Impera

XƏBƏR LENTİ
13:28Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ13:1425 yaşlı oğlan nişanlısından ayrıldığına görə intihar etdi - BAKIDA ŞOK13:00Xalq artistinin oğluna yüksək vəzifə verildi12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir09:28Sabirabad mərkəzi bazarında yanğın söndürülüb - YENİLƏNİB19:57Rus bölməsində müəllim işləmək üçün 2300 nəfər sənəd verib19:25İlham Əliyevdən vacib SƏRƏNCAM16:06BAKIDA QORXUNC HADİSƏ: Azyaşlı qıza bıçaqla hücum etdi15:20Türkiyəyə S400 sistemlərinin çatması fonunda ABŞ İsrailə daha iki F-35 verib15:00Maliyyə Nazirliyi büdcə oğurluğu izini necə yayındırır... - QALMAQAL14:30Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı14:10XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir13:55Bakıda hotel 9153 manat cərimə edilib13:29SDU - da “Odlar Yurdu Azərbaycana səyahət” adlı Yay Məktəbinin açılışı oldu12:52Hacı Mazan bir-iki günə xəstəxanadan evə buraxılacaq12:04Mikayıl Cabbarovdan TƏYİNAT: Bu rayonlara rəis göndərdi11:51Məmur olmaq istəyənlərlə bağlı STATİSTİKA11:29Sürücülərin DİQQƏTİNƏ! - Bu yolda sıxlıq var22:34Cəliabadda enerji oğurluğu-“Azərişıq” ASC-nin işçiləri sayğaclara müdaxilə edirlər14:00Adnan Oktarın 870 il həbsi tələb olunur13:20Qarpızı zəhərə çevirən nədir? - VİDEO12:40Şəkildəki bu oğlan AXTARILIR - İtkin düşüb12:20Bakıda külək dəmir qapını qadının üzərinə aşırıb12:00Azərbaycan Reklamçılar İttifaqının prezidenti vəfat etdi11:40Dəmir yolu ilə sərnişin daşımalarına görə Avropa İttifaqında birincidir11:20"İnter" müdafiəçi aldı - rəsmi11:00Günün qoroskopu: Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin01:5917 yaşlı futbolçu stadionda öldü01:5030 ildə iqlim elə dəyişəcək ki, Madrid Mərakeşə bənzəyəcək - Alimlərdən PROQNOZ17:27Gecəyarı smatrfondan çox istifadə şəkər xəstəliyi yaradır – ALİMLƏR17:15Aynur Dadaşovadan toyda ŞIDIRĞI RƏQS: oxumaq yadından çıxdı - VİDEO17:02Bu şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulub16:46Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO16:34“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU16:18Fazil Məmmədovdan xəbər var
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (324)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

28 699 abituriyent imtahan verəcək

04 iyl 2019, 11:17   
    15
28 699 abituriyent imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 7-də Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə Unikal.org-a DİM-dən məlumat verilib.

İmtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılacaq. İmtahanların idarə olunmasına 205 imtahan rəhbəri və 2323 nəzarətçi-müəllim cəlb olunacaq.

Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 1-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri imtahan nəticəsini seçə bilərlər.

Məlumat üçün bildirək ki, imtahanda 28699 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11134 abituriyent II qrup üzrə, 17565 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 26523 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 10107, III qrup üzrə 16416 nəfər), 2176 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1027, III qrup üzrə 1149 nəfər) məzunudur. Abituriyentlərin 12411 nəfəri oğlanlar (II qrup üzrə 7456 nəfər, III qrup üzrə 4955 nəfər), 16288 nəfəri isə qızlardır (II qrup üzrə 3678 nəfər, III qrup üzrə 12610 nəfər). 25291 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2819 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 29 nəfər ali təhsil müəssisələrinin, 560 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 116 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 12608, Naxçıvanda 1532, Gəncədə 2977, Sumqayıtda 1460, Mingəçevirdə 1167, Şəkidə 1521, Bərdədə 1646, Göyçayda 1151, Şirvanda 1741, Lənkəranda 1841, Xaçmazda isə 1055 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 40-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
OXŞAR MÖVZULAR