Impera

XƏBƏR LENTİ
15:55İsmayıllıda gənc oğlan özünü asdı - Üç ay əvvəl də onu qardaşı bıçaqlayıbmış - FOTO15:00Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı14:30Binəqədidə 2 otaqlı ev yanıb13:553 yaşlı qız konfet bilib "ekstazi" uddu - Vəziyyəti kritikdir - FOTO13:30Tekstil şirkətləri İstanbulu tərk edir - SƏBƏB13:00Qrizmana görə "Barselona"ya intizam işi açıldı12:40Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı12:28Yanğının İlisu qoruğuna keçməsinin qarşısı alındı12:20Lənkərandakı istirahət məkanları cərimələndi - Səbəb12:00Yol polisi Bakıda yarım milyonluq maşın saxladı - 99 HJ 999 - FOTO11:45Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə11:30“Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nda dəyişiklik edilib11:15Nərimanovda iki ev yanıb11:00Məşhur rejissor Putinə görə qızını pravoslav edə bilər18:00“Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr dayanır” - Gürcü ekspertlər17:43Zoologiya İnstitutu bulvarda ilanların peyda olması ilə bağlı məlumatlara münasibət bildirdi17:28Azərbaycanla Uruqvay Şərq Respublikası arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında saziş təsdiq edilib17:14İyulun 22-nə manatın məzənnəsi17:06Sabiq Baş nazirə 13 il həbs cəzası verildi - Korrupsiyaya görə16:02Ərini xilas etmək üçün ondan polisə şikayət etdi15:59Ağır qəzaya düşən Hacı Mazanın səhhəti ilə bağlı SON DURUM - HƏKİMİ DANIŞDI15:56Boksçumuz xuliqanlıq maddəsi ilə ittiham edildi15:54Azərbaycanın aparıcı tikinti şirkətinin xalis mənfəəti 3 dəfədən çox azalıb15:51SON DƏQİQƏ: Avropanın bu ölkəsində ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi - Həyəcan elan edildi15:43Gülnaz Dadaşova Kardiologiya İnstitutunu özəl müəssisəsinə çevirib – ŞOK FAKTLAR15:02Bakıda keçiriləcək möhtəşəm idman festivalı barədə - BİLMƏDİKLƏRİMİZ14:48Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı14:37ƏHALİNİN DİQQƏTİNƏ: Bakı metrosunda XÜSUSİ REJİM14:25Universitetdə partlayış - Onlarla tələbə öldü, çox sayda yaralı var / VİDEO13:59DİN işçi axtarır - ELAN13:45Mühacir mafiyası insanları necə tora salır - şok detallar13:28Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ13:1425 yaşlı oğlan nişanlısından ayrıldığına görə intihar etdi - BAKIDA ŞOK13:00Xalq artistinin oğluna yüksək vəzifə verildi12:49Tanınmış aparıcı xalq artistini biabır etdi11:47"Qəbələ"nin "Dinamo" ilə oyununun saatı açıqlandı11:32Bizim PUA-larımız yerindədi, ABŞ bəlkə də öz dronunu vurub – İran rəsmisi11:21Ermənilər yenə saxtakarlıq etdi - Budəfəki hədəf Gülüstan qalasıdır11:05Nikahdankənar doğulan uşaqlara da aliment - dövlət rüsumu isə çoxdur10:55"Tarqovı"da polisin fahişə bilib, saxladığı qadın jurnalist olub? - RƏSMİ (VİDEO)17:22Sükan arxasında narkotik qəbul etdiyi deyilən sürücü barədə RƏSMİ AÇIQLAMA17:07SON DƏQİQƏ: Xəzər dənizində ZƏLZƏLƏ16:23İran futbolunda 38 illik qadağa aradan qaldırılır15:34Bu ərazilərdə də qanunsuz heyvan kəsiminin qarşısı alındı - REYD - FOTOlar15:15Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının yeni prezidentini təbrik edib14:48DİQQƏT! Sabah 40 dərəcə isti olacaq14:24“Baş nazirin oğlu əxlaqsız və parazitdir...”14:02Seçkiöncəsi Zelenskinin reytinqi yüksəlib13:40“Fahişəxana saxlayan hacılarla, büdcəni talayan məmurlarla bir sırada olmaram” – Araz Əlizadə13:25Bakının mərkəzi prospektində hər kəsin gözü qarşısında QANLI CİNAYƏT13:14"Tofiq Bəhramov"da oynamağı sevirəm" - Filip Ozobiç13:03Rəqsanə söyüş söydü: “Məni təhqir edəni tutub…”12:31"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY11:54Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə müvəqqəti təyinat olub11:34Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI11:08Bu limonadları almayın! - ADLAR10:51Antalyada azərbaycanlıların olduğu avtobus aşdı - ADLAR17:12İŞİD lideri Əbubəkr Bağdadi harda gizlənir? - AÇIQLANDI16:49ƏHALİNİN DİQQƏTİNƏ: Bu yerlərdə su kəsiləcək16:28ON DƏQİQƏ: Qanlı hücum - Türkiyəli diplomatlar güllələndi / Çox sayda ölü var15:46Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ15:44“Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları15:42Xalq artistindən ÜRƏKDAĞLAYAN SÖZLƏR: "Mən öləndən sonra..."15:39ŞOK GÖRÜNTÜ: Bu qadın 20 ildir ki, suyun içində yaşayır15:34Şəbnəm Tovuzlu: "İnstagram"dakıların 80%-i ucuz, dəyərsiz, mənasız insanlardır" - VİDEO14:30Pomidorun qiyməti niyə əl yandırır və nə vaxt ucuzlaşacaq?14:26"Keşlə" sabiq futbolçularını qaytardı14:24Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisinə hökm oxunub14:20İtalyanların Bakıdakı qalmaqallı sərgüzəştləri iflasla başa çatdı - ALİ MƏHKƏMƏ HÖKM VERDİ Kİ...14:17Sədərəkdə Meyvəli bazarında kütləvi ZƏHƏRLƏNMƏ13:36Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək13:20Sürücülərin NƏZƏRİNƏ: Bu zolağa girənlər cərimələnəcək12:55Azərbaycanda IV kurs tələbəsi faciəvi şəkildə ÖLDÜ12:40"Borca pul istədim, vermədi" - Müğənni Manafı İFŞA ETDİ12:25Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR11:48Şəki Xan Sarayında yaralananlarla bağlı - SON XƏBƏR11:15Azərbaycanda maraqlı toy: hər şeyi oğurladılar - VİDEO10:59Nazirlik bu şəxslərə 10 manat verəcək - RƏSMİ10:42Azərbaycanda ölüm səviyyəsi azalıb10:29Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub17:35Tələbə olmaq istəyənlərə şad xəbər: "Təhsil kreditləri veriləcək"17:23“Bizə təzyiq etməyin, altından qalxa bilmərik...”16:51Dilgəm Əsgərovun oğlu atasına məktub göndərib16:08S-400 komponentlərini daşıyan 12-ci təyyarə Ankaraya enib15:52Keşikçidağ oyunu açılır: “Reqnum” niyə imtina etdi? - VİDEO15:29Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO15:03Evdən çıxmadan işləmək imkanı olacaq - AZƏRBAYCANDA İLK14:49“Qarabağ” Donald Geryeylə yollarını ayırdı14:30Dəhşətli təyyarə qəzası- bütün sərnişinlər öldü14:19Ağdaşda 10 aylıq körpənin ölümünə səbəb olan həkimlər işdən qovuldu - RƏSMİ12:37Uşaqda telefon asılılığı varsa, valideyn nə etməli? - MƏSLƏHƏT12:21Ceyhun Səfərov “Azəriqaz”ın mətbuat katibi təyin edildi12:02Elman Cəfərov istefa verdi11:45Azərbaycanda vəzifəli şəxsin ailəsində - FACİƏ11:35Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib10:34Qarabağa "sülhməramlı qüvvələr" GƏTİRİLİRMİ? - TƏHLİL10:16Azərbaycan nefti yenidən bahalaşıb09:58Atəşkəs rejimi ara-sıra pozulub09:49“Sən azərbaycanlı deyilsən, bizim torpaqda oturub çörəyimizi yeyirsən, hələ bir dilin də var danışmağa..”09:41“Lotu Quli”nin əsas düşməni həbs edildi - Deputatın ölümündə şübhəli bilinir
BÜTÜN XƏBƏRLƏR
İyul 2019 (348)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)
Fevral 2019 (460)

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“AZƏRPOÇT”DA YENİ TALAN SİSTEMİ QURULUB? – Poçt işçisindən ŞOK iddialar

07 iyl 2019, 17:10   
    14
“AZƏRPOÇT”DA YENİ TALAN SİSTEMİ QURULUB? – Poçt işçisindən ŞOK iddialar

“Respublika üzrə poçt şöbələrində sistemin hesabında günü-gündən süni surətdə rəqəmlərin artması halı müşahidə olunur… “Şişən”rəqəmlər aprel ayından müşahidə olunur. Tabeliyində olduqları quruma müraciət etsələr də, problemin hardan qaynaqlandığını hələ də üzə çıxaran olmayıb… Nəticədə isə poçt işçilərində belə fikir formalaşır ki, süni rəqəmlərin artması halı qurum rəhbərlərinin maraq dairəsindədir. Sistemin yenilənməsi adı altında poçt işçilərinin ciblərini talan edirlər”. “Azərpoçt” MMC-nin adının çəkilməsini istəməyən əməkdaşının “AzPolitika.info”ya verdiyi məlumatda belə iddia olunur.

Mənbənin sözlərinə görə, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirilsə də, 200 il yaşı olan 2 əsir tarixə malik poçtumuz təəssüflər olsun ki, süquta doğru gedir: ““Biznesmen”lərin, “bankir”lərin apardıqları yenidənqurma adlı islahatlar nəticəsində və bank xidmətləri əsasında idarə olunan Azərbaycan poçtu həyəcan təbili çalır. Hamıya məlumdur ki, ən qədim tarixə malik olan poçtumuzun süqutu ölkənin tarixi köklərini sarsıdacaq”.

Bunun səbəbi olaraq isə, “Azərpoçt” MMC-də yeni sistemin tətbiq edilməsi və səlahiyyətli şəxslərin bundan öz məqsədləri üçün istifadə etməsi göstərilir: “Azərbaycanın poçt operatoru “Azərpoçt” MMC bu ilin mart ayının sonlarında korporativ informasiya sisteminin – “COLVİR Postal System” – CPS sisteminin yeni versiyasına qoşulub. Sistemin yeni versiyasına keçid “Azərpoçt”un əhaliyə göstərdiyi maliyyə xidmətləri üzrə işlərin optimallaşdırılması, proseslərin avtomatlaşdırılması, yeni tərəfdaşlarla daha sıx inteqrasiya edilməsinə imkan yaradılması məqsədilə həyata keçirilib.

скачанные файлы Amma təəssüflər olsun ki, nəticə heç də ürəkaçan olmadı. Sistemin tez-tez donması va ya gün ərzində işləməməsi nəticəsində vətəndaşların poçt şöbələrindən haqlı narazılıqlarına və şikayətlərin artmasına gətirib çıxartdı. Nəticədə vətəndaşlar poçtlardan nə kommunal, nə də digər ödənişləri ödəyə bildilər. Bu hal, Bakı şəhəri üzrə demək olarki, bütün poçtlarda müşahidə olunur. Hətta buna rayonlarda belə fəaliyyət göstərən poçtlarda da rast gəlmək mümükündür”.

Ancaq problem bununla bitmir. Mənbənin sözlərinə görə, “islahatlar” nəticəsində rabitəçilər “bank maxinasiya”sı ilə üzləşiblər: “Sistemin yenilənməsi nəticəsində “Azərpoçt”un keçmiş bazası iki hissəyə – maliyyə və poçt hissələrinə bölünüb. Mövcud infrastrukturu isə “Azintelecom”un “bulud” məkanına köçürülüb. Bunun gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyin artırılması üçün böyük imkan yaradacağı bildirilib. Ancaq bunun əksinə rabitədə yeni problemlər meydana çıxıb. Şöbələrdə “COLVİR” sistemində problem cari ilin aprel ayından yaranmağa başladı. Bu problemlə poçt şöbələrində çalışan bütün əməliyyatçılar və şöbə rəisləri üzləşir, heç cürə yaxa qutara bilmirlər. Necə deyərlər, “işbazlar”ın qurduqları “bank maxinasiya”sı zavallı rabitəçiləri cana yığıb. Bu gün hamıya məlumdur ki, rabitə sektorunda çalışan, ən az maaş alan və ən çox qüruru tapdanan poçt işçiləridi. Bəs nədir onların günahı? Xalqına gecə-gündüz xidmət etməkmi?”

Verilən məlumata görə, sistemdə yaranmış (və ya qəsdən yaradılmış) problem müəyyən şəxslərin talançılığına şərait yaradır: “Respublika üzrə poçt şöbələrində günü-gündən sistemin hesabında süni surətdə rəqəmlərin artması müşahidə olunur. Günün sonu ödəniş qəbzlərini, kassadakı nəğd pulları və sistemdəki rəqəmləri müqayisə etdikdə məlum olur ki, sistemin hesabında rəqəmlər süni şəkildə artır. Rəqəmlərin belə “şişməsi” isə aprel ayından müşahidə olunur. Poşt şöbələri tabe olduqları quruma müraciət etsələr də, problemin hardan qaynaqlandığını hələ də üzə çıxaran olmayıb. Maraqlısı isə odur ki, bu problemin araşdırılıb üzə çıxarılması ilə aidiyyatı mütəxəssislər və işçilər məşğul olmur. Nəticədə isə poçt işçilərində belə fikir formalaşır ki, süni rəqəmlərin artması qurum rəhbərlərinin də maraq dairəsindədir. Sistemin yenilənməsi adı altında əslində poçt işçilərinin ciblərini talan edirlər. Mövcud problemin həlli yollarını tapa bilməyən poçt işçiləri isə sözün həqiqi mənasında “cana yığılıb”. Kassada nəğd pul vəsaiti yoxdur, amma sistemin hesabında pul günü-gündən, necə deyərlər “şişir”. Bununla bağlı respublika üzrə bir çox poçt şöbələri tərəfindən dəfələrlə “Azərpoçt” MMC-yə şikayətlər olunub. Hətta bu səbəbdən aralarında işdən çıxarılan günahsız şöbə rəisləri də var. Onlardan sistemdə suni şəkildə “şişən” rəqəmləri nəğd pul vəsaiti ilə ödəmələri tələb edilir. Zavallı poçt işçiləri arasında yenilənmiş sistem ucbatından hətta evlərindən belə olanlar var. Baş verən bu hadisələr insanda elə fikir yaradır ki, “COLVİR” sisteminin yeni versiyası günahsız poçt işçilərini, necə deyərlər, “şərləmək”, oğurluqda ittiham etmək məqsədilə yaradılıb”.

Mənbənin məlumatına görə, hazırda MMC-nin 1200-dən çox şöbə və filialı korporativ sistemə qoşulub: “”Azərpoçt” geniş poçt şəbəkəsinə malikdir. Hazırda ölkə üzrə poçt şöbələrinin sayı təxminən 1500-ə yaxındır. “Azərpoçt” 2012-ci ilin aprel ayından Azərbaycan Mərkəzi Bankının lisenziyasına əsasən maliyyə xidmətləri də göstərməyə başlayıb”.

1619_5_06022019133015185“Dövlətin əmlak maraqlarına mühüm zərərin vurulması hallarının, əsas qanun pozuntularının baş verdiyi otaqlardan biri də məhz “Azərpoçt”da maliyyə xidmətlərinin göstərildiyi “Xəzinə şöbəsi” otağıdır. Eşitdiyimə görə, xarici valyuta mübadiləsinin alqı-satqısı və digər “maliyyə qazancları” bu şöbədə aparılır. Deyilənlərə görə, 1 saylı poçt filialının Müştəri Xidmətləri Şöbəsi pulların gəldiyi və yığıldığı əsas yerdir. Hətta həmin Müştəri Xidmətləri Şöbəsinin xəsinəsində 10 milyona yaxın pulun olması kimi informasiyalar yayılıb. Dövlətin və vətəndaşın pulu talanırsa, haqqı tapdalanırsa, buna göz yummamağı, lazımı dövlət orqanlarına şikayət etməyi bu ölkənin vətəndaşı kimi özümə borc bildim” – deyə mənbə bildirir.

Mənbə “Azərpoçt” MMC-də Prezidentin tapşırıqlarına da əməl edilmədiyini, struktur islahatları adı altında işçilərin ixtisar edildiyi bildirir: “Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir. Bu islahatlar idarəçilyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur… Bunu ölkə başçısı da dəfələrlə vurğulayıb. Ancaq cənab Prezidentin verdiyi göstərişlərə və etdiyi çıxışlara “Azərpoçt”MMC tərəfindən əməl olunmur…. “Azərpoçt” MMC-də, onun tabeliyində olan idarə və poçt şöbələrində işçilərin ixtisar olunması, vətəndaşlara göstərilən xidmətin keyfiyyət və kəmiyyətinin həddən artıq aşağı olması, şikayətlərin çoxalması, idarəetmədə yol verilən ciddi nöqsanlar bundan xəbər vermirmi? Sizcə belə olan halda “Azərpoçt” MMC bir qurum olaraq Cənab Prezidentimizin verdiyi tapşırıqları və göstərişləri yerinə yetirirmi?”

Yazıdakı iddialarla bağlı “Azərpoçt” MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif
AzPolitika.info
OXŞAR MÖVZULAR