Impera

XƏBƏR LENTİ
20:09İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı,20:04ŞAHPLOV restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir. Əvvəllər bura VENTURA adı ilə məşhur olub18:00Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib17:4091 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO17:20Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış17:10Erdoğan kritik toplantıda talimatı verdi!16:59İlin sonuna kimi... - Qarabağ məsələsi HƏLL OLUNUR?16:40Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTO16:28Ekspertlər: Tramp Yerevana eyham vurur ki, Qarabağ üzrə mövqeyini dəyişməli, Bakı ilə razılığa gəlməlidir16:22Biznesmen deputatın İstanbuldakı dəbdəbəli oteli (FOTO)16:14Azərbaycanda 16 yaşlı oğlanı söyüş üstündə öldürdü16:09Növbəti tender müəmması: yayın cırhacırında "bahar satınalması"...15:57Deputat “5-6 milyonla işi bağlayacam” deyib?15:36"Uşaq gəlib orda baş yarmağı görmürsə..." - Hacı Surxay Məhərrəmlik ayından danışdı15:35Sahibkarlar Ufada beynəlxalq festivalda iştiraka dəvət olunurlar15:33Hindistanda məbədin divarları ÇÖKDÜ - ÖLƏNLƏR VAR15:32"Bu, ilk və son idi" - Şeyma Subaşı qalmaqal yaradan hərəkətinə peşmandır15:29DİN Bakıda baş verən dəhşətli hadisə ilə bağlı məlumat yaydı14:35“Narahat olmayın, “Qarabağ” qrupa düşəcək” – Vaqif Sadıqov14:32Ata uşağının gözü qarşısında ananın boğazını kəsdi - VİDEO14:29Fransa Azərbaycan yeni səfir təyin etdi14:27Azərbaycanda saz havasına hovuzda rəqs etdilər - Video14:21Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var13:21FHN: Bu il Azərbaycanda çox isti hava olmayıb13:12“Baku Bus”ın avtobusunda tüstülənmə olub - VIDEO12:38İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb12:26General Hacı Əliyevin rütbəsini artırdı11:31Bakıda restoranda inanılmaz görüntülər - Hovuza girib rəqs etdilər - VİDEO10:36Qonşu qızla oğlan intihar etdi – Azərbaycanda faciə10:25Taxta bazarındakı yanğında zərərçəkənlər evə buraxıldı10:07Bakıda “Range Rover” parka girdi - REAL VİDEO09:40Erməni tərəfi atəşkəs rejimini 21 dəfə pozub23:38Sumqayıt məhkəməsinin hakimi biznesmenə qarşı silah davasına çıxmağa hazırdır? –VİDEO17:32FHN 133 yaşayış binası ilə bağlı QƏRAR VERDİ17:28Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi17:23"Neftçi"də Dabo qalmaqalı böyüyür - "Bu ölkədən rədd olmalısan!"17:18"Mühacir biznesi": insanlar necə aldadılır? - RƏYLƏR17:15Pilotun xanımı: "Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?"14:06Keçmiş nazir müavini Əsgərovun və oğlunun yeni əməlləri üzə çıxdı14:04Bir evdən üç general... – Əli Nağıyev və qardaşları14:01“Qara qutu” oxundu – MiQ-29-un qəzaya uğrama səbəbi bilindi13:58Space TV-nin efirində Üzeyir Mehdizadəyə görə dava düşdü — VİDEO13:56Könül: “Onunla sevgili olardım” — ETİRAF \ FOTO13:54Bu ərazilərdə qaz olmayacaq13:44Polisdən avtomobil sahiblərinə XƏBƏRDARLIQ — Ehtiyatlı olun!13:27Lətifə dənizdən elə — FOTOLAR PAYLAŞDI Kİ13:25Azərbaycanda bu məşhurların gizli və intim — VİDEOLARI YAYILIB13:23DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib13:21Sabiq İH başçısının qardaşı oğlu 1 milyonunu istəyir: “Məni döyərək səsimi diktafona yazdılar”13:20Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR13:18Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib12:11Bir ailədə 3 general-leytenant11:02Hərbi təyyarəmizin qəzaya uğrama səbəbi: yad cisimlə toqquşub, pilot xəsarət alıb10:46Britaniya telekanalı Putin haqqında film çəkəcək10:30Peşə məktəblərinə sənəd qəbulu başladı10:18Azərbaycanda 4 bal gücündə zəlzələ olub10:04Düşmən ordumuzun mövqelərini atəşə tutdu09:42Çempionlar Liqasında günün nəticələri09:32Qubada yol qəzasında xəsarət alanların SON DURUMU09:20Putindən Avropa Şurasına mesaj08:50Qəbələ otelləri siyasi oyunlara alət edilib.17:33Müşfiq Rəhimovun yerinə o gətirildi - YENİ TƏYİNAT17:21Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər17:07Ofelya Zeynalova vəfat etdi - FOTO16:50Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu Vətənə dönüb16:48Bakıda ŞOK HADİSƏ — Avtoş dönər bıçağı ilə yol polisinə hücum etdi16:23Dünyada 20 milyon insanın həyatı risk altındadır – Azərbaycanda da iki hal qeydə alınıb16:07Xalq artisti vəfat etdi15:51Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO15:30"Ayağı bir-birinə zəncirlənən azyaşlının xalası dərhal cəzalanmalıdır" - AÇIQLAMA14:56Bu ölkə 2020-ci ildən ikili vətəndaşlığa icazə verəcək14:41Mehriban Əliyeva pilotumuz Rəşad Atakişiyevin vida mərasiminə əklil göndərdi - FOTOLAR14:23Bakıda dəhşətli qəza: maşın prospekt boyu belə fırlandı - VİDEO14:00AFFA bir neçə klubu cərimələdi - SƏBƏB13:50Bakı da ən ucuz - məktəbli yarmarkası açıldı13:18Pilotun həyat yoldaşı: "Axtarış-xilasetmə qruplarının gərgin əməyinin şahidi olduq"12:37İnstaqram bunu bacaranlara pul mükafatı verəcək12:18"Jara" 5 gün olacaq?11:09"Ruhun şad olsun, oğul" - Flora Kərimova Rəşad Atakişiyevdən yazdı10:45Baş nazirdən QƏRAR - Bu qurum da büdcədən maliyyələşəcək10:19Siyəzəndə QƏZA: Səkkiz nəfər xəsarət aldı09:56Azərbaycan nefti cüzi ucuzlaşıb09:46Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub22:03Accsess Bank 70-dən çox insanı işsiz qoydu-şok faktlar20:24Səfər Mehdiyevin “paqon”luları: Gömrükdəki özbaşınalıqlar dövlət üçün təhlükəli həddə çatıb17:40Ankaranın növbəti PKK əməliyyatını zəruri edən nədir? - TƏHLİL17:25İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO17:20Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir17:12Yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır16:44Vicdan əzabı çəkən Nigar Camal sirrini açdı: "15 il əvvəl qarınlı kişilər..."16:30Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi16:16Nursultan Nazarbayev Qazaxıstan haqqında klip çəkdirib16:03Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb15:48“Rəşadın ayağı bir neçə gün əvvəl, bədəni isə bu gün tapılıb”15:31Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi15:08Saakaşvili: Qarabağ Azərbaycandır!14:46Həbsxanadan 258 məhbus qaçdı - SON DƏQİQƏ14:33Avtomobil benzini ilə bağlı RƏSMİ MƏLUMAT14:10"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır13:59BMT-dən fillərlə bağlı QADAĞA
BÜTÜN XƏBƏRLƏR
Avqust 2019 (464)
İyul 2019 (564)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)
Mart 2019 (417)

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

10 avq 2019, 10:52   
    16
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO
 
Tanınmış rejissor Samir Kərimoğlu Bakının mərkəzində "Şəfəq” MTK tikinti şirkətinin işçilərinin özbaşınalığı ilə üzləşib. İşçilər şirkətin rəhbərliyi tərəfindən öyrədilərək rejissorun ailəsinin həyatını dözülməz vəziyyətə çatdırmağa çalışırlar. Artıq şəxsi həyata müdaxilə faktları var.

Bu barədə Oxu.Az-a rejissorun özü danışıb.

S.Kərimoğlunun ailəsi 20 ildir İslam Səfərli küçəsindəki 12 nömrəli evdə yaşayır. Lakin S.Kərimoğlu və onun doğmaları son bir il ərzində tikinti şirkətinin işçilərinin özbaşınalığına görə stress vəziyyətindədir. Ən maraqlısı odur ki, 42 saylı Mənzil İstismar İdarəsinə edilmiş şikayət nəticə verməyib. Əsəblərini müalicə etmək üçün həkimlərin ər və arvada yazdığı resept və diaqnozlardan artıq bir qalaq yığmaq olar.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO
"Biz binanın üçüncü mərtəbəsində yaşayırıq, "Şəfəq” MTK ilk iki mərtəbəni orada yaşamış keçmiş mənzil sahiblərindən satın alıb. Şirkətin həmtəsisçiləri – Əli və Vasif Əliyev qardaşları burada hostel açmaq istəyirlər. Onlar sakinlər üçün evin əsas giriş yolunu bağlayıblar və indi biz təhlükəli yanğın pilləkənindən istifadə etmək məcburiyyətində qalmışıq. Bu azmış kimi, onlar bizə mənzilimizlə yanaşı olan ərazidən istifadə etməyi qadağan etməyə çalışırlar”, - rejissor bildirib.

"Şəfəq” MTK-nın gələcəkdəki hostelinin damı olacaq terrasda S.Kərimoğlunun ailəsi istirahət edir. Onlar ora kiçik divan və stol qoyublar, axşamlar orada çay içirlər. Bir sözlə, ailənin hərəkətlərində heç bir qanunsuzluq və qeyri-adilik yoxdur. Dünyanın böyük şəhərlərində qonşuların belə rahat yolla bir yerdə istirahəti müşahidə olunur.

Lakin şirkətin işçiləri qərara gəliblər ki, evin sakinlərinə həmin ərazidən istifadəni qadağan etməyə haqları çatır. Belə ki, işçilər məhkəmənin heç bir qərarı olmadan rejissorun mənzilinin pəncərələrində iki videokamera quraşdırıblar. Bunun şəxsi həyata açıq müdaxilə və qanunla cəzalandırılmalı olduğunu deməyə isə lüzum yoxdur.

S.Kərimoğlu üç övlad böyüdür. Hazırda rejissorun uşaqları və həyat yoldaşı öz mənzillərində hansısa iş görmək istəyəndə ehtiyatla ətrafa göz gəzdirirlər. Yəni iş o yerə çatıb ki, onlar mənzildə sərbəst hərəkət edə bilmirlər.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO
"Onlar pəncərələrimizdə barmaqlıqlar quraşdırmaqla da hədələyirlər. Qonşu Bəxtiyarın pəncərəsi də bu əraziyə açılır. Ona da eyni təhdidlər edilib. Həmin insanlar cəzalanmayacaqlarına əmindirlər və buna görə də istədiklərini edirlər. İki işçi bir həftə əvvəl terrasa çıxaraq həyat yoldaşımın, övladlarımın və anamın orada olmasına fikir verməyərək yerə karton qoyaraq uzanıb. Üstəlik, maqnitofona yüksək səs veriblər. Mən evdə olmamışam, oğlum onlara irad tutub və bundan sonra işçilər maqnitofonu söndürüblər. Evə gec saatlarında gələndə işçiləri yenidən orada gördüm. Onlara dedim: "Nə edirsiniz? Bura bulvar deyil. Sizin öz yeriniz var, orada istirahət edin”. İşçilər üzr istəyib və söz veriblər ki, növbəti gün daha burada olmayacaqlar”, - S.Kərimoğlu qeyd edib.

İşçilər növbəti axşam yenidən terrasa çıxıblar, bu dəfə iki deyil, dörd nəfər olublar. Onlar özlərini olduqca həyasızcasına aparıblar, hətta söyüş söyüblər. S.Kərimoğlu buna etiraz edəndə isə işçilər deyiblər ki, onlara belə davranmağa "ağa”ları, yəni şirkət rəhbərliyi icazə verib.
“Şəfəq” MTK-nın özbaşınalığı: Tanınmış rejissorun ailəsini təhdid edirlər - FOTO

İşçilər tərəfindən ailənin əşyalarını çıxartmaq və göstərilən ərazidə qanunsuz hökmranlıq etmək üçün dördüncü cəhd edilib. Hətta onlar bir gün özləri ilə sahə polisini gətiriblər. Lakin sonuncu rejissorla söhbətdən sonra işçilərə dəstək çıxmaqla səhvə yol verdiyini başa düşüb.

S.Kərimoğlu tikinti şirkətinin bütün addımlarını psixoloji təzyiq və şəxsi həyata müdaxilə kimi qiymətləndirir. Rejissor özbaşınalıqla əlaqədar məhkəmə daxil olmaqla, bütün müvafiq strukturlara şikayətlə müraciət etmək niyyətindədir:

"Ev insanın şəhər təlaşı və ətalətindən xilas olub istirahət etdiyi yerdir. Bu, mənim qalamdır. Mənim bina sakini kimi bitişik ərazidən istifadə etməyə haqqım var”, - S.Kərimoğlu qeyd edib.

Oxu.Az, öz növbəsində, "Şəfəq” MTK-nın rəhbərliyi ilə əlaqə saxlamağa çalışıb. Lakin şirkətdən bildiriblər ki, rəhbərlik hazırda xaricdədir.

42 saylı Mənzil İstismar İdarəsinin direktoru Samir Mitiyev isə bəyan edib ki, terrasla bağlı vəziyyəti hələ öyrənməyib və işi araşdırmaq üçün vaxt istəyib.

Bu arada Yasamal Rayon İcra Hakimiyyətində etiraf ediblər ki, tikinti şirkətinin işçilərinin hərəkəti qanunsuzdur. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov qeyd edib ki, S.Kərimoğlu ərizə ilə müraciət etməlidir. Bundan sonra İcra Hakimiyyəti işə baxa və özbaşınalığın qarşısını almaq üçün zəruri addımlar ata bilər.

OXŞAR MÖVZULAR