Impera

XƏBƏR LENTİ
12:54Oqtay Şirəliyev yola salınır - SƏHİYYƏ NAZİRİ İŞ OTAĞINI BOŞALTDI12:33Ceyhun Bayramov buralara bir göz atsa... - İTTİHAM12:14Suriya hökuməti Türkiyə-ABŞ sazişinə münasibət bildirdi11:49Miqrasiya xidməti əməkdaşı bir milyonluq əmlakı qəsb olunmuş gürcü sahibkarı niyə deport etmək istəyib-VİDEO11:22“Tək qadınam, dərs saatım yoxdur” - Deputatdan ŞİKAYƏT11:09Samir Şərifovun adamı "casus" peşində... - İDDİA10:47Bir qrup məmurun korrupsiya əməlləri ifşa oldu - Video10:27"Prezident gözəl bilir ki, kimlər qudurub" - Siyasi elmlər doktoru10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib10:13Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!09:51Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür - Bayrammz mübarək!!!23:27Prezidentin ayırdığı pullar Ağsuda necə mənimsənilir?-FOTOLAR18:29Erməni alayı Qarabağ üçün hazırlaşır - Ölmək üçün səfərbər olurlar...18:1118 oktyabr - Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis - Əli Həsənov17:34Əli Əsədova “yaşıl işıq” – Baş nazir kadr dəyişikliklərinə başlayır16:26VƏRƏM MÜALİCƏ OLUNANDIR, KORRUPSİYA XƏSTƏLİYİ YOX-VİDEO15:30İki ay icra başçısında "haqq" çatdıra bilmədi işini itirdi - Alı Alıyev yerli məmurları necə şantaj edir?15:11Yaşlı nəslin yaxşı xatırladığı o Azərbaycan... – Əhmədov14:59Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 3%-dən çox artıb14:48Mayk Pens ANKARADA14:33Hava buludlu olacaq14:12Təhsil naziri: Ali məktəblər tələbələrin ödədiyi təhsil haqqından asılı vəziyyətdədir13:59XƏZƏR RAYONUNUN İNDİKİ BAŞÇISI SƏLƏFİNƏ QARŞI SAYMAMAZLIQ EDİB?13:14İlk "El Klassiko"nun vaxtı dəyişdirilir12:54Şişirdilən rəqəmlər, saxta tenderlər... - Və müəmmalı susqunluq...12:38“Ciddi kadr islahatlarının şahidi olacağıq” - Deputat məmurların düşmənçiliyindən DANIŞDI12:0813 saylı Cəzaçəkmə müəssisəsində NƏHS GÜNLƏR... - İTTİHAM11:30Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR11:26Polkovnikdən Fuad Ələsgərova məktub var: “Ümidim Sizədir…”11:25Deputat Ülvi Quliyevin oğlu 18 yaşında Avropada şirkət açıb —FOTO11:20"Bütün bunlar Sizin işlədiyiniz dövrdə olub" - Əbülfəs Qarayevə müraciət21:3310 min manat rüşvət verməklə vəzifəyə təyin olunub-Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?21:10"BAZARSTORE"- də kassaları azaldıblar ki, müştəriləri basabasda rahat aldatsınlar...18:07Prezident Mayıl Əhmədovu təltif etdi17:41“Qiymət artımını ciddi şəkildə hiss edəcəyik” - İlk zərbə hansı məhsullardan gələcək?17:25Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal17:12İlham Əliyevdən 7 milyonluq SƏRƏNCAM16:54DSMF-in direktor müavininin məhkəmə özbaşınalığı - Müraciət...16:30Dövlət Komitəsindən ƏCAİB ÇAĞIRIŞ... - Güləkmi, ağlayaqmı?16:16Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı – BU MADDƏ İLƏ15:55"5 min dollar verirəm, o xanım gəlib bizim stolda otursun"15:34Zakir Həsənov idarə rəisini işdən çıxardı - TƏYİNAT15:19Nazirə müraciət: “5-ci polis bölməsi şikayətimə baxmır” – Foto15:03"Qarabağ"dan 3 futbolçu – UEFA açıqladı14:46Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq14:30"Şəmsəddin Xanbabayev istəsə..." - GİLEY13:56Özü iki müharibənin veteranı, oğlu da 2 Aprel Savaşı döyüşçüsü... - Sosial durumu ağırdır...13:39Azərbaycanda yeni sığorta fırıldağı – ÖLƏN ADAMLARLA BİZNES13:22Erməni səfir Paşinyanı necə ifşa etdi? - “Əvvəl Serj, sonra Kim Kardaşyan...”13:04Gürcü sahibkarın bir milyonluq malı əlindən çıxıb-Leyla Janasianı tora salan dələduzlar kimlərdir12:49Bakıda saatlar tutuşduruldu - Ermənistan üçün Suriya “tələsi”12:16Gəncədə naqolay kadr islahatları... - İDDİA11:49İmişlidə maliyyə maxinasiyaları... - İTTİHAM11:27“Tac Mahal MTK” yenə də narazılıq yaradır... - GİLEY11:13Cəlilabadda süqut edən təhsil sistemi - İTTİHAM10:53Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank10:32Azərbaycana Qarabağda antiterror əməliyyatı aparmağa nə MANE OLUR… - TƏHLİL21:49BNA-nın şok planı - İDDİA21:31Türkiyəni təkləmək cəhdi: Vaşinqton təzyiqləri, Ankara israrını artırır - TƏHLİL21:22Sığorta şirkətlərinin fəaliyyətində MÜƏMMA - İLGİNC21:07Gədəbəy təhsilində biabırçı mənzərə... - İTTİHAM20:56Yeni baş nazir onunla işləmək istəmədi... - İDDİA16:08İstehlak Mallarının Ekspertizası Mərkəzi dövlət vəsaitini belə xərcləyir-Tender müəmması16:03Hicran Hüseynova qadın zorakılığına susur: 3 milyonluq fiasko15:52"Camaat aylarla sürünür növbədə..." - GİLEY15:39Cahangir Hacıyevin bacanağı azadlığa buraxıldı15:12GƏNCƏDƏ ŞOK HƏBSLƏR: SAXTA DİPLOM SATANLAR YAXALANDI - Onlar arasında Gəncə Dövlət Universitetinin kafedra müdiri də var14:59“İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək14:46Ramil, Riçard, Bəhlul - Millinin ən yaxşıları14:30Lənkəranda 42 yaşlı qadını DÖYDÜLƏR14:09Göygöl DYP-yə yeni rəis təyin olunub13:54“Evrascon” ASC 5 aydır işçilərin maaşını vermir... - GİLEY12:42Masallıda işlər niyə əyri gedir? - ARAŞDIRMA12:10“İnşaat konstruksiyaları” MMC narazılıq yaradır - hər sakindən min manat rüşvət11:57Rafael Cəbrayılovun şok səs yazısı yayıldı: “Türməyə gedirəm...” - AUDİO11:27Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı10:51Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilir10:33Azərbaycan neftinin SON QİYMƏTİ17:03Məktəb direktorundan nazir müavininə ağır ittiham16:59Həmyerlimiz Almaniya Radiologiya Cəmiyyətinin xüsusi təqaüdünə layiq görülüb16:41"Şəffaf" tenderlər rubrukasından: İcra Hakimiyyəti MTN-in pulunu aldığı şəxslə müqavilə bağladı – 259 min manat16:27Azərbaycanın yeniyetmə şahmatçısı dünya çempionu olub15:58İnhisarçılıq zəifləyərsə, nə baş verər?! - TƏHLİL15:44Azərbaycan “Keşikçidağ”ı gürcülər üçün açdı - Yalnız turist kimi gələ bilərlər...11:35"Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik" - Əli Həsənov11:28Rafael Cəbrayılov prokurorluğa çağırılıb - keçmiş deputata məsləhət görülüb ki....11:01"Azəriqaz" yenə də narazılıq yaradır... - GİLEY10:43Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...10:23Gəncə təhsilində pulyığma sezonu... - İDDİA18:23Paşinyanın casusla yazışması üzə çıxdı – İrəvan çalxalanır18:14“Dövlətin malını dədə malı kimi dağıdırdılar” - İTTİHAM18:04BDU-da “2 ELÇİN FAKTORU” – Universiteti kim idarə edir: Elçin Babayev, yoxsa Elçin Məmmədov?17:41İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.17:40DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO17:38Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом15:14Əliyev Paşinyanı darmadağın etdi: Nikol isə yalana əl atdı - VİDEO13:30İşdən çıxarılan xanım dosent açıq məktub YAZDI - İTTİHAM13:13Bakı Nəqliyyat Agentliyinin rəsmisi saxta arayış verib - İTTİHAM12:46Oktyabrın 11-i ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçildiyi gündür
BÜTÜN XƏBƏRLƏR
Oktyabr 2019 (292)
Sentyabr 2019 (617)
Avqust 2019 (631)
İyul 2019 (563)
İyun 2019 (423)
May 2019 (557)

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

FHN zabiti quldur dəstəsi qurub evləri oğurlamağa yollandı

13 yan 2018, 18:00   
    145
https://i.virtualaz.org/223890_res_01.jpg










Badamdar qəsəbəsindəki mənzillərə qənim kəsilən, silsilə oğurluqlar törədən mütəşəkkil dəstə üzvləri məhkəmə önünə çıxarılıb. Dəstənin fəal üzvlərindən biri Fövqəladə Hallar Nazirliyinin baş leytenantı Nicat Əliyev olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin – 30 yaşlı Orxan Quliyev, 26 yaşlı Nicat Əliyev, 32 yaşlı Təhməz Əsgərov, 26 yaşlı Rişan Bayramov, 25 yaşlı Camal Heydərov və 24 yaşlı Cavid İsazədənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

İstintaq zamanı müəyyən edilib ki, oğru dəstəsinin əsas hədəfi Badamdar qəsəbəsindəki mənzillər olub. Onlar adı çəkilən qəsəbədə müxtəlif vaxtlarda 10 mənzil və bir mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlayıblar.

https://i.virtualaz.org/223885_src.jpg













Dəstənin fəal üzvü Nicat Əliyev Fövqəladə Hallar Nazirliyində müfəttiş vəzifəsində işləyib. Onun baş leytenant rütbəsində xidmət etdiyi müəyyən edilib. Mənzillərdən oğurlanan qızıl-zinət əşyalarını da məhz Nicat Əliyev “Moskva” univermağında “əridə” bilib.

Banda üzvləri oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyənləşdiriblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, evdə olmayan qonşuları barədə “həmkarları”na qabaqcadan məlumat verib. Oğurluğa girdikləri həyət evlərində, bir qayda olaraq, darvazanı arxadan bağlayıblar.



İlk oğurluq uğursuz olub – cəmi 200 manat

Ötən ilin noyabrından etibarən dəstə üzvləri mənzilləri qarət etməyə başlayıblar. İlk hədəfləri heç də uğurlu alınmayıb. Badamdarda yaşayan gömrük əməkdaşının evinə soxulan dəstə üzvləri oradan suyu süzülə-süzülə çıxıblar. Belə ki, mənzildən əliboş qayıtmaq istəməyən “çağırılmamış qonaqlar”ın payına cəmisi 200 manat “xırda pul” və bir qədər bijuteriya düşüb.

https://i.virtualaz.org/223887_src.jpg















Növbəti oğurluq da birincidən fərqlənməyib. Mənzil sahibinin evdə olmamasını müəyyən etmək üçün pusqu qurublar. Evə pəncərədən keçərək yataq otağının altını-üstünə çeviriblər. Cəmi 100 manat pul tapıblar.

“Təcrübə” toplayan qarətçilər

Qonşuluqda yaşayan Ayna Sadıqova da dəstə üzvlərinin qarətinə tuş gəlib. Oğru dəstəsinin bu dəfə bəxti gətirib. Onlara mənzildən külli miqdarda - 22 min manat yaxın qızıl-zinət əşyaları aparmağa müvəffəq olublar.

Sonuncu qarət dəstə üzvlərini daha çox şirnikdirib. Ardınca çoxsaylı mənzillər soxulan banda üzvləri ev sahiblərinə külli miqdarda zərər vurublar. Onlar Azad Əliyevin mənzilindən 12 min manat, Mərahim Əliyevin mənzilindən 17 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Təqsirləndirilən Nicat Əliyev ifadəsində Nicat Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində mənzillərdən oğurladıqları qızıl-zinət əşyalarını “Moskva” univermağında satdıqlarını göstərib: “Azad Əliyevə məxsus evin pəncərəsi küçəyə baxırdı. Pəncərənin nəfəsliyini Rişan açdı, Təhməzlə birlikdə içəri daxil olduq. Evdən bir noutbuk, bankada xırda pullar götürüb çıxdıq. Həmin evdən qızıl-zinət əşyaları götürməmişik. Vüqar Əliyevin həyətinə Camalla daxil olduq, Orxansa pusquda dayandı. Mənzildən 200 manat pul və bijuteriya oğurladıq.

Mərahim Ələkbərovun evindən cəmisi 250 manat aparmışıq. Evdə qızıl olmayıb. Orada göstərilən 17 min manatla razı deyiləm”.

https://i.virtualaz.org/223888_src.jpg













“Təhsilimi davam etdirməyə gedəcəkdim, xarici pasportum yox idi”

Təqsirləndirilən Cavid İsazadə ifadəsində təhsilini davam etdirmək üçün Türkiyəyə getmək istədiyini, lakin xarici pasportu olmadığndan gedə bilmədiyini deyib: “Ötən ilin fevralında Nicatla Rişan oğurluqda iştirak etməyi təklif etdilər, pul qazanacağımı dedilər. Həmin ərəfədə işləmək və təhsilimi davam etdirmək üçün Türkiyəyə getmək istəyirdim. Amma xarici pasport almağa pulum yox idi. Ona görə də razılaşdım”.

Ertəsi gün C.İsazadə oğurluqdan əldə olunan puldan ona çatan 40 manata xarici pasport almaq üçün “Asan xidmət”ə yollanıb. Amma həbs olunub. Ona xarici pasportu polis bölməsində veriblər.

“İttihamda yazılanlar şişirdilib”

Təqsirləndirilən Təhməz Əsgərov ifadəsində Badamdar qəsəbəsində darvazasına qırmızı lent bağlanan mənzilə Nicat, Orxan və Rişanla birlikdə oğurluğa girdiklərini göstərib:

“Bir ədəd noutbuk və bankada xırda pullar götürüb evi tərk etmişik. Mənzildən qızıl-zinət əşyaları götürməmişik. İttihamda göstərilən məbləğlə razı deyiləm. Məbləğ şişirdilib”.

Gömrük əməkdaşının evindən oğurlanan xırda pullar və bijuteriya

Uzun illər gömrük orqanlarında xidmət etdiyini deyən Vüqar Əliyev ifadəsində ailə üzvləri evdə olmayan zaman mənzildən oğurluq edildiyini göstərib:

https://i.virtualaz.org/223889_src.jpg




















“Uşağı hazırlığa aparıb geri qayıdarkən qapının açıq olduğunu, qıfılın sındırıldığını görüblər. Zəng vurub bu barədə mənə dedilər. İşdən evə gəldim. Yataq otağından 200 manatlıq bijuteriyanın və 200 manatlıq pulun oğurlandığını gördüm. Bu barədə polisə məlumat vermədim. Amma iki aydan sonra zəng vurub məni bölməyə dəvət etdilər. Orada məlum oldu ki, mənzildən oğurluq edənlər tutulub”.



“Qızımın toyundan qayıdanda gördük ki...”

Zərərçəkmiş Azad Əliyev ifadəsində hadisə baş verən qızının toy məclisi olduğunu, ailə üzvləri və qohumları ilə birgə axşam saat 18 radələrində şadlıq evinə getdiklərini, gecədən xeyli keçmiş evə qayıtdıqlarını göstərib:

“Toydan qayıdanda gördük ki, həyətin darvazası arxadan bağlanıb, küçəyə baxan pəncərə isə açıqdır. Evə girməyib 102 xidmətinə zəng vurdum. Mənzildən 11 min manatdan çox qızıl-zinət əşyaları oğurlanıb”.



“Qadın sağlamlıq mərkəzi açmaq istəyirdim”

Sahibkarlıqla məşğul olan Əbdüləzim Mustafayev ifadəsində qadın sağlamlıq mərkəzi açmaq üçün Badamdar qəsəbəsində qeyri yaşayış sahəsi icarəyə götürdüyünü deyib:”Bunun üçün müxtəlif məişət avadanlıqları - 9 ədəd kondisioner, ütü, çaynik və s. alıb qoymuşdum. Həmin mallara 8 min manatdan çox pul vermişdim. İşçilərdən əşyaların oğurlandığını eşidib 102 xidmətinə zəng vurdum. Oğurlanmış əşyalardan kondisionerlər polis əməkdaşları tərəfindən qaytarıldı”.

Məhkəmə prosesi yanvarın 17-də davam edəcək.
OXŞAR MÖVZULAR