Sülhməramlılar "yox" deyə bilməz, Azərbaycan israrlıdır - NƏ BAŞ VERİR?
Siyasət
Oxunub: 18
6 дек 2022 | 14:22
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, rus sülhməramlılarının son iki ildə etimad mühitinin formalaşması istiqamətində hansısa bir addım atmaması necə izah oluna bilər?

- Yazılmış və yazılmamış qanunlar var. Əslində bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda aydın şəkildə yazılmamışdı. Sadəcə olaraq rus sülhməramlılarının vəzifəsi tədricən Azərbaycan hakimiyyətinin ermənilər yaşayan ərazidə suverenliyinin bərpa etmək, erməni və azərbaycanlı vətəndaşlar arasında normal münasibətlər yaratmaqdan ibarət olmalı idi. Amma bu proses baş verməyib. Bu, həmin bəyanatda nəzərdə tutulub. Sülhməramlılar burada əbədi olmalı deyil. Sülhməramlı odur ki, bölgədə sülh yaratsın.

- Azərbaycanın özünəməxsus əraziyə mülki missiya göndərməkdə məqsədi bəllidir. Sizcə, bu proses niyə indi baş verdi?

- Azərbaycan tərəfi səbrlə iki il gözlədi. Amma gördü ki, rus sülhməramlılarının məqsədi bu ərazidə daha çox qalmaqdır. Onlar heç də sülhyaradıcısı olmadıqlarını göstərdilər. Erməni separatçılarının rəhbəri ilə rus sülhməramlıları ilıq münasibətlər yaradıb. Hətta özləri üçün burada rahat şərait formalaşdırıblar. Bütün bunlardan aydın görünür ki, onlar bölgədə uzun müddətə qalmaq niyyətindədir. Belə olan halda Azərbaycan hökuməti artıq qərar verib ki, onlara əsas məramlarını anlatsın. Ona görə də, ötən həftə Azərbaycan dövlət qurumlarının əməkdaşları əraziyə gəlib bir daha rus sülhməramlılara ərazinin bizə aid olduğunu başa saldı. Çünki bu, hüquqi baxımdan da öz təsdiqini tapmış məsələdir. Rusiya Prezidenti Vladimir Putin də bir neçə dəfə deyib ki, keçmiş Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Ona görə də, rus sülhməramlıları ərazidə Azərbaycan məmurlarının haqlı olaraq bəzi yerləri və məsələləri yoxlamasına imkan yaratmalıdır.

- Sülhməramlıların yanaşmaları ilə bağlı da məsələlər var. Sizcə, onlar necə davranmalı idi və necə davrandılar?

Ətraflı
- Rus sülhməramlıları buna təbii olaraq "yox" deyə bilməzlər. Onlar bu məsələdə süründürməçilik etməyə çalışsalar belə Azərbaycan tərəfi bu işi davam etdirməkdə israrlıdır. Biz o ərazidə işləməliyik. Zaman-zaman orada yaşayan erməni əsilli insanlarla əlaqə yaradacağıq. Bu mənada prosesin davamında qaz, su, işıq xətlərinin Ermənistandan ötürülməsinə qadağa qoyulacaq. Bunu Azərbaycandan təmin etmək mümkün olacaq. Eyni zamanda digər kommunal xidmətləri də Azərbaycan təmin edəcək. Bundan sonra orada yaşayan erməni əsilli insanlar məhz kommunal ödənişləri də Azərbaycan hökumətinə etməli olacaq. Sözsüz ki, bütün bunlar tədricən baş verəcək. Buna birdən-birə nail olmaq çətindir. Bunun üçün ardıcıl işləmək lazımdır. Rus sülhməramlılarına da tez-tez başa salmaq lazımdır ki, onlar bura əbədi gəlməyib. Bəlli zaman bitən kimi buradan gedəcəklər.

- Ermənistan tərəfinin Azərbaycanın öz ərazisinə mülki missiya göndərməsi ilə bağlı qaldırdığı əsassız hay-küy nədən ibarətdir?

- Erməni tərəfindən indi qaldırılan hay-küy bizm daxili müxalifətin davranışlarına bənzəyir. Qasırğa, fırtınadan bəhs edilir, amma siyasi səhnədə heç nə yoxdur. Ermənilər də həmçinin indi heç bir imtiyaza, gücə malik deyillər. Onların əlində heç bir təsir amili yoxdur. İndi 1980-ci illərin sonu 90-cı illərin əvvəli deyil, vəziyyət dəyişib. Hazırda hər şeyi güc, nüfuz və imkan müəyyənləşdirir. Ermənilərin isə heç nəyi yoxdur. Onlar da yavaş-yavaş bu gerçəkliyə uyğunlaşmalıdırlar. Əvvəlki hikkələrindən əl çəkməlidirlər.

- Volkovun Azərbaycan toponimlərinin adının düzgün yazılmaması ilə bağlı günahı Rusiya Müdafiə Nazirliyinin üzərinə atması faktı nədən qaynaqlandı?

- Görünür, onu bizim jurnalistlər sıxışdırıblar, o da belə cavab verib. Rus hərbçisinin hökumətin qərarını yerinə yetirmək kimi borcu var. Azərbaycan tərəfi toponimlərin adını onlara təqdim edib. Volkov da bunu üzərindən atır ki, “bu məsələ mənlik deyil”. Əslində bu, heç də Rusiya Müdafiə Nazirliyini bada vermək deyil. O, sadəcə olaraq deməyə çalışır ki, guya “Azərbaycan tərəfinin dediyini edirəm. Amma Rusiya Müdafiə Nazirliyinin saytında yazılanların bizə heç bir dəxli yoxdur”. Əslində Volkovun bu açıqlamasına da ciddi yanaşmaq lazım deyil. Əsas odur ki, Qarabağ ərazisində azərbaycanlılarla ermənilər arasında əlaqə, ünsiyyət yaransın,burada birgəyaşayış məsələsi həll edilsin. Onlara izah olunsun ki, qazancları, itkiləri nədir.
Сегодня, 13:33
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI
Сегодня, 12:55
Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ
Сегодня, 12:31
Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
Сегодня, 11:41
Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI
Сегодня, 11:06
Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək
Сегодня, 10:36
Ombudsman bəyanat YAYDI
Сегодня, 09:45
Milli Məclis bu gün 21 məsələyə görə TOPLAŞIR
Сегодня, 09:08
Professor Tufan Axundov vəfat etdi
Сегодня, 08:42
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri
27-03-2024, 09:38
Azərbaycan neftini qiyməti 88 dollara düşüb
27-03-2024, 09:13
Azərbaycanda Elm Günüdür