Impera

XƏBƏR LENTİ
17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi11:55Erməni hiyləgərliyini ifşa edən portal: 1828.az saytının təqdimatı keçirilib11:42Bakıdakı marketdə erməni içkisi SATILIR - Utanaqmı, ölüb yerə girəkmi?..11:08Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti10:49İş adamı vətəndaşlara fırıldaq gəlir? - Müraciət...10:25Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO10:05"Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir" - Əli Həsənov09:53Sumqayıtın başçısı Zakir Fərəcovun abadlaşdırma dələduzluğu09:50Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ... - İTTİHAM09:28Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır? – Kuryoz fakt09:07İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi08:52Türkiyə Superliqasında növbəti baş məşqçi istefası08:22Pakistan HDQ üçün freqatların ikinci partiyasının istehsalına başlanılıb08:05Azərbaycanda Konstitusiya Günü qeyd olunur22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...14:20Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.14:00Yeni baş nazirin bir ayı... - TƏHLİL13:31General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA13:27Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir12:57"Amma hələ də bəzi problemlər qalmaqdadır..." - Masallı sakinləri Prezidentə müraciət edib12:30Sabah hava belə olacaq - Proqnoz açıqlandı12:15Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...12:03Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir11:45Vətəndaşların əmlakını bank əllərindən alır, şikayətlərinə baxılmır - "Axı mən bu ölkənin vətəndaşıyam..."11:24Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL11:13«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM11:01Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur22:24Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi18:17Türkiyəli həkimlərin Oqtay Güləliyevlə bağlı dəhşətli rəyi AÇIQLANDI18:08Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA17:55Mayı qazın qiymətini KİM QALDIRIB? - AÇIQLAMA17:30"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...17:1214 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı16:57Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət16:44Bayrağımız - milli qürur mənbəyimiz
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (264)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Mühacir mafiyası insanları necə tora salır - şok detallar

19 iyl 2019, 13:45   
    72
Mühacir mafiyası insanları necə tora salır - şok detallar

Bu günlərdə Azərbaycanda saxta mühacir biznesi ilə bağlı qalmaqal yaşanır. Avropada yaşayan bir qrup azərbaycanlının viza, mühacir sənədi düzəltmək üçün yaratdığı biznes şəbəkəsinin detalları barədə yerli media yazıb. Amma bu məsələnin daha qorxunc tərəfləri də var. Belə ki, Avropadakı işbaz şəbəkələr mühacir olmaq istəyən insanları yalan və şirnikləndirici vədlərlə olduqları ölkələrə gətirir, sonra isə istismar edirlər.

Polyak şəbəkə insanları Böyük Britaniyaya çağırır, sonra isə...

“Yeni Müsavat” son günlər Böyük Britaniyada yaşanan bir qalmaqalla bağlı detalları sizinlə bölüşür. Bu qalmaqal mühacir adı ilə xarici ölkələrə getmək istəyənlərin düşəcəyi tələlər barədədir.

Böyük Britaniya polisi növbəti dəfə işədüzəltmə şəbəkəsini çökdürüb. Birminqemdəki məhkəmə 8 polyakı 3 ildən 11 ilə qədər cəzalandırıb. Polşadan olan üç qadın və beş kişi öz həmyerlilərini yüksək məvacib və asan həyat vədləri ilə aldadıb. İnsanlar Böyük Britaniyaya gələndə onlara yüksək məvacibli iş əvəzinə, qurbanlara yarım dağılmış tikilidə nimdaş döşək üzləri və 14-16 saatlıq iş təklif edilib. Bundan başqa, onlar məvacibi də tamamən almayıblar. Məhkəmə prosesi zamanı qurbanlar bildiriblər ki, Böyük Britaniyadakı “bomj”lar onlardan daha yaxşı yaşayırlar. Polisin araşdırmasına görə, qurbanların böyük bir qismi yerdə yatmamaq üçün atılmış döşək üzlərini toplayır və Birminqem kanalında çimirdi.

Dözülməz şəraitdən şikayətlənməyə cəhd edib kişilərdən birinin əlini qırıblar, digərini isə insanların qabağında lüt soyundurublar. Sonuncunu həm də onunla təhdid ediblər ki, növbəti dəfə belə cəhd edərsə, böyrəkləri çıxarılacaq.

Cinayətkarlar qurbanların bank hesabına nəzarət edib, onların məvaciblərini oğurlayıblar. Bununla onlar 2 milyon funt-sterlinq məbləğində pul yığa biliblər. Bandanın hər bir üzvünün bahalı maşınları və gözəl mənzilləri olub.

Cinayətkarlar Polşada aşağı məvacibli, maddi durumu pis olan insanları seçiblər. Bəzənsə türmənin qapıları ağzında yeni namizəd, qurban tapmağa çalışıblar.

Britaniya polisinin fikrincə, bu, Böyük Britaniya ərazisində müasir quldarlığın ən bariz nümunəsidir. Qurbanların sayı 400-dən artıqdır, amma onlardan cəmi 90 nəfəri məhkəmədə ifadə verib.

Almaniya yerinə ingiltərəyə aparıblar, işə düzəldib, maaşını əlindən alıblar

Almaniyadakı qurbanlardan biri isə öz hekayəsini danışıb. Lukaş bütün yay boyu Polşa sirkində montajçı kimi çalışıb. Amma mövsüm bitib və o, işsiz qalıb. Tanış olduğu bir nəfər ona Almaniyada yaxşı iş təklif edib. Ona avtobusa bilet alıb və ilk vaxtlar üçün otel pulunu da ödəyib. Lukaş onu bir daha görməyib. Avtobusa minəndə isə anlayıb ki, Almaniyaya yox, İngiltərəyə gedir. Amma bu zaman da öz-özünə düşünüb ki, hara getməyin önəmi yoxdur. Əsas məsələ işdir, pul qazanmaqdır.

Avtovağzalda isə onu qaraçı əsilli Polşa vətəndaşı qarşılayıb. O, Lukaşı öz evinə aparıb. Orada da arvadı və uşaqları ilə birgə yaşayırmış. Onun beş qardaşının da öz evləri olub və polyak həmyerlilərini iş üçün ölkələrindən gətizdiriblər.

İlk iki ay tərəvəz fermasında və zavodda zibil çeşidləyici olaraq çalışan polyak görüb ki, onun hamisi kirayə, işıq, su və digər kommunal xərclər üçün gündən-günə daha çox pulunu əlindən alır. Hətta o qədər ki, ona hətta yemək üçün də pul saxlamır. Böyük Britaniyada bu sayaq hekayələr 2018-ci ildə 5000-ə yaxın olub, onlardan 3000-i polyakların payına düşüb.

Sxem necə çalışır?

Himayədar işçini işə gətirir, onu ingilis işəgötürən işlə təmin edir və tamamən vicdanlı şəkildə haqq etdiyi məvacibi da onun hesabına köçürür. Bu məbləğ o qədər nəhəng olmasa da, hökumətin qaçqınlar üçün nəzərdə tutduğu bütün proqramlardan yararlanmaqla yaxşı yaşamaq mümkündür. Amma işçinin bank kartı da pasportu və digər sənədləri kimi himayədarının əlində olur. İşçi ingilis dilində ancaq “yes” və “no” sözlərini bilir. Harasa getmək, kiməsə şikayətlənmək imkanları, demək olar ki, yoxdur. Bundan başqa, qorxu faktoru da onu sakit oturmağa və başına gələnlərə reaksiya verməməyə sövq edir. Çünki ac-yalavac qalsa da, ümid edir ki, bütün hallarda sonda onu azad edəcəklər.

Xatırladaq ki, bu sayaq qanun pozuntuları nəinki Böyük Britaniyada, bir çox Avropa ölkələrində var. Bu baxımdan da əmək miqrantlarının aldadılması, istismar edilməsi halları hər zaman baş verir. Kasıb ölkələrdən gələn kasıb və qorxmuş insanları daha çox onların öz həmyerliləri istismar edəcək. Amma bu situasiyaya düşmüş insanların yeganə təsəllisi odur ki, polis hər zaman bu sayaq halların üstünü açır, zərərçəkmişlər yerli xəstəxanalarda müalicə oluna bilir. Bu zaman onların sığorta və digər xərclərini işəgötürən həll edir. Amma dil bilgisi olmadan iş birjasına düşmək şansı, demək olar ki, sıfıra bərabərdir.

Bu ilin əvvəlində oxşar dələduzluq əməlinə görə Ukraynada da bir dəstəni yaxalayıblar. Ər, arvad və arvadın anasından ibarət cinayətkar dəstə Ukraynadan Böyük Britaniyaya qızlar gətizdirir, onları otel və barlarda işə düzəldir, böyük məvacib, yaşayış yeri və qidalanma vədi verirmişlər. Reallıqda isə onlara yeməyi və yaşayış yerini işəgötürən verib. İş üçün gedən qızların hər biri onlara bank hesabı açmaları üçün ailəyə etibarnamə verib. Bu da o demək idi ki, qızların bank hesabına nəzarət birbaşa dəstənin əlində idi. İşin üstünün açılması isə ilk iki ayda qızların bank hesabına pul oturmaması ilə açılıb. Zərərçəkən otelə gedərək nə baş verdiyini öyrənməyə çalışanda isə məlum olub ki, bu qızların sayı 40-a yaxındır. Açdıqlarını iddia etdikləri hesab isə, ümumiyyətlə, çalışmır. Əvəzində isə pul başqa hesaba transfer edilib və qızlara bir sent də olsun maaş verilməyib.

Yunanıstanda da məhz bu cür hekayələr tez-tez yaşanır. Buna səbəb də dil bilgisi olmayan insanların belə tələlərə olduqca tez düşməsidir.

Qadınları isə mühacir adı ilə bu yola yönləndirirlər

Britaniyanın dünyaca məşhur BBC telekanalı isə 2017-ci ildə Avropa qitəsinə səs salacaq, olduqca maraqlı bir reportaj hazırlamışdı. “Satılan insanlar” başlıqlı araşdırmada Şərqi Avropa ölkələrindən aldadılaraq qitənin qərbinə gətirilən və zorla fahişəliyə cəlb olunan qadınlardan bəhs edilir.

Prosesin nə cür və hansı formada həyata keçirilməsinin bütün detalları araşdırmada yer alıb. Aldadılan qadınların daha çox Birləşmiş Krallığa gətirildiyi və ölkədə oturum icazəsi almaq istəyən Asiya mənşəli kişilərlə evləndikləri qeyd olunub.

“Yalan vədlərlə aldadılaraq İngiltərə və Şotlandiyaya gətirilən rumıniyalı, slovakiyalı yoxsul qadınlar, ölkədə oturum icazəsi almaq istəyən çinli, pakistanlı mühacirlərin xoş vədlərinə aldanaraq onlarla evlənirlər” - Avropa Polis Təşkilatının (Europol) insan qaçaqçılığı üzrə mübarizə şöbəsinin rəhbəri Anjelika Molnar BBC-yə açıqlamasında deyib: “Haqqında danışdığımız qadınlar Şərqi Avropanın nisbətən yoxsul ölkələri olan Rumıniya və Slovakiyadandır. Lakin söhbət təkcə bu ölkələrdən getmir, Şərqi Avropanın digər bölgələrindən də yoxsul qadınlar aldadılaraq qərbə gətirilir. Daha sonra həmin qadınlar inanaraq etibar etdikləri pakistanlı, çinli, hindli kişilərlə evlənirlər. Faciə də məhz bundan sonra başlayır. Bir müddət keçəndən sonra həmin qadınlar anlamağa başlayırlar ki, onlarla evlənən kişilərin əsas məqsədi yaşadıqları ölkədə ömürlük oturum icazəsi almaqdır”.

Şöbə rəhbərinin sözlərinə görə, sonraki proses daha acınacaqlıdır: “Çölə atılmaqdan qorxan qadınlar həmin Asiya mənşəli kişilərin quluna çevrilirlər. Onlar nə desələr, əməl etməyə məcbur qalırlar. Şantaj olunurlar. Və sonda pul qarşılığında digər kişilərə satılır, fahişəyə çevrilirlər”.

BBC telekanalının gizli çəkiliş qrupu mövzunu daha dərindən araşdırmaq üçün qadınların gətirildiyi yerə - Şərqi Avropaya gedib. Jurnalist Sem Polinq insan qaçaqçılarının gizli iş üsullarını, zəncirvari prosesi yerində öyrənib. Araşdırma nəticəsində məlum olub ki, qadınlar Qərbi Avropaya aparılmadan öncə “tranzit evlərə” yerləşdirilir.

BBC-nin çəkiliş qrupu Slovakiyanın şərqində yerləşən bu cür evlərdən birini tapa bilib. Qadınlar Şotlandiyaya aparılmadan əvvəl bir neçə gün bu evlərdə qalırlar. Saxta evliliyə məcbur edilən qurbanların xilas ola bilməsi üçün Slovakiya və Şotlandiyadakı rəsmilərlə yaxından çalışdığını deyən və özünü ictimai xadim olaraq tanıdan İves Oqiu, jurnalist Sem Polinqə həmin evlərdən birini göstərib.

Ətrafı hündür divarlarla hörülən “tranzit ev”lərin bütün qapı-pəncərələrinə kameraların quraşdırılması xüsusilə diqqət çəkib. Slovakiyalı xeyriyyəçi İves Oqiu buradakı bəzi qadınların nəinki pasportları, hətta şəxsiyyət vəsiqələrinin belə, olmadığını deyir.

“Lakin maraqlıdır ki, cəmi 24 saat içində alverçilər həmin qadınlara şəxsiyyət vəsiqəsi və pasport düzəldə bilirlər. Deməli, qadın qaçaqçılığı işinə dövlətdən də gizli yardımlar edilir. O zaman bu şəbəkəni tam olaraq üzə çıxarmaq olduqca qəlizdir”- İ.Oqiu bildirib.

Adı açıqlanmayan slovakiyalı gizli agent isə deyib ki, qadınlar “tranzit ev”də qalarkən cinayətkar şəbəkə onlara daha gözəl görünmələri üçün xüsusi geyimlər verir: “Baxmayaraq ki, qaldıqları yer bərbaddır, hətta su da yoxdur, ancaq yaxşı qiymətə satıla bilmələri üçün qadınların gözəl görünmələri vacibdir. Qaçaqçılar bunu nəzərə alaraq onlara pul xərcləməkdən çəkinmirlər”.

Jurnalist Sem Polinqin araşdırmasının yekununda bəlli olub ki, aldadılan qadınlar daha çox Şotlandiyaya aparılır. Şotlandiya hökumətinin rəsmi statistikasına görə, təkcə 2016-cı ildə 150 qadın insan alverinin qurbanına çevrilib. Həmin qadınlar hazırda fahişəliyin və narkomaniyanın əsiridirlər.

İngilis jurnalist hazırladığı reportajın sonunda şəxsi mövqeyini də yazıb. “Nədənsə bu iyrənc şəbəkənin işinə dövlətlər ciddi müdaxilə etmir. Cinayətkarlar cəzalandırılmır. Həmin qadınlara saxta pasportlar necə hazırlanır? Onlara bu sənədləri hansı dövlət qurumları verir? Bu suallara cavab tapmadıqca, ”insan alveri ilə mübarizə" sadəcə, saxta bir deyim olaraq qalmağa davam edəcək", - Sem Polinq bildirib.
“Yeni Müsavat”
OXŞAR MÖVZULAR