Impera

XƏBƏR LENTİ
18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (475)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bizimkilər ya pomidor əkir, ya da xiyar” - İstixanalarla bağlı maraqlı TƏKLİFLƏR

07 avq 2019, 12:09   
    15
“Bizimkilər ya pomidor əkir, ya da xiyar” - İstixanalarla bağlı maraqlı TƏKLİFLƏR
 

Qlobal iqlim dəyişikliyi, bazar rəqabəti prinsipləri baxımından əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da istixana təsərrüfatları yaranıb və genişləndirilib. Əvvəllər biz bu genişləndirməni yalnız Abşeron yarımadasında müşahidə edirdik. Maraqlıdır ki, regionlarda, ənənəvi kənd təsərrüfatı rayonlarında da başa düşürlər ki, bitkilərin mühafizəsi baxımından müasir texnolgiyalar, qapalı mühit yaratmaq lazımdır.

Hazırda ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 vahid istixana fəaliyyət göstərir. Ötən il həmin istixanalarda 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170 ton badımcan, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarımsaq, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunub.

Ölkənin digər rayonlarına nisbətən Abşeron, Şəmkir, Xəzər, Salyan, Samux, Sabunçu, Tovuz, Sabirabad və Masallı rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. 2019-cu ilin yanvar ayında respublikada örtülü torpaq sahələrindən 15,6 min ton tərəvəz toplanıb.

 

İstixana məhsullarının çeşidlərini artırmalıyıq

 

Bu barədə Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib ki, son illər Azərbaycanda yaradılan istixanalar 1500 hektara yaxın ərazini əhatə edir:

"İstixanaların yaradılmasında dövlət dəstəyi də xüsusi rol oynayır. Müəyyən avadanlıqların dövlət güzəştləri hesabına gətirilməsi, gömrük rüsumlarını azaltdı. Təəssüf ki, istixanalarda istehsal prosesinin birtərəfli qurulduğunu müşahidə edirik. Böyük əksəriyyət bir ya iki məhsula köklənir. Daha çox pomidor, xiyar yetişdirilir. Eyni zamanda, bibərin də istixana şəraitində yetişdirilməsi pomidor kimi getdikcə aktuallığını artırır. Çox yaxşı olardı ki, müasir ölkə təcrübələrini öyrənəndə, bostan məhsulları, göyərti növlərinin istixanalarda yetişdirilməsinə üstünlük versinlər”.

 

"Məcbur deyil hamı pomidor-xiyar yetişdirsin”

 

N.Nəsirli qeyd edib ki, bu gün istixana təsərrüfatlarında tətbiq edilən texnologiyalar imkan meyvədən tutmuş giləmeyvəyə, bostan məhsullarına qədər istənilən məhsulu yetişdirməyə imkan verir:


"Hazırda lazımi biomühit yaratmaqla istənilən məhsulu yetişdirmək mümkündür. Amma bizdə istehsal sırf birtərəfli qurulduğuna görə, noyabr-dekabr aylarında məhsul yetişəndə bizim istixanlarda narahatlıqlar başlayacaq ki, "məhsulu harada sataq”. Bildiyiniz kimi, istixanalar payız-qış mövsümündə bazara işləyirlər. Bir-iki məhsula köklənəndə isə bazarda məhsul bolluğu yaranır və bizim istixanlar satışlarda çətinlik çəkirlər.

Daxili və xarici bazarların məhsulgötürmə qabiliyyəti var. Gülçülük istiqamətində Abşeronda formalaşan bir istixana var. Halbuki, ölkədə gülə olan tələbat kifayət qədərdir. Məcbur deyil ki, hamı pomidor, xiyar yetişdirsin. Kələm, kök, göyərti növlərinin istixanalarda yetişdirilməsi artırılmalıdır. Təbii istehsalçılar üçün toxumçuluq vacib faktordur. İstixana şəraitində toxumçuluğun inkişaf etdirilməsinə çalışmaq lazımdır. Hollandiyadan, Türkiyədən Azərbaycana gətirilən toxumların burada da istehsalını təşkil etmək vacibdir. Mən yanvarda Rusiyada olarkən, bir məhsulun müxtəlif çeşidlərini gördüm. Biz də ənənəvilikdən kənarlaşmalı, istixanada yetişdirilən məhsulların çeşidlərini artırmalıyıq”.

 


"Xəstə insanlar nəzərə alınmır”

Ekspert deyir ki, Azərbaycanda moruq, böyürtkən, çiyələyin tez yetişən növlərinə üstünlük verilməlidir:

"Hansı ki, Hollandiya, Amerika, İspaniyadan Azərbaycana gətirilir. Həmin tez yetişən növlər bazarlarımızda böyük rəğbətlə qarşılanır. Həmin növləri istixanlarda yetişdirmək və məhsul bolluğu yaratmaq olar. Bizdə formalaşan marketinq bazarında müəyyən xəstəlikdən əziyyət çəkənlər nəzərə alınmır. Məsələn qara kələm ilin bütün mövsümlərndə bahadır. Çünki İrandan gətirilir. Həm də insanalrın damaq zövqünün dəyişdirilməsinə ehtiyac var. Ənənəvi istehsalla irəliləyişə nail olmaq mümkün deyil. Bizimkilər ya pomidor əkir, ya da xiyar”.

 

"İstixana məhsulu ilə açıq sahə məhsulunun fərqi yoxdur”

 

N.Nəsirli açıq sahədə yetişdirilən məhsullarla, istixana şəraitində yetişdirilən məhsulların keyfiyət baxımından fərqlənmədiyini vurğulayıb:

"Cəmiyyətdə belə fikirlər gəzir ki, guya istixanalarda yetişdirilən məhsulların hamısı dərmanlıdır, ekoloji baxımdan təmiz deyil. Məsələ burasındadır ki, açıq sahədə yetişdirilən bitkiyə də mühafizə baxımından dərmanlar vurulur. Bunlar sırf zərərvericilər və ziyanvericilərdən mühafizə etmək üçündür. Bitkinin özünün vegetasiyasının normal getməsi üçün hökmən gübrə verilməlidir. Normada verilirsə, heç bir gübrə insan orqanizminə ziyanlı ola bilməz. Normadan artıq verilən dərmanlar, gübrələr təbii ki, məhsul vasitəsilə insan orqanizminə keçir və müəyyən pozuntulara gətirib çıxarır. Keçən il Salyan rayonunda qış mövsümündə yetişdirilən pomidorların yuxarı hissəsində çıxıntı olduğu görünürdü. Pomidor həmin dərmanların çox tətbiq edilməsindən sanki etiraz edir, orqanizmindən atmağa çalışırdı. Hökmən istixanalarda istehsalla məşğul olan insanlar yeniliklərlə maraqlanmalı, dərmanların özünün tərkibini dəqiqləşdirməlidirlər. Bəzi fermerlər var ki, bitkiyə tətbiq etdiyi dərmanın tərkibini bilmir. Bilmir ki, bu dərman zərərvericiyə qarşıdır, yoxsa gübrə tərkiblidir. İnsanların maariflənməsinə ciddi ehtiyac var”.

 

"Çalışmalıyıq ki, payız-qış mövsümündə məhsul istehsalında fasilə olmasın”

 

Ekspert qeyd edib ki, ənənəvi olaraq istixanalar Abşeronda formalaşıb:


"Bildiyiniz kimi son illərdə bəzi bölgələrimiz istixana təsərrüfatlarında xüsusi seçilməyə çalışırlar. Gəncəbasar, Şəmkir rayonu, Cəlilabad, Şəki, Zaqatala, Sabirabadda qeyri-mövsümlərdə istehsalı bərpa etmək üçün dövlət dəstəyi hesabına istixanaların sayı artırılır. Gedişat normaldır. Əsas payız, qışda istehsalda fasilələrin yaranmamasına çalışmalıyıq ki, bunun da yolu istixanların sayının artırılmasından keçir. Müasir texnologiyaların tətbiqindən çəkinmək yox, onlara üstünlük vermək lazımdır”.


OXŞAR MÖVZULAR