Impera

XƏBƏR LENTİ
18:00İlham Əliyev bu xanımı icraçı direktor təyin etdi - SƏRƏNCAM17:37Millət vəkili: "İnternetə nəzarət tətbiq olunmalıdır"17:26Məşhur şirkətin işçisi binanın damında nə etdi?17:11SON DƏQİQƏ: Azərbaycanlılar Rusiyada DƏHŞƏTLİ QƏZAYA DÜŞDÜ - Çox sayda ölü və yaralı var / VİDEO16:50Arvadını 5-ci mərtəbədən atan art-direktordan XƏBƏR VAR16:38Sürücü tərəfindən söyülən yol polisi ilə bağlı qərar — EKSKLÜZİV (VİDEO)16:11Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ15:44Azərbaycanlı gənc jurnalist vəfat etdi15:24Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO15:00Rafael Cəbrayılovdan deputat vəsiqəsini girov qoyması xəbərinə - REAKSİYA14:44Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ14:15Vilayət Eyvazov onu işdən azad etdi13:55"Bizim Cəbiş müəllim" filmindəki meyxananın müəllifi açıqlandı - 50 İLDƏN SONRA - FOTO13:10Mehriban Əliyeva neftçiləri təbrik etdi: "Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik" - FOTO12:56Rusiyada Afrika taunu yayılıb12:20Çiçarito "Qarabağ"a qol vurduğu oyundan danışdı11:46Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq “hədiyyə”si - İTTİHAM11:44Nərimanov rayonunda vətəndaşların evləri dağıdılır Şahmar İbadovdan isə səs çıxmır – ŞİKAYƏT11:12Gəncədə şəhid olan polisin ailəsindən Prezidentə müraciət - MƏTN10:56Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi10:39Qobustan qoruğunda “Avropa irs günləri” qeyd olunub10:25“Əsrin müqaviləsi” gənclərin düşüncəsində10:12MN: Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi 21 dəfə pozub21:53Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …21:24Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub17:55Azərbaycanda bir yaşadək körpələr arasında ölüm kabusu - SƏBƏBLƏR17:43Ermənistandan Dilqəm Əsgərov və Şahbaz Quliyeviin dəyişdirilməsinə münasibət17:25Dollarla bağlı MÜHÜM QƏRAR17:04Azərbaycanda ana və oğul özünü Araza atmaq istədi16:52"Liverpul"dan Maneyə yeni müqavilə16:41Bakıda dələduzluq edən şəxs döyüldü16:28“Maşın”da onlar yarışacaq – SİYAHI15:47Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq15:13Ötən gün əməliyyat edilən Kamil Musəvi danışdı: "Ağciyərimdə zədələr var idi"14:59Azərbaycanda erkən nikahların daha çox qeydə alındığı bölgələr açıqlandı14:39Öncə qeyd etdiyim kimi Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi.14:36Kərəm Həsənov Əliyevlərə qarşı: “Cənab prezident, var-yoxumuz söyülür” - Video14:33Ölkəni dərmanla zəhərləyən mafiya (ARAŞDIRMA)14:11GÜNÜN OYUNU: "Qarabağ" - "Sevilya"13:57Moskvada MDB ölkələrinin Oxucu Assambleyası keçirilib13:41Sabahaın hava PROQNOZU13:30"Ramalın acığına..." - Fatimədən cavab12:43Krallığa hücum müharibə səbəbidir - Pompeo12:07Ağsunun qara günləri – Bacanaqların talan etdiyi rayon… – İTTİHAM12:04ÖLÜMÜNƏ İNANMADIĞIM KÖLGƏ ADAM… –Elxan Şükürlü dostu Etimad İsmayılovdan yazdı12:02Qoşqar Təhməzli “Broker Əbülfəz”in palma yağlarına necə göz yumur? – Özəl11:58Fəvvarələr meydanında konsert təşkil edilib-Milli Musiqi Günü münasibətilə11:47Bakının Baş planının hazırlanması işləri gələn ilin sonlarınadək yekunlaşacaq11:28“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu11:09Azərbaycandakı milyarder və milyonçular...10:45Ana 10 aylıq körpə qızını boğub öldürdü — Ağdamdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI10:30Erkan Özoral: Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb22:39Son zamanlar spirtli içkilərin, daha dəqiq desək pivə satışının geniş vüsət alması, yaşından və cinsiyyətindən asılı olamayaraq hər kəsə istehlak olması adamı düşünməyə məcbur edir.20:54Qəbələ rayonunun bir sıra meşə massivləri bir sıra şəxslər tərəfindən qırılaraq məhv edilir.17:59Cəlilabad Ziyalıları Şəhid Adına Məktəbin Direktoru Sücaət Mehtiyevin Saxtakarlığndan Yazdı – MÜRACİƏT17:44Məktəbdə YANĞIN: 30 şagird öldü17:32Qurban Qurbanov: Ən çox izlədiyim çempionat La Liqa, milli isə İspaniyadır17:20Ermənistanda ŞOK SƏNƏD yayıldı: - Nikol Paşinyan dəlixanada yatıb (FOTOFAKT)17:07Azərbaycan və Gürcüstan qaz tədarükü ilə bağlı məsələləri müzakirə ediblər16:48Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF16:29"Əsrin müqaviləsi”nin imzalanması Heydər Əliyevin dühası və iradəsi sayəsində mümkün olub" - Əli Əhmədov16:11Gələn il Azərbaycanda sosial müdafiə məqsədləri üçün ayrılan vəsait 10 faiz artırılacaq15:59Peşə məktəblərində işləmək istəyənlərin DİQQƏTİNƏ!15:31Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər15:15“Azərişıq”: Hər bir sahibkar elektrik şəbəkəsinə onlayn qaydada qoşulacaq15:00Bu gün Milli Musiqi Günüdür14:45Hacının ilk rəqibi rus oldu - Dünya çempionatı14:31SON DƏQİQƏ: Türkiyədə güclü yanığın14:20Azərbaycanda hamilə qadınlara qənim kəsilən qadın saxlanıldı14:07Mal ətindən ölüm12:35Sabiq deputat YAP-dan QOVULDU12:05Göygöl şefinin oğlunun dəbdəbəli həyatı – Fotolar12:02Baş dəmiryolçunun yüksəlişi və Cavid Qurbanova STOP qoyan sənəd – VİDEO+FOTO11:34Sürücünün yol polisini təhqir etməsi ilə bağlı araşdırma başlanıldı10:47Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb10:36Novruz Məmmədovdan qərar - Bu şəxslərin maaşı artırıldı10:21“Sevilya” Bakıya gəldi09:48Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir20:55“SƏDƏRƏK YUSİF” KÜRÜ “İŞĞAL” ETMƏKDƏ DAVAM EDİR: QANUNSUZ TİKİLİNİN İCAZƏSİNİ İCRA BAŞÇISI VERİBMİŞ – YENİ VİDEO20:53Xəzər rayonunda Hacı Gülağanın sususz qoyduğu adamlar – Vətəndaşı dövlətdən narazı salanlar niyə cəzasız qalır? VİDEO18:00Elinanın intihar etdiyi məktəbin yeni direktoru kimdir? - DOSYE17:40Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb17:20Əmisi oğlunun arvadını qaçıran şəxsi döyüb öldürənlərlə bağlı YENİ XƏBƏR17:00"Qarabağ" öz futbolçusunun qardaşını da — TRANSFER ETDİ16:40Parlamentdə lombard fırıldaqçıları müzakirə edildi16:20“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilir16:00Bakı məktəblərinə 29 direktor təyin edildi - SİYAHI15:20Azərbaycann məhşur saytları Qazaxıstan tərəfindən alındı... - ADLAR15:00“Ermənistanı gərgin payız gözləyir...” - TƏHLİL14:40Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq - Belə deyirlər...14:31DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır - GƏLİŞMƏ14:16"Ermənistan Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə ciddi zərbələr vurur" - PA rəsmisi12:48Süleyman Mikayılovun qoçuları Müdafiə Nazirliyi adından alver edir – VİDEO12:46Baba Rzayevin falçı sevdası: “Azərenerji”ni ektrasenslər idarə edir? – VİDEO12:34Rüşvət almaqda ittiham edilən komandirin işi - əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi12:19Gürcüstanın elektrik enerjisi idxalının 91%-dən çoxu Azərbaycanın payına düşüb12:08Fədayə Laçının məhkəməsi niyə onuncu dəfə təxirə düşüb? - VƏKİLDƏN AÇIQLAMA11:09"Xalq Sığorta"da yeni TƏYİNAT10:56Putin Ankarada “Quran”dan sitat gətirdi - VİDEO10:22Benksinin “Devolved Parliament” əsəri hərracda rekord məbləğə satıla bilər
BÜTÜN XƏBƏRLƏR
Sentyabr 2019 (433)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)
Aprel 2019 (537)

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Gecə yarısı 10.2 milyonluq kredit

15 avq 2019, 15:43   
    30
Gecə yarısı 10.2 milyonluq kredit
"Günay Bank”ın daha bir qalmaqallı əməli

 

Sıravi vətəndaş banklardan bir-iki min manat kredit almaqda çətinlik çəkdikləri bir vaxtda banklarda çox böyük kreditlərlə bağlı ilginc olaylar yaşanır. Cahangir Hacıyevin rəhbərliyi dövründə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qalmaqallı işadamlarından birinə verilmiş 184 milyonluq kreditin müqaviləsinin gecə saatlarında imzalandığı haqqında məlumat o zaman çox böyük hay-küyə səbəb olmuşdu.

İndi də eyni hadisənin "Günay Bank” ASC-də baş verməsi haqqında məlumatlar var. Belə ki, şərlənərək həbs edildiyini bəyan edən bankir Emin Zeynalovun müraciətində yer alan iddiaya görə, onun ata-anasının və yaxın qohumlarının adına hədə-qurxu ilə rəsmiləşdirilmiş 10.2 milyon manat kredit müqaviləsi gecə saatlarında, bankın baş ofisində təzyiq yolu imzaladılıb. Kreditlərin isə borcalanlara verilmədiyi, "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədov tərəfindən mənimsənildiyi iddia olunur. Təhlükəli cinayətkar kimi cəmiyyətdən təcrid olunmuş bankir Emin Zeynalov müraciətində yazır ki, onun özünün də adına hansısa kredit müqaviləsi mövcuddur, ancaq bu barədə ətraflı məlumata malik deyil.
Gecə yarısı 10.2 milyonluq kredit
Emin Zeynalovun valideynlərinin və yaxın qohumlarının adına "Günay Bank” tərəfindən rəsmiləşdirilmiş müqavilərlə bağlı apardığımız araşdırma zamanı çox ilginc məqamlar üzə çıxdı. Birinci ilginc məqam ondan ibarətdir ki, Emin Zeynalovun valideynlərinin və yaxın qohumunun adına rəsmiləşdirilmiş üç müqavilə eyni tarixə aiddir. Belə ki, Emin Zeynalovun atası Zakir Hacı oğlu Zeynalovun adına rəsmiləşdirilmiş 3.8 milyon manat kreditin verilmə tarixi 04.06.2018-ci il olduğu kimi, anası Leyla Rəhim qızı Axundovanın adına rəsmiləşdirilmiş eyni məblğli, yəni 3.8 milyon manat kreditin verilmə tarixi də 04.06.2018-ci ildir. Eyni tarixdə, 04.06.2018-ci ildə Emin Zeynalovun yaxın qohumu Əhməd Məhərrəmovun adında da 2.6 milyon manat kredit verilib. Faktiki olaraq bir ailənin üzvülərinə verilən 10.2 milyon manat kreditin girovun nədən ibarət olması, bir il müddətinə verilmiş kreditin necə ödəniləcəyi, kredit alanların ödəmə qabiliyyətinin neçə təsvir olunduğu haqqında hələlik heç bir məlumat əldə edə bilməmişik. Ümid edirik ki, "Günay Bank” ASC-nin rəhbərliyi, xüsusilə də 1928-ci il təvəllüdlü Sabir Ağayevin rəhbərlik etdiyi Kredit İqtisad Departamenti Emin Zeynalovun valideynlərinə və yaxın qohumuna bir gün içində 10.2 milyon manat kredit verilməsini mümkün edən dəlilləri təqdim edə biləcəkdir. Əgər, Emin Zeynalovun müraciətində yazılanlar həqiqəti əks etdirmirsə, "Günay Bank”ın rəhbərliyi 10.2 milyon manat krediti hansı girov müqabilində, borcalanların ödəmə qabiliyyətini təsdiq edən sənədləri ictimaiyyətə təqdim etməlidir. O zaman məlum olacaq ki, bir ailənin iki üzvünə və onların yaxın qohumuna verilmiş 10.2 milyon manat kredit bank tərəfindən hansı əsaslarla ayrılıb. Bizdə olan məlumata görə, bu 10.2 milyon manat kreditdən əmi 500 min manat ödəniş olub və bunu ötən ilin avqustunda bankın özü həyata keçirib. "Günay Bank” tərəfindən Emin Zeynalovun atası Zakir Zeynalovun adına 04.06.2018-ci ildə 3.8 milyon manat kredit rəsmiləşdirildikdən sonra 07.06.2018-ci il tarixdə, yəni 3 gün sonra 6.9 milyon manat kredit verilməsini nəzərdə tutan yeni bir müqavilə hazırlanıb. Lakin, Zakir Zeynalov bu müqaviləni imzalamaqdan imtina edib. İmzalanmamış bu müqaviləyə "Günay Bank” 12 ay müddətində qaytarmaq şərti ilə Zakir Zeynalova 6.9 milyon manat kredit ayırmağa hazır imiş. Kreditin isə torpaq sahəsinin alınması və fərdi yaşayış sahələrinin tikintisinə ayrıldığı imzalanmamış müqavilədə əksini tapıb. Buna görə də ehtimal etmək olar ki, 04.06.2018-ci ildə "Günay Bank” tərəfindən Emin Zeynalovun valideynlərinə və yaxın qohumlarına ayrılmış 10.2 milyon manat kreditin eyni təyinatla ayrıldığını güman etmək olar. İmzalanmamış müqavilənin səthi təhlili belə göstərir ki, bu sənədəşdirmə formal xarakter daşıyıb və Emin Zeynalovun valideynləri və yaxın qohumu bankdan heç bir kredit götürməyiblər.
Gecə yarısı 10.2 milyonluq kredit
Bankir Emin Zeynalov isə "Günay Bank”ın video kameralarının çəkilişinə baxılarsa və ədalətli istintaq aparılarsa həqiqətlərin üzə çıxacağını bildirir. Çox istərdik ki, 10.2 milyon manat kreditin ayrıldığı göstərilən tarixdə "Günay Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Zaur kamil oğlu Əhmədov, bankın Kredit İqtisad Departamentinin direktoru Sabir Ağayevin Emin Zeynalovun iddiaları ilə bağlı deyiləcək sözləri olsun. Əgər, onların deyiləcək sözləri varsa, biz onların mövqeyini də dinləməyə hazırıq.

 Eyni zamanda  Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mərkəzi Bankın və Maliyyə Nazirliyinin rəhbərliyinin də eyni tarixdə eyni bank tərəfindən faktiki olaraq bir ailənin üzvülərinə 10.2 milyon manat kredit ayrılması olayına münasibət bildirməsi zərurətə çevrilir. "Yeni Sözçü” qəzeti qeyd olunan qurumların mövqeyini öyrənməyə cəhd edəcək. Ancaq bu müəmmalı kredit məsələsinə aydınlıq gətirilməsi belə Emin Zeynalovun "Günay Bank” ASC-nin Müşahidə Şurasının sədri Mahmud Məmmədova qarşı iddialarının ortadan qalxaması demək olamayacaq. Çünki  şərlənərək həbs olunduğunu qeyd edən Emin Zeynalov Mahmud Məmmədovu onların ailəsinə məxsus 16 milyon manatlıq əmlakı mənimsəməkdə də ittiham edir. Bu ittihamı da araşdırmağa çalışacağıq.

 

A.Aydın
OXŞAR MÖVZULAR