Impera

XƏBƏR LENTİ
20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (464)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Süpürgəçilikdən prezidentliyə yüksələn gitaraçı-siyasətçi - Atambayev kimdir?

09 avq 2019, 11:32   
    13
Süpürgəçilikdən prezidentliyə yüksələn gitaraçı-siyasətçi - Atambayev kimdir?

ABŞ hərbi bazasını çıxaran, Putin layihəsinə qoşulan, Gülənin məktəblərini bağlamayan sabiq rəhbərin dosyesi və uğursuz "Medvedyev projesi"...

"Anam mənim həyatımda xüsusi rol oynayıb. Anam olmasaydı, mən nailiyyətlərimin heç yüzdə birini də əldə edə bilməzdim", - vaxtilə qırğız xalqının keçmiş prezidenti Almazbek Atambayev belə deyirdi. O, anasına həsr etdiyi "Enekem" mahnısını oxuyaraq musiqiçi və gitaraçı istedadını nümayiş etdirərkən qırğız xalqının qəlbində bir də bu şəkildə rəğbət qazanmışdı.

 

Qırğızıstan tarixinə seçkilərdən sonra hakimiyyəti yeni seçilmiş dövlət başçısına könüllü təhvil verən yeganə prezident kimi düşmüş Atambayev ancaq bugünlərdə böyük kataklizmlərin tən ortasındadır. Onun Koy-Taş kəndində yerləşən iqamətgahına xüsusi təyinatlılar tərəfindən hazırlanmış əməliyyat zamanı yaranmış qarşıdurmada 1 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Akambayevin tərəfdarları xüsusi təyinatların bir neçəsini girov götürsələr də, sonradan azad ediblər. Sabiq prezident ürəyiyumşaq şəkildə açıqlama verib: "Onlar da kiminsə övladlarıdır..."

O, etiraf edib ki, xüsusi təyinatlılar üçüncü mərtəbəyə qalxanda şəxsən özü 5-6 dəfə yuxarıya atəş açıb: "Həmin vaxt qaranlıq idi. Atəş açanda güllənin səkdiyini, yaxud kiməsə dəydiyini bilmirəm. Çalışırdım ki, xüsusi təyinatlılardan heç kimə dəyməsin. Lakin kimsə onları qabağa itələyirdi. Dərhal xəbərdarlıq etdim ki, müqavimət göstərəcəyəm".

A.Atambayev bildirib ki, bütün silahları toplayaraq evinin üçüncü mərtəbəsinə qoyublar: "Xalq bütün silahları təhvil verdi, biz heç kimi silahlandırmırıq".

Beləliklə, Orta Asiya ölkəsində ciddi bir təlatüm yaşanmaqdadır. Bu gedişatdan görünür ki, qırğız qırğını ölkəsinin "Saakaşvili"sinin ayağına yazıla bilər. Hətta proseslərin səngidiyi ərəfədə Atambayevin həbsi istisna edilmir.

Onun gəncliyində küçə süpürgəçisi, hambal və tərcüməçi işlədiyi vikipedik məlumatlarda yer alıb. 1956 təvəllüddür. Arşan kəndi, Alamudun rayonu, Çuy vilayətində anadan olub.

Atambayev 2011-ci ildən 2017-ci ilə qədər ölkəsinə rəhbərlik edib. 2007-ci ildə bir il Qırğıstanda baş nazir olub. O, 1999-cu ildən Qırğızıstan Sosial Demokrat Partiyasının sədridir və Anadolu türkcəsində sərbəst danışa bilir. Keçmiş prezident Moskva İdarəçilik İnstitutunda iqtisadiyyat fakültəsində təhsil alıb. 2000-cı ildəki prezident seçkiləri onun üçün uğursuz başlanğıc olub - cəmi 0, 6 faiz səs toplayıb. 2005-ci ildə isə hökumətdə təmsil olunub, sənaye, ticarət və turizm naziri vəzifəsində işləyib. Amma cəmi bir il sonra hakimiyyətə qarşı çıxıb.

A.Atambayev "İslahatlar naminə" hərəkatının çətiri altında başlanan etirazların avanqard liderlərindən birinə çevrilir. 2011-ci ildə Qırğızıstan prezidenti olan Atambayev ruspərəst kimi özünü təqdim edir. O, Qırğızıstanın Putinin layihəsi olan Gömrük İttifaqına üzv olduğunu açıqlayır, 2014-cü ildə isə ABŞ hərbi bazasının ölkədən çıxarılacağına vəd verir: "Biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil".

Keçmiş prezident fəaliyyəti dövründə Fətullah Gülənin Qırğızıstandakı məktəblərini bağlamaması ilə seçilib. Atambayev Ərdoğanın arzusunu yerinə yetirməmişdi.

Atambayev FETÖ-nün Qırğızıstanda çevriliş cəhdi edəcəyi haqda sözləri axmaqlıq adlandıraraq Gülən camaatının məktəblərini bağlamayacağını demişdi. Onun qalmaqallı çıxışlarından biri isə dini mövzuda olub. Atambayev iddia eləmişdi ki, Qurandakı surələrin birində guya spirtli içkinin az miqdarda qəbul olunmasının sağlamlığa faydası olduğu yazılıb: "İmamlar isə bunu davamlı olaraq gizlədirlər".

Şəxsi həyatına gəlincə, Atambayevin ilk xanımı Buazhardan dörd övladı var - oğlanları Seyidbəy və Seytək, iki əkiz qızı Diana və Dinara. 1988-də isə Rəisə ilə evlənib. İkinci həyat yoldaşından isə iki uşağı var - Kadırbəy və Aliyə. Onun ikinci arvadı tatardır.

Atambayevin hayatı ile ilgili görsel sonucu

"Qırğızıstandakı situasiya hökumətin nəzarətindən çıxa bilər. İki dəfə inqilab yaşayan ölkənin yenidən destabilizasiya ilə toqquşmaq ehtimalı var". Bunu "Moskovskiy Komsomolets"ə açıqlamasında rusiyalı politoloq Arkadi Dubnov deyib.

"Məni Atambayevin taleyi maraqlandırmır. Məni maraqlandıran Qırğızıstanın taleyidir. Atambayev Qırğızıstanın şimal klanlarının, hazırkı Prezident Sooronbay Jenbekov isə cənub klanlarının maraqlarını təmsil edir. Qırğızıstan artıq iki dəfə silkələnmə yaşayıb və liderlərin razılaşa bilməməsi ucbatından üçüncü inqilab da yaxınlaşır. Artıq aşkar şəkildə görünür ki, Putinin də yardım cəhdləri uğursuzluqla başa çatıb", - deyə o bildirib.

Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

"Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır. Birinci cəhd alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq.

"Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır" - politoloq Elxan Şahinoğlu bu cür şərh edir.

Onun sözlərinə görə, baş verənlərə Kremlin mövqeyi maraqlıdır: "Qırğızıstanın həm hazırkı, həm də keçmiş prezidenti Kreml sahibindən dəstək almağa çalışırdı. Ancaq əgər Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla, Qırğızıstanın hazırkı prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Putin qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekov eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik".

Ekspertin fikrincə, Atambayevin neytrallaşdırılması Türkiyənin də maraqlarına cavab verir: "Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırkı prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq".

"Fərganə" agentliyindən Tatyana Zverintseva isə analitik məqaləsində təhlil edib ki, kimlərsə baş verənləri "üçüncü qırğız inqilabı" adlandırmağa tələsib: "Amma burası da var ki, bu, inqilabdırsa da, bir qədər yubanıb. Həm də çox qəribədir. İlk prezident Əskər Akayev 2005-ci ildə devrilib. İkincisi - Kurmanbek Bakiyev 2010-cu ildə hakimiyyətdən olub. Otunbayevanın başçılığı ilə qısamüddətli keçid dövründən sonra vətəndaşlar Otunbayevanın idarəçiliyi altında yeni, tam dəyərli lider - Atambayevi seçiblər. Bundan sonra ölkədə yeni konstitusiya qəbul ediblər və hətta idarəçiliyi prezidentlikdən parlamentə dəyişiblər. Sanki hər şey bunun üçün edilib ki, dövlət başçısı bundan belə sakitcə və sivil şəkildə əvəzlənsin. 2017-ci ilin sonunda Atambayev postu doğrudan da tamamilə ağrı-acısız tərk edib. Əslində yeni konstitusiya ona, sadəcə, başqa çıxış yolu qoymurdu - bu sənədə əsasən, bir nəfər dövlət başçısı postunu yalnız bir müddət boyunca tuta bilər.

Lakin seçkiləri qıraq adam deyil, Atambayevin 1990-cı illərdə qurduğu Qırğızıstan Sosial-Demokrat Partiyasından (QSDP) irəli sürülmüş Sooronbay Jeenbekov udub. Atambayev prezident postunu tərk edərək QSDP başçısı postuna qayıdıb. Bütün bunlar Dmitri Medvedyevin prezidentliyi dönəmində Vladimir Putinin "Vahid Rusiya"nın başçısı postuna keçirildiyi Rusiya qalaqurmasını yada salır.

Atambayev və Jeenbekov arasındakı münasibətlər 2018-ci il boyunca sürətlə korlanıb. Atambayevin bütün adamları sayılı aylar ərzində yüksək postları itirib, bəziləri isə korrupsiyaya görə cinayət təqibinə düçar olublar.

QSDP-də parçalanma yetişməyə başlayıb - kimsə lideri dəstəkləməyə hazır olduğunu bildirib, kimsə "hakimiyyət partiyası" statusunu itirmək istəməyib".

P.S. Son məlumatlara görə, Atambayev hakimiyyətə təslim olub. (Musavat.com)


OXŞAR MÖVZULAR