Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür - FOTO
Mədəniyyət
Oxunub: 148
25 янв 2023 | 10:41
Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin bu günü Bakıda anadan olub.

Ölkə.az sevilən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür - FOTO


O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilir.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlir. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı, o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.



(Hacı Zeynalabdin Tağıyev və uşaqları)

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o, neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu bütün Qafqazda yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.




(Şollar su kəmərinin çəkilişi, rəssam: Çingiz Mehbalıyev)

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib.

Xatırladaq ki, yanvarın 18-i xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib.
Сегодня, 14:44
Tacikistanda 9 nəfər saxlanılıb - "Crocus" işi
Сегодня, 14:15
Roma Papası 12 qadının ayağını yudu və öpdü
Сегодня, 13:33
Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək - Şərt AÇIQLANDI
Сегодня, 12:55
Ermənistan parlamentinin sədri Aİ spikerlərinin görüşünə QATILACAQ
Сегодня, 12:31
Nobel mükafatlı professor Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
Сегодня, 11:41
Sahibə Qafarova Simonyanla görüşündən DANIŞDI
Сегодня, 11:06
Məktəb psixoloqları üçün müsabiqə keçiriləcək
Сегодня, 10:36
Ombudsman bəyanat YAYDI
Сегодня, 09:45
Milli Məclis bu gün 21 məsələyə görə TOPLAŞIR
Сегодня, 09:08
Professor Tufan Axundov vəfat etdi
Сегодня, 08:42
Hazırda tıxac olan yolların SİYAHISI
Вчера, 16:10
Türkiyədə 39 küçəyə şəhidlərimizin adı verildi
Вчера, 15:30
Prezident bu qanuna dəyişiklik etdi
Вчера, 15:02
Kremldən “Crocus City Hall”un bərpası ilə bağlı açıqlama
Вчера, 13:43
“Azneft”in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
Вчера, 11:45
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
Вчера, 11:04
Bu məktəbin direktoru işdən çıxarıldı
Вчера, 10:30
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - DTX rəisi
Вчера, 09:40
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Вчера, 09:14
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
27-03-2024, 15:46
Azərbaycan millisi İrəvana getməkdən İMTİNA ETDİ
27-03-2024, 14:56
İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ
27-03-2024, 14:33
İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsində dəyişiklik edildi - FƏRMAN
27-03-2024, 13:28
Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ
27-03-2024, 12:47
Sabah 21° isti olacaq
27-03-2024, 10:46
Teleaparıcıların efir vaxtı azaldıldı
27-03-2024, 10:11
"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri