub-olmamasını ölçmək üçün xüsusi tərəzisi var?

Məlumdur ki, dünyanın ilk demokratiyası qədim Afina demokratiyası olubdur və onu bizdən min illər ayırır. Onda nə alınır, cənab generallar və qeyri–qanuni yolla “seçilən” prezidentlər? Doğrudanmı, biz dünyanın mütərəqqi və azad xalqlarından min illərlə geri qalırıq?..

Bu yazını yazmaq ərəfəsində əs-Sisilə bağlı internet məlumatlarını nəzərədən keçirdik. Onun magistirlik dissertasyası Yaxın Şəqrdə azadlıq və demokratiya problemlərinə həsr olunub. Belə alınır ki, indi onun öz “nəzəri bilik”lərini praktikada sınaqdan keçirmək üçün imkanı yaranıbdır ki, Misirə demokratiya küləyinin yol tapmasının qarşısını alsın. Amma əbəsdir; istənilən ideya, istənilən nəzəriyyə azadlıq adlanan bir ideya qarşısında acizdir.

Odur ki, mütləq ikinci “Misir baharı” da olacaq, amma lazımdır ki, misirlilər növbəti dəfə sosial utopiyaya qapılmasınlar, dinlə demokratiyanı calağ etmək fikrinə düşməsinlər – belə olsa, hər şey öz yerini tapacaq.

Qərəz ki, İstanbulun mer seçkilərindən başlanan yazını Misirlə bitirdik. Bu da təsadüfi deyil, çünki bu iki ölkə İslam dünyasının dünyəvi dəyərlərə daha yaxın olan iki dövlətidir və onlardakı siyasi küləklərdən çox şey asılıdı– onlar digər müsəlman ölkələri üçün nümunə də ola bilər, ya da son ümidləri də dəfn edərlər. Odur ki, diqqətlə izləyək...

Hüseynbala Səlimov \\musavat.com\\
OXŞAR MÖVZULAR