Impera

XƏBƏR LENTİ
17:28Cənubi Koreyada hərbi laboratoriya partladı: ölən və yaralananlar var17:26Qüdrət Qurbanovun sertifikat biznesi17:15Azərbaycan kubokunun PÜŞKÜ ATILDI17:00Azərbaycan Prezidenti: "Mənim göstərişimlə ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində addımlar atılır"16:41Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın"16:22Nazirliklərin ŞÜBHƏLİ qrant siyasəti: - QHT-lər həvəssiz, müsabiqə qapalı, nəticələr bəlli15:55Ağdaşın deputatı ilə bağlı şok iddialar... - Bu imiclə yenidən mandat ala bilməyəcək...15:41İnam Kərimov daha iki direktoru işdən çıxardı - ADLAR15:29Prezidentin qətiyyəti, xalqın dəstəyi: - Azərbaycanın durmadan inkişafı qaçılmazdır15:12“GünayBank”ın keçmiş sədr müavini 30 milyonu hara xərcləyib? - zərərçəkənlərdən biri onun qaynıdır14:52Azərbaycanda toyda oynamaq üstündə dava düşdü14:14"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın14:02İçərişəhərdə “Sirlərin ahəngi” adlı sərgi açılacaq13:49Azərbaycanın məşhur futbol bazası bağlanır12:31“10 gün qalıb, amma namizədlik üçün arayış ala bilmirəm” - GİLEY12:04“Meqa Sığorta” ilə müştəri arasında QALMAQAL - “ÖDƏNİŞİ DÜZ VERMİRLƏR”11:47Azərbaycanda ətin qiyməti qalxıb, kolbasa ucuzlaşıb - PARADOKS11:19Bakı Beynəlxalq Avtovağzalında özbaşınalıqlar... - Nazirliyi hərəkətə gətirdi...10:52Bakı İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq... - İDDİA10:36Əli İnsanov haqda ŞOK FAKT: Bağ evləri bir-biri ilə yeraltı tunellə birləşdirilibmiş... - 1 milyon avro qiymətinə mebellər, kef məclisləri üçün qırmızı otaq...09:37"Vüsal Kərimlinin hədəfi XALQA XİDMƏT yox, XALQA ZİLLƏTDİR!" - Müraciət...09:15Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"08:58Azərbaycanın bank sektoru Bazel III standartlarına keçməyə hazırlaşır (ÖZƏL)08:39Makronla Tramp Suriyanı müzakirə etdi08:23BDU ilə bağlı qalmaqal böyüyür - Ekspert deputatları debata çağırdı22:01Sumqayıt Apellyasiya məhkəməsinin hakimi ilə biznes ortağının əmlak davası davam edir-VİDEO18:00DTX rəisi: “Yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaradılır”17:40Pensiyalar artırılır, amma ortada başqa problem var17:17"Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev17:07Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR16:33“Azərbaycanda mal-qara üçün nəzərdə tutulan yemlik buğdadan çörək bişirilir” - ŞOK İDDİA16:11Ağsu RİH -in işdən çıxarılan müavini İqbal Mikayılov qaçıb? - İDDİA15:48“Meliorasiya və Su Təsərrüfatı”nın 1 milyonluq kranını “metallom”a veriblər - İTTİHAM15:32“Turan” Samir Şərifovu qəzəbləndirdi – 20 suala 20 səhifəlik cavab15:00Masallıda keçmiş məmurla bağlı iddia... - İTTİHAM14:44Şirvan şəhərinin yeni icra başçısı kimdir? - DOSYE14:28Azərbaycan hava limanlarında sərnişin axını yeni rekord göstəriciyə çatıb14:07İrana nüvə sazişi ilə bağlı XƏBƏRDARLIQ13:34Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib13:16SƏRƏNCAM: Əziz Əzizov vəzifəsindən AZAD EDİLDİ12:58İlqar Abbasov Bakının Suraxanı RİH başçısı vəzifəsindən AZAD EDİLDİ12:41Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb12:16İsrail Qəzzada cihadçıların liderini məhv etdi11:55Erməni hiyləgərliyini ifşa edən portal: 1828.az saytının təqdimatı keçirilib11:42Bakıdakı marketdə erməni içkisi SATILIR - Utanaqmı, ölüb yerə girəkmi?..11:08Mikayıl Cabbarovun Tarif Şurasının sədri kimi ilk işi bahalaşdırma olacaq? - Gözlənti10:49İş adamı vətəndaşlara fırıldaq gəlir? - Müraciət...10:25Adil Vəliyev bu evlər tikiləndə hara baxırdı? - VİDEO10:05"Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir" - Əli Həsənov09:53Sumqayıtın başçısı Zakir Fərəcovun abadlaşdırma dələduzluğu09:50Şəmsəddin Xanbabayevin KORRUPSİYA "TƏMƏL"İ... - İTTİHAM09:28Prezidentin Şamaxıda sökdürdüyü məktəbin invertarların kim satır? – Kuryoz fakt09:07İcra başçısı Tərtər sahibkarlarına qarşı zülm edir-Şikayətçi08:52Türkiyə Superliqasında növbəti baş məşqçi istefası08:22Pakistan HDQ üçün freqatların ikinci partiyasının istehsalına başlanılıb08:05Azərbaycanda Konstitusiya Günü qeyd olunur22:01Mübariz Mənsimov Araz Əlizadəni "siyasi təlxək" adlandırdı16:35Oqtay Gülalıyevdən nə xəbər var? - AÇIQLAMA16:32Xərçəng xəstəliyinin müalicəsinə ayrılmış 43 milyon manatı mənimsəyən deputat - KORRUPSİYA16:27Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub – “Tamamilə qanunsuzdur”16:23Ərdoğanın Osmanlıda nüfuzun 50 faizi yazı bilirdi bəyanatına sənədli cavab gəldi: " Sayın cumhurbaşkanım oran 2.575 faiz..."16:20“Əmlak” Kərəmindəmi ulduzu sönür?14:27"Pərviz haqsızlıq edib"- Türkandan SƏRT CAVAB14:07Azərbaycanda bank hesabından nağd pul çıxarmaq ÇƏTİNLƏŞƏCƏK – YENİ TƏKLİF13:45«MƏQSƏDİMİZ DAHA ÇOX OXUCU KÜTLƏSİNƏ SAHİB OLMAQLA YANAŞI, AZƏRBAYCAN REALLIQLARINI DÜNYAYA ÇATDIRMAQDIR»13:38Gələn ilin dövlət büdcəsi niyə daha çox sosialyönümlüdür? - TƏHLIL12:46Qazaxda toy karvanında silahdan atəş açılıb, təhlükəli anlar yaşanıb - FOTO12:27Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...11:59Aldatdığı şəxsi kürəkənləri ilə hədələyən şöbə rəisi- GENERALLARA ŞİKAYƏT OLUNDU -VİDEO11:49“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər11:27"Böyük Fırat"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...11:08DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...10:45Ağstafada dəhşətli mənzərə... - Sakinlər narazılıq edir...10:31NI Rusiyanın “ən qorxulu kabusu” haqqında yazdı09:26"Amma hər şeyin qədəri var, sonra efirə çıxırlar, üz sallanır, qarın nə boyda"03:24Nurməhəmmədov alman döyüşçüyə uduzdu21:29Mitinqə çıxan Maqsud Mahmudov ÖLKƏDƏN QAÇDI - Bu səbəbə görə15:20BŞBPİ Müsavat Partiyasının rəhbərliyinə xəbərdarlıq etdi15:00Azyaşlılara siqaret satanlar cərimələndi14:40Yeni "Azəriqaz" şefi bu problemi çözə biləcəkmi? - Ölümə aparan isinmək həvəsi...14:20Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.14:00Yeni baş nazirin bir ayı... - TƏHLİL13:31General Ehtiram Xəlilovun gizli aksiz biznesi - İLGİNC İDDİA13:27Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyn üçlüyündən Qarabağ əlilinə “kassasiya şantajı” Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir12:57"Amma hələ də bəzi problemlər qalmaqdadır..." - Masallı sakinləri Prezidentə müraciət edib12:30Sabah hava belə olacaq - Proqnoz açıqlandı12:15Azərbaycanda oliqarxiya necə sıradan çıxarılır... - Kiçiklərdən başlayan prosesin böyük hədəfləri...12:03Qarabağ əlilinə “kassasiya şantajı” - Şikayət verərsə , əlil evindən çıxarılacağı ilə hədələnir11:45Vətəndaşların əmlakını bank əllərindən alır, şikayətlərinə baxılmır - "Axı mən bu ölkənin vətəndaşıyam..."11:24Bakının notasına Rusiyanın cavabındakı “işarə”... - TƏHLİL11:13«Meliorasiya və Su Təsərrüfatı» ASC bax, bu faktlara görə ləğv olunmalıdır... - İTTİHAM11:01Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur22:24Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi18:17Türkiyəli həkimlərin Oqtay Güləliyevlə bağlı dəhşətli rəyi AÇIQLANDI18:08Mikayıl Cabbarov bu faktlara nə deyəcək? - İDDİA17:55Mayı qazın qiymətini KİM QALDIRIB? - AÇIQLAMA17:30"Cənnət", "Xan bağı", "Xan sarayı", "Madonna" şadlıq sarayları...17:1214 mindən artıq vakant iş yeri var - Elektron qaydada müraciət imkanı16:57Arif Qasımov vətəndaşı etiraz aksiyalarına sürükləyir?!... – Nizami RİH ataya övladlarını "Detdom"a verməyi məsləhət görür - Şikayət16:44Bayrağımız - milli qürur mənbəyimiz
BÜTÜN XƏBƏRLƏR
Noyabr 2019 (264)
Oktyabr 2019 (577)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Ola bilər, bu ay, ya gələn ay da biz mətbuatdan çoxsaylı yol qəzalarını oxuyaq" - deputat

30 iyl 2019, 17:35   
    69
"Ola bilər, bu ay, ya gələn ay da biz mətbuatdan çoxsaylı yol qəzalarını oxuyaq" - deputatSon zamanlar Azərbaycan avtomobil yollarında qəzaların sayı kifayət qədər artıb. Üstəlik əksəriyyəti insan itkisi ilə nəticələnən ağır yol-nəqliyyat hadisələrinin şahidi oluruq. Təkcə ötən gün 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.

Ağır yol-nəqliyyat hadisələrinin artması deputatlarımızı da narahat edən mövzuya çevrilib. Bu barədə Modern.az-a danışan Milli Məclisin üzvləri sürücülərə və piyadalara tövsiyələrini də dilə gətiriblər.

Yol nəqliyyat hadisələrinin artmasını turistlərin çoxluğu, sakinlərin rayonlara istirahətə üz tutmaları ilə əlaqələndirən deputat Çingiz Qənizadə düşünür ki, yay məzuniyyəti müddətində qəzalar çoxalır:

“Amma ötən illə müqayisədə respublikada qəzalarda azalma müşahidə olunur. Bu barədə məlumatı Dövlət Yol Polisinin təşkil etdiyi tədbirdə diqqətə çatdırdılar. Ola bilər, bu ay, ya gələn ay da biz mətbuatdan çoxsaylı yol qəzalarını oxuyaq. Amma növbəti aylarda azalmalar baş verəcək və illik statistika balanslaşacaq.

Yol qəzalarında əsas məqam ictimai nəqliyyat vasitələrinin idarəetməsi ilə əlaqədardır. Belə qəzaları azaltmaq üçün ilk növbədə sürücülük mədəniyyəti düzgün formalaşdırılmalıdır. Sürücülər cinayətkarcasına özlərinə güvənməkdən çəkinməlidirlər. Yəni sürücü içkili vəziyyətdə, özünə arxayın şəkildə sükan arxasına keçirsə, qəzanın baş verməsi qaçılmazdır. Bu, cinayətkarcasına özünəgüvənməkdir. Bəzən sürücülər sürət həddini qat-qat artırırlar. İnsanların sürücülük mədəniyyəti nə qədər ki, yüksək olmayacaq qəzaların azalmasını gözləyə bilmərik. Bir müddətə əvvəl Masallıda 8 nəfərin ölümü ilə nəticələnən qəza baş vermişdi. Səbəb isə çox zaman olduğu kimi yüksək sürət idi. Mən anlaya bilmirəm ki, insanlar avtobus sürücüsünün həddindən artıq yüksək sürətlə, sürücülük mədəniyyəti olmadan avtobus idarə etməsinə niyə etiraz etmirlər? Baxırsan ki, avtobus sürücüsü damağında siqaret, qulağında telefon, yüksək sürətlə maşın idarə edir. Təəssüf ki, sərnişinlərimiz də buna etiraz etmirlər. Düşünürəm ki, bu da sərnişin mədəniyyətidir. Onlar öz haqlarını qorumaq üçün lazımi formada mədəniyyətsiz sürücüyə etiraz etməlidirlər”.

Ç. Qənizadə diqqətə çatdırıb ki, sürücülük vəsiqəsinin verilməsi qaydaları ilə bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac yoxdur:

“Bu, sürücülərin hüququdur. İmtahan verib, sürücülük vəsiqəsi alırlar. Bir müddət əvvəl Milli Məclisdə qərar qəbul etdik ki, avtomobil idarəsi üçün müvafiq məktəbi oxumaq vacib deyil. Bunu sadələşdirməyimiz o demək deyil ki, sükan arxasına keçən hər kəs şirə dönsün, qanunlara hörmətsizlik nümayiş etdirən vətəndaş olsun. Mən sürücülərin və vətəndaşların yol hərəkət qaydalarına münasibətdə sayğısızlığını qəbul etmirəm. Qanunlara hörmət çərçivəsində sürücülük mədəniyyəti insanlara aşılanmadıqca yol qəzaları çox olacaq”.

Deputat Kamilə Əliyevanın sözlərinə görə, belə fikir formalaşıb ki, fərqli şəraitlərdə, xəstəlikdən, müharibədən yaxud müxtəlif təlafatlardan dolayı insanlar kütləvi məhv olur. Halbuki dünya üzrə hər gün yol qəzalarında bəlkə də minlərlə insan dünyasını dəyişir:

“Əminliklə deyə bilərəm ki, yol qəzalarının əksəriyyətinin baş verməsində piyadaların günahı böyükdür. Yol hərəkəti haqqında müvafiq qanunlarda bütün qaydalar göstərilib, hər bir məqam diqqətə çatdırılıb. İnsanlar yol qaydalarına riayət etsələr, inanın, qəzalarda ölüm hallarının sayı yarıya qədər azalar.

Dövlət tərəfindən tikilən piyada keçidlərindən az sayda insan istifadə edir. Sanki hər kəs keçidə düşüb, çıxmağa tənbəllik edir, əvəzində maşınların şütüdüyü yoldan qaçaraq, keçirlər. Gənclər isə qulaqcıqlarını qoşub, yolun piyada keçidi olmayan hissəsindən, arxayınlıqla keçməyə cəhd edirlər. Hətta yolda elə hərəkət edirlər ki, eləbil Bulvarda gəzirlər”.

Deputatın fikrincə, sürücülərimizin də yol hərəkəti qaydalarında naşılığı, arxayınlığı kifayət qədərdir:

“Sürücülərimizın əsas əməl etmədiyi qayda sürət həddidir. Avtomobil idarə edənlər çox tələsirlər, maşınlar bir-birlərini gözləmirlər. Məsələn, Heydər Əliyev adına Hava Limanında sürət həddi qoyulub. İstənilən sürücü qaydalara riayət edərək, 120 km/saat sürətlə hərəkət edə bilər. Amma bir də görürsən, kənardan - baryerlərin üzərindən kimsə peyda olur, yolu keçmək istəyir. Sürücülər sürəti tarazlaya bilmədikdə qəzalar baş verir. Üstəlik qarşıdakı maşınlarla məsafəni düzgün saxlamadıqlarına görə, zəncirvari qəzalara şahid oluruq.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər isə daha təhlükəli problemdir. Bəzən görürük ki, valideynlər yeniyetmə övladlarına maşın həvalə edirlər. Bu cür naşı sürücülərin törətdiyi qəzalar da kifayət qədər çoxdur. İnsanlar anlamalıdırlar ki, qaydalara riyaət etməklə qəzaları, ölüm sayısını sıfıra endirə bilərik. Hər kəs öz məsuliyyətini dərk edib, həyatını riskə atmaqdan çəkinsə, qəzalarda ölüm hallarının qarşısını almaq mümkün olacaq”.

Deputat Kamran Bayramov isə hesab edir ki, yol-nəqliyyat hadisələrinin əsas səbəbi yüksək sürət və sürücülərin məsuliyyətsizliyidir:

“Sürücülük mədəniyyəti arzuolunan səviyyədə deyil. Yol-nəqliyyat hadisələrinin əksəriyyəti magistral yollarda, rayonlar istiqamətində baş verir. Bununla bağlı təbliğat, izahat işləri aparılmalıdır. Bu yaxınlarda məlumat oxudum ki, DYP maket avtomobillərdən istifadə edəcək. Bu, xarici ölkələrdə rast gəlinən təcrübədir. İstər-istəməz sürücülərə psixoloji baxımından təsir edəcək, məsuliyyət yaradacaq, sürəti azaldacaqlar. Düşünürəm ki, sürücülərimiz diqqətli olmalıdırlar. Qaranlıq vaxtlarda, içkili vəziyyətdə maşın idarə etməkdən çəkinməlidirlər”.

Bayramov düşünür ki, sakinlərin köhnə avtomobillərdən istifadə etməsi qəzaların artmasına səbəb kimi göstərilə bilməz:
“Avtomobil istehsal edən şirkətlər təhlükəsizlik elementlərinə xüsusi diqqət yetirirlər. Ola bilsin ki, istismar müddəti bitmiş maşın istifadə edilsin. Amma yenə də texniki baxışdan keçirilibsə, böyük fəsadlara səbəb olacağına inanmıram. Ona görə, maşınların köhnə olması səbəbindən ölüm hallarının, qəzaların çoxaldığını düşünmürəm. Əsas məsələ odur ki, maşın köhnə olsa da, onu idarə edən şəxs ayıq, peşəkar sürücü olsun”.
OXŞAR MÖVZULAR