Heydər Əliyev bələdiyyələri ən geniş demokratiya institutu hesab edirdi
Gündəm / Siyasət
Oxunub: 65
10 май 2023 | 15:30
Heydər Əliyev bələdiyyələri ən geniş demokratiya institutu hesab edirdi

Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyev fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması və inkişaf etdirilməsi, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu məsələlərinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılır. Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əsasını qoyduğu institutlardan biri də bələdiyyələrdir.
Azərbaycanda bələdiyyə institutunun əsasları ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanıb. Onun rəhbərliyi dövründə bu istiqamətdə 20-dən çox qanun qəbul olunub, 300-dək qanunda dəyişikliklər edilib, onlarla fərman və sərəncam imzalanıb. O cümlədən, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi Ulu öndərin müvafiq Sərəncamı ilə 2000-ci ildə yaradılıb.
Respublikamızın dinamik inkişafı bələdiyyələrin fəaliyyətinə də müsbət təsir göstərir. Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələr inkişaf etdirilir, qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində bir sıra tədbirlər həyata keçirilir.
Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində bələdiyyələrin yeri və rolu, əhəmiyyəti və inkişaf perspektivləri haqqında çox maraqlı fikirlərinə və sitatlara yer verib. Diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev yerli özünüidarəetmə sisteminin yaradılmasını xalq hakimiyyətinin yeni bir forması hesab edirdi. Ümummilli lider Azərbaycanda bələdiyyələrin yaradılması prosesinə ölkədə demokratiyanın inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addım, bələdiyyələrə isə ən geniş demokratiya institutu kimi baxırdı.
Heydər Əliyev Azərbaycanda yaradılan bələdiyyələrin gələcəyinə böyük inam bəsləyirdi. Bu ümidlər özünü doğruldur. Ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər əsasında formalaşdırılan yerli özünüidarəetmə sistemi bu gün respublikamızda işlək mexanizmlərə çevrilməkdədir. Həmin prinsiplər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və inkişaf etdirilir.
Ulu öndər Heydər Əliyev demokratik cəmiyyət quruculuğu prosesinə böyük önəm verir və müstəqil Azərbaycanı tam demokratik dövlət kimi görmək istəyirdi. Buna görə də demokratik cəmiyyəti formalaşdıran mexanizmlərə və institutlara, onların yaranmasına və inkişafına geniş yol açır, hüquqi əsaslarını yaradırdı. Həmçinin bu institutların fərqli, effektli üstünlüklərini Öz müdrik kəlamları ilə izah edirdi.
“Bu gün respublikamızda yerli özünüidarəetmə sahəsində Heydər Əliyev ideyalarının bütünlüklə reallaşdırılmasına yönəlmiş siyasət son nəticədə əhalinin, bələdiyyələrin və dövlət hakimiyyətinin qarşılıqlı münasibətlərinin nizamlı sisteminin yaradılmasına istiqamətlənib. Bu sistemin səmərəli fəaliyyəti hər bir bələdiyyənin ərazisində əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına, bələdiyyə qurumlarının müstəqilliyinə, dövlətin möhkəmlənməsinə və dayanıqlı inkişafını təmin etməyə imkan verir”.
“Təməli ulu öndərimiz tərəfindən qoyulan ölkə bələdiyyələri illər ötdükcə möhkəmlənir. Dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür”.

Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təşşəbbüsü ilə bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində beynəlxalq təcrübədən yararlanaraq yerli özünüidarəetmənin inkişafı və möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atırlar: “Bələdiyyələrin beynəlxalq standartlara cavab verən hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində dövlət və hökumət orqanları ilə əməkdaşlığı davam etdirilib, yeni qanunların qəbul olunmasında Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının təklifləri nəzərə alınır. Məhz bu baxımdan da bələdiyyələrin əsas gəlir mənbəyi hesab olunan yerli vergi və ödənişlərin yığılmasında müəyyən irəliləyiş var. Lakin, bələdiyyələr qarşısında duran vəzifələr və görüləsi işlər hələ çoxdur”.
Dahi şəxsiyyət, əvəzsiz lider Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, ümumən sivil dünyanın qüdrətli şəxsiyyətidir. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini ozumuzə qaytarması, milli adət-ənənələrimizi yaşamasıdır. Azərbaycanın müstəqillik illərində qazandığı bütün uğurları Heydər Əliyev zəkasının məhsulu kimi onun müdrik, uzaqgörən rəhbərliyi altında olmuşdur. O, həqiqətən tarixi şəxsiyyət idi. Azərbaycanın dünəni, bu günü və sabahı idi. Heydər Əliyev Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. 2023-cu ilin ölkəmizdə "Heydər Əliyev ili" elan edilməsini hər birimiz xoş ovqat və böyük sevinc hissi ilə qarsilayiriq. Bələdiyyə işçisi olaraq hər birimiz Heydər Əliyevi ağır sınaqlardan müdrikliklə, ağlın, idrakın yenilməz gücü ilə çıxarmış, işığa, nura qovusdurmus ulu öndərimizi minnətdarlıqla yad edirik. Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi xalqımızın Heydər Əliyevə, onun şəxsiyyətinə və tarixi xidmətlərinə verdiyi böyük qiymətin təzahurudur, milli dövlətçiliyə ehtiramın ifadəsidir. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, xalqimizin fəxri və qüruru olan Heydər Əliyev də var olacaq və əziz xatirəsi hər birimizin qəlbində əbədi yasayacaq. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.

Nəsirli Nəsir Fazil oğlu
Abşeron rayonu Fatmayı bələdiyyəsinin sədri
Сегодня, 16:43
KİV: Naməlum şəxs İranın Parisdəki konsulluğunu partlatmaqla təhdid edir
Сегодня, 16:22
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
Сегодня, 15:50
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
Сегодня, 15:03
Gerisayım BAŞLADI – “Rusiya Ermənistanı 12 saata ram edəcək”
Сегодня, 14:13
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
Сегодня, 13:21
Parlament vergi orqanlarının vəzifəli şəxslərinin maaşının artırılmasını təsdiqləyib
Сегодня, 12:24
"Meyxananı böyük səhnəyə atam gətirib"
Сегодня, 11:55
Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazır
Сегодня, 10:42
Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə İDDİA
Сегодня, 10:05
BDU-nun tələbəsi vəfat etdi
Сегодня, 09:32
Bu gün Milli Məclis toplaşır - Gündəlikdə 14 məsələ var
Сегодня, 09:00
Paytaxtda tıxac olan yolların SİYAHISI
17-04-2024, 16:30
Fransanın "səfir oyunu": Paris forpost İrəvanla müstəqil Bakını səhv salır - ŞƏRH
17-04-2024, 15:56
Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı
17-04-2024, 15:26
Mirzoyan Səudiyyə Ərəbistanında: Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək
17-04-2024, 14:37
Daha bir sabiq deputat vəfat etdi
17-04-2024, 14:00
Kreml sülhməramlıların Azərbaycanı tərk etməsini təsdiqlədi
17-04-2024, 13:29
Əməkdar artistimiz tanınmaz halda
17-04-2024, 12:28
Ədliyyə Nazirliyində yeni təyinatlar
17-04-2024, 12:05
İlham Əliyev Portuqaliya Prezidentini COP29-a dəvət edib
17-04-2024, 11:35
Hadı Rəcəbli ilə vida mərasimi keçirilir
17-04-2024, 10:42
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
17-04-2024, 10:14
Əsgəran avtomobil yolunun inşasına start verilib
17-04-2024, 09:37
Çempionlar Liqası: "Mançester Siti" "Real"la üz-üzə gələcək
17-04-2024, 08:58
Hadı Rəcəbli vəfat etdi - YENİLƏNİB
17-04-2024, 08:36
Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
16-04-2024, 16:47
Rusiyalı bloger "ordunu diskreditə etməkdə" ittiham olunur