Impera

XƏBƏR LENTİ
20:06Azərbaycanda internetin sürəti ilə bağlı MÜƏMMA - Nazirlik inkar edir19:51"Radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib" - Əli Həsənov19:35Qubadlının icra başçısı Xətaiyə gətirilir? - İDDİA16:40Руководитель пресс службы “Kонгресса Азербайджанцев” РСО-Алания Эльчин -Шукур, встретился с Уполномоченным по правам человека Чеченской республики Нухажиев Нурди Садиевичом.15:55Azərbaycanda bu şəxslər övladlığa uşaq götürə bilməyəcək15:51İradə Gülməmmədova Xırdalan şəhər sakinlərilə görüşdü15:41Prezident Rövşən Rzayevi qəbul edib15:22“Araz-Alko” MMC-də müəmmalı olaylar... - Müraciət...15:05Türkiyədə dollar ucuzlaşdı14:48Taleh Qaraşovla bağlı iddia... - VİDEO14:28Ağsuda nə baş verir? - İTTİHAM14:14İlham Əliyev hansı nazirlərlə vidalaşır? – arxaik idarəçiliyə son!12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (304)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə

26 iyn 2019, 12:54   
    55
Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə
Ermənistanın baş naziri Nikol Paşinyanın populist hay-küyünə və absurd açıqlamalarına rəğmən, rəsmi İrəvan Qarabağ danışıqlarının “üçtərəfli format”a keçirilməsinə nail ola bilmədi. Dağıq Qarabağdakı separatçı rejimi danışıqların müstəqil tərəfi kimi nizamlama prosesinə qoşub, Ermənistan üzərindən işğalçı “yarlığı”nı götürmək, bir az da vaxt udmaq cəhdləri artıq iflas sayıla bilər.

Bunu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin son Vaşinqton görüşü və görüş ardınca həmsədrlərin verdiyi bəyanat da təsdiqləyir. Həmin bəyanatda Paşinyanın təklif-təkidindən əsər-əlamət belə yoxdur. Bu, o anlama gəlir ki, Azərbaycanla münaqişə-müharibə vəziyyətində olan məhz Ermənistandır və Qarabağa görə qərarı da separatçılar deyil, həmişəki kimi, İrəvan, Ermənistan iqtidarı verməlidir.

*****

“Belə görünür ki, rəsmi İrəvana danışıqlar prosesinə öz gündəliyini daxil eləmək müyəssər olmur - hansı ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatında da əksini tapıb. O bəyanat ki, erməni diplomatiyasının daha çox iflasına şəhadət verdi, nəinki uğuruna”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə 1in.am erməni saytında dünən getmiş təhlili məqalədə siyasi şərhçi Sərkis Arsruni yazır.

Müəllif son bir neçə ildə erməni diplomatiyasının üzləşdiyi daha bir iflasdan bəhs edib: “2016-cı ilin ”4 günlük" müharibəsindən sonra vasitəçilər cəbhənin ön xəttinə nəzarət mexanizmləri tətbiq etməyi təklif eləmişdilər - hansı ki, beynəlxalq səviyyədə sülhə zəmanət verməli, başqa sözlə, institusional olaraq, status-kvonu möhkəmlətməli idi (Yəni ermənilər bu yolla faktiki cəbhə xəttinin rəsmi cəbhə xəttinə çevriləcəyinə və ardınca işğalın rəsmiləşəcəyinə ümidli idilər - “YM”). Bakı ardıcıl şəkildə bunun əleyhinə çıxış edirdi. Yekunda axır ki, Azərbaycan onun ləğvinə nail oldu - özü də erməni diplomatiyasının əfəlliyi sayəsində. Erməni diplomatiyasının bu uğursuzluğu həm inqilaba qədərki, həm də inqilabdan sonrakı dövrə aiddir".

Yazıda iddia edildiyinə görə, hazırda Bakı İrəvan-Moskva münasibətlərində yaşanan böhrandan istifadə edərək, genişmiqyaslı aprel müharibəsinə gətirən status-kvonun bərpasına çalışır. “Moskva belə bir avantüraya gedəcəkmi və Bakı müharibə üçün yeni kart-blanş alacaqmı? Bunu hadisələrin yaxın aylardakı inkişafı göstərəcək”, - deyə müəllif sonda ehtimal edib.

*****
İrəvan-Moskva münasibətləri isə hazırda həm də Gürcüstandakı proseslərdən dolayı başqa mühüm bir testdən keçməkdədir. Məsələ ondadır ki, Tiflis-Moskva münasibətlərində dərinləşən böhran sövq-təbii, İrəvana yeni və potensial problemlər yarada bilər. Söhbət ilk növbədə işğalçı ölkəni Gürcüstan vasitəsilə xarici aləmə, ələlxüsus müttəfiq Rusiyaya birləşdirən əsas dəmir yolu və avtomobil əlaqələrinin itməsi riskindən gedir. Bu risk indi heç vaxt olmadığı qədər böyükdür və onu ermənilər artıq özləri də etiraf edirlər.

“Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır”. Bu fikri Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi, parlamentin sabiq vitse-spikeri, eks-prezident Serj Sərkisyanın ən etibarlı şəxslərindən sayılan Eduard Şarmazanov deyib.

“Rusiya-Gürcüstan münasibətlərində hazırda yaşanan gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizə müttəfiq və qardaş ölkədir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir” - Şarmazanov bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən Ermənistan heç bir divident əldə edə bilməz və hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər. “Gürcüstandakı vəziyyətə ABŞ-ın İranla münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”, - Şarmazanov əlavə edib.

*****

Əslində bunu Paşinyan hökuməti üçün geosiyasi tələ də adlandırmaq olar. Bu tələdən itkisiz çıxmağın tək yolu Ermənistanın iki əsas qonşusu - Azərbaycan və Türkiyə ilə vaxt itirmədən dil tapmasından keçir. Qonşu Gürcüstanda cərəyan edən proseslər bu xüsusda bir daha erməni rəhbərləri və toplumuna dərs olmalıdır ki, Ermənistanın milli təhlükəsizliyinə, bütövlükdə gələcəyinə təminat Tiflislə yox, məhz Bakı və Ankara ilə bağlıdır. Ancaq dərs olacaqmı?..
“Yeni Müasavt” Bakı İrəvanın planını boşa çıxardı - Paşinyan hökuməti geosiyasi tələdə
OXŞAR MÖVZULAR