Impera

XƏBƏR LENTİ
18:09Qəbələdə zibilliyə vurulmuş od saatlarla sonra söndürülə bilindi... Video-Fotolar16:00Hacıbala Abutalıbovun inanılmaz sərvəti ortaya çıxdı (SİYAHI/FOTOLAR)15:14Azərbaycanın ən fərqli modelindən seksual FOTO,VİDEO15:13Vergi cinayətləri törədən vəzifəlilər – İqbal Məmmədov tək deyil…15:12Vilayət Eyvazovdan yeni təyinatlar13:00Validə Abbasovadan gənc qızlara meydan oxuyan — FOTOLAR12:46Məmurlara ÇAĞIRIŞ - "Hamınz oğurladıqlarnız qusacaqsınız..."12:23“Bu, biznesmen məmurlar üçün başağrısıdır” - Oliqarxların gücü12:00Zakir Zeynalovdan etiraf: "Oğlum günahkardır"11:30Arif Əsgərov və oğlu borca görə 3 il həbs edilə bilər11:00Prezidentə ŞOK MÜRACİƏT - Baş redaktor İlham Əliyevə nələri yazdı...20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (475)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar

07 avq 2019, 12:46   
    17
Azərbaycanda varlıların ən çox əziyyət çəkdiyi məqamlar - Kasıblara həsəd aparırlar
 

Amerikalı psixoloq Harv Eker cəmiyyətdə insanların maraqlı məqamlarını üzə çıxaracaq müşahidələr aparıb. Alim müşahidələri nəticəsində insanları maddi durumuna görə iki təbəqəyə bölüb və belə qənaətə gəlib ki, bu, nəinki insanların gündəlik həyatına, eyni zamanda, psixologiyasına təsir göstərir. O, özünün "Milyoner kimi düşün” kitabında da bu barədə maraqlı məqamlara toxunub.

"Dünya ölkələrində varlıları birləşdirən məqamlar bənzər olduğu kimi, kasıbların da problemləri oxşardır. Varlılar əmindir ki, həyatları öz əllərindədir. Kasıblar isə bir qədər pessimist düşünərək, həyatda heç nəyin onlardan asılı olmadığını düşünürlər.

Varlılar sərvətinə sərvət qatmaq, kasıblar isə daha da yoxsul olmamaq üçün çalışırlar. Varlılar bütün problemləri qlobal düşünür, kasıblar isə hər şeyə səthi yanaşır. Varlılar bütün mövcud imkanları nəzərdən keçirdiyi halda, kasıblar ən kiçik problemlərdə belə ilişib qalırlar”, - deyə Harv Eker yazıb.

 

Bəs Azərbaycanda varlı və kasıb insanlar psixoloqlara hansı problemlərlə müraciət edirlər?

Psixoloq Aytən Ələkbərova Oxu.Az-a bildirib ki, bu gün insanların ümumi problemi sevgisizlikdən yaranan etinasızlıqdır. Onun fikrincə, sevgisiz insan ən yaxşı ehtimalda pis vərdişlərə yiyələnir.

Onun sözlərinə görə, bu gün təbəqə fərqi olmadan bəylərdə "Piter Pen” sindromu, qadınlarda isə daha çox depressiv vəziyyət müşahidə edilir:

"Bu gün kişilərin əksəriyyətində qərarsızlıq var, sanki nə istədiklərini bilmirlər. Ümumi bir boşluq içərisindədirlər. Bu isə qadınların narahatlığına səbəb olur. Bu sindrom müxtəlif yaş kateqoriyaları üzrə bölünür.

Sindrom 10-15 yaş arası uşaqlarda xarici aləmlə əlaqənin pozulmasına, 16-22 yaş qrupunda olan insanlarda özündən razılıq hissinin itirilməsinə, 23-25 yaş arası şəxslərdə isə həyatın mənasızlaşmasına, narahatlıq hissinin dərinləşməsinə gətirib çıxarır. 26-30 yaş arası şəxslərdə vəziyyət daha da gərginləşir, artıq 45 yaşdan başlayaraq isə onlar hətta uşaqlıq illərinə qayıtmaq istəyir və arzuolunmaz həyat şəraitindən uzaqlaşmağa çalışırlar. Hətta deyərdim ki, qadın və kişilər arasında bərabər səviyyədə yayılan ipoxondriya sindromu da bu gün ən çox şikayət edilən məsələlərdəndir. Statistikaya görə, əhalinin 7-14 faizi bu sindromdan əziyyət çəkir”.

Psixoloqun fikrincə, kasıblar varlıların həyatına, varlılar da müəyyən mənada kasıbların həyatına həsəd aparır:

"Necə deyərlər, Allah bir qapını açanda, o biri qapını bağlayır. Çox qəribə bir paradoks var. Ümumiyyətlə, öz təcrübəmdən deyə bilərəm ki, varlılar kasıbların sevgisinə, bir-birinə olan qayğısına həsəd aparır. Onların problemi sevgisizlikdir. Milyonları, biznesi olan insanlar var ki, bir ovuc sevgiyə, qayğıya möhtac olduqlarını deyirlər. Ətraflarındakı insanlar sadəcə pula, şəxsi nüfuzlarına görə onların yanındadır. Seanslarda onlara qulaq asdıqca həqiqətən də xoşbəxt olan imkanlı şəxslərin az olduğuna inanmağa başlamışam.

Kasıblarda isə vəziyyət fərqlidir. Onlar, sadəcə, maddi çətinliklərlə qarşılaşırlar ki, bunun da həlli var. Onların ətrafındakı insanların dəyərləri fərqlidir. Çünki onları bir-birinə bağlayan təməl səbəblər sevgi və qayğıdır. Varlıların milyonlara sahib olduğu halda "sevgini, qayğını ala bilməmələri” onu sübut edir ki, "pulsuz xoşbəxtlik olmur” ifadəsi yanlışdır”.

A.Ələkbərovanın sözlərinə görə, sırf xoşbəxt olmaq üçün kasıb olmağı arzu edən imkanlı pasiyentlər də olub:

"İmkanlı şəxslər ünsiyyət qurmaq baxımından problem yaşayır. Varlılar özlərini kasıblardan daha imkansız hesab edir, çünki sərvətlərinin böyük əksəriyyətini milyonlarla dəyərində olan kredit hesabına əldə ediblər. Onlar bu sıxıntı üzündən ailə üzvləri ilə oturub söhbət etməyə, dərdləşməyə belə vaxt tapa bilmirlər. Bizneslə əlaqədar daim işgüzar səfərlərdə olduqları üçün belə insanlarda ailə dəyərləri formalaşmamış qalır. Hətta bütün var-dövlətini mehriban münasibət, qayğı görmək üçün qurban vermək istəyənlər var.

Kasıbların isə bütün problemləri pessimist, neqativ düşüncələrdən qaynaqlanır. Bu, özünə güvənməmək sindromudur. Onlar həvəsdən düşür, özlərini cəmiyyətdən təcrid etməyə çalışırlar. Bu isə cəmiyyətdəki qeyri-sağlam yanaşmalarla və maddi durumla bağlıdır”.

Görünür, bütün günü müxtəlif gözəllik salonlarında, bahalı geyim mağazalarında alış-veriş etmək də xoşbəxtlik gətirmir. Psixoloq deyir ki, imkanlı qadınların problemləri daha çox olur:

"Bəzən imkanlı kişilər həyat yoldaşlarından başqa bir qadına aşiq olduqları üçün psixoloq yardımına ehtiyac duyurlar. Xanımlar isə daha çox övladlarına görə narahatdırlar. İmkanlı şəxslərin düşmənləri, konflikt yaşadıqları insanlar çox olduğu üçün qadınlar uşaqlarına görə qorxurlar. Pasiyentlərimdən biri deyirdi ki, həmin insanların uşaqlarına zərər yetirəcəklərindən narahatdır. Bəlkə də belə bir məqam yoxdur, ancaq bu hal onların psixologiyasına təsir edən məqamlardan biridir.

Maddi durumu yaxşı olmayan qadınların sıxıntıları isə ailə büdcəsinə dəstək olmaqla bağlıdır. Onları düşündürən əsas şey özlərinə normal iş tapıb ailə büdcəsinə, yoldaşına dəstək olmaqdır”.


OXŞAR MÖVZULAR