İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT
Siyasət
Oxunub: 39
1 фев 2023 | 10:12
Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb:

“İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub.

İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub. Halbuki, Qoşulmama Hərəkatı bir çox hallarda üzv ölkələrində baş vermiş terror hücumlarını pisləyən, diplomatik missiyaların mühafizəsinə vurğu edən bir sıra sənədlər qəbul edib.

İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk.

Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək”.
Вчера, 18:28
ABŞ-nin təzyiq “hesabatı” - hədəf müstəqil siyasət yürüdən ölkələrdir
Вчера, 16:38
Prezidentlər birgə nahar etdilər
Вчера, 16:17
Goranboyda 8-ci sinif şagirdinin qaçırılması hadisəsinin TƏFƏRRÜATI – ÖZƏL
Вчера, 15:34
Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA
Вчера, 14:53
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
Вчера, 14:24
Azərbaycanın ilk ombudsmanı vəfat edib
Вчера, 14:00
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
Вчера, 12:27
Spirtli içkilər BAHALAŞACAQ - BU TARİXDƏN
Вчера, 12:03
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
Вчера, 11:31
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
Вчера, 10:31
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
Вчера, 09:54
Azərbaycan Kuboku: 11-ci dəfə finala yüksələn “Qarabağ” “Neftçi”yə çatıb
Вчера, 09:31
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
Вчера, 09:03
Hazırda bu yollarda TIXAC var
24-04-2024, 16:54
Sabiq nazir evində ölü TAPILDI
24-04-2024, 16:27
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24-04-2024, 16:03
Valeh Kərimov: “Köhnədən qalan adamam, müasir fikirləşə bilmərəm” – ÖZƏL
24-04-2024, 15:40
Azərbaycan-Ermənistan sərhədində ilk dirək - normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH
24-04-2024, 14:49
İntihardan əvvəl məktub yazıbmış
24-04-2024, 14:16
İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
24-04-2024, 13:46
Prezident 2 fərman imzaladı
24-04-2024, 13:20
Prezident onu ordenlə təltif etdi
24-04-2024, 12:24
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
24-04-2024, 11:51
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
24-04-2024, 11:25
Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri başlayıb
24-04-2024, 10:29
Azərbaycanda "molla kəbini": Vətəndaş nikahları qadağan olunacaq?
24-04-2024, 10:02
“Brent” neftin qiyməti 88 dolları ÖTÜB