Impera

XƏBƏR LENTİ
15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA13:19Göygöl polisinə yeni rəis təyin olundu13:0942 dərəcə isti olacaq - Sabahın HAVASI13:00Bakı metrosunda işıqlar söndü11:40DSX-nın yeni silahı: 3000 metrdən helikopteri məhv edir - FOTO11:24Bakıda keçmiş məhkum azyaşlı qızları bıçaqla hədələyib... — CİNAYƏT11:04Makron Putinlə danışıqlarının detallarını açıqladı10:55Qubada güclü yanğının sahəsi 40 hektara çatıb10:34Deputatın oğlunun həbsinin pərdəarxası - ilginc faktlar10:22Kütləvi dava: Üç futbolçu yaralandı, dörd azarkeş öldü – Video10:08"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...09:50Dörd rayonda qaz təchizatı dayandırılıb09:42Dörd milyarddan çox varidatı olan Lars Larsen vəfat edib09:19Azərbaycanda daha bir qurum yaradıldı - Prezidentdən fərman08:59Bakı Metropoliteni sədrinin milyonçu oğlu -FOTO08:53Xəzərin sabiq başçısı – özü gedib, izi qalıb....20:18"Uğurlarım iqtisadi savadıma görədir".17:52İNANILMAZ HADİSƏ! Cütlük taksi sürücüsünü gülə-gülə soydu - VİDEO17:40Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR17:27Azərbaycanda DƏHŞƏTLİ OLAY: Polisə zəng edib "bu gün silahlı hücum olacaq" dedi və...17:14Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO17:02Azərbaycanda magistratura qəbul imtihanına ödəniş ləğv edilə bilərmi? - AÇIQLAMA16:53Qurban bayramı münasibətilə 1070 NƏFƏR ƏFV EDİLDİ16:22Əsəd qüvvələri Türkiyənin hərbi karvanına hücum etdi: 3 ölü15:48Azərbaycanda biabırçılıq: Qadını bu görüntüləri ilə şantaj edən şəxs həbs edildi15:36Qətlə yetirilən ailənin ürək dağlayan görüntüləri - FOTO15:16Kadırovun atası Putinə qarşı şərt irəli sürübmüş14:59Nazirlik Rüstəm İbrahimbəyovun sədrliyini təsdiqlədi14:28Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ14:10Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlandı13:48Güləşçimiz erməni rəqibini darmadağın etdi13:28Azərbaycanlı məmuru intim görüntüləri ilə şantaj etdilər12:54Mir Şahin Gəncə teraktı ilə bağlı ŞOK VİDEO yaydı12:26Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO12:08"Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı11:54Əhaliyə bu xidmət pulsuz olacaq - QƏRAR11:17Vağzalda insanları öldürəndən sonra oturub polisin gəlməsini gözlədi11:02Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB10:43Əli Kərimlinin Mübarizə sevgisi: yenə pul, yenə vəd, yenə yalan10:23Türkiyə təyyarələri İraqın şımalında PKK mövqələrini bombalayıb10:12Gəncədə məktəbli qız özünü öldürdü09:55Sumqayıtda təbii qazın verilişində məhdudiyyətlər olacaq09:33Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub09:24Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib11:23"İPhone" işlədənlərə bəd xəbər - Bəzi telefonlar bloklanacaq11:20Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB11:18Mehriban Əliyeva Müslüm Maqomayevi doğum günündə bu sözlərlə andı11:16Rusiyada siqaret çəkənlərin maaşı azaldılacaq11:14Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb13:29Sahibkar icra başçısını hədələdi-3 milyonumu qaytar, yoxsa...13:18"28 May"da üç ay əvvəl dayandırılan eskalator bərpa edildi13:13Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü13:07Nepal Everesti fəth etmək üçün tələbləri sərtləşdirir13:02Bakıda antisanitar şəraitdə süd məhsulları hazırlayan sex aşkarlandı - FOTOLAR12:55Sabah 40 dərəcə isti olacaq11:44Akademik Kamal Abdulladan prezidentə şikayət: "Universitetdə maddi vəsaitlər talanır, haqqı dediyimiz zaman işdən qovulmaqla hədələnirik"11:16Məşhur müğənni xəstəxanaya yerləşdirildi - FOTO11:07Gəzməyə getmişdi, daşla vurub öldürdülər - Xaçmazda qanlı olay11:04Şəhid qardaşı: “İcra başçısından şikayət etdiyim üçün məni işimlə təhdid edir” – VİDEO11:00Satıcını SİM-karta görə döyüb, güllələdilər – Video10:57"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb22:57Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib22:54Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib22:51Tərtərdə traktor qaz kəmərini zədələyib22:48Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib22:44Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi19:57Zeynalovlar sükutu pozdular16:59Yol polisinin saxladığı sərxoş sürücü hansı nazirin qızıdır? - AÇIQLAMA16:49Bacılarının şəkillərini Facebook-da yayan oğlanı GÖRÜN NƏ ETDİLƏR - QİSAS... - FOTO
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (396)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əli Həsənovdan psevdopatriotlara TƏRS SİLLƏ - Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq istəyirlər?

03 iyl 2019, 17:10   
    25
Əli Həsənovdan psevdopatriotlara TƏRS SİLLƏ - Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq istəyirlər?

Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır.

Bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı Trend-ə açıqlamasında deyib.

Açıqlamada deyilir: "Azərbaycan dövlətçiliyinə qarşı qəsd aktı kimi dəyərləndirilən Gəncə hadisələrindən bir il ötür. Keçən müddətə aparılmış istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi. Mediada, xüsusən sosial mediada geniş yayılmış məlumatlardan görünür ki, həmin qüvvələrin ötən il reallaşdırmağa çalışdıqları senarinin puç edildiyi, vətəndaşlarımızın dövlətçiliyin keşiyində durduğunu nümayiş etdirdiyi Gəncə hadisələrinin ildönümü ilə əlaqədar üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən, radikal islamçı qruplaşmalardan biri yenidən fəallaşıb.

Qruplaşmanın sosial şəbəkələrdəki səhifə və profillərində, habelə bəzi dövlətlərin klerikal dairələri tərəfindən idarə olunan saytlarda fəallaşması birmənalı olaraq ifrat dini radikallığın, fundamentalizmin dəstəklənməsi kimi dəyərləndirilə bilər.

Dini şüarlarla pərdələnən, təxribatçı, niyyəti dövlətlə xalq arasında inamsızlıq, mümkün olarsa düşmənçilik toxumları səpmək olan bəzi internet resurslarında Gəncədə törədilmiş terror aktının əsas personajı, Rusiya vətəndaşı Yunis Səfərovun Suriyada döyüşlərdə iştirakını təsdiqləyən kadrlar nümayiş etdirilir və onu əsl “qəhrəman” kimi populyarlaşdırmağa cəhdlər olunur, xanımının hadisədən dərhal sonra etdiyi müraciət təkrar-təkrar yayımlanır.

Təəssüf doğuran odur ki, özlərinin demokrat və dünyəvi dövlət tərəfdarı olduqlarını iddia edən bəzi müxalifət liderləri və fəalları da terroru təşviq edən belə bir kampaniyaya dəstək verir, ifrat ekstremizmi özünə ideologiya seçmiş xarici qruplaşmaların istifadə etdiyi şüarları təkrarlayır, bu səpkidə çağırışlar səsləndirir, ölkəmizin çoxəsrlik dini dözümlülük mühitini, tolerant imicini şübhə altına alırlar. Bir sözlə, demokratiya dəyərlərinə sadiq olduğunu iddia edən bu tipli müxalifətin əslində həmin dəyərlərə qənim kəsilənləri, radikalizmi, ifrat dini fundamentalizmi dəstəklədiyi göz önündədir. Belədirsə, həmin müxalifətə, görəsən, hansı Azərbaycan gərəkdir? Dünyanın inkişaf etmiş ölkələri sırasında yer alan, sabit, qüdrətli və demokratik Azərbaycan, yoxsa Sudan, Somali, Liviya, Suriya və s. ölkələr kimi amansız daxili savaşın, qanlı xaosun, faciəvi vətəndaş qarşıdurmasının və terror qruplaşamalarının tüğyan etdiyi poliqon? Bəlkə onlar Azərbaycanı orta əsrlərin qaranlıq dövrünə qaytarmaq, ölkəmizi şəriət qanunları ilə idarə olunan məkana çevirmək istəyirlər?

... İyul ayının 3-də axşam Gəncə Şəhər İcra Hakimiyyətinin başçısınaqarşı sui-qəsd törədən birinin cinayətinin terror xarakteri, cinayəti törədənin xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi məlumdur.

Yerli və xarici mediada dərc olunmuş materiallarda, Y.Səfərovun həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi, "sosial zülmə" qarşı etiraz olaraq deyil, məhz xaricdə qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüyü "ideallar" naminə, yəni Azərbaycanda "şəriət dövləti yaratmaq" üçün törətdiyi də bəlli olub. Gəncədə terakt baş verəndən dərhal sonra radikal dini fundamentalizmi təbliğ edən Facebook səhifələri və saytlar, habelə Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı kütləvi informasiya vasitələri Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı anti-Azərbaycan müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, orda yaşayan anti-milli ünsürlərdən kömək gəldi. Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələr də cinayətkarımüdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər.

Xatırladım ki, bu teraktdan bir ay əvvəl, 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu "Foreign Policy " nəşri "Gəncə keçidi"nin Qərb üçün əhəmiyyəti haqında yazı dərc edərək baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Bu gün terroru təbliğ edən radikalların və onların havadarlarının yenidən fəallaşması, Azərbaycana təhdidlər ünvanlamaları isə Gəncə hadisələrinin ildönümü ilə yanaşı, TANAP-ın istifadəyə veriləcəyi vaxta təsadüf edir.

Qəribə deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə Ermənistan, bəzi dövlətlərdəki klerikal dairələr, ekstremistlər, xarici ölkələrə qaçmış, sadəcə, pula və məişət rahatlığının təminatına can atan bəzi azərbaycanlılar tərəfindən aparılan təmərküzləşmiş, təhlükəli ideoloji təxribat bu günlərdə yenidən canlanıb.

Demokrat və dünyəvi olduqlarını vurğulayanlar mövqe və demokrat prinsipiallığı nümayiş etdirərək bu tipli anti-Azərbaycan dairələrini və onların ölkəmizdəki uzantılarını qınamaq əvəzinə terror aktlarına görə həbs olunmuş şəxsləri qəhrəmanlaşdırır, merkantil maraqların təminatı, yeni maliyyə imkanları əldə etmək naminə onları vicdan məhbusu elan edərək xüsusi siyahılara salır, azadlığa buraxılmalarına çalışırlar.

Yaxın Şərq və Şimali Afrikada son illərdə baş verən proseslər göstərdi ki, hər hansı cəmiyyətdə özünü "müxalifət" adlandıran qrup və kəsimlər terrorçunu, yaxud terrorçuları qəhrəman kimi təqdim etməyə, terroru mifləşdirməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir, ideoloji təxribat vətəndaş müharibəsi, terrorun tüğyan etməsi ilə nəticələnir.
Dövlətin təhlükəsizliyi və milli mənafelər heç bir zaman, heç bir
vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir. Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş mövqeyi , milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməli. İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin maraqlarını bir-birindən fərqləndirməlidir".
OXŞAR MÖVZULAR