Impera

XƏBƏR LENTİ
12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir09:28Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB19:57Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib19:25İlham Əliyevdən vacib SƏRƏNCAM16:06BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi15:20Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib15:00Maliyyə Nazirliyi büdcə oğurluğu izini necə yayındırır... - QALMAQAL14:30Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı14:10XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir13:55Bakıda hotel 9153 manat cərimə edilib13:29SDU - da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin açılışı oldu12:52Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq12:04Mikayıl Cabbarovdan TƏYİNAT: Bu rayonlara rəis göndərdi11:51Məmur olmaq istəyənlərlə bağlı STATİSTİKA11:29Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sıxlıq var22:34Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər14:00Adnan Oktarın 870 il həbsi tələb olunur13:20Qarpızı zəhərə çevirən nədir? - VİDEO12:40Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb12:20Bakıda külək dəmir qapını qadının üzərinə aşırıb12:00Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəfat etdi11:40Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir11:20"İnter" müdafiəçi aldı - rəsmi11:00Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin01:5917 yaşlı futbolçu stadionda öldü01:5030 ildə iqlim elə dəyişəcək ki, Madrid Mərakeşə bənzəyəcək - Alimlərdən PROQNOZ17:27Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR17:15Aynur Dadaşovadan toyda ŞIDIRĞI RƏQS: oxumaq yadından çıxdı - VİDEO17:02Bu şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub16:46Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO16:34“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU16:18Fazil Məmmədovdan xəbər var15:50İran qırıcıları bu ölkəni bombalamağa başladı - VİDEO15:18QANDONDURAN HADİSƏ: Ölü bilib yandırmaq istədilər - Sağ olduğunu görüb... - FOTO14:48DİN məşhur həkimi axtarışa verdi - İnsan alverində ittiham olunur
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (321)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Azərbaycan səhiyyəsinin həkim-toksikoloq problemi: - ixtisas ləğv olunub, ştat yoxdur

03 iyl 2019, 15:25   
    11
Azərbaycan səhiyyəsinin həkim-toksikoloq problemi: - ixtisas ləğv olunub, ştat yoxdur

- Burada sizdən başqa həkim-toksikoloq var?

- Xeyir, heç mənim özüm də ixtisasca həkim-toksikoloq deyiləm. Sadəcə ilan, əqrəb sancan, zəhərlənən xəstələrin müalicəsi həkim kimi mənə tapşırılıb.

- Bəlkə, xəstəni qonşu rayonlardan birinin xəstəxanasına aparaq, yaxud oradan toksikoloq çağırasınız?

- Rayonların heç birində həkim-toksikoloq yoxdur. Xəstənizi yalnız Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə köçürə bilərsiniz.

- Bəs, xəstənin vəziyyəti ağırlaşanda, həkim kimi çətinə düşündə nə edirsiniz?

- İlan və digər zəhərli həşəratların sancmasına görə xəstəxanaya gətirilən olanda dərhal 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudovla əlaqə saxlayırıq, xəstənin vəziyyətini deyirik, müalicəni onun məsləhəti əsasında aparırıq.

Bu dialoq ilansancmaya görə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstənin yaxınları ilə xəstənin sağalması üçün əlindən gələni edən həkim arasında baş verib.

Sonda isə elə də olur. Xəstə Qaxdan Bakıya gətirilir, müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.

İlan və digər zəhərli həşəratların insanları sancması faktları daha çox rayonlarda baş verdiyi halda, bəs, bölgələrdəki xəstəxanalarda niyə həkim-toksikoloqlar yoxdur?

“Report” bu məsələ ilə bağlı araşdırma aparıb.

Keçən il Azərbaycanda ümumilikdə 106 nəfəri ilan sancıb. 2018-ci ildə qara qurd sancmasına görə 16, əqrəb sancması səbəbindən 24 nəfər həkimə müraciət edib.

Bu ilin aprel-may-iyun aylarında, ümumilikdə, 44 nəfər ilan sancma ilə əlaqəli 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Müraciət edənlər Şirvan, Hacıqabul, Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, Yevlax və Gəncə sakinləridir. İlan sancmasından ölüm faktı qeydə alınmayıb.

Bu ilin aprel ayında qara qurd sancması faktı olmayıb, 3 nəfərə isə əqrəb sancmasına görə sırf məsləhət verilib. May ayında isə 1 qara qurd sancması, 2 əqrəb sancması qeydə alınıb. İyun ayında isə daha 7 nəfər eyni diaqnoz ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Əqrəb sancanlar arasında uşaq yoxdur. Hamısı müayinə və müalicədən sonra evə buraxılıb. Onlar arasında ölüm faktı olmayıb.

Kliniki toksikologiya ixtisası 1982-ci ildən Azərbaycanda toksikologiya sahəsi yaranan gündən ixtisas siyahısına əlavə edilib. O zamandan böyük nəsil mütəxəssislər yetişdirilib. İxtisas 2000-ci ilin əvvəllərinə kimi tədris olunub. Sonrakı müddətdə isə ixtisasların siyahısı dəyişdirildiyindən həmin ixtisas siyahıdan çıxarıldı.Azərbaycanın baş toksikoloqu Azər Maqsudov

Bölgələrdəki xəstəxanalarda toksikoloq yoxdur, amma...

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov “Report”a açıqlamasında bildirib ki, həşərat və ilan sancmaları, əsasən, aprel aylarından başlayır və noyabr ayına kimi davam edir.

Onun sözlərinə görə, ən çox ilan sancması faktı Aran bölgəsində qeydə alınır. Baş toksikoloq vurğulayıb ki, Bərdə, Yevlax, İsmayıllı, Hacıqabul, Şamaxı, Qax, Şəki və Tovuzdan da tez-tez müraciət edənlər olur: “İlan sancması ilə xəstəxanaya daha çox cavanlar gətirilir. Arada uşaqlar da olur. Lakin, əsasən, 25-40 yaş aralığında olan şəxslər ilan sancması ilə bağlı müraciət edirlər. Onlar da kənd təsərrüfatı ilə məşğul olanlar, yaxud çoban işləyənlərdir”.

A.Maqsudov qeyd edib ki, hazırda rayon mərkəzi xəstəxanalarının çoxunda həkim-toksikoloq yoxdur: “Ancaq Gəncə, Mingəçevir və Lənkəranda bu sahə üzrə mütəxəssis var. Son iki ildir ki, qeyri-ixtisas həkimlər öz iş yerlərini saxlamaqla toksikologiya ixtisası üzrə bir aylıq kurslar keçərək yenidən qayıdıb işlərini davam edirlər. Regionlarda yerləşən xəstəxanalarda mütəxəssis toksikoloqun olmaması problem yaratmır. Çünki orada olan reanimotoloqlar xəstənin ilkin vəziyyətini qiymətləndirə bilir. Bundan başqa, Səhiyyə Nazirliyinin “sanaviasiya” xidməti də var ki, ehtiyac olduqda bir neçə saata mütəxəssislərimiz lazımi yerə çatır. İlansancması, zəhərlənmə və digər hallarda rayonlarda olan başqa sahə üzrə mütəxəssislər bizdən məsləhət ala bilirlər. Xəstənin vəziyyəti ağır olanda isə mütəxəssislər yerindəcə baxış keçirir və ehtiyac yarandığı təqdirdə Bakıya gətirilməsi barədə qərar verilir”.

Mütəxəssis əlavə edib ki, ilan sancan xəstəyə ilk növbədə zərdab vurulmalıdır: “Ölkədə daha çox gürzə ailəsinə aid olan ilanlara rast gəlinir. Onlar arasında da ən zəhərlisi Şahmar ilan adlanan gürzədir. Gürzənin zəhəri o qədər güclüdür ki, hətta digər ilanların zəhərinə qarşı zərdab belə bu halda kömək etmir. Azərbaycanda dağ və dağətəyi rayonlardan başqa demək olar ki, hər rayonda gürzələr var. Onların aktivlik dövrü mart ayının sonundan noyabrın ortalarına qədər davam edir. İlan yumurtadan çıxan andan artıq zəhərlidir. İlan zəhəri bir neçə komponentlərə bölünür. İlk növbədə qanın laxtalanması faktoruna təsir edən maddələr - yerli ödem, nekrotik təsirə malikdir. Ona görə də ilan sancmasından bir neçə dəqiqə sonra insan bədənində zəhərlənmə başlayır”.

Xəstə hansı halda Bakıya gətirilir?

A.Maqsudov bildirib ki, ilan sancan zaman ilk növbədə dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır. Eyni zamanda həmin ətrafa yaxın oynaqları işlətmək olmaz: “Əks təqdirdə, zəhərin bədənə daha tez yayılmasına kömək etmiş olarsınız. Həmin ətrafa yüngül, sıxmayan steril sarğı qoymaq olar. İstənilən halda, xəstəni təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər.

Əgər ilan sancmasından sonrakı 12 saat ərzində xəstə toksikologiya şöbəsinə çatdırılsa, orada ona yardım edilə bilər. Hazırda bütün xəstəxanalarda kifayət qədər zərdab ehtiyatı var və pulsuz vurulur. Buna görə də ilan sancması hallarında həmin şəxsi yaxınlıqdakı xəstəxanaya aparmaq mütləqdir. Artıq bir çox bölgələrdə “sanaviasiya” xidmətinin əməkdaşları da zərdab vura bilər. Bu xidmət də ödənişsizdir. Əgər xəstənin sancmadan sonrakı gedişatı müsbətə doğru gedirsə, Bakıya gəlməsinə ehtiyac qalmır. İlan sancması ilə xəstəxanaya daxil olan xəstəyə ilkin olaraq zərdab vurulur, ardınca sistem qoşulur və vəziyyəti müşahidə olunur. Xəstənin bədəninin müqavimətinin güclü və ya zəif olmasından asılı olaraq bir, yaxud iki dəfə zərdab vurula bilər. Elə olur ki, bir zərdab vurulması kifayət edir”.

İlan sancmasından sonra müşahidə olunan vəziyyət barədə də məlumat verən A.Maqsudov vurğulayıb ki, sancma zamanı mütləq şəkildə ilanın dişlərinin izi qalır: “Həmin yerin qızarması, getdikcə ağrının çoxalması, 1-2 saatdan sonra həmin ərazi, ardınca yuxarı ətrafların şişməsi, baş gicəllənməsi, ürək bulanma, hətta qusma da ola bilər. Yay mövsümünü nəzərə alaraq meşələrə, çay qırağına gedən insanlara tövsiyə olunur ki, qalacaqları, gəzəcəkləri yerə əvvəlcədən nəzarət etsinlər. Daşların və ağacların altının və kötüklərin içinin yoxlanılması məsləhətdir. Harasa gedib anidən oturmaq düzgün deyil. Mümkün olduğu qədər özləri ilə zərdab götürə bilərlər. Təbii ki, mərkəzi rayon xəstəxanalarında kifayət qədər zərdab var. Kəndlərə gəlincə isə bu işdə rayon təşkilatı şöbəsinin üzərinə məsuliyyət düşür. Zərdablar ödənişsizdir və neqativ hallarla kəskin mübarizə aparılır”.

Xəstənin rayondan Bakıya gətirilməsi pulsuzdur

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov “Report”a bildirib ki, ilan sancan, zəhərlənən və digər xəstələri rayonlardan Bakıdakı xəstəxanalara çatdıran “sanaviasiya” xidməti tam pulsuzdur: “Əgər regionlardan bizə çağırış gəlirsə, Bakıdan dərhal mütəxəssislər göndərilir. İlan sancması ilə bağlı müraciətlər mövsümi xarakter daşıdığından elə də çox olmur. Bizim istifadədə olan nəqliyyat vasitələrinin hamısı reanimobillərdir. Xəstələrə, əsasən, yerində yardım edilir. Ehtiyac olduqda həmin xəstələr paytaxta köçürülür. Əsas olan zərdabın vaxtında vurulmasıdır”.

M.Cəlalov həmçinin vurğulayıb ki, rayon mərkəzi xəstəxanaları tərəfindən bu il 19 toksikoloji daşınmalar həyata keçirilib. Bundan başqa, bu ilin 6 ayı ərzində toksikologiya üzrə 37 konsultativ çağırışlar olub ki, onlardan 16-sı paytaxta köçürülüb.

Tibb Universitetinin toksikologiya ixtisası niyə ləğv olunub?

Kliniki toksikologiya ixtisası1982-ci ildən - Azərbaycanda toksikologiya sahəsi yaranan gündən tibb təhsili ixtisaslarının siyahısına əlavə edilib və böyük nəsil mütəxəssislər yetişdirilib. İxtisas 2000-ci ilin əvvəllərinə kimi tədris olunub. Sonra isə ixtisasların siyahısı dəyişdirildiyindən toksikologiya ixtisası ləğv olunub və siyahıdan çıxarılıb.

Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev isə bildirib ki, ölkədə toksikoloq azlığı narahatedici məqamdır: “Vaxtı ilə Azərbaycan Tibb Universitetində (ATU) Kliniki toksikologiya ixtisası vardı. Amma bir neçə ildir ki, bu ixtisas ləğv olunub. İnternatura səviyyəsində həmin ixtisas tədris olunur. Başqa ölkələrdə isə həmin adda ayrıca kafedralar fəaliyyət göstərir. Onlar da işini layiqincə yetinə yetirirlər. Lakin hazırda ATU-da kəskin zəhərlənmələrə uyğun bakalavr səviyyəsində heç bir kafedra və ya kurs yoxdur. Sadəcə diplom aldıqdan sonrakı dövrdə anestezioloq reanimatoloq ixtisasında çox qısa - bir neçə həftəlik toksikologiya kursu var. Təbii ki, bu da yetərli deyil. Həkimlər, rezidentlər, tələbələr arasında aparılan anketləşmə zamanı belə nəticəyə gəlmişik ki, hazırda həm ilkin səhiyyə sistemində, həm də ATU-nu bitirən tələbələr arasında kliniki toksikologiya bilikləri çox azdı. Təəssüf ki, ixtisas siyahısı dəyişilməsə, bunu etmək mümkün deyil. Ümidimiz onadır ki, gələn ildən icbari tibbi sığorta sistemi bütün ölkəni əhatə etdikdən sonra bu məsələ hökumət səviyyəsində qaldırılacaq. Çünki bu, nə Səhiyyə Nazirliyi, nə də ATU səviyyəsində yox, birbaşa Nazirlər Kabineti səviyyəsində həll olunmalıdır”.

İ.Əfəndiyevin sözlərinə görə, bu sahə üzrə mütəxəssis yalnız sovet dövründə hazırlanan şəxslərdir ki, onların da sayı cəmi 15-16 nəfərdir. O vurğulayıb ki, ona görə də hazırda bölgələrdə mütəxəssis toksikoloq çatışmazlığı müşahidə olunur: “Bu problemi aradan qaldırmaq üçün Toksikologiya Cəmiyyəti yerli xəstəxanalarla birlikdə tədris kursları keçirir. Müxtəlif ixtisaslı həkimlər bu kurslarda iştirak edərək toksikologiya sahəsində biliklərə yiyələnirlər. Sözsüz ki, bu, çıxış yolu deyil”.

Rektor çıxış yolunu nədə görür?

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli “Report”a açıqlamasında bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə hansı həkim ixtisaslarının tədris olunmasını Nazirlər Kabineti təsdiqləyir. Onun sözlərinə görə, hazırda mövcud olan 42 ixtisas arasında toksikologiyaya aid ayrıca ixtisas yoxdur. Rektor vurğulayıb ki, ancaq toksikologiya daxili xəstəliklər ixtisası çərçivəsində tədris olunur: “Ona görə də Müalicə işini bitirən tələbə və ya rezident sonradan terapevt kimi fəaliyyət göstərərək kliniki toksikoloq kimi ixtisaslaşa bilər”.

G.Gəraybəyli hesab edir ki, rayon xəstəxanalarında ayrıca toksikoloq ştatı olmadığından toksikoloq çatışmazlığı ola bilməz: “Sadəcə toksikoloji xidmət çatışmazlığı ola bilər. İcbari tibbi siğorta sisteminə keçdikdə hər bir rayonda, məntəqədə hər ixtisas üzrə mütəxəssisin olması mümkün deyil. Bu, həm maliyyə, həm də təşkilati cəhətdən düzgün deyil. Sadəcə hazırda ailə həkiminin səlahiyyətləri genişlənir və bu, gələcəkdə də davam edəcək. Ona görə də ilkin yardıma ehtiyacı olan xəstələrə xidməti terapevtlər göstərilməlidir”.

ATU rektoru rayonlarda toksikoloq problemini aradan qaldırmaq üçün çıxış yolu təklif edir: “Toksikoloq çatışmazlığı ilə bağlı məsələdən çıxış yolunu onda görürəm ki, daxili xəstəliklər profilində hazırlanan mütəxəssislərin, rezidentlərin tədris proqramında toksikologiya elminə ayrılan saatlar artırılsın, daha çox mövzular keçirilsin. Adi terapevtlər hər hansı bir toksikoloji biliyə malikdirlərsə, gələcəkdə proqramda aparılan dəyişikliklər nəticəsində daha geniş biliyə yiyələnə bilərlər. Yaxşı olardı ki, gələcəkdə tədris proqramına dəyişiklik ediləndə bu məsələyə mütləq baxılsın. Tədris proqramını Səhiyyə və Təhsil nazirlikləri təsdiqləyir. Təklifləri də mütəxəssislər hazırlayıb aidiyyəti quruma göndərməlidir”.

Hökumətin reaksiyası

Nazirlər Kabinetindən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, ali təhsil müəssisələrində ixtisas sayının artırılması və ya əlavə yeni ixtisasın formalaşdırılması ilə bağlı müraciətlər, təkliflər qanunvericilik qaydalarına uyğun Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim olunur.

Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrində mövcud ixtisasların sayının artırılması əmək bazarının tələbləri, ali təhsil müəssisəsinin müraciəti və mövcud potensialı (elmi-pedaqoji kadr potensialı, maddi-texniki, tədris-metodiki və tədris laboratoriya) nəzərə alınmaqla həyata keçirilir: "2018/2019-cu tədris ilində bakalavriat səviyyəsi üzrə 5 yeni ixtisas üzrə (Müalicə işi, Hərbi-həkim işi, Tibbi profilaktika, Stomatologiya, Əczaçılıq) tələbə qəbulu həyata keçirilib. Hazırda ali təhsil müəssislərində tibb sahəsində 5 ixtisas üzrə kadr hazırlığı aparılır. Ali təhsil müəssisəsində yeni ixtisasın açılması məsələsinə həmin ali təhsil müəssisəsinin təsisçisinin müraciəti əsasında baxılır".

Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavab olaraq isə qeyd edilib ki, Kliniki toksikologiya ixtisası Nazirlər Kabineti tərəfindən təsdiq olunan Rezidenturada həkim-mütəxəssislərin hazırlığı aparan ixtisasların təsnifatına daxil olmasa da belə bu sahə üzrə həkim-toksikoloq vəzifəsində anesteziologiya-reanimatologiya ixtisası üzrə hazırlıq keçən mütəxəssislər fəaliyyət göstərir: "Rayon mərkəzi xəstəxanalarında zərurət yarandığı halda həkim-toksikoloq ştatları açıla bilər. Hazırda Kliniki Tibbi Mərkəzdə toksikologiya şöbəsi fəaliyyət göstərir və bütün respublika üzrə əhaliyə xidmət göstərir".

Mütəxəssis rəyi: toksikologiya ixtisası mütləq bərpa olunmalıdır

Bakının baş toksikoloqu İsmayıl Əfəndiyev hesab edir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da kliniki toksikologiya ixtisası bərpa olunmalıdır: “Proqnozlar onu göstərir ki, ildən ilə kimyəvi zəhərlənmələrin sayı artır. Söhbət tək ilan sancmasından getmir. Kütləvi zəhərlənmələr, sui-qəsd xarakterli zəhərlənmələr də bura aiddir. Ona görə də ixtisas həkimləri olmadığından ilkin yardımın göstərilməsində müəyyən probləmlər yaranır. Bu kimi hallar baş verdikdə “sanaviasiya” xidmətlərini və mütəxəssisləri göndərməklə məsələni həll etməyə çalışırıq. Ancaq yenə də yaxşı olardı ki, yerlərdə mütəxəssislər olsun”.
O deyib ki, həşərat və ilan sancmaları ilə bağlı hər il 100-ə yaxın fakt qeydə alınır: “Bu il də istisna olmayacaq. Zəhərlənmə hallarına qarşı zərdablar vurulur. Ölkədə hazırda davamlı tibbi təhsil sistemi tətbiq olunur. Həkimlərin özlərinin marağı var ki, ixtisas üzrə biliklərini yeniləsinlər. Hər il bir neçə metodik vəsaitlər nəşr edirik. Təbii ki, bu, istədiyimiz effekti verə bilməz. Ən yaxşı və düzgün çıxış yolu odur ki, hər il kliniki toksikologiya ixtisası üzrə həm Azərbaycan Tibb Universiteti, həm də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mütəxəssis hazırlasın”.
OXŞAR MÖVZULAR