Impera

XƏBƏR LENTİ
01:25Adil Vəliyevin bu şəhid ailəsindən xəbəri varm? - "Hec olmasa övladımı məktəbə göndərə bilim..."01:10BDU-nun müəllimi ilə deputat arasında pul davası: "Baş nazir məsələyə qarışdı, spikerlə danışdı..."01:00“Mürəkkəb geostrateji regionda müstəqil siyasət həyata keçirmək heç də asan məsələ deyil” – DEPUTAT16:39Ağdamda 1700 manata satılan MÖHLƏT HÜQUQU... Kimdi bu "Komissar" ELXAN? - ŞOK SƏS YAZISI14:31Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ edildi14:27Ehtiyatda olan polis və hərbiçilərə iş təklifi14:23"Mənim ağzımdan söz çıxmır, sözü deyirəm" - Elnarə Abdullayevadan AÇIQLAMA14:19İTV-nin sabiq əməkdaşı faciəvi şəkildə həlak oldu14:16Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı11:58Kərbəlada dəhşətli partlayış - ÖLƏNLƏRİN SAYI ARTIR11:39Tramp Yaxın Şərqə əlavə qoşun göndərir - GƏRGİNLİK ARTIR11:25Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada11:10Noyabrda Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək10:54Prezident İlham Əliyev: "Neftçilərimiz bu gün Azərbaycanın qüdrətini, inkişafını təmin edirlər"23:01İradə Gülməmmədova səyyar qəbul keçirdi18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (449)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Qədir Rüstəmovsuzluq – “Onun məhləsində qadınlar corabsız gəzməzdi”

23 iyl 2019, 14:24   
    30
Qədir Rüstəmovsuzluq – “Onun məhləsində  qadınlar corabsız gəzməzdi”

Qarabağın bülbülü, vətən həsrətli Qədir Rüstəmov 1935 ci-ildə Ağdamda anadan olub.



Qarabağ xanəndəlik məktəbinin yetirməsi olan Qədir Rüstəmov əvvəlcə ustad –xanəndə Hacıbaba Hüseynovdan dərs alıb, sonra özü Ağdamda təhsilini davam etdirib.



Onun ifasında bir sıra muğam dəstgahları “Rast” və “ Çahargah” lentə alınıb və radionun fondunda saxlanılır.

“Sona bülbüllər” xalq mahnısı sanki sənətkarın vizit kartı oldu. Xanəndə o musiqi ilə uşaqdan-böyüyə hər kəsin qəlbinə yol tapdı.

Ömür vəfa etmədi, uzun sürən xəstəllik nəticəsində 2011 ci-il dekabrın 14-ü Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

Mərhumun sənət yoldaşları Ağdamın işğal günündə onun haqqında fikirlərini Modern.az saytı ilə də bölüşüblər.



Məşhur gitara ustası, xalq artisti Rafiq Hüseynov (Rəmiş) Qədir Rüstəmov haqqında bunları söyləyib.



“Qədirlə xatirələrim 50 ildən bəridir. Mənimlə yoldaşlığı lap çox olub. İlk dəfə Qədiri Ağdama böyük qardaşımın toyuna gətirdik, o vaxtı hələ “Sona bülbüllər” yox idi. Elə ilk tanışlığımız da ordan başladı. Böyük sənətkarlar toyda iştirak edirdi. Onlardan Sara Qədimova, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Habil Əliyev yanıqlı çalırdı, Qədirdə orda ah-nalə yağdırırdı”.



Rəmiş deyib ki, Q.Rüstəmov o zamanlar mədəniyyət nazirinin maşınını sürürdü.



“Çox yaxşı, həm də baməzə insan idi. Bir xüsusiyyətini də deyim ki, qəlyanı çox sevirdi, qəlyansız durmurdu. Balaca qardaşım mənimlə yaşayırdı,o vaxt AZİ-də (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alırdı. Bir gün Qədir bizə gəldi, qəlyanın da iyi ona pis təsir edirdi. Qədirin bir xasiyyəti vardı. Adi bir hərəkətdən insanın içini oxuya bilirdi ki, bu nə demək istəyir. Bir də gördün Qədir küsdü getdi. Qardaşım özü Qədirlə tanış olmuşdu, mən tanış etməmişdim.

Qədir Bakıya mənimlə birlikdə gəlib. Bir xasiyyəti var idi ki, pula həris deyildi, toyu özü danışmazdı. Dostluqda çox möhkəm idi, söz götürən insan deyildi. Hər an nəsə edə bilərdi, tez hirslənib hətta adamı boğmaq imkanına malik idi.

Qədirin məhləsində heç bir qadının ixtiyarı yox idi ki, corabsız gəzsin,o dəqiqə geri qaytarardı. Namusu-qeyrəti qoruyan adam idi”.



Bir dəfə Şəkidə birlikdə toy çaldıq. Orda bir dəli Saxı vardı, indi deyirlər rəhmətə gedib, maşın düzəldən idi. Bu nəysə gəldi əlində də pul,dostlarına da deyib ki, bu saat Qədirə deyəcəm oxusun. Bir əlində pulu saxlayıb,o biri əli ilə guya Qədiri hədələyir. İndi durdu ayağa əlində bir bıçağı vardı, nəysə açdı bıçağın ağzını, kişini öldürmək istəyirdi.Guya indi bu zarafat edir.

Dedik ki, zarafat edir. Qədir qayıtdı ki, bu nə zarafatdır? Bax belə bir adam idi Qədir, çox həssas, həm də anında elə söz deyirdi ki, hamını qırırdı gülməkdən”.

Qədirin bir xüsusiyyətini də deyim xoruz döyüşdürənlərə həvəslə baxardı. Ayaqları və boğazları uzun xoruzları daha çox sevirdi.



Ancaq özü döyüşdürməyi sevmirdi. Ağdamda o zaman dəb idi xoruz döyüşdürmək. Yaxşı balıq tuturdu. Tez-tez balıq tutmağa gedirdik. Mənim o qədər də aram olmasa da, Qədir tutanda xeyli tuta bilirdi. Çox vaxt da özü tək gedirdi, oturardı kanalın qırağında, özü də tutduğun da yemirdi, toyuqlara gətirib verirdi”.



Qədir kimi sənətkarlar heç vaxt ölmür. Onların sadəcə cəsədləri ölə bilər. Qədirin səsi, adı- sanı dünya ilə bir idi. Tehranda olanda biri mənə dedi ki, bir dənə qız Qədirin “Sona bülbüllər”inə qulaq asdı özünü asdı öldürdü. Bu bir faktdır həqiqətən. Aqil Abbas bu barədə araşdırıb kitab yazıb. Kitabın adı “Qeybdən gələn səs” adlanır.



Xalq artisti, xanəndə Mənsum İbrahimov Qədir Rüstəmovun səsini Qarabağın harayı adlandırıb.



“Qədir Rüstəmov klassik muğam ifaçılarından biridir. O təkcə “Sona bülbüllər” oxumaqla xalqın qəlbində abidə qoyan sənətkarlardandır. Aramızda olmasa da, onun səsi gələndə hər kəsin qəlbində bir nisgil, Qarabağ ətirli torpaq yada düşür. Milyon səsin içində seçilən bir səs idi”.



Mənimlə də çox yaxşı münasibəti var idi. 50 illik yubileyimi Ağdamda qeyd etmişdim,vallah Qədir necə ifa etdisə bütün hərkəs ayağa qalxdı.



İnanırsınız ki, Qədiri kim görürdüsə hamı yaxınlaşırdı ki, onu yaxından görsün. Çox tez dünyasını dəyişdi, ən böyük arzusu Ağdama getmək idi, ancaq qismət olmadı. Onun ruhu bu dəqiqə narahatdır, təsadüfə bax bu gün də Ağdamın işğal günüdür. İnşallah ki, tezliklə Qarabağa gedəcəyik, Qədirin də ruhu şad olacaq. Qədir kimi sənətkarlar hər vaxt dünyaya gəlmir və yetişmir”.



Xalq artisti Arif Babayev isə mərhum sənət yoldaşının varlığına hələ də inanır.



“Qədir mənim xatirimdə güclü bir sənətkar kimi qalıb və qalacaq. Onun səsində xüsusi bir sehir vardı. Səsiylə insanları özünə bağlayan, nisgilli bir insan idi. Özünəməxsus hərəkətləri, zarafatları sanki hər birimizin yaddaşında əks olunub.

Bir müqayisə deyim Sona Aslanova “Sona bülbüllər”i ondan xeyli qabaq ifa etmişdi, amma Qədirin bülbülü qədər təsirli və yanıqlı deyildi. Qədirin “Sona bülbülləri” təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında sevilirdi.Onun bütün oxuduqları xalq mahnıları, muğamları bizim tariximizdə qalıb, “Sona bülbüllər”i isə Qızıl fondda ayrıca saxlanılır.



Xalqın məhəbbətini qazanmaq hər adama qismət olan bir şey deyil.



Vallah birdən elə müğənni çıxıb xalq mahnılarını oxuyur ki, adam bir də onu oxumaq istəmir. Xalq mahnıları özü bir əsərdir, onu gərək yaradıcılıqla oxuyasan. Qədir nə oxusa, ona bir gözəlllik qatırdı, adamın ruhuna toxunurdu. Qeyri-adi bir səs və insan idi.O tərzdə insan birdə gəlməyəcək. Çox yaxşı ailəsi, tərbiyəli oğlanları var”.

A.Babayev bildirib ki, Q.Rüstəmovla axıırncı dəfə Türkiyədə xəstəxanada olanda danışıb.

“Heç ölmək istəmirdi, elə yaşamaq istəyirdi. Fikri də ancaq Ağdamda qalmışdı.Hər danışığında Ağdama gedəcəyəm, orda oxuyacağam deyirdi.Onun kimi insanlar tez ölməli deyildi, içində yaşamaq həvəsi vardı.



Çox maraqlı insan idi, gülməli sözləri və hərəkətləri vardı. İllər keçdikcə Qədirin səsi daha da şirinləşir,onun varlığını mahnılarında axtrarırıq. Mən onun ölümünü qəbul etmirəm, ona görə ki, elə bilirəm harasa gedib qayıdacaq. İnsanın hər danışığı, hərəkəti bir tarix idi. Bir az da emosional insan idi,ancaq onun sözü heç kimin xətrinə dəymirdi. Çünki sözü elə tərzdə deyirdi ki, adamın üzündə gülüş yaranırdı”.



Bu gün də Ağdamın işğal dövrünə təsadüf etdi, inanırsınız Ağdam adı gələndə çox pis oluram. Qarabağı gözümün qabağına gətirəndə başqa bir aləmə gedirəm. Deyirəm ki, ay Allah mən sağ ikən torpağımız qayıdardı, nə qədər canımda imkan var dizin-dizin o tikdirdiyim evimə gedim”.
OXŞAR MÖVZULAR